Güneyli milli fəal azadlığa çıxdı .....                     Pandemiya dövründə ali məktəb yeməkxanalarında xörəkpaylayanlar vasitəsi ilə xidmət nəzərdə tutulmur .....                     "Milli şura" üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur .....                     Daha bir jurnalist yoluxdu .....                     Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına sıxlıq normaları müəyyənləşib .....                     Bakıda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanılıb .....                     Ermənistan ilin sonunda ciddi iqtisadi problemlərlə üzləşəcək .....                     BİZ SAVAŞDAYIQ: Artıq millət olmağın, dövlətə əsgərlik etməyin zamanıdır... .....                     Yeni Klinikada neçə tibb işçisi koronavirusa yoluxub? .....                     "Diqqətli və məsuliyyətli olmalıyıq" .....                     Zərdab rayon İcra Hakimiyyətində .....                     DTX-nın həbs etdiyi Səlim Əlizadə kimdir .....                     “İmtahanlar təxirə salındıqca, abituriyentlərin...” .....                     Ermənistanın təhdidinə CAVAB: .....                     Eynulla Fətullayevdən nazirə ağır sözlər .....                     Taxıl zəmisində baş verən yanğın qoruğa keçib .....                     Azərbaycanda indiyədək 522 773 koronavirus testi aparılıb .....                     Azərbaycanda ümumilikdə 20 837 nəfər COVID-19-a yoluxub, 12 182 nəfər sağalıb, .....                     Azərbaycanda bir gündə 513 nəfər COVID-19-a yoluxub, .....                     Güneydə fars-molla ZÜLMÜ... .....                     Səhiyyə Nazirliyi ölkədə COVİD-19-la mübarizə məqsədi ilə .....                     Ağsuda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib .....                     Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər cərimələniblər .....                     Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı .....                     Məhkəmə icraçıları Xaçmaz sakinini aldadırlar .....                     Baş Prokurorluqda yeni kadr islahatları .....                     Maliyyə yardımı verilməyən qəzetlərin sahibləri kimlərdir? .....                     "Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Nəsimi rayonunda profilaktik reydlər davam etdirilir .....                     Samuxda piknik edənlər cərimələnib .....                     ADIF ləğv prosesində olan banklarla bağlı Nazirlər Kabinetinə .....                     Bakıda qəsdən yanğın törədənlər .....                     DTX-nin tutduğu XİN rəsmilərini gözləyən cəzalar .....                     Koronavirusa yoluxmuş jurnalist bacı-qardaşın səhhəti necədir? .....                     İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib .....                     Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI .....                     OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... .....                     AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb .....                     BDYPİ sərtləşdirilmiş karantin rejimində avtomobillərin texniki baxışdan keçməsi məsələsinə aydınlıq gətirib .....                 

Kremldən İrəvana qəfil zəng: Putinlə Paşinyanın “ulduzları” barışdı? - TƏHLİL
Tarix: 3-06-2020, 09:09 | Çap et
Kremldən İrəvana qəfil zəng: Putinlə Paşinyanın “ulduzları” barışdı?
Ermənistan Güney Qafqaz ölkələri arasında koronavirusa yoluxma və ölüm sayına görə liderliyini qoruyub saxlayır. İşğalçı ölkədə son sutka ərzində daha 517 nəfər virusa yoluxub, 20 xəstə ölüb (ölənlərin ümumi sayı - 158). Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da yoluxanların sayı 10.009-a çatıb. Beləcə, işğalçı ölkə region dövlətləri arasında daha bir anti-rekorda imza atıb - yoluxanların sayı 10 mini keçən ilk ölkə olmaqla.

Artıq 10 min nəfərin içində baş nazir Nikol Paşinyan və ailə üzvləri də var. Hər halda, iki gün, Paşinyanın canlı yayımda verdiyi açıqlamadan bu nəticə hasil olub. O da maraqlıdır ki, Nikol Paşinyanın COVİD-19-a tutulması məhz onun ad gününə - 45 yaşına (1 iyun 1975) təsadüf edib. Daha bir maraqlı məqam Rusiya prezidenti Vladimir Putinin ona ilk dəfə olaraq, ad günü münasibətilə təbrik zəngi eləməsidir.

Rəsmi məlumata görə, telefon zəngi zamanı Kreml başçısı ona dəstək və koronavirusdan tezliklə sağalmağı arzu edib. Pandemiya ilə mübarizədə Rusiyanın Ermənistana kömək etməyə hazır olduğunu bildirib. Nikol Paşinyan və Putin həmçinin 2-ci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə bağlı iyunun 24-nə Moskvada planlaşdırılan paradla bağlı danışıblar. Erməni baş nazir paradda iştirakla bağlı bir neçə gün öncə ona göndərilən dəvətə görə Rusiya rəhbərinə təşəkkürünü çatdırıb və ümid etdiyini bildirib ki, o vaxtadək sağalacaq və Moskvaya gedə biləcək.

*****

Kreml başçısının Paşinyana zəngi müəyyən mənada “açıq səmada şimşək” effektini xatırlada bilər. Əvvəla ona görə ki, hakimiyyətdə olduğu iki ildən çox müddətdə Nikol Paşinyan Putindən heç vaxt təbrik almayıb. Hətta baş nazir təyin olunması ilə bağlı də Kremldən ona təbrik gəlməmişdi. Putin Paşinyanın həbsə atdığı eks-prezident Robert Köçəryana belə ad günü təbriki göndərib, ancaq indiyədək Nikolu hər hansı motivlə təbrik etməmişdi.

Bundan əlavə, Paşinyan Ermənistanın rəhbəri olaraq, bu günədək Rusiyaya rəsmi səfərə dəvət almayıb. Səbəblər haqda yetərincə və zaman-zaman yazmışıq. Onların qayəsində Rusiya liderinin “rəngli inqilab”la hakimiyyətə gələn “gizli qərbçi” Paşinyana hələ də ürək qızdırmaması, həmçinin onun Moskvanın adamlarını (Robert Köçəryan və başqaları) Ermənistanda sıxışdırmağa davam etməsidir.

Və bu fondda Rusiya prezidentindən Ermənistanın baş nazirinə qəfil təbrik zəngi gəlir. İlk baxışda humanist addım kimi görünə bilər. Hər necə olmasa, N.Paşinyan ömrünün məhz 45-ci ildönümündə, ad günündə qorxunc virusa yaxalanıb. Başqa yandan, Paşinyanın xəstələnib-xəstələnmədiyini, yəni özünü siyasi xəstəlıyə vurub-vurmadığını Rusiya liderindən dəqiq kim bilə bilər ki?

Nəhayət, Putinin Paşinyana xeyli vaxtdır əvəz axtarması barədə deyilənlər də unudula bilməz. Görəsən, son telefon zəngi bu planları gündəmdən çıxarırmı, Putin Paşinyanı bağışlayıbmı? Çətin. Əksinə, təbrik zəngi Ermənistan baş nazirini Rusiya sarıdan arxayın salıb, onun sərvaxtlığını azaltmağa yönəlik gediş də ola bilər(di)...

*****

Yeri gəlmişkən, Ermənistanın özündə Paşinyan və ailə üzvlərinin virusa yoluxması xəbəri heç də birmənalı qarşılanmayıb. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın bir çox vətəndaşları baş nazir və onun ailəsinin COVİD-19-a yoluxduğuna dair şübhə ilə yanaşıblar. Paşinyanın qızlarının bu xəbərdən sonra da sosial şəbəkələrdə aktiv olmaları şübhələri artırıb.

Məsələ ondadır ki, sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanın özü və ailəsinin yoluxma testi pozitiv çıxması barədə açıqlamasından sonra onun qızlarının - Şuşan və Məryəmin İnstagram-dakı statusuna diqqət çəkiblər. Bu zaman qızlar Yenukovanda - Paşinyan ailəsinin doğma kəndində qayğısız həyata davam edirmişlər.

Bu xüsusatlardan çıxış edənlərin ehtimalına görə, ola bilsin, baş nazirin koronavirus infeksiyası ilə bağlı hekayəsi, sadəcə, bir PR-dır və hədəf də hökumətin cəmiyyəti vəziyyətin ciddiliyinə inandırmaq və ya son həftələrdə reytinqi sürətlə aşağı düşən Paşinyana simpatiya oyatmaq istəyidir. Çünki əks təqdirdə, dövlət başçısının qızlarının karantin rejimini pozması və mülki məsuliyyətləri barədə suallar ortaya çıxır.

Öz növbəsində jurnalist Narek Ter-Nakalyan daha bir versiya irəli sürüb: o, Paşinyanın xəstələnmə ilə bağlı bəyanatını Ermənistanın Vatikandakı keçmiş səfiri, Qarabağ münaqişəsinin qızışdırıcılarından olan eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın ona qarşı ittihamları ilə əlaqələndirib. Xatırladaq ki, Minasyan baş nazirin qanunsuz silah ticarəti ilə əlaqəli olduğunu söyləmişdi. Jurnalist Paşinyanın hərəkətini gündəmi dəyişdirmək, vətəndaşları onun üçün rahatsız olan bir mövzudan yayındırmaq cəhdi kimi təqdim edib.

İnternet istifadəçiləri habelə canlı yayım zamanı hökumət başçısının qəribə davranışlarına da diqqət çəkiblər: Paşinyan özünün və bütün ailəsinin təhlükəli virusa yoluxduğu barədə danışarkən gülümsəyibmiş. Bu detal bütün xəstələnmə hekayəsinin saxta olması ətrafında ehtirasları daha da gücləndirib.

Hər necə olmasa, Ermənistanda bir çoxları baş nazirin xəstəliyi barədə xəbəri etimadsızlıqla və kifayət qədər şübhə ilə qarşılayıb. Bəlkə sıravi vətəndaşları baş nazirin xəstəliyi - istər xəyali olsun, istərsə də real - ona görə bir elə maraqlandırmır ki, onlar pandemiya dövründə ölkəyə uğursuz rəhbərlik nəticəsində olduqca ağır sosial-iqtisadi problemlərlə baş-başa buraxılıblar. Bütün hallarda belə bir ovqat “inqilabçı” baş nazirə etimad böhranından uzaqda olmadığından xəbər verir...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güneyli milli fəal azadlığa çıxdı
Dünən, 19:00
Pandemiya dövründə ali məktəb yeməkxanalarında xörəkpaylayanlar vasitəsi ilə xidmət nəzərdə tutulmur
Dünən, 18:56
"Milli şura" üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur - Əli Əhmədov
Dünən, 18:53
Daha bir jurnalist yoluxdu - AÇIQLAMA
Dünən, 18:51
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına sıxlıq normaları müəyyənləşib - Diqqət!
Dünən, 18:42
Bakıda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanılıb - VİDEO
Dünən, 18:41
"Mələk “Fairmont”da yaşananların simvoluna çevrildi"
Dünən, 18:39
Ermənistan ilin sonunda ciddi iqtisadi problemlərlə üzləşəcək - “Modern Diplomacy”
Dünən, 18:36
BİZ SAVAŞDAYIQ: Artıq millət olmağın, dövlətə əsgərlik etməyin zamanıdır... - SƏFƏRBƏRLİK ÇAĞIRIŞI!
Dünən, 18:28
Yeni Klinikada neçə tibb işçisi koronavirusa yoluxub? - AÇIQLAMA
Dünən, 18:07
"Diqqətli və məsuliyyətli olmalıyıq" - Mollazadə
Dünən, 18:06
"Amma sizə deyim ki, cavab gələnə qədər ömrümdən getdi" - FOTO
Dünən, 17:59
Zərdab rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Dünən, 17:54
DTX-nın həbs etdiyi Səlim Əlizadə kimdir - DOSYE
Dünən, 17:52
“İmtahanlar təxirə salındıqca, abituriyentlərin...” - Təhsil eksperti
Dünən, 17:48
Ermənistanın təhdidinə CAVAB: - “Raketlərimiz var, bütün şəhərlərini vuracağıq!”
Dünən, 17:46
Eynulla Fətullayevdən nazirə ağır sözlər - "Elmar, sən rüşvətxorun dal ayağısan"
Dünən, 17:40
Taxıl zəmisində baş verən yanğın qoruğa keçib
Dünən, 17:37
Azərbaycanda indiyədək 522 773 koronavirus testi aparılıb
Dünən, 17:36
Azərbaycanda ümumilikdə 20 837 nəfər COVID-19-a yoluxub, 12 182 nəfər sağalıb, 258 nəfər vəfat edib
Dünən, 17:35
Azərbaycanda bir gündə 513 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Dünən, 17:34
"Övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər" - Brilliant məhkəmə ilə hədələdi
Dünən, 17:33
Güneydə fars-molla ZÜLMÜ... - Təbriz bələdiyyə işçilərinə ana dili qadağası
Dünən, 17:30
Səhiyyə Nazirliyi ölkədə COVİD-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradıb
Dünən, 17:27
Ağsuda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib - FOTO
Dünən, 17:25
Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər cərimələniblər
Dünən, 17:24
Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı - EGE hospitalda dəhşət
Dünən, 17:22
Məhkəmə icraçıları Xaçmaz sakinini aldadırlar – “Dedilər ki, cibimizdən ödəyəcəyik...”
Dünən, 17:19
Baş Prokurorluqda yeni kadr islahatları - ADLAR
Dünən, 17:14
Maliyyə yardımı verilməyən qəzetlərin sahibləri kimlərdir? – Əli Həsənovun xanımı, Ramiz Mehdiyevin qızı…
Dünən, 17:10
"Yanvar ayından toya getmirəm, hələ qabaqdakı aylarda da getmək ehtimalı yoxdu"
Dünən, 17:06
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Dünən, 17:00
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
"Mən artıq dözə bilmirəm"
Dünən, 16:55
Nəsimi rayonunda profilaktik reydlər davam etdirilir
Dünən, 16:50
Samuxda piknik edənlər cərimələnib - FOTO
Dünən, 16:48
ADIF ləğv prosesində olan banklarla bağlı Nazirlər Kabinetinə məktub ünvanlayıb
Dünən, 16:34
"Deyirəm ki, vaxt uzun çəkər, gecikərəm, ayıb olar"
Dünən, 16:32
Bakıda qəsdən yanğın törədənlər - insan həyatını təhlükəyə atanlar kimdir?
Dünən, 16:23
DTX-nin tutduğu XİN rəsmilərini gözləyən cəzalar - İZAH
Dünən, 16:20
Koronavirusa yoluxmuş jurnalist bacı-qardaşın səhhəti necədir? – “Həkim deyir ki...”
Dünən, 16:18
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMAN
Dünən, 16:15
Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb
Dünən, 16:14
OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... - “Niyə Əhmədə olar, Məmmədə yox?”
Dünən, 16:11
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb
Dünən, 16:08
BDYPİ sərtləşdirilmiş karantin rejimində avtomobillərin texniki baxışdan keçməsi məsələsinə aydınlıq gətirib
Dünən, 15:55
“Azərbaycanda COVID-19-dan sağalanların sayı artır” - Baş infeksionist
Dünən, 15:51
Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ
Dünən, 15:45
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə kütləvi dava olub
Dünən, 15:40
"Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir" - Prezident İlham Əliyev
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru