DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                     Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub .....                 

Sülh tərəfdarı olması Azərbaycanın heç vaxt müharibə variantına əl atmayacağı demək deyil - GƏLİŞMƏ
Tarix: 2-06-2020, 08:54 | Çap et
Sülh tərəfdarı olması Azərbaycanın heç vaxt müharibə variantına əl atmayacağı demək deyil
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc srağagün parlamentin iclasında çıxış edərkən maraqlı bir açıqlama verib. Deputatın sözlərinə görə, ABŞ Dövlət Departamenti üstündən 25 ildən artıq vaxt keçdiyi üçün Azərbaycan, o cümlədən Dağlıq Qarabağ ətrafında 1993-95-ci illərdə baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi 26 may 2020-ci il tarixində ictimaiyyət üçün açıq elan edib.

“Diqqəti cəlb edən mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin və ya ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrinin yerləşdirilməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır” , - deyə o qeyd edib və əlavə edib ki, sənədlərlə tanışlıq bir daha sübut edir ki, sabiq prezident Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifi, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib.

*****

Dünya təcrübəsindən də məlumdur ki, sülh danışıqları masası arxasında təzyiq heç də həmişə haqsız tərəfə, o sırada işğalçıya deyil, zəif, lakin haqlı və məğlub tərəfə, işğala məruz qalan tərəfə edilir. Əfsus ki, XXI əsrdə konfliktlərin həlli üzrə aparılan dinc danışıqlarda da vaxtaşırı belə bir ədalətsiz yanaşmanın şahidi olmaqdayıq. Bu xüsusda Zahid Orucun sözlərini qəribçiliyə salmağa dəymir.

Məsələ ondadır ki, danışıqlar masası arxasında güclü olmaq üçün ilk növbədə hərbi cəhətdən üstün olmalısan. Məşhur ifadə ilə desək, “Sülh istəyən müharibəyə hazır olmalıdır”. Azərbaycan isə müharibəyə hazırdır. Bunu əcnəbi hərbi ekspertlər də etiraf edirlər. Bu da etiraf edilir ki, ölkəmiz hərbi baxımdan, xüsusən də havada məkanında düşmən üzərində ciddi üstünlüyə malikdir. İnsani (demoqrafik), iqtisadi resursların üstünlüyü də öz yerində. Təsadüfi deyil ki, təcavüzkar ölkə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi son genişmiqyaslı təlimləri xüsusi narahatlıqla izlədi, təlaş keçirdi.

Bu da aydındır ki, rəsmi Bakı illərdir bahalı silah-sursatı və döyüş sistemlərini yalnız hərbi təlimlərdə sınaqdan çıxarmaq, yaxud müstəsna olaraq, hərbi parad zamanı nümayiş etdirmək niyyətində deyil. Əsas hədəfimiz Azərbaycan ərazisini işğalçı qüvvələrdən təmizləyib ölkəmizin ərazi bütövlüyünü təmin eləməkdir. Həm də vaxtı uzatmadan. Təbii ki, Dağlıq Qarabağ ətrafında geosiyasi və digər şərtləri nəzərə və hesaba almaqla.

“Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək”. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın tək dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaq” - məlumatda vurğulanıb.

*****

“Azərbaycan üçün münaqişənin güc yolu ilə həlli hər zaman aktualdır. Buna həm hüquqi, həm hərbi, həm də iqtisadi imkanlarımız var. Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etməkdə göstərdiyi səylər zəiflik deyil, beynəlxalq hüquqa olan hörmətdən qaynaqlanır”.

Bu sözləri isə Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli prezident İlham Əliyevin mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Prezidentin çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunmasına diqqət çəkən politoloq deyib: “Ölkə başçısı öz çıxışında Qarabağ münaqişəsinə toxunaraq, bu mövzunun daim Azərbaycan üçün prioritet olduğunu vurğuladı. Bu gün Azərbaycan bütün sahələrdə Ermənistandan qat-qat irəlidədir. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma ”prezident seçkiləri"ndə də Azərbaycan diplomatik üstünlüyü sübut olundu. Təsadüfi deyil ki, ölkə prezidenti çıxışı zamanı “o saxta, dırnaqarası prezidenti heç kim tanımadı” dedi. Dünyanın aparıcı ölkələri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa, Rusiya, həmçinin Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bu seçkiləri tanınmamaqla bağlı bəyanat verdilər və qeyd etdilər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Hazırda Azərbaycan hərbi cəhətdən Ermənistandan çox üstündür. Düzdür, kənardan bu fərqli görünsə də, əslində Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin bu, Azərbaycanın müharibə variantına əl atmayacağı demək deyil. Azərbaycan hər an hərbi yolla öz torpaqlarını geri qaytara bilər. Bu gün bunun üçün kifayət qədər potensialımız, imkanımız var. Lakin biz istənilən halda münaqişənin dinc yolla həllində maraqlıyıq. Ölkə başçısının çıxışı zamanı bu məsələlərə xüsusi yer ayırması, əslində mövcud vəziyyəti aktuallaşdırmağa yönəlib".

Politoloqa görə, hazırda dünyada güc amili ön plana çıxıb: “Azərbaycan bütün hallarda güc variantından istifadə edə bilər. Təsadüfi deyil ki, prezident ”bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik" ifadəsini işlətdi".

*****

Öz növbəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov hesab edir ki, İrəvanın Azərbaycanın son təlimlərinə təlaşlı reaksiyası ən əvvəl onunla bağlıdır ki, Ermənistan Azərbaycanla müharibəyə hazır deyil.

“Neftin qiymətinin düşməsindən sevinən və buna görə Bakı üçün hər şeyin pis olacağına ümid edən bir çox ermənilərin nümunəsində qeyd edim ki, bu sevinc yersizdir. Azərbaycan təkcə neft hesabına yaşamır və bunu İrəvanda gördülər. Əgər qoşunların döyüş hazırlığı ilə bağlı bütün planlar dəyişməz qalıbsa, bu, müdafiə büdcəsinin sabitliyini və müvafiq surətdə işğal olunmuş ərazilərin azad edilməsi barədə əmr veriləcəyi halında vəziyyətə hazırlığı göstərir”, - deyə ekspert qeyd edib.

Bölgədə müharibə ehtimalından danışan ekspert bunun hələlik minimal olduğunu söyləyib: “Bir şərtlə ki, əgər Dağlıq Qarabağ separatçıları İrəvanın təşviqi ilə qəsdən təxribatlar həyata keçirməsələr. Rusiyadan Azərbaycana artıq Rusiya Xarici İşlər Nazirliyi və şəxsən Sergey Lavrov tərəfindən siqnal göndərilib. Mən ”bufer zonası" ərazilərinin mərhələli şəkildə geri qaytarılmasına başlamaq və keçmiş Ermənistan rəhbərliyi ilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruriliyini nəzərdə tuturam. Bu, dəqiq bir ismarışdır ki, diplomatiya birinci yerdədir, sonrasını isə zaman göstərəcək. Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə nəticələnməsinin tərəfdarıdır və buna görə səbəbsiz müharibəyə başlamaz".

Rusiyalı politoloqun əminliyinə görə, Azərbaycan Ordusu bu gün istər silahlanma, istərsə də döyüş ruhu baxımından ermənidən üstündür. “Və bu, Rusofobiya fonunda müttəfiqlərini itirən İrəvanı narahat edir”, - deyə o, sonda vurğulayıb.

*****

Şübhəsiz ki, müharibə - əsla Azərbaycanın əsas hədəfi deyil. Yalnızca torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etmək və ardınca da yüz minlərlə vətəndaşımızı öz dədə-baba yurduna qaytarmaq yolunda son vasitədir. İşğalçı Ermənistan da əgər öz xalqı üçün qat-qat fəlakətli olacaq yeni müharibədən qaçmaq istəyirsə, o zaman nəhayət ki, Dağlıq Qarabağ danışıqlarında “barıt qoxusu” verən maksimalist yox, konstruktiv mövqe tutmalıdır.

Vaxtaşırı qeyd etdiyimiz kimi, “hərb, yoxsa sülh” dilemmasını ilk növbədə İrəvan çözməlidir. Çünki Azərbaycan öz qanuni və tarixi torpaqlarının itkisi ilə heç vaxt barışmayacaq. Bu zamana bağlı məsələ deyil. Seçim işğalçı tərəfindir...
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN-in gənc zabitləri xidmətə başladı
Bu gün, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Bu gün, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Bu gün, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Bu gün, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Bu gün, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Bu gün, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Bu gün, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Bu gün, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Bu gün, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Bu gün, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Bu gün, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Bu gün, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Bu gün, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Bu gün, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Bu gün, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Bu gün, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Bu gün, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Bu gün, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Bu gün, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Bu gün, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Bu gün, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Bu gün, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Bu gün, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Bu gün, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Bu gün, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Bu gün, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Bu gün, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Bu gün, 16:01
"Artıq ər-arvadıq"
Bu gün, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Bu gün, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Bu gün, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Bu gün, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Bu gün, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Bu gün, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Bu gün, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Bu gün, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Bu gün, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Bu gün, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Bu gün, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Bu gün, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Bu gün, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Bu gün, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 13:23
“Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür” - Nazir
Bu gün, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru