Azərbaycanda bu günədək 544735 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 22464 nəfərdə COVID-19 aşkarlanıb, 284 nəfər vəfat edib .....                     Azərbaycanda bir gündə 548 nəfər COVID-19-a yoluxub, 491 nəfər sağalıb, .....                     “Günay Bank”ın sədri dəyişdi .....                     Tanınmış hüquq müdafiəçisindən Abbas Lisaniyə DƏSTƏK .....                     “Təhsil haqlarının artırılması mənfi nəticələrə yol açacaq” .....                     “Əyri oturub, düz danışaq: ölmək yaxşıdır, ya cüzi narahatlıq çəkmək?!” .....                     Karantin rejimini pozan müğənninin .....                     Şəki və Yevlaxın kəndlərinin əhalisi də 190 manat birdəfəlik ödəmə alacaq .....                     “Dünya jandarmı” dəyişir? .....                     “Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır” .....                     Nazir Bakının bu rayonlarının rəislərinin yerini DƏYİŞDİ .....                     Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı .....                     "Bizim Market"lər şəbəkəsinə yeni rəhbər təyin olundu .....                     Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi .....                     "Ədalət Vəliyev maraqlı məqama diqqət çəkdi, dedi ki, Azərbaycanda sonuncu dəfə... " .....                     Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb .....                     Ordudakı kadr dəyişikliyini zəruri edən nədir? .....                     Daha bir həkim koronavirusa yoluxdu .....                     Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb .....                     “Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: .....                     Daha bir jurnalist virusa yoluxdu .....                     Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: .....                     “Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb .....                     Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib .....                     Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında .....                     Karantinə nəzarət edən 3 polis əməkdaşı vəfat edib .....                     Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb .....                     BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar .....                     ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! .....                     Neft Fondu ABŞ-da .....                     Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: .....                     "Siyasi əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalıdır" .....                     Sədərək Ticarət Mərkəzinin icraçı direktoru: “Məni evimə həbs ediblər” .....                     Baş Prokurorluq Yevlaxda HƏBSLƏRƏ BAŞLADI .....                     Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI .....                     Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? .....                     4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı .....                 

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin müddəaları açıqlanıb - SİYAHI
Tarix: 1-06-2020, 16:58 | Çap et
“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin müddəaları açıqlanıb
“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin müddəaları açıqlanıb.
APA-nın xəbərinə görə, Əsasnamə Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənib.
Müddəalar aşağıdakılardır:

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Elektron məhkəmə” informasiya sisteminin (bundan sonra – İnformasiya sistemi) formalaşdırılmasının, aparılmasının, digər qurumların informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. İnformasiya sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, “Fərdi məlumatlar haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.

1.3. İnformasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.


1.4. İnformasiya sisteminin saxlanması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına daxil olan vəsait, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. İnformasiya sisteminin istifadəçiləri iştirakçısı olduqları məhkəmə işləri barədə məlumatları, İnformasiya sisteminin iştirakçıları isə xidməti vəzifələrinin icrası ilə bağlı məlumatları İnformasiya sistemindən ödənişsiz əldə edirlər.

1.6. İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydalara uyğun olaraq həll edilir.

2. Əsas anlayışlar

2.1. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemindən informasiya əldə etmək və ya ötürmək hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;

2.1.2. iştirakçı – hakimlər və məhkəmə aparatı işçiləri;

2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

2.1.4. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə İnformasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi struktur bölmə;

2.1.5. elektron kabinet – istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə;

2.1.6. anonimləşdirmə – dövlət, peşə, qulluq, bank, kommersiya, vergi sirri ilə bağlı, habelə şəxsi və ailə həyatına dair fərdi məlumatların onları müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması;

2.1.7. məlumatların yayılması – İnformasiya sistemi vasitəsilə bütün məhkəmə qərarlarının (qətnamələr, hökmlər, əmrlər, qərardadlar və qərarlar) elektron qaydada dərc edilməsi;

2.1.8. vahid məhkəmə portalı – məhkəmələr, hakimlər və məhkəmə işləri barədə məlumatların elektron qaydada əldə olunmasına xidmət edən vasitə.

3. İnformasiya sisteminin fəaliyyətinin prinsipləri

3.1. İnformasiya sistemi Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

3.1.1. istifadə rahatlığı – İnformasiya sistemindən istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. operativlik – müvafiq sənədlərin və müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, informasiyanın əldə olunmasının və mübadiləsinin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi;

3.1.3. fasiləsizlik – İnformasiya sistemində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.4. şəffaflıq – sistemin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu

4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:

4.1.1. İnformasiya sisteminin proqram kompleksi;

4.1.2. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi;

4.1.3. İnformasiya sisteminin şəbəkə infrastrukturu;

4.1.4. İnformasiya sistemi iştirakçılarının işçi stansiyalarının texniki vasitələri;

4.1.5. İnformasiya ehtiyatı.

4.2. İnformasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir. Tətbiqi proqram təminatına aşağıdakılar daxildir:

4.2.1. Vahid məhkəmə portalı;

4.2.2. Elektron kabinet;

4.2.3. Dövlət rüsumlarının məhkəmələr üzrə elektron uçotu;

4.2.4. Yekun məhkəmə qərarlarının vahid bazası;

4.2.5. Elektron əmr icraatı altsistemi;

4.2.6. Məhkəmələrdə insan resurslarının elektron idarəetmə altsistemi;

4.2.7. Məhkəmə işlərinin elektron idarəedilməsi altsistemi;

4.2.8. Sənədlərin elektron dövriyyəsi altsistemi;

4.2.9. Məhkəmə proseslərinin elektron audio-video protokollaşdırma altsistemi;

4.2.10. Proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanını təmin edən videokonfrans altsistemi;

4.2.11. Dövlət və digər informasiya sistemləri ilə məlumat mübadiləsini təmin edən inteqrasiya və elektron məlumat sorğulama modulu;

4.2.12. Məhkəmə işinin təşkili üzrə məlumat pəncərəsi;

4.2.13. Məhkəmə qərarlarını avtomatlaşdırılmış anonimləşdirmə modulu;

4.2.14. Məhkəmə işlərinin avtomatlaşdırılmış təsadüfi bölgüsü modulu;

4.2.15. Analitik təhlil və statistik hesabat modulu.

4.3. İnformasiya sisteminin avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları, soyutma sistemləri, fasiləsiz enerji mənbələri və digər texniki vasitələr aiddir. İnformasiya sisteminin ehtiyat mərkəzi yaradılır və həmin sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi operatorun nəzarəti altında fəaliyyət göstərir.

4.4. İnformasiya sisteminin şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan telekommunikasiya kanalları təşkil edir.

4.5. İnformasiya sistemi iştirakçılarının işçi stansiyalarının texniki vasitələrinə kompüter dəsti, çap qurğusu, veb kamera, barkod və sənədoxuyucu skanerlər, habelə digər zəruri elektron cihazlar daxildir. Bu texniki vasitələrin mühafizəsini və onlardan aidiyyəti üzrə istifadəni iştirakçı təmin etməlidir.

4.6. İnformasiya ehtiyatı bütün məhkəmələr, hakimlər, məhkəmə aparatının işçiləri, məhkəmə proseslərində iştirak edən şəxslər, məhkəmə işləri, iclaslar, prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayətlər və protestlər barədə məlumatları ehtiva edir. İnformasiya ehtiyatının əsas və ehtiyat nüsxələri mövcuddur.

5. Təhlükəsizlik tədbirləri

5.1. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılmasını, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsini və ehtimal olunan təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi İnformasiya sisteminin təhlükəsizliyinin vacib elementidir.

5.2. İnformasiya sistemində məlumatların işlənməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

5.3. Sahib məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, həmin faktların, habelə məlumatların surətlərinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınmasını, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.

5.4. İnformasiya sistemi üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, silinməsi, anonimləşdirilməsi, yayılması, saxlanılması, ötürülməsi və məhv edilməsi üçün mühafizə vasitələri sertifikatlaşdırılmalı, texniki tələblərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

5.5. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə İnformasiya sisteminin istifadəçiləri “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə etməklə İnformasiya sisteminə daxil olmalı və eyniləşdirilməlidirlər. İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilməlidir.

5.6. Operator sahibin tələbinə əsasən İnformasiya sisteminin istismarı, inkişafı və təhlükəsizliyi üzrə fəaliyyəti həyata keçirir.

5.7. İnformasiya sisteminin yaradılması və istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.

6. İnformasiya sisteminin funksionallığına dair tələblər

6.1. İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. informasiyanın informasiya ehtiyatında toplanması, emalı, axtarışı, təhlili və ötürülməsi;

6.1.2. İnformasiya sisteminə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, aktuallığı və etibarlılığı;

6.1.3. İnformasiya sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi;

6.1.4. İnformasiya sistemindən, eyni zamanda, çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

6.1.5. təhlükəsizlik və məlumatların mühafizəsi;

6.1.6. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;

6.1.7. məhkəmə prosesi ilə bağlı elektron xidmətlər göstərilməsi;

6.1.8. məhkəmə sənədlərinin layihələrinin hazırlanması;

6.1.9. məhkəmə prosesində iştirak edən şəxslərin zəruri məlumatlarının real vaxt rejimində yoxlanılması və İnformasiya sistemində olduqda, şəxsdən tələb edilməməsi;

6.1.10. məhkəmə icraatı zamanı tələb olunan məlumatların bu Əsasnamənin 11-ci hissəsində göstərilən qaydada elektron əldə edilməsi;

6.1.11. İnformasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi;

6.1.12. mülki işlər və kommersiya mübahisələrinə dair işlər üzrə icraatın elektron qaydada aparılması;

6.1.13. məhkəməyə daxil olan işlərin hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

6.1.14. məhkəmədə işlərə baxılma vaxtlarına və tarixlərinə dair avtomatlaşdırılmış qaydada elektron cədvəlin tərtibi;

6.1.15. məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması;

6.1.16. məhkəmə iclasının audio və video texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları real vaxt rejimində müşahidə etmək imkanının yaradılması;

6.1.17. mülki və kommersiya mübahisələrinə dair işlər üzrə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə yolu ilə iclasda iştirak etmələrinə imkan yaradılması;

6.1.18. məhkəmə işləri üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyaların olması;

6.1.19. qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsi və icra prosesinin izlənilməsi;

6.1.20. İnformasiya sistemində proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almağa imkan yaradan elektron kabinetin təşkili;

6.1.21. elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi və müxtəlif meyarlar əsasında həmin qərarlarda effektiv axtarış aparılması;

6.1.22. məhkəmələrin bütün qərarlarının gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra elektron qaydada yayılması;

6.1.23. məhkəmə fəaliyyəti ilə bağlı analitik təhlil və statistikanın elektron qaydada aparılması;

6.1.24. statistik məlumatların emalında intellektual idarəetmədən istifadə olunması;

6.1.25. məhkəmə fəaliyyətində süni intellektdən istifadə edilməsi;

6.1.26. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması.

7. İnformasiya sistemi sahibinin hüquqları və vəzifələri

7.1. İnformasiya sistemi sahibinin aşağıdakı hüquqları vardır:

7.1.1. bu Əsasnamənin 9.2.5-ci yarımbəndində göstərilmiş və qanunla müəyyən edilmiş hallarda iştirakçıların İnformasiya sisteminə giriş imkanını ləğv etmək;

7.1.2. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;

7.1.3. iştirakçının və istifadəçinin yazılı müraciəti əsasında İnformasiya sistemində saxlanılan məlumatlarda dəyişiklik etmək.

7.2. İnformasiya sistemi sahibinin aşağıdakı vəzifələri vardır:

7.2.1. iştirakçıların İnformasiya sisteminə giriş hüququnu təmin etmək;

7.2.2. digər dövlət qurumları ilə məlumatların elektron formada mübadiləsini Qaydaların tələblərinə uyğun olaraq həyata keçirmək;

7.2.3. İnformasiya sisteminin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

7.2.4. İnformasiya sisteminin beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsini təmin etmək;

7.2.5. İnformasiya sisteminin digər informasiya ehtiyatları və sistemləri ilə EHİS vasitəsilə inteqrasiyasını həyata keçirmək;

7.2.6. İnformasiya sisteminin funksiyaları barədə iştirakçıları məlumatlandırmaq, onlara metodiki kömək göstərmək, bu sahədə mütəmadi bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil etmək;

7.2.7. İnformasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, saxlanılmasını, tərtib olunmuş qrafik üzrə operator tərəfindən müvafiq profilaktik işlərin aparılmasını təşkil etmək və onlara nəzarəti həyata keçirmək;

7.2.8. İnformasiya sisteminə daxil edilmiş məlumatların təhlükəsizliyi ilə bağlı təşkilati və texniki tədbirlər görmək, məlumatlardan istifadənin və onların mühafizəsinin təşkilini təmin etmək;

7.2.9. İnformasiya sistemindəki məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, habelə onların ehtiyat surətlərinin saxlanmasını və qorunmasını təşkil etmək;

7.2.10. İnformasiya sistemi vasitəsilə dayanıqlı və fasiləsiz məlumat mübadiləsi aparılmasını təşkil etmək;

7.2.11. iştirakçılarda və istifadəçilərdə yaranmış çətinliklərin müəyyən edilməsi və zəruri təlimatlandırma işlərinin aparılması üçün qaynar xətt təşkil etmək;

7.2.12. mərkəzi və ehtiyat avadanlıq komplekslərində hər hansı bir qəza (xəta) baş verdiyi və ya İnformasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda İnformasiya sisteminin iştirakçılarını və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (bundan sonra – Əlaqələndirici qurum) bu barədə məlumatlandırmaq;

7.2.13. məhkəmə qərarlarının anonimləşdirilməklə elektron qaydada yayılmasını təşkil etmək;

7.2.14. İnformasiya sisteminə məlumatların tam və vaxtında ötürülməsinə və həmin məlumatların əldə edilməsinə qanunla müəyyən edilmiş hədlərdə nəzarət etmək;

7.2.15. İnformasiya sisteminin informasiya ehtiyatında dəyişiklikləri müvafiq qeydlər etməklə aparmaq, belə qeydlər üçün əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

7.2.16. İnformasiya sistemi üzrə statistik hesabatlar hazırlamaq və onlar əsasında təhlillər aparmaq;

7.2.17. İnformasiya sisteminin təşkili və fəaliyyəti ilə bağlı Əlaqələndirici qurumun qiymətləndirmələr aparmasına zəruri şərait yaratmaq;

7.2.18. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Əlaqələndirici quruma təqdim etmək;

7.2.19. Əlaqələndirici qurumun əsaslandırılmış tələbinə uyğun olaraq, İnformasiya sisteminin fəaliyyətini təşkil etmək, onda dəyişiklik etmək və təkmilləşdirmələr aparmaq;

7.2.20. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.2.21. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə məlumat İnformasiya sistemində olduqda, həmin məlumatın ilkin mənbədən əldə edilməsini bu Əsasnamə və Qaydalara uyğun təmin etmək;

7.2.22. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında sahibin rəsmi internet resursu və EHİS vasitəsilə göstərilməsini təmin etmək;

7.2.23. istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

7.2.24. İnformasiya sisteminin fəaliyyətini bu Əsasnamənin 1.2-ci bəndində göstərilən normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət etmək;

7.2.25. iştirakçılara və istifadəçilərə İnformasiya sisteminin iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodiki kömək göstərmək.

8. İnformasiya sistemi operatorunun hüquqları və vəzifələri

8.1. İnformasiya sistemi operatorunun aşağıdakı hüquqları vardır:

8.1.1. İnformasiya sisteminin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

8.1.2. İnformasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə məsələ qaldırmaq;

8.1.3. digər informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin təşkili üçün zəruri elektron servislər təşkil etmək və onları yeniləmək;

8.2. İnformasiya sistemi operatorunun aşağıdakı vəzifələri vardır:

8.2.1. İnformasiya sistemi vasitəsilə iştirakçının dayanıqlı, fasiləsiz, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;

8.2.2. İnformasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

8.2.3. proqram təminatının lisenziyalaşdırılmasını, lisenziyalı proqram təminatlarının işlək vəziyyətdə olmasını və yenilənməsini təmin etmək;

8.2.4. İnformasiya sistemində toplanılan texniki vasitələrin əməliyyatların qeydiyyat fayllarının (loq-faylların) monitorinqini həyata keçirmək və baş verən xətalar üzrə təhlillər aparmaq;

8.2.5. saxlanılan məlumatların sürətli axtarışının həyata keçirilməsi məqsədilə informasiya ehtiyatının mütəmadi optimallaşdırılmasını təşkil etmək;

8.2.6. informasiya ehtiyatının ehtiyat nüsxəsinin saxlanılması üçün tədbirlər görmək;

8.2.7. müəyyən edilmiş qrafik üzrə, eləcə də sahibin müraciəti əsasında İnformasiya sisteminin yerləşdiyi server və şəbəkə avadanlığına profilaktik baxış keçirilməsini təmin etmək və aktlaşdırmaq;

8.2.8. mütəmadi olaraq şəbəkə infrastrukturunda məlumatötürmə sürətini ölçmək və fasilələr yaranmasının səbəblərini müəyyən etmək məqsədilə monitorinqlər keçirmək;

8.2.9. İnformasiya sisteminə daxil edilən məlumatların tamlığını, təhrifolunmazlığını, əlçatanlığını, konfidensiallığını (məxfiliyini) və mühafizəsini təmin etmək;

8.2.10. İnformasiya sistemindən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;

8.2.11. mərkəzi və ehtiyat avadanlığında hər hansı bir qəza (xəta) baş verdiyi və İnformasiya sisteminin fəaliyyətində hər hansı fasilə yarandığı halda sahibi bu barədə məlumatlandırmaq;

8.2.12. server və şəbəkə avadanlığının yerləşdiyi otaqlarda fasiləsiz elektrik enerjisini, yanğın təhlükəsizliyini və tələb olunan temperaturu tənzimləyən avadanlığa müəyyən edilmiş qaydada texniki baxışların keçirilməsini və aşkar olunmuş nasazlıqların aradan qaldırılmasını təmin etmək;

8.2.13. sahibin müraciəti əsasında, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən ən qısa müddətdə proqram təminatında uyğunlaşdırmaların aparılmasını, eləcə də yeni proqram modulların yazılmasını və sınaqların keçirilməsini təmin etmək;

8.2.14. informasiya ehtiyatı üzrə sahibin tələb etdiyi məzmunda hesabatlar hazırlamaq;

8.2.15. qanunsuz daxil olma və saxtalaşdırma hallarının qarşısını almaq, habelə giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

8.2.16. sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini texniki tələblərə, eləcə də bu Əsasnamə ilə və Qaydalarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

8.2.17. informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini, sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini, habelə təkmilləşdirilməsi üzrə profilaktik işlərin görülməsini təmin etmək.

9. İnformasiya sistemi iştirakçılarının hüquqları və vəzifələri

9.1. İnformasiya sistemi iştirakçılarının aşağıdakı hüquqları vardır:

9.1.1. İnformasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.2. məhkəmə prosesində iştirak edən şəxslər barədə İnformasiya sistemində məlumatları yoxlamaq, zəruri sənəd və arayışlara dair məlumatları əldə etmək və ötürmək;

9.1.3. iclasın real vaxt rejimində müşahidə edilməsini, habelə texniki vasitələrdən istifadə yolu ilə iclasda iştirak etməsi imkanını təmin etmək.

9.2. İnformasiya sistemi iştirakçılarının aşağıdakı vəzifələri vardır:

9.2.1. məlumatları dolğun şəkildə İnformasiya sisteminə daxil etmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.2.2. İnformasiya sistemindən və oradakı məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.2.3. sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək;

9.2.4. məhkəmə sənədlərinə dair İnformasiya sistemində saxlanılan məlumatlarda aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək.

9.2.5. iş yerini dəyişdikdə və ya işdən çıxdıqda, İnformasiya sistemindən istifadənin dayandırılması barədə məhkəmə sədri və ya məhkəmə aparatının rəhbəri vasitəsilə sahibə məlumat vermək;

9.2.6. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

9.2.7. İnformasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;

9.2.8. İnformasiya sisteminin fəaliyyətinin texniki səbəblərdən dayandığı hallar istisna olmaqla, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə sənədlərini İnformasiya sistemi vasitəsilə tərtib etmək;

9.2.9. İnformasiya sisteminə giriş imkanı verən avtomatlaşdırılmış işçi stansiyanı və İnformasiya sistemindən əldə olunan qanunla qorunan məlumatları özündə əks etdirən kağız daşıyıcıları nəzarətdən kənar qoymamaq;

9.2.10. İnformasiya sistemindən istifadə zamanı kompüterin monitorunda əks olunan məlumatları kənar şəxslərin oxumasına imkan verməmək, eləcə də internet şəbəkəsi vasitəsilə yayımlamamaq;

9.2.11. İnformasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) pozmamaq;

9.2.12. məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən şəxslərə maneələr yaratmamaq;

9.2.13. məhkəmə işləri üzrə işdə iştirak edən şəxslər İnformasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlərini bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirmək və onlara bu barədə məlumatı həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) çatdırmaq;

9.2.14. məhkəmə işləri üzrə işdə iştirak edən şəxslər İnformasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumatları bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırmaq;

9.2.15. məhkəmə işləri üzrə işdə iştirak edən şəxslər İnformasiya sistemində qeydiyyatdan keçməmişlərsə və şəxs mobil telefon nömrəsi təqdim etməmişdirsə, məhkəmə sənədləri barədə məlumatların bu sistem tərəfindən mövcud dövlət məlumat mənbələrindən əldə edilən bütün aktiv mobil telefon nömrələrinə SMS-lə çatdırılmasını təmin etmək (İnformasiya sistemi iştirakçılarının dövlət məlumat mənbələrindən əldə edilən mobil telefon nömrələri barədə məlumata çıxışının olmaması şərtilə);

9.2.16. kommersiya mübahisələri üzrə işlərdə iştirak edən şəxslərin məhkəmə sənədlərini onların İnformasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirmək və onlara bu barədə məlumatı həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) çatdırmaq;

9.2.17. məhkəmə iclasının audio və video texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını təmin etmək;

9.2.18. məhkəmə qərarları tərtib və gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra onların avtomatlaşdırılmış qaydada, işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilməsini təmin etmək;

9.2.19. məhkəmə iclaslarının fasiləsiz audio-video yazısının aparılması barədə məhkəmə prosesinin tərəflərini və işdə iştirak edən digər şəxsləri xəbərdar etmək.

10. İnformasiya sistemi istifadəçilərinin hüquqları və vəzifələri

10.1.İnformasiya sistemi istifadəçilərinin aşağıdakı hüquqları vardır:

10.1.1. məhkəmənin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən İnformasiya sistemi vasitəsilə istifadə etmək;

10.1.2. xidmətlərdən istifadə etmək üçün elektron kabinet yaratmaq;

10.1.3. iştirak etdikləri bütün məhkəmə işləri, o cümlədən məhkəmə prosesləri barədə mövcud məlumatlarla tanış olmaq;

10.1.4. ərizə, şikayət və digər sənədləri məhkəməyə elektron qaydada göndərmək;

10.1.5. iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onlardan verilən şikayət və ya protestlər barədə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat almaq;

10.1.6. İnformasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

10.1.7. Bu Əsasnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

10.2. İnformasiya sistemi istifadəçilərinin aşağıdakı vəzifələri vardır:

10.2.1. kommersiya mübahisələri üzrə işlərlə bağlı elektron kabinet yaratmaq;

10.2.2. İnformasiya sisteminə məlumatları düzgün daxil etmək.

11. İnformasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemləri

11.1. Məlumat-axtarış işinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə İnformasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Banklar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.

11.2. İnformasiya sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması üçün müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında EHİS vasitəsilə aşağıdakı məlumatları əldə edirlər:

11.2.1. hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər barədə məlumatlar;

11.2.2. vergi ödəyicisi ilə bağlı keçirilmiş yoxlamalar haqqında məlumatlar;

11.2.3. telefon nömrələri barədə məlumatlar;

11.2.4. əmək müqaviləsi, pensiya və sosial müavinətlər haqqında məlumatlar;

11.2.5. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatlar;

11.2.6. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarının məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;

11.2.7. şəxslər barəsində axtarış və cinayət işlərinə, məhkumluğa, cərimə ödənişlərinə dair məlumatlar;

11.2.8. şəxsə məxsus olan nəqliyyat vasitələri barədə məlumatlar;

11.2.9. sürücülük vəsiqələri barədə məlumatlar;

11.2.10. şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu;

11.2.11. sərhədkeçməsinə məhdudiyyət qoyulmuş şəxslər barədə məlumatlar;

11.2.12. ipoteka kreditləşməsi və təminat verilən kreditlər üzrə bank sirri təşkil edən məlumatlar;

11.2.13. kredit təşkilatlarından – şəxslərin bank və ya kredit təşkilatlarında mövcud olan hesabları, əmanətləri, hesablardakı vəsaitlərinin miqdarı barədə məlumatlar;

11.2.14. kredit məlumatlarının icmalı, borcalanın aktiv öhdəlikləri, borcalanın bağlanmış öhdəlikləri, borcalanın zamin olduğu öhdəliklər;

11.2.15. ipoteka və ya girov saxlayan qismində xeyrinə yüklü edilən daşınmaz və ya daşınar əşyalar barədə məlumatlar;

11.2.16. məcburi köçkünlər barədə məlumatlar;

11.2.17. elektrik enerjisi, içməli su və qaz abunəçiləri, onların borcları barədə məlumatlar;

11.2.18. yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə kirayəçiyə dair məlumatlar;

11.2.19. qiymətli kağızlar və onların yüklülüyü barədə məlumatlar;

11.2.20. icbari sığorta müqavilələrinə dair məlumatlar;

11.2.21. şəxsin təhsili və təhsil sənədləri barədə məlumatlar;

11.2.22. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən – vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan, yaxud qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar;

11.2.23. “Elektron icra” informasiya sistemindən – məhkəmə qərarlarının icrası vəziyyəti barədə məlumatlar;

11.2.24. “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemindən – barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;

11.2.25. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən – yoxlamalar barədə məlumatlar;

11.2.26. “Elektron notariat” informasiya sistemindən – notariat hərəkətləri barədə məlumatlar.

12. İnformasiya sisteminin fəaliyyətinin təşkili

12.1. İnformasiya sisteminin fəaliyyətinin və təhlükəsizliyinin təşkilini, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini sahib həyata keçirir.

12.2. İnformasiya sistemi daxilində informasiya ehtiyatlarından istifadəyə buraxılış həddini sahib müəyyən edir.

12.3. İnformasiya sisteminə iştirakçı tərəfindən daxil edilən məlumatlar həmin şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir.

12.4. Məhkəmə fəaliyyəti ilə bağlı tələb olunan məlumatlar İnformasiya sistemi vasitəsilə yoxlanılır, sənəd və arayışlara dair məlumatlar bu Əsasnamənin 11.2-ci bəndində müəyyən olunmuş qaydada əldə edilir.

12.5. Məhkəmə sənədlərinin layihələri İnformasiya sistemi vasitəsilə avtomatlaşdırılmış formada generasiya olunaraq tərtib edilir.

12.6. Tərtib edilən məhkəmə qərarı qanunvericilik aktlarının tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra hakim həmin qərarı gücləndirilmiş elektron imza ilə təsdiq edir. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən 1 (bir) aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.

12.7. İnformasiya sisteminə daxil edilən məlumatlar dolğun olmalı, zəruri xanalar tam doldurulmalı və anonimləşdirilən məlumatlar istisna olmaqla, sözlər ixtisarla ifadə edilməməlidir.

12.8. Məlumatlar İnformasiya sisteminə Azərbaycan Respublikasının dövlət dilində daxil edilir.

12.9. İnformasiya sisteminə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar olunduqda, iştirakçının yazılı müraciəti əsasında sahib həmin çatışmazlıqları aradan qaldırır.

13. İnformasiya sistemindən istifadə qaydası

13.1. İnformasiya sistemindən istifadə “Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir.

13.2. İstifadəçilər “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə (məlumatlarla) tanış ola, Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.

13.3. İstifadəçilər, həmçinin İnformasiya sistemində yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi barədə müraciət edə, habelə həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər.

13.4. İnformasiya sistemində həyata keçirilən elektron xidmətlərdən istifadə sahibin rəsmi internet saytında dövlət xidmətləri bölməsi və EHİS vasitəsilə ödənişlərin edilməsi isə “ASAN ödəniş” və digər ödəniş sistemləri vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” və digər ödəniş sistemlərinə keçid verilməklə) həyata keçirilir.

13.5. Sahib istifadəçinin İnformasiya sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdıra bilər:

13.5.1. İnformasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

13.5.2. bu Əsasnamədə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

13.6. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

​​​​





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu günədək 544735 koronavirus testi aparılıb
Dünən, 19:41
Azərbaycanda indiyədək 22464 nəfərdə COVID-19 aşkarlanıb, 284 nəfər vəfat edib
Dünən, 19:40
Azərbaycanda bir gündə 548 nəfər COVID-19-a yoluxub, 491 nəfər sağalıb, 10 nəfər vəfat edib
Dünən, 19:38
“Günay Bank”ın sədri dəyişdi – rəhbərlikdə təyinatlar var
Dünən, 19:28
Tanınmış hüquq müdafiəçisindən Abbas Lisaniyə DƏSTƏK - VİDEO
Dünən, 19:19
“Təhsil haqlarının artırılması mənfi nəticələrə yol açacaq” – Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 19:02
“Əyri oturub, düz danışaq: ölmək yaxşıdır, ya cüzi narahatlıq çəkmək?!” - Paşa Qəlbinur
Dünən, 18:56
Karantin rejimini pozan müğənninin VİDEOSU YAYILDI
Dünən, 18:52
Şəki və Yevlaxın kəndlərinin əhalisi də 190 manat birdəfəlik ödəmə alacaq - RƏSMİ
Dünən, 18:50
“Dünya jandarmı” dəyişir? - Yeni rola kim daha çox uyğundur?
Dünən, 18:46
“Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır” - AÇIQLAMA
Dünən, 18:38
Nazir Bakının bu rayonlarının rəislərinin yerini DƏYİŞDİ - SİYAHI
Dünən, 18:31
Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı - Aygün Muradxanlı yazır...
Dünən, 18:27
"Bizim Market"lər şəbəkəsinə yeni rəhbər təyin olundu - FOTO
Dünən, 18:23
Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi Qaydası təsdiqlənib
Dünən, 18:21
"Ədalət Vəliyev maraqlı məqama diqqət çəkdi, dedi ki, Azərbaycanda sonuncu dəfə... " - deputat
Dünən, 18:18
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
Dünən, 18:15
Ordudakı kadr dəyişikliyini zəruri edən nədir? - GƏLİŞMƏ
Dünən, 18:04
Daha bir həkim koronavirusa yoluxdu
Dünən, 17:58
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Dünən, 17:57
“Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: - “Ola bilər ki…”
Dünən, 17:55
Daha bir jurnalist virusa yoluxdu
Dünən, 17:53
Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: - “O, belə ifadələr işlədib”
Dünən, 17:46
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Dünən, 17:38
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Dünən, 17:35
Azərbaycanda müğənni karantini pozdu - Görün, harda ilişdi...
Dünən, 17:34
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər
Dünən, 17:23
Teleaparıcı sərt danışdı: - “İnsanlar aldadılmamalı idi”
Dünən, 17:20
Karantinə nəzarət edən 3 polis əməkdaşı vəfat edib - AÇIQLAMA
Dünən, 17:17
"Adam nə qədər özü üçün çalıb-oxuyar?" - Cavan Zeynallı
Dünən, 17:09
Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb
Dünən, 17:07
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar
Dünən, 16:57
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu - AÇIQLAMA
Dünən, 16:53
ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! - Uroloq həkim Vasif İsmayıl
Dünən, 16:52
Neft Fondu ABŞ-da 50 milyon dollarlıq daşınmaz əmlak alacaq
Dünən, 16:46
Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: - Təxribat, yoxsa axmaq səhv?
Dünən, 16:45
"Siyasi əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalıdır" - Vüqar Rəhimzadə
Dünən, 16:43
Sədərək Ticarət Mərkəzinin icraçı direktoru: “Məni evimə həbs ediblər” – Təxribat, yoxsa təsadüf?
Dünən, 16:35
"Çevrəmdə nə qədər virusa yoluxan insanlar var" - Xalq artisti
Dünən, 16:30
Baş Prokurorluq Yevlaxda HƏBSLƏRƏ BAŞLADI - Cinayət işi açıldı
Dünən, 16:24
Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI - "Buna şübhə də yox idi"
Dünən, 16:21
Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar
Dünən, 16:14
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı - SİYAHI
Dünən, 16:13
Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib
Dünən, 16:12
Nazirliyi korrupsiya yuvasına çevirənlər: - “Deməli, orda dövlətə xəyanət də var”
Dünən, 16:10
«Konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır” - deputat
Dünən, 16:06
Evdə müalicə alan koronavirus xəstələri sağaldıqlarını necə bilməlidir? - AÇIQLAMA
Dünən, 16:06
Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? - AKTUAL
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru