Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxtibatı ilə bağlı .....                     Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi .....                     Qarabağa gedən yol dövlətimizin və ordumuzun yanında olmaqdan keçir .....                     Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”: .....                     "Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər" .....                     “5-ci kolon” həmrəyliyə kölgə salmağa çalışdı” .....                     Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib .....                     Milli Məclisin qarşısındakı intihar cəhdi də .....                     Cəbhədə möhkəmik, GÖMRÜKDƏ NECƏ? .....                     Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirib .....                     Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə .....                     Səlim Müslümovdan GƏRGİNLİYƏ REAKSİYA .....                     "Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq" .....                     Gənc oğlan Milli Məclisin qarşısında özünü doğradı .....                     Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb .....                     “Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” .....                     Azərbaycan xalqı ilə həmrəyik .....                     Ərdoğandan “at gedişi”: .....                     Milli Məclisdəki dağıntılardan .....                     "KTMT-də Ermənistandan daha çox, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə güvənirlər" .....                     Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə .....                     Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib .....                     Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? .....                     Sərt karantin rejimi uzadılır? .....                     "Bu istiqamətdə heç bir güzəşt olmamalıdır" .....                     “KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” .....                     Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu .....                     Qarabağda könüllü döyüşmək istəyənlərin NƏZƏRİNƏ .....                     “Bu əməllər arxadan vurulan bıçağı xatırladır” .....                     Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək .....                     “Koronavirus dərman”ı zəhərlənmə yaradır? .....                     "Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq" .....                     Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir .....                     Türkiyədə müalicə olunan Vahid Əhmədov .....                     Əhəd Abıyev işdən çıxarılır... .....                     "Bu cür hərəkətlər heç vaxt Qarabağın azadlığına xidmət etməyib" .....                     Azay Möhnətova qarşı İTTİHAM .....                     Maliyyə və kapital amnistiyası niyə gecikir? .....                     Səid Dadaşbəyli azadlığa çıxdı .....                     Bir gecənin ibrət dərsi .....                 

“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” - TƏHLİL
Tarix: 2-06-2020, 10:40 | Çap et
“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik”
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında müxtəlif cinayətlər törətməkdə davam edir. İstər xaricdəki ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlara köçürülüb orada onlara mənzillər tikilməsi olsun, istər ərazilərimizdə narkotik maddələrin əkilib-becərilməsi olsun, istərsə də yerli terrorçulardan tutmuş, PKK terrorçularına kimi, müxtəlif dəstələrə təlim keçmək olsun... İşğalçılar zaman-zaman bunları sınaqdan keçirirlər. Hələ xarici investisiyaları Qarabağa cəlb edib biznes qurmaları, turizm məqsədilə Qarabağın gözəl guşələrindən yararlanmaları, qızıl mədənlərini “ata malı” kimi yağmalamalarını demirik.

Azərbaycan tərəfindən isə hər belə hal baş verəndə Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində bəyanat verilir. Beynəlxalq təşkilatlara, Qarabağ konfliktinin sülh yolu ilə həllinə dəstək göstərdiyini iddia edən ATƏT-in Minsk Qrupuna müraciətlər olur. Sərhədlərimizi pozub, qanunsuz Qarabağa gələn jurnalistlər, iş adamları, deputatlar, turistlər XİN-in “qara siyahısı”na salınır. Bununla da məsələ bitir, işğalçı öz mənfur addımlarını atmaqda davam edir.

Bu dəfə isə düşmən Qarabağda yeni bir əməl törətməkdədir. Belə ki, ermənilər, artıq işğaldakı ərazilərimizdə diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradıblar. Erməni KİV-lərinin xəbərinə görə, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək kimi vərdişlərə yiyələnirlər. Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib. Təlimlərdə keçmiş SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Təlim-tədris məşqlərinə yerli və diaspor ermənilərinin maliyyə yardımı ayırdığı qeyd edilir.

Təbii ki, həmişəki kimi rəsmi Yerevan bu diversiya dəstələrini yaratmadıqlarını iddia edəcək, belə terrorçu dəstənin könüllülərdən cəmləşdiyini, təlimlərə dövlətin maliyyə ayırmadığını bildirəcək. Hətta “xəbərimiz yoxdur”, “elə dəstə ümumiyyətlə yoxdur” kimi bəyanatlar səsləndirəcəklər – beynəlxalq qüvvələri susdurmaq üçün. Amma gün kimi aydındır ki, bu cür dəstələr erməni lobbisinin əli ilə də olsa, dövlətin dəstəyi ilə fəaliyyət göstərir.

Hələlik Qarabağ meşələrindəki hərbi dəstələrlərlə bağlı rəsmi Bakının açıqlaması yoxdur. Nə XİN, nə Müdafiə Nazirliyi, nə də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib. Amma bəyanat verilsə, nə olacaq? Yenə həmişəki kimi, düşmən qulaqardına vurub öz əməlində davam edəcək. Bəs, Azərbaycan nə etsin? Və yaxud da nə etməlidir? Beynəlxalq təşkilatların Ermənistana sülhə zərbə vuran bu cür hərəkətlərinə görə təzyiq etməsini necə və hansı yolla təşkil etmək lazımdır? Hansı addım atılmalıdır ki, Ermənistana xarici təşkilatlar təzyiq göstərsin?

Azərbaycanlı ekspertlər hesab edirlər ki, ilk növbədə rəsmi Bakı özü Ermənistana təzyiq etməlidir. Bunun da tək yolu var, hərbi güc göstərmək. Məsələ ilə bağlı AYNA-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, diplomatik vasitələrlə beynəlxalq güclərə, xüsusən də Minsk Qrupuna çatdırılmalıdır ki, ermənilər bu cür dəstələr yaradırlar: “Çünki belə dəstələrin yaradılması, işğal altındakı ərazilərdə təlimlərə cəlb edilməsi sülh danışıqları ilə zidiyyət təşkil edir. Amma bizim diplomatiyamız bu tip məsələlərdə nədənsə zəiflik nümayiş etdirir”.

Mərkəz rəhbəri deyib ki, xaricdə Azərbaycanı dəstəkləyənlərin sayı çox azdır və yaxud yox səviyyəsindədir: “Erməni lobbisi tərəfindən maliyyələşən, onların təsiri ilə hərəkət edən siyasətçilər, konqresmenlər var ki, fəallıq nümayiş etdirirlər. Məsələn, bu günlərdə ABŞ konqresmenlərindən biri Azərbaycanın hərbi təlimləri ilə bağlı həyəcan təbili çaldı, yalandan “Azərbaycan müharibəyə başlayır, güc yoluna əl atacaq”, - deyib haray çəkdi. Bizim beynəlxalq aləmdə niyə belə tərəfdarlarımız yoxdur? Haqq səsimizi yüksək tribunalardan səsləndirən xarici ölkə siyasətçiləri, deputatları yoxdurmu? Hesab edirəm ki, indiyə qədər bunu həll etməli idik, tərəfdar toplamalıydıq. Təəssüf ki, bu sahədə erməni lobbisinə uduzuruq”.

E.Şahinoğlu hesab edir ki, diplomatiya ilə yanaşı, hərbi güc amilini irəli sürməliyik: “Müdafiə Nazirliyi nə qədər qətiyyətli olduğumuzu göstərmək üçün xırda da olsa, əməliyyatlar keçirməlidir, antiterror əməliyyatları aparmalıdır. Mənim ərazimdə diversiya dəstələrinin yaradılması nə deməkdir? Buna yol vermək olmaz. Dişsiz görünmək lazım deyil”.

“Müdafiə Nazirliyinin son açıqlaması kifayət qədər ciddidir. Bildirildi ki, bu dəfə əməliyyat daha dağıdıcı olacaq, əvvəlkilərə bənzəməyəcək. Çox istərdim ki, sözdən əmələ keçilsin. O zaman ermənilər Qarabağda hərbi terrorçu dəstələri yaratmağa cürət edə bilməzlər. Məsələn, Şuşada keçirilən “andiçmə” zamanı Azərbaycanın hərbi vertalyotları Şuşa səmasında uçmalı idi. Başa düşdük, quru yolu ilə çətinlikdir. Bəs hava yolunda nə problem var? Təyyarəmiz vurulsaydı belə, “Ermənistan təyyarəmizi vurdu” bəhanəsi ilə hücuma keçə bilərdik”, - deyə politoloq qeyd edib.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin (AMSTM) sədri, politoloq Natiq Miri isə AYNA-ya deyib ki, Xarici İşlər Nazirliyinin bəyanatları effekt vermir: “Ermənistan bu bəyanatları ciddi qəbul etmir. Hesab edirəm ki, verilən bəyanatların arxasında ciddi əməl dayanmalıdır. Rəsmi İrəvan biz tərəfdən verilən bəyanatlara o qədər məhəl qoymur ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan “Azərbaycanın torpaqları qaytaracağına inanmıram” səpkili açıqlamalar verir. Çünki, yenə də deyirəm, rəsmi Bakının dedikləri hələlik sözdən başqa bir şey deyil. “İstənilən an hərbi gücə əl ata bilərik” bəyanatlarını praktik olaraq həyata keçirmək lazımdır. Hər bir sözümüzün arxasında mütləq mənada güc dayanmalıdır”.

“Əlbəttə, bu məsələni beynəlxalq səviyyədə qaldırmaq lazımdır. Bildirmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların yetişdirilməsi və onlara logistik dəstək verilməsi prosesi gedir. Bunlar da sənədlərlə, foto və videolarla fakt olaraq hazırlanıb ortaya qoyulmalıdır. Beynəlxalq ictimaiyyətə təqdim edilməlidir ki, işğalçılar sülh danışıqlarına bu cür ziyan vururlar. Paralel olaraq da, Azərbaycan öz ərazilərində terror fəaliyyətinə imkan vermədiyini nümayiş etdirməlidir – antiterror əməliyyatına başlamalıdır”, - deyə politoloq vurğulayıb.

N.Mirinin qənaətincə, Dağlıq Qarabağda terrorçuların bəslənməsi prosesi davam edərsə, rəsmi Bakı antiterror əməliyyatına başlayacağını açıq bəyan etməlidir: “Dərhal da əməliyyata başlanmalıdır. Azərbaycanın bütün güc orqanlarının əks-kəşfiyyat fəaliyyəti mövcuddur. Həm Müdafiə Nazirliyində, həm də Dövlət Təhlükəsizliyi Xidmətində əks-kəşfiyyat idarələri var. Bununla yanaşı, ayrıca kəşfiyyat qurumu da var. Düşünürəm ki, bu strukturlar hərəkətə keçməlidir. Əsas fəaliyyətləri də o olmalıdır ki, Azərbaycanın işğaldakı ərazilərində fəaliyyət göstərən terrorçular, terrorçu dəstələr məhv edilsin”.

“Ordakı terrorçular kəşfiyyatçılarımız tərəfindən fiziki olaraq məhv edilməli, hətta girov olaraq tutulub Azərbaycana gətirilməlidirlər. Bütün dünyaya nümayiş etdirilməlidir ki, baxın, Türkiyədə, Suriyada terrorçuluq etmiş şəxslər indi Azərbaycanın işğalda olan ərazilərində təlimlər keçirlər, dəstələr yaradırlar. Bunu həyata keçirmək üçün, Azərbaycanın böyük imkanları var. Biz bu cür faktları ortaya qoymasaq, dünya birliyi Azərbaycanı heç vaxt ciddi qəbul etməz”, - politoloq əlavə edib.

Göründüyü kimi, analitiklər, təhlilçilər hesab edirlər ki, artıq quru bəyanatlar düşmənə heç bir təsir göstərmir. Dağlıq Qarabağın dalana dirənmiş danışıqlarının o dalandan çıxarılmasının da, ərazilərin işğaldan azad edilməsinin də tək yolu var – işğal olunmuş ərazilərdə antiterror əməliyyatlarına başlamaq. Əks təqdirdə, biz bu gün Şuşada, sabah Laçında separatçıların “andiçmə”lərinin şahidi olacağır. Qarabağ meşələrində isə terrorçuların diversant dəstələri çoxalacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əhməd Cavadın “Şəhidlər” əsərinə mahnı bəstələnib - VİDEO
Bu gün, 15:38
“82 yaşımda ermənilərlə vuruşmağa hazıram” – Əməkdar artist
Bu gün, 15:35
Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxtibatı ilə bağlı yeni açıqlama
Bu gün, 15:33
Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏB
Bu gün, 15:29
Qarabağa gedən yol dövlətimizin və ordumuzun yanında olmaqdan keçir - VİDEO
Bu gün, 15:25
"Şəhidin üzərində nə haqqımız var ki, halal edək?" - deputat
Bu gün, 15:23
Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”: - “Daxilimizdə də “5-ci kolon” iş başındadır”
Bu gün, 15:20
"Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər" - Hulusi Akar
Bu gün, 15:18
“5-ci kolon” həmrəyliyə kölgə salmağa çalışdı” - deputat
Bu gün, 15:15
Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib - VİDEO
Bu gün, 15:09
Milli Məclisin qarşısındakı intihar cəhdi də - Tovuzdakı gərginliyə etiraz imiş
Bu gün, 15:04
Cəbhədə möhkəmik, GÖMRÜKDƏ NECƏ? - Səfər Mehdiyev adlı çatışmamazlıq...
Bu gün, 15:02
Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirib
Bu gün, 14:55
Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə müraciət edib
Bu gün, 14:52
Səlim Müslümovdan GƏRGİNLİYƏ REAKSİYA - “Xalqımız dünənki birliyi ilə hər şeyi ortaya qoydu”
Bu gün, 14:45
"Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"
Bu gün, 14:38
"Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq" - Prezident İlham Əliyev
Bu gün, 14:36
Gənc oğlan Milli Məclisin qarşısında özünü doğradı
Bu gün, 14:32
Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb - Yeni təxribat PLANI
Bu gün, 14:29
"Xahiş edirəm, ağlaşma videoları yaymayın" - Xalq artisti
Bu gün, 14:22
“Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” – Keçmiş nazir
Bu gün, 14:19
“Ailəli olsaq da, onunla bir-birimizi gizli sevirdik”
Bu gün, 14:15
Azərbaycan xalqı ilə həmrəyik - GUAM Katibliyi
Bu gün, 14:13
Ərdoğandan “at gedişi”: - Görünən və görünməyən hədəflər
Bu gün, 14:09
Milli Məclisdəki dağıntılardan FOTOLAR
Bu gün, 14:06
"KTMT-də Ermənistandan daha çox, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə güvənirlər" - Rusiyalı politoloq
Bu gün, 14:03
Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verib
Bu gün, 14:02
Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib
Bu gün, 13:33
Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? - "Əgər bu post Ermənistanın nəzarəti altına keçsə..."
Bu gün, 13:27
Sərt karantin rejimi uzadılır? - AÇIQLAMA
Bu gün, 13:25
"Bu istiqamətdə heç bir güzəşt olmamalıdır" - Əflatun Amaşov
Bu gün, 13:23
“KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” – “Siyasi fəaliyyətimizi dayandırmağa hazırıq”
Bu gün, 13:22
Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu - FOTO
Bu gün, 13:17
"Kafirlərin içində, Allahsızların içində, başı müsibətlər çəkən millətim..."
Bu gün, 13:12
Qarabağda könüllü döyüşmək istəyənlərin NƏZƏRİNƏ - "Zərurət yarandıqda..."
Bu gün, 13:08
“Bu əməllər arxadan vurulan bıçağı xatırladır” - Əli Əhmədov
Bu gün, 13:00
Tovuz döyüşləri və səngiməyən İNFORMASİYA SAVAŞI: - “Onların yalanı tezliklə ifşa olunur”
Bu gün, 12:56
Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək - MM
Bu gün, 12:52
“Koronavirus dərman”ı zəhərlənmə yaradır? - BAŞ TOKSİKOLOQ
Bu gün, 12:50
"Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq"
Bu gün, 12:49
Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir
Bu gün, 12:47
"Atışma gedir, camaat sakit, hamısı yerindədir" - Kamil Zeynallı Tovuzdakı son durumu anladır
Bu gün, 12:44
"Onlara qurban olum" - Afaq Bəşirqızı əsgərlərimizdən qələbə gözləyir
Bu gün, 12:42
Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya QAYITDI
Bu gün, 12:37
Əhəd Abıyev işdən çıxarılır... - Barəsində araşdırma aparıldığı deyilir...
Bu gün, 12:35
Alişan şəhid general haqda: - Necə böyük idin!
Bu gün, 12:28
"Bu cür hərəkətlər heç vaxt Qarabağın azadlığına xidmət etməyib" - Ülvi Quliyev
Bu gün, 12:21
Azay Möhnətova qarşı İTTİHAM - yanğının səbəbi necə ört-basdır edilir?
Bu gün, 12:15
Maliyyə və kapital amnistiyası niyə gecikir? - GƏLİŞMƏ
Bu gün, 12:13
Səid Dadaşbəyli azadlığa çıxdı
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru