Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi .....                     Tanınmış blogger BNA-ya müraciət etdi: .....                     COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə .....                     Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar .....                     Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: .....                     Ukrayna səfiri ikinci dəfə Gürcüstan XİN-ə çağrıldı .....                     Kürdəmirli ailənin həyatı təhlükədə! .....                     Cəsəddən koronavirusa yoluxmaq mümkündür? .....                     İrəvanda inqilab ssenarisi: .....                     Başçı qardaşı narkotiklə tutulan müavini ilə bağlı .....                     Mətbuat yazdı, nazirlik yerindən tərpəndi .....                     Karantin erkən nikahlar üçün “gizli hücrələr” yaradır .....                     ASAN xidmətdə onlayn növbədə yaşanan çətinliklə bağlı RƏSMİ AÇIQLAMA .....                     Gəncədə tender əməliyyatı: .....                     Milli Məclisin keçmiş komitə sədrləri xidməti avtomobillərini təhvil verib .....                     Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 146-ya çatıb .....                     Baş Prokurorluq əsgərimizin ölümü ilə bağlı AÇIQLAMA VERDİ .....                     Azərbaycanda rəis müavini ailəsi ilə birgə .....                     Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü .....                     İctimai fəal İlkin Rüstəmzadənin həyat yoldaşının səs yazısı yayıldı: .....                     Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? .....                     Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa yoluxub .....                     Kənd Təsərrüfatı Naziliyi iddiaları təkzib edir: .....                     Qobustanın başçı sarıdan bəxti gətirmir... .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     İtaliya Ermənistandan giriş və tranziti qadağan edib .....                     190 manat verildi, bəs 250? .....                     "İqtidar-müxalifət dialoqu alınmasa, dövlət ziyan çəkəcək" .....                     Hərbi Prokurorluqda növbəti .....                     Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək .....                     Qardabanidə koronavirusa ilk yoluxma halları qeydə alınıb .....                     "Qaçqınkom"da pozuntular aşkarlanıb, .....                     İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur .....                     Azərbaycan koronavirusla mübarizə aparır, amma radikalların müalicəsi yoxdur .....                     "Xarici mütəxəssisə ehtiyac yoxdur, əsas problemimiz..." .....                     "Azərbaycan İnvestisiya Şirkəti"nin səmərəsiz fəaliyyət göstərdiyi üzə çıxıb .....                     Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir .....                     Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS .....                     DSMF-nin Lənkəran şöbəsində aparılan auditin nəticələri açıqlandı .....                     Nərimanov rayon prokuroruna yeni müavin TƏYİN OLUNDU .....                 

Azərbaycanda koronavirusla bağlı təhlükə: - pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
Tarix: 3-06-2020, 09:03 | Çap et
Azərbaycanda koronavirusla bağlı təhlükə:
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Eyni zamanda ölüm sayları da yüksək olaraq qalmaqdadır.

Azərbaycanda iyunun 1-də 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında deyib.

O bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.

Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.

Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.

Əliyev vurğulayıb ki, virus çoxdur və yayılmaqda davam edir: “Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var”.

Bəs ölüm halları niyə son zamanlar bu qədər artıqdır?

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb elmləri üzrə dosent Ədalət Rüstəm “Yeni Müsavat”a bildirib ki, son dərəcə ciddi bir durumdur və insanlar deyilənlərə əməl etməlidirlər: “Mən 15 gün müddətində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul oldum. Həmin müddət də, indi də diqqət edirdim ki, insanlar koronavirusa məhəl qoymurlar. Hətta testi pozitiv çıxanlar həkimlərlə dava edirdilər ki, bizi bura nə üçün gətirmisiniz? Yəni adamlar başa düşmürdülər ki, vəziyyətləri ağır olmasa belə, onlar ətrafdakılar üçün təhlükədir və virusu yayırlar. Deyim ki, indiyə qədər Azərbaycanda ölən xəstələrin hamısı ikinci xəstəliklərindən dünyalarını dəyişiblər. Yəni sağlam adam koronavirus tutub deyə vəfat etməyib. Sadəcə olaraq, koronavirus infeksiyası xəstənin əsas xəstəliyini sürətləndirir. İnsan əgər 1 ilə öləcəkdirsə, 2 aya dünyasını dəyişir. Buna görə də dəfələrlə dövlətlər bəyan ediblər ki, xüsusilə də yaşlı insanlar deyilənlərə əməl etsinlər. Təbii ki, gənclər və uşaqlar da qorunmalıdır. Çünki onlar daşıyıcı olub, xəstəliyi daha yaşlılara, digər xəstəliyi olanlara keçirə bilərlər. Bununla da həmin insanların həyatlarına son qoymuş olurlar”.

Həkim qeyd edib ki, xəstə sayı artdıqca vəziyyət ciddiləşir: “Reanimasiyalarda yer tapılmır. Bunun özü ciddi haldır. Əgər artım tempi bu cür davam edərsə, o zaman xəstələri saxlamağa yer olmayacaq. Sosial məsafə saxlayıb, əlləri dezinfeksiya etmək lazımdır. Daha nə olmalıdır ki, insanlar buna inansınlar? Dünyada vaksin tapılmasa da, koronavirusu müalicə üsulları mövcuddur. Ümumiyyətlə, vaksin sağaltmaq üçün yox, xəstəliyin qarşısını almaq üçündür. Bu gün müxtəlif dərmanlardan istifadə edilir və hər gün açıqlanan rəqəmlər də realdır. Bildirilir ki, məsələn, 100 xəstə sağalaraq, evə buraxılıb. Bu, həqiqətən də belədir. Plazma üsulu ilə müalicədən də istifadə edilir. Yəni sağalan xəstələrin qanından istifadə edilərək, vəziyyəti ağır olanlar müalicə edilir. Ancaq təəssüf ki, sağalan xəstələr plazma üçün müraciət etmirlər. Onların əksəriyyəti digər xəstələrin sağalmasına yardım göstərmirlər. Bu da məyusedici haldır”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ölkə rəhbərliyinin səylərini boykot edən onlarla məmur…" - Professordan Prezidentə məktub
Bu gün, 15:22
Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır
Bu gün, 15:15
Tanınmış blogger BNA-ya müraciət etdi: - “1-2 milyon da bizə ayırın, fifty-fifty də bölək”
Bu gün, 15:13
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
Bu gün, 15:09
Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar
Bu gün, 14:59
"Qonşumuz gürcülər kimi virus üzərində qalib gəlməliyik"
Bu gün, 14:54
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: - "İstefa verəcəyim..."
Bu gün, 14:52
Ukrayna səfiri ikinci dəfə Gürcüstan XİN-ə çağrıldı
Bu gün, 14:47
Kürdəmirli ailənin həyatı təhlükədə! - İcra başçısı isə…
Bu gün, 14:40
Cəsəddən koronavirusa yoluxmaq mümkündür? - mütəxəssis rəyi
Bu gün, 14:37
İrəvanda inqilab ssenarisi: - “Bu dəfə qərargah Rusiya səfirliyidir”
Bu gün, 14:35
Başçı qardaşı narkotiklə tutulan müavini ilə bağlı QƏRAR VERDİ
Bu gün, 14:32
Mətbuat yazdı, nazirlik yerindən tərpəndi - Maştağa qəsəbəsindəki tarixi hamamın təmizlənməsinə başlanılıb
Bu gün, 14:29
"İngilis dilindən də anlayışım var" - Röya
Bu gün, 14:26
Karantin erkən nikahlar üçün “gizli hücrələr” yaradır - SOS!
Bu gün, 14:23
ASAN xidmətdə onlayn növbədə yaşanan çətinliklə bağlı RƏSMİ AÇIQLAMA – “Bəzi xidmətlər bəlli limitlədir”
Bu gün, 14:19
Gəncədə tender əməliyyatı: - 32 milyonluq satınalmanı qazanan hansı məmurun şirkətidir?
Bu gün, 14:13
"Ən yaxşısı evdə oturub, ər çörəyi yeməkdir"
Bu gün, 14:09
Milli Məclisin keçmiş komitə sədrləri xidməti avtomobillərini təhvil verib - SİYAHI
Bu gün, 14:07
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 146-ya çatıb
Bu gün, 14:06
Baş Prokurorluq əsgərimizin ölümü ilə bağlı AÇIQLAMA VERDİ - KİV-ə xəbərdarlıq olundu
Bu gün, 14:05
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu
Bu gün, 13:51
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
Bu gün, 13:40
İctimai fəal İlkin Rüstəmzadənin həyat yoldaşının səs yazısı yayıldı: - "Dedi, səni salacam təpiyimin altına" (AUDİO)
Bu gün, 13:38
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
Bu gün, 13:35
Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa yoluxub - FOTO
Bu gün, 13:33
Kənd Təsərrüfatı Naziliyi iddiaları təkzib edir: - İlham Quliyev işdədir
Bu gün, 13:28
Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM
Bu gün, 13:20
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:16
İtaliya Ermənistandan giriş və tranziti qadağan edib
Bu gün, 13:14
190 manat verildi, bəs 250? - “Əmək haqları kompensasiya edilməli, maddı dəstək göstərilmlidir”
Bu gün, 13:12
"İqtidar-müxalifət dialoqu alınmasa, dövlət ziyan çəkəcək" - Partiya sədri
Bu gün, 13:10
"Ziyalılar bəyənmədikləri müğənniləri başda otuzdurublar”
Bu gün, 13:08
Hərbi Prokurorluqda növbəti TƏYİNAT
Bu gün, 13:06
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək
Bu gün, 13:05
Qardabanidə koronavirusa ilk yoluxma halları qeydə alınıb
Bu gün, 13:00
"Qaçqınkom"da pozuntular aşkarlanıb, 109,2 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib
Bu gün, 12:58
İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”
Bu gün, 12:57
Azərbaycan koronavirusla mübarizə aparır, amma radikalların müalicəsi yoxdur - VİDEO
Bu gün, 12:56
"Xarici mütəxəssisə ehtiyac yoxdur, əsas problemimiz..." - Həkimdən şok sözlər
Bu gün, 12:52
"Azərbaycan İnvestisiya Şirkəti"nin səmərəsiz fəaliyyət göstərdiyi üzə çıxıb - RƏSMİ
Bu gün, 12:46
Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: - "Bundan sonra necə yaşayacam?"
Bu gün, 12:44
Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir
Bu gün, 12:41
Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - Konsulluq İdarəsinin rəisi saxlanıldı
Bu gün, 12:38
DSMF-nin Lənkəran şöbəsində aparılan auditin nəticələri açıqlandı
Bu gün, 12:37
Nərimanov rayon prokuroruna yeni müavin TƏYİN OLUNDU - Çingiz Qənizadənin oğludur
Bu gün, 12:33
“Marketlərin əksəriyyəti hələ də gözdən pərdə asmaqla məşğuldur” - ekspert
Bu gün, 12:31
Nazir xanım məsləhətçini epidemiologiyaya müdir təyin etdi - FOTO
Bu gün, 12:31
XİN-in həbs olunan daha bir vəzifəli əməkdaşının ittiham olunduğu maddəlar AÇIQLANDI
Bu gün, 12:29
Qoruyucu geyimdəki tibb işçiləri koronavirusa necə yoluxur? - “Məcbur oldum ki, kombinezonun…”
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru