Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi .....                     İlham Əliyev .....                     Səhiyyə Nazirliyi evdə müalicə alan COVID-19 xəstələrinin yaxınlarına müraciət edib .....                     Radikal erməni təşkilatlarının təhdidlərinə qarşı diplomatik nümayəndəliklərimizin .....                     Ermənilərin mülki əhalini atəşə tutması faktı ilə bağlı cinayət işi başlanıb .....                     XİN Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı .....                     Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxtibatı ilə bağlı .....                     Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi .....                     Qarabağa gedən yol dövlətimizin və ordumuzun yanında olmaqdan keçir .....                     Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”: .....                     "Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər" .....                     “5-ci kolon” həmrəyliyə kölgə salmağa çalışdı” .....                     Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib .....                     Milli Məclisin qarşısındakı intihar cəhdi də .....                     Cəbhədə möhkəmik, GÖMRÜKDƏ NECƏ? .....                     Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirib .....                     Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə .....                     Səlim Müslümovdan GƏRGİNLİYƏ REAKSİYA .....                     "Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq" .....                     Gənc oğlan Milli Məclisin qarşısında özünü doğradı .....                     Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb .....                     “Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” .....                     Azərbaycan xalqı ilə həmrəyik .....                     Ərdoğandan “at gedişi”: .....                     Milli Məclisdəki dağıntılardan .....                     "KTMT-də Ermənistandan daha çox, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə güvənirlər" .....                     Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə .....                     Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib .....                     Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? .....                     Sərt karantin rejimi uzadılır? .....                     "Bu istiqamətdə heç bir güzəşt olmamalıdır" .....                     “KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” .....                     Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu .....                     Qarabağda könüllü döyüşmək istəyənlərin NƏZƏRİNƏ .....                     “Bu əməllər arxadan vurulan bıçağı xatırladır” .....                     Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək .....                     “Koronavirus dərman”ı zəhərlənmə yaradır? .....                     "Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq" .....                     Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir .....                     Türkiyədə müalicə olunan Vahid Əhmədov .....                 

Baş metroçu mətbuata SAVAŞ AÇIB - GƏLİŞMƏ
Tarix: 2-06-2020, 17:43 | Çap et
Baş metroçu mətbuata SAVAŞ AÇIB
“Hürriyyət” qəzetinə qarşı daha bir əsassız məhkəmə iddiası qaldırılıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qəzetimizə qarşı iddiasına iyunun 4-də Sabunçu rayon məhkəməsində baxılacaq. İddiaçı tərəf “Hürriyyət”in 1-3 fevral 2020-ci il və 4-5 fevral 2020-ci il saylarında dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və “Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır” başlıqlı məqalələrə etiraz edir. Bu baxımdan da, həmin yazılarda qeyd olunan faktların təkzib olunması və “mənəvi zərər”in qarşılığı olaraq 50 min manat təzminat ödənilməsi tələb olunur.

Bəs, “Bakı Metropoliteni” QSC-nin “Hürriyyət”ə qarşı bu iddiası nə üçün əsassızdır? Öncə ondan başlayaq ki, sözügedən məhkəmə iddiasından əvvəl, 07 fevral 2020-ci ildə bu qurum tərəfindən redaksiyamıza yazılı müraciət daxil olub. “Hürriyyət”in 18-19 vevral tarixli sayında həmin müraciəti olduğu kimi dərc etməklə yanaşı, etiraza səbəb olan yazıların “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının redaksiyamıza müraciəti əsasında hazırlandığını da qarşı tərəfin diqqətinə çatdırmışıq. Doğrudur, yazılar çapa hazırlanan zaman “Bakı Metropoliteni” QSC ilə əlaqə yaratmaq mümkün olmadığından, məlum ittihamlarla bağlı qurumun rəsmi mövqeyini dərc edə bilməmişik. Bununla belə, hər iki yazının sonunda “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”, – deyə qeyd etmişik. Üstəlik, sonrakı nömrələrdə “Bakı Metropoliteni” QSC-nin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc etdiyimizdən, sözügedən məhkəmə iddiasının tamamilə əsassız olduğunu güman edirik.

Əslində, bu iddianın əsassız olduğu “Bakı Metropoliteni” QSC tərəfindən redaksiyamıza göndərilən məktubda da aydın şəkildə öz əksini tapır. Məktubda bildirilir ki, “Hürriyyət” qəzetində dərc olunan ittihamlar daha öncə müxtəlif saytlarda da işıq üzü görüb: “…Qeyd etmək istəyirik ki, analoji məqalələr digər kütləvi informasiya vasitələrində, o cümlədən pressinfo.az, araz.az xəbər saytlarında dərc olunmuşdur. “Bakı Metropoliteni” QSC öz işgüzar nüfuzunu bərpa etmək məqsədilə sözügedən xəbər saytlarının baş redaktorlarına və həqiqətə uyğun olmayan məlumatları yayan digər şəxslərə qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir”.

Təbii ki, 2019-cu ildə baş tutan məhkəmə prosesləri bizim maraq dairəmizdən uzaq olduğundan, bu məsələdən xəbərsiz olmağımız tamamilə normaldır. İkincisi, biz hər iki yazımızda əsasən “Bakı Metropoliteni” əməkdaşlarının fikirlərinə istinad etmişik. Üstəlik, 27 mart 2020-ci ildə qəzetimizə məxsus Hurriyyet TV-də şikayətçilərdən birinin – Şıxəliyev Fikrət Sərvər oğlunun “Cəmi 2-3 il əvvəl alınan qatarlar sıradan çıxıb – Metro işçisindən şok açıqlamalar” sərlövhəli video-müsahibə də dərc olunub. Hansı ki, bu müsahibədə F.Şıxəliyev qəzetimizə verdiyi açıqlamaları və bir sıra əlavə faktları tam çılpaqlığı ilə açıqlayıb. Belə olduğu halda “Hürriyyət” qəzetinin məhkəməyə verilməsi anlaşılan deyil. Buna yalnız belə anlam vermək olar ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi təzyiq yolu ilə medianı susdurmağa çalışır. Şübhəsiz, burada da məqsəd “Bakı Metropoliteni” ilıə bağlı neqativ olayların mətbuata çıxmasını önləmək və bununla öz qanunsuz əməllərini pərdələmək ola bilər.

Bütün bunlar anlaşılandır. Bəs, biz “Bakı Metropoliteni”ni ilə bağlı nə yazmışıq ki, qarşı tərəf narahat olub? Xatırladaq ki, “Hürriyyət”də dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və ““Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır: “Təcili tədbirlər görülməsə, metroda böyük faciə yaşanacaq”” sərlövhəli yazılarda “Bakı Metropoliteni” QSC-də həyata keçirilən “islahatların” metroda təhlükəli vəziyyət yaratdığını qeyd etmişdik. Buna misal olaraq, Z.Hüseynov 2014-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunandan sonra dövlət büdcəsi hesabına xeyli sayda yeni qatar alınsa və hər il dövlətdən ayrılan dotasiyanın həcmi və gediş haqqə 50 faiz artırılsa da, metroda nasazlıq hallarının getdikcə daha da artmasını göstərmişik. Onu da bildirmişik ki, biz metrodan istifadə edən vətəndaşlarımız arasında panika yaratmaq fikrindən uzağıq. “Amma bu məsələni gündəmə gətirməyə məcburuq ki, yetkili qurumlar gəlcəkdə ciddi fəsadlara səbəb ola biləcək problemlərin qarşısını vaxtında ala bilsinlər”, – deyə vurğulamışdıq.

Əlavə olaraq qeyd etmilşdik ki, “Bakı Metropoliteni” QSC yuxarıda adları sadalanan digər KİV-lər kimi, “Hürriyyət” qəzetini də məhkəmə verib, 500 manat və daha artıq məbləğdə cərimə kəsdirməsi mümkündür. Amma bunun üçün ilk öncə QSC rəhbərliyi bizim hansı faktı yanlış yazdığımızı, harada “qərəzli” olduğumuzu və “böhtan atdığımızı” açıqlamalıdır. Axı, redaksiyamıza açıqlama verən şikayətçilər baş verən nasazılıq faktlarını tarixinə və dəqiqəsinə kimi açıqlayır. Hətta bu faktların bir çoxu zaman-zaman rəsmi şəkildə etiraf olunub, bəzi ittihamlarla bağlı isə sosial şəbəkələrdə konkret fotolar və video-görüntülər yayılıb. Məsələn, hərəkətin düzgün tənzimlənməməsi səbəbindən qatarların tuneldə üz-üzə gəlməsi, vaqonların qapıları açıq halda hərək edilməsi, eləcə də demək olar ki, hər həftə metroda nasazlıq hallarının baş verməsi və s. O cümlədən, 24 noyabr 2019-cu ildə “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların saatlarla işləməməsinin səbəbləri də hər kəsə bəllidir. Hansı ki, “Hürriyyət”ə danışan mənbə də bu kimi faktların sayının artmasından narahat olduğunu dilə gətirib.

Məlumat üçün bildirək ki, şikayətçilər sözügedən problemlərlə bağlı ilk öncə şəxsən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova məlumat verməyə calışıblar. Lakin çoxsaylı cəhdlərinə rəğmən, sədrin qəbuluna düşə bilməyiblər. Bu baxımdan da, öz vətəndaşlıq borclarını yerinə yetirərək, mətbuata müraciət etməyə məcbur olublar. Onlarla söhbət zamanı “Bu problemlərlə bağlı “Bakı Metropoliteni”nin rəhbərliyinə müraciət etmisinizmi” sualına “Hazırda bütün nazirlərin qəbuluna düşmək olar, amma Zaur Hüseynova hansısa məsələ ilə bağlı şikayət çatdırmaq mümkün deyil”, – deyə cavab vermişdilər. Hətta onu da bildirmişdilər ki, bir sıra metro işçiləri onlara qarşı edilmiş qanunsuzluqlarla bağlı Zaur Hüseynova dəfələrlə yazılı müraciət etsə də, heç bir məktub ona çatmayıb. “Bütün şikayətlər İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov və İnsan Resursları şöbəsinin rəisi Əli Əliyevdən geri qayıdır. Onlar da öz maraqlarına uyğun cavablar verirlər”, – şikayətçilər bildirmişdi.

Konkret olaraq Fikrət Şıxəliyevin əməkdaşımızla söhbətinə gəlikdə isə, o, “Mən Z.Hacıyevə 3 dəfə şikayət etmişəm, hər dəfə məktubum Tərlan Dadaşovdan geri qayıdıb. Son 5-6 ildə dəfələrlə rəislə görüşə cəhd etmişik, amma qəbuluna düşmək mümkün olmur. Təsadüfən metroya gələndə də polis və mühafizəçiləri ətrafında sipər çəkir, imkan vermirələr ki, kimsə yaxınlaşıb dərdini desin”, – deyə vurğulamışdı.

Haşiyə çıxaraq bir daha dəyərli oxucuların diqqətinə çatdıraq ki, “Hürriyyət” qəzetinə müraciət edən “Bakı Metropoliteni” QSC əməkdaşlarının məqsədi heç də şəxsi problemlərini həll etməyə çalışmaqdan ibarət olmayıb. Sadəcə, onlar öz sahələrinin peşəkarları olaraq, metroda baş verən nasazlıqların yaranma səbəblərini görüb və həmin problemlər aradan qaldırılmasa, daha ciddi fəsadlara səbəb olacağını bildiriblər. Bütün bunlarla yanaşı, onlar “Bakı Metropoliteni” QSC-nin İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev və baş müfəttiş Elxan Məmmədovu öz hüquqlarını tələb edən əməkdaşlara təzyiq göstərməkdə və onları bu və digər yollarla cəzalandırmaqda ittiham edib ki, zənnimizcə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bizi “qərəzli” olmaqda, “böhtan” yazmaqda ittiham edərək məhkəməyə verməkdənsə, deyilən problemlərin həllinə vaxt ayırsa, daha yaxşı olardı. Çünki bu halda kimsə onları, məsələn, peşəkarları qanunsuz olaraq işdən uzaqlaşdırmaqda ittiham etməzdi.

Əlbəttə, Z.Hüseynov rəhbərlik etdiyi qurumda baş verən qanunsuzluqlara göz yumsa da, bu faktlar aidiyyəti qurumların diqqətindən yayına bilməz. Necə ki, bu günlərdə sədrin yaxın qohumu, polkovnik Samir Hüseynov Baş Polis İdarəsinin “Bakı Metropoliteni”ndə Polis İdarəsinin rəisi vəzifəsindən azad olundu. Odur ki, bu qurumun rəhbərliyində çalışan və çoxsaylı qanunsuzluğu yol verən digər vəzifəli şəxslərin də çox keçmədən qanun qarşısında cavab verəcəyinə şübhə etmirik.

Konkret olaraq Zaur Hüseynovun özünə gəldikdə isə, inanırıq ki, müvafiq qurumlar tərəfindən “Bakı Metropoliteni” QSC-nin sədrinin təkcə rəhbərlik etdiyi idarədə keçirdiyi qalmaqallı ad günü ilə bağlı rəsmi araşdırma aparılsa, bu faktın özü onun indiyədək necə işlədiyinə işıq salacaqdır. Z.Hüseynovun istər xaricdə, istər də ölkə daxilində sahib olduğu milyonlarla dollarlıq sərvəti hansı yollarla əldə etməsi isə tamamilə başqa mövzudur və zərurət yaranacağı halda bu haqda da oxucularımıza məlumat verəcəyik.

Hazırda isə, bir çox vətəndaşlar kimi, bu yeraltı nəqliyyat vasitəsinini gündəlik istifadəçisi olaraq bizi “Bakı Metropoliteni”ndə baş verən problemlər, nasazlıq hallarının sayının artması daha çox narahat edir. Hansı ki, cəmi bir neçə həftə əvvəl – mayın 12-də Bakı metrosunun texniki nasazlıq səbəbindən iki saat bağlı olması faktını da buna missal göstərə bilərik. Xatırladaq ki, həmin vaxt “Bakı Metropoliteni”ndən Baku.Tv-yə verilən açıqlamada paytaxtın ən vacib ictimai nəqliyyatının bağlı olmasının təsərrüfat qatarında yaranan problemlə əlaqədar olduğu bildirilmişdi. Halbuki, ondan cəmi bir neçə gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Bakı Metropoliteni” QSC-nin mühəndisi Əlixan Osmanov əmin etmişdi ki, 38 günlük fasilədən sonra metro tam saz vəziyyətdə sərnişinlərin ixtiyarına təhvil verilir. Baş mühəndis demişdi ki, yaranan fasilə zamanı bütün metro stansiyalarında lazımi işlər görülüb, bunun üçün zəruri olan əməkdaşlar həmin müddətdə işə çıxıblar. Amma həmin açıqlamadan sonra cəmi üç gün işləyən Bakı metrosu texniki nasazlıq səbəbindən iki saat müddətində sərnişin qəbul edə bilmədi(FOTO).

Baş metroçu mətbuata SAVAŞ AÇIB

Yazımızda irad bildirilən məsələlərdən biri də qatarların qapıları açıq şəkildə idarə olunması idi. Lakin təəssüflə qeyd edirik ki, işə alınan təcrübəsiz sürücülər tərəfindən nəinki vaqonun bir yanının qapıları, hətta hər iki yandakı qapılar eyni vaxtda açılıb ki, bu da ciddi təhlükəyə yol açıb(Bu haqda əlimizdə video-görüntü var – müəl.). Sadəcə, xoşbəxtlikdən, karantin dönəmi olduğundan, həmin vaxt vaqonda sərnişin az olub və kimsə açıq qapılara yaxın dayanmayıb. Bir anlıq təsəvvür edək ki, bu hadisə metroda basabas olduğu vaxt baş versəydi, hansı problemlər yaranardı…

P.S. Sonda onu da qeyd edək ki, Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayevin “Hürriyyət” qəzeti ilə bağlı ədalətli qərar çıxaracağına şübhəmiz yoxdur. Amma bu qərardan asılı olmayaraq “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti ilə bağlı araşdırmamız davam edəcək.
//hurriyyet.org//

DİA.AZ-dan: Görünür, hörmətli baş metroçumuz hələ də köhnə ab-havadadır. Yəni mətbuatın iradlarına cavab verməkdənsə, mətbuatı susdrumağı üstün tutur. Əvvəlindən də belə bir ənənə var idi. Bu ənənəyə də Əli Həsənov adlı bir hörmətli zat rəhbərlik edirdi. İndi də eyni üsulla mətbuata qarşı savaş açılıb. Fərqi yoxdur... "Hürriyyət" qəzeti, ya hansısa bir başqaq KİV... Fərqi həm də ona görə yox imiş ki, köhnə üsullarla davranılır... Baş metroçumuz tərəfindən... Nə deyirik.. Olsun... Amma dövlətin siyasəti bu gün heç də cənab Zaur Hüseynovdan yana deyil. Bunun belə olacağına bütün varlığımızla inanırıq...




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi
Bu gün, 16:07
“Həkimlərə təşəkkür edirəm”
Bu gün, 16:03
İlham Əliyev nazirləri topladı
Bu gün, 15:59
Səhiyyə Nazirliyi evdə müalicə alan COVID-19 xəstələrinin yaxınlarına müraciət edib
Bu gün, 15:57
Radikal erməni təşkilatlarının təhdidlərinə qarşı diplomatik nümayəndəliklərimizin mühafizəsi gücləndirilib
Bu gün, 15:57
Ermənilərin mülki əhalini atəşə tutması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
Bu gün, 15:56
XİN Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumat yayıb
Bu gün, 15:55
Əhməd Cavadın “Şəhidlər” əsərinə mahnı bəstələnib - VİDEO
Bu gün, 15:38
“82 yaşımda ermənilərlə vuruşmağa hazıram” – Əməkdar artist
Bu gün, 15:35
Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxtibatı ilə bağlı yeni açıqlama
Bu gün, 15:33
Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏB
Bu gün, 15:29
Qarabağa gedən yol dövlətimizin və ordumuzun yanında olmaqdan keçir - VİDEO
Bu gün, 15:25
"Şəhidin üzərində nə haqqımız var ki, halal edək?" - deputat
Bu gün, 15:23
Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”: - “Daxilimizdə də “5-ci kolon” iş başındadır”
Bu gün, 15:20
"Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər" - Hulusi Akar
Bu gün, 15:18
“5-ci kolon” həmrəyliyə kölgə salmağa çalışdı” - deputat
Bu gün, 15:15
Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib - VİDEO
Bu gün, 15:09
Milli Məclisin qarşısındakı intihar cəhdi də - Tovuzdakı gərginliyə etiraz imiş
Bu gün, 15:04
Cəbhədə möhkəmik, GÖMRÜKDƏ NECƏ? - Səfər Mehdiyev adlı çatışmamazlıq...
Bu gün, 15:02
Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirib
Bu gün, 14:55
Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə müraciət edib
Bu gün, 14:52
Səlim Müslümovdan GƏRGİNLİYƏ REAKSİYA - “Xalqımız dünənki birliyi ilə hər şeyi ortaya qoydu”
Bu gün, 14:45
"Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"
Bu gün, 14:38
"Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq" - Prezident İlham Əliyev
Bu gün, 14:36
Gənc oğlan Milli Məclisin qarşısında özünü doğradı
Bu gün, 14:32
Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb - Yeni təxribat PLANI
Bu gün, 14:29
"Xahiş edirəm, ağlaşma videoları yaymayın" - Xalq artisti
Bu gün, 14:22
“Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” – Keçmiş nazir
Bu gün, 14:19
“Ailəli olsaq da, onunla bir-birimizi gizli sevirdik”
Bu gün, 14:15
Azərbaycan xalqı ilə həmrəyik - GUAM Katibliyi
Bu gün, 14:13
Ərdoğandan “at gedişi”: - Görünən və görünməyən hədəflər
Bu gün, 14:09
Milli Məclisdəki dağıntılardan FOTOLAR
Bu gün, 14:06
"KTMT-də Ermənistandan daha çox, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə güvənirlər" - Rusiyalı politoloq
Bu gün, 14:03
Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verib
Bu gün, 14:02
Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib
Bu gün, 13:33
Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? - "Əgər bu post Ermənistanın nəzarəti altına keçsə..."
Bu gün, 13:27
Sərt karantin rejimi uzadılır? - AÇIQLAMA
Bu gün, 13:25
"Bu istiqamətdə heç bir güzəşt olmamalıdır" - Əflatun Amaşov
Bu gün, 13:23
“KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” – “Siyasi fəaliyyətimizi dayandırmağa hazırıq”
Bu gün, 13:22
Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu - FOTO
Bu gün, 13:17
"Kafirlərin içində, Allahsızların içində, başı müsibətlər çəkən millətim..."
Bu gün, 13:12
Qarabağda könüllü döyüşmək istəyənlərin NƏZƏRİNƏ - "Zərurət yarandıqda..."
Bu gün, 13:08
“Bu əməllər arxadan vurulan bıçağı xatırladır” - Əli Əhmədov
Bu gün, 13:00
Tovuz döyüşləri və səngiməyən İNFORMASİYA SAVAŞI: - “Onların yalanı tezliklə ifşa olunur”
Bu gün, 12:56
Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək - MM
Bu gün, 12:52
“Koronavirus dərman”ı zəhərlənmə yaradır? - BAŞ TOKSİKOLOQ
Bu gün, 12:50
"Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq"
Bu gün, 12:49
Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir
Bu gün, 12:47
"Atışma gedir, camaat sakit, hamısı yerindədir" - Kamil Zeynallı Tovuzdakı son durumu anladır
Bu gün, 12:44
"Onlara qurban olum" - Afaq Bəşirqızı əsgərlərimizdən qələbə gözləyir
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru