Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur .....                     Azərbaycanda tanınmış biznesmen vəfat etdi .....                     RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! .....                     Neftin qiymətinin 150 dollara qalxacağı gözlənilir .....                     1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib .....                     Zaqatalada oğurluq edib, sonra evi yandıran "dost"lar saxlanılıb .....                     Zərər çəkən sahibkarlar hansı halda dövlət zəmanəti almayacaqlar? .....                     Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi .....                     "KATV1" internetlə bağlı yaranan problemə aydınlıq gətirib .....                     Deputatlar gələn həftə tətilə çıxır .....                     Daha bir nüfuzlu təşkilat Abbas Lisaninin .....                     “Artıq beynəlxalq təşkilatlara inamımız tükənib” .....                     COVID-19 hava vasitəsilə yoluxurmuş .....                     COVID-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı .....                     Azərbaycan nefti 1,2% ucuzlaşıb .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatdı .....                     Prokurorluq Sumqayıtdakı bıçaqlanma ilə bağlı məlumat yaydı .....                     Biznesi əlindən alınan «İdeal»ın keçmiş sahibinin .....                     Sumqayıtda kişi baldızını bıçaqlayıb .....                     İndi ki Vilyam Hacıyev yoxdur... .....                     "Komissiyanın qarşısında od vurub özümü yandıracam..." .....                     “Hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər...” .....                     Samir Şərifova yeni səlahiyyət verildi .....                     "Özünü müxalifət adlandıran yazıqların cəfəng yazılar yazması nadanlıq nümunəsidir" .....                     BŞTİ-də Rəşad Tağıyev hökmranlığı... .....                     Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub .....                     “Stresi azaltmaq üçün çimərliklər açılsın” .....                     WTI nefti 39 dollara düşüb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Bakıda karantin postları yenidən qurulub .....                     Prokurorluq Şirvandakı insidentlə bağlı məlumat yaydı .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır .....                     Əli Kərimli hakimiyyətindən ayda 50 min pul alıb... .....                     Kreml və rəsmi İrəvan arasında qırılan körpülər... .....                     Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir .....                     Saleh Məmmədovun villasının görüntüləri yayıldı .....                     Astarada tam dərəbəylikdir... .....                     Mürgüləyən və yuxu gətirən ATƏT missiyası... .....                     14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA .....                     Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar .....                 

“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” – “Partiyamızda da islahatlar olmalıdır”
Tarix: 1-06-2020, 11:49 | Çap et
“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...”
Ölkə siyasətində baş verən hadisələr, hakimiyyətdə aparılan kadr dəyişiklikləri, korrupsiyaya qarşı mübarizə tədbirləri, gənc kadrların yüksək vəzifələrə təyinatı və s. bu kimi məsələlərlə bağlı “AzPolitika.info” YAP Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayevin fikirlərini öyrənib.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, artıq xeyli müddətdir Azərbaycanda kadr islahatları həyata keçirilir. Bununla paralel olaraq, rüşvət və korrupsiyaya qarşı sərt addımların atıldığına şahidlik edirik. Keçmiş deputat və icra başçısı olaraq, hökumətin addımlarını necə qiymətləndirirsiniz?

- Əvvəla qeyd edim ki, cənab Prezidentin kadr islahatlarını dəstəkləyirəm. Gənclərə yer verilir, onlar irəli çəkilir. Biz, Avropaya, elə qonşu Gürcüstana və ya Rusiyaya baxsaq görərək ki, orada da gənclər yüksək vəzifələrə təyin olunurlar. Təbii ki, mən bu prosesi dəstəkləyirəm, ölkəmizdə bütün sahələrdə islahatların aparılması kursunu müdafiə edənlərdənəm və inanıram ki, bu addımların nəticəsi olaraq dövlətimiz güclənəcək, vətəndaşlarımızın rifahı daha da yaxşılaşacaq. Ancaq şübhəsiz ki, yeni posta təyinat alan gənclərin də ixtisası yeni vəzifələrinə uyğun gəlməlidir. Habelə, onların müəyyən mənada həyat təcrübəsi də olmalıdır. Mən təsadüfi insanlara vəzifə verilməsinin tərəfdarı deyiləm.

Bildiyiniz kimi, Nazirlər Kabinetində, Prezident Administrasiyasında islahatlar aparıldı. Parlament buraxıldı, vaxtından əvvəl seçkilər keçirildi, habelə Milli Məclisin mərkəzi aparatında islahatlar oldu. Bunlar davamlı və sistemli şəkildə aparılan islahatlardır. Mən bu posesi dəstəkləyir və onun nəticələri olacağına inanıram.

- Bəs korrupsiyanın səviyyəsi və onunla mübarizəyə dair fikirləriniz nədən ibarətdir?

- Korrupsiya hər bir dövrdə olub və o, istənilən dövlət üçün bir bəladır. O cümlədən bizim ölkəmizdə də korrupsiya və rüşvətin əlamətləri var. Sözsüz ki, vəzifəyə təyin edilən şəxs millətin və dövlətin mənafeyini özünün şəxsi mənafeyindən üstün tutmalı, dövlət başçısının etimadını doğrultmalıdır. Təəssüflər olsun ki, bəzi icra başçıları, nazirlər, nazir müavinləri bu amili nəzərə almayıblar. Son hadisələr də deməyə əsas verir ki, yüksək vəzifəli məmurlarımız da korrupsiya və rüşvətə qurşanıblar. Ən dəhşətlisi isə işsiz, kasıb vətəndaşa dövlət tərəfindən minimum əmək haqqı qədər ayrılan vəsaitin mənimsənilməsi faktlarıdır. Təsəvvür edin ki, cənab Prezidentin bilavasitə göstərişi ilə rayon və kəndlərdə yaşayan işsiz insanlara aylıq vəsait ayrılır. Ancaq bu insanlara verilməli olan əmək haqqı kartları icra başçılarının kabinetlərindən çıxır. Bu, vətəndaşımıza və dövlətçiliyimizə qarşı xəyanətdir. Prezident etibar edib kiməsə vəzifə tapşırıbsa, deməli həmin dövlət məmuru onun etimadını doğrultmalıdır. Prezidentin dəfələrlə korrupsiya və rüşvətin əleyhinə sərt çıxışları olub. Məmurlara xəbərdarlıq edib, açıq deyib ki, kimsə rüşvət və korrrupsiya ilə məşğul olsa, ciddi cəzalandırılacaq. Son həbslər də göstərir ki, hüquq-mühafizə orqanları Prezidentin göstəriş və tapşırıqlarını yüksək səviyyədə həyata keçirir.

Mən 2000-2005-ci illərdə deputat olduğum zaman dəfələrlə belə halları qınamışam. Son dövrlərdə də çıxışlarım korrupsiyanın əleyhinə olub.

- Sizcə, əvvəl xəbərdarlıq etmək və sonradan bu xəbərdarlığı nəzərə almayanları həbs etməklə rüşvət və korrupsiyanın qarşısını almaq mümkündürmü?

- Korrupsiya xəstəlik, dövlətimiz və cəmiyyətimiz üçün bəladır. Təkcə dövlət başçısı deyil, bütün vətəndaşlarımız bu xəstəliyə qarşı mübarizə aparmalıdır. Cənab Prezident dəfələrlə müraciətlərində açıq şəkildə deyib ki, vətəndaşlarımız müraciət etsinlər, şikayət yazsınlar. Yəni vətəndaşlar bu işdə fəal olmalıdırlar. Cənab Prezident vurğulayır ki, ictimai nəzarət olmalıdır.

- Həbs edilən icra başçıları və digər məmurların demək olar hamısı sizin partiyanın - Yeni Azərbaycan Partiyasının üzvləridir. Sizcə, bu talançıların YAP üzvü olması hakim partiyanın nüfuzuna nə dərəcədə zərbə vurub?

- YAP-ın 700 mindən çox üzvü var. Həbs edilən icra başçıları və müavinləri arasında YAP üzvləri, hətta rayon təşkilatlarının sədrləri var. Amma onların bu çirkin əməllərini də məhz YAP sədri, ölkə Prezidenti açıb ortaya qoyur. Hüquqda cinayət törədən şəxs hansı siyasi partiya üzvü olmasından asılı olmayaraq əməlinə görə cavabdehlik daşıyır. Digər tərəfdən, məndə olan məlumata görə, cinayət əməli törədən və həbs edilənlərin çoxu sonradan YAP-a qoşulan şəxslərdir. Sözsüz ki, belə əmələ imza atan şəxslər partiyamıza utanc gətirirlər. Bu gün hakimiyyətdə Yeni Azərbaycan Partiyasıdır, parlamentdə partiyanın 70-dən çox üzvü var. Mən istərdim ki, belə hallar olmasın və onlara görə, partiyamız hədəfə gətirilməsin.

- 6 ay əvvəl YAP-da islahatların aparılması təşəbbüsü ilə çıxış etmişdiniz. Son olaylar göstərmirmi ki, həqiqətən də YAP-ın köklü islahatlara ehtiyacI var?...

- Cənab Prezident yeni Baş Naziri qəbul edib islahatlar mesajını verəndə, mən də açıq bildirdim ki, Prezident Administrasiyasında, parlamentdə və o cümlədən YAP-da da islahatlara ehtiyac var. Məntiqlə əgər Nazirlər Kabinetində, Prezident Administrasiyasında və Milli Məclisdə islahatlar aparılıbsa, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasında da islahatlar olmalıdır. Uzun illərdir ki, YAP-ın İdarə Heyətində, Siyasi Şurasında və rayon təşkilatlarında eyni adamlar fəaliyyət göstərir. Burada da islahatlar olmalı və gənclərə meydan verilməlidir. YAP İdarə Heyətində 20 nəfər təmsil olunur, Siyasi Şura üzvlərinin sayı 90 nəfərdən ibarətdir. Burada təmsil olunan yaşlı insanlarımız var. Vaxtilə vəzifədə olub, sonradan çıxarılanlar var. Bunlar nəzərə alınaraq, qeyd etdiyim istiqamətlərdə islahatların aparılmasına ehtiyac olduğunu düşünürəm.

- Bu yaxınlarda YAP-ın veteranlarından olan professor Əli Əlirzayev bəyan etmişdi ki, YAP-a sonradan gələnlər hakim partiyada əsas vəzifələri tutub...

- Əli Əlirzayev “91-lər”dəndir, partiyanın yaranmasında iştirakı olanlardan biridir, zamanında Siyasi Şuranın üzvü olub və sonradan oradan uzaqlaşdırılıb. Qeyd edim ki, YAP 1992-ci ilin noyabrında yaranıb və mən həmin vaxtdan partiyanın üzvüyəm. 1994-cü ilə qədər partiyanın Nəsimi rayon təşkilatına rəhbərlik etmişəm. İndi elə gənclər var ki, 1992-ci ildə doğulub. Həmin şəxslərin 2010-cu ildə YAP-a üzv olmasına təbii baxmaq lazımdır. Axı partiyanın özündə də bir inkişaf prosesi olmalıdır. Əgər partiya inkişaf edirsə, sözsüz ki, bura gənclərin axını da müşahidə ediləcək. İndi bizdə üzvlərimizin 60-70 faizini elə gənclər təşkil edir. Amma sözsüz ki, vəzifə naminə partiyamıza gələnlər, ondan sui-istifadə etmək niyyətində olanlar da olub. Lakin yararlı kadrlardan istifadə edilir, yararsız kadrlar isə çıxdaş olunur.

- Musa müəllim, sizin hazırkı siyasi fəaliyyətiniz nədən ibarətdir?

- Mən 2000-2005-ci illlərdə Milli Məclisin deputatı olmuşam. 2006-2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı işləmişəm. Bundan sonra YAP-ın qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilmişəm. Hazırda siyasi fəaliyyətlə məşğulam. Mətbuatda çıxışlar edirəm, cənab Prezidentin başlatdığı islahatlar siyasətini dəstəkləyirəm. Ancaq elə bir işlə məşğul deyiləm.

- Niyə sizin kimi təcrübəli YAP-çı, Heydər Əliyevi ən ağır dövrlərdə müdafiə edən biri işsiz qalıb?

- İşlə bağlı YAP-ın İcra katibliyinə müraciətim olub. Eləcə də Prezident Administrasiyasına məktub və müraciət göndərmişəm, dəfələrlə teleqram vurmuşam. Amma nəticəsi olmayıb. Cənab Prezident son çıxışlarının birində qeyd etdi ki, ona göndərilən məktub və müraciətləri gizlədiblər. Düşünürəm ki, digər məktublar kimi mənim yazdıqlarım da cənab Prezidentə çatdırılmayıb. Əvəzində, yazdığım məktublar və vurduğum teleqramların əks-sədası qeydiyyatda olduğum Yasamal rayon İcra Hakimiyyətindən gəlib. Yasamal rayon İcra Hakimiyyəti də mənə cavablarında yazır ki, bu iş onların səlahiyyəti daxilində deyil. Düşünürəm ki, yazdığım məktublardan partiyamızın sədri, cənab Prezidentin məlumatı olmayıb. Əgər məlumatı olsaydı, yəqin ki, bir işlə təmin edərdi və nəticədə 10 il işsiz qalmazdım.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur - Ekspert
Bu gün, 10:45
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
Bu gün, 10:44
"Dəlicəsinə aşiq olduğun adamla deyil..."
Bu gün, 10:41
Azərbaycanda tanınmış biznesmen vəfat etdi
Bu gün, 10:39
RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır
Bu gün, 10:34
Neftin qiymətinin 150 dollara qalxacağı gözlənilir - ANALİTİKLƏRİN HESABLAMALARI
Bu gün, 10:30
1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - DYP
Bu gün, 10:29
Zaqatalada oğurluq edib, sonra evi yandıran "dost"lar saxlanılıb
Bu gün, 10:28
Zərər çəkən sahibkarlar hansı halda dövlət zəmanəti almayacaqlar? - İZAHAT
Bu gün, 10:27
Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi - Hələlik onun yerinə təyinat yoxdur
Bu gün, 10:22
"KATV1" internetlə bağlı yaranan problemə aydınlıq gətirib
Bu gün, 10:21
Deputatlar gələn həftə tətilə çıxır
Bu gün, 10:20
Daha bir nüfuzlu təşkilat Abbas Lisaninin HƏBSİNİ PİSLƏDİ
Bu gün, 10:19
“Artıq beynəlxalq təşkilatlara inamımız tükənib” - 6 ildir girovdurlar...
Bu gün, 10:16
COVID-19 hava vasitəsilə yoluxurmuş - Alimlərdən növbəti XƏBƏRDARLIQ
Bu gün, 10:12
“Bəhram Bağırzadənin kliniki əlamətləri yaxşıdır”
Bu gün, 10:10
COVID-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı - Diqqət!
Bu gün, 10:07
Azərbaycan nefti 1,2% ucuzlaşıb
Bu gün, 10:06
Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatdı
Bu gün, 10:06
Prokurorluq Sumqayıtdakı bıçaqlanma ilə bağlı məlumat yaydı
Bu gün, 10:05
Biznesi əlindən alınan «İdeal»ın keçmiş sahibinin - MƏHKƏMƏSİNDƏ YENİLİK
Bu gün, 09:56
Sumqayıtda kişi baldızını bıçaqlayıb
Bu gün, 09:54
İndi ki Vilyam Hacıyev yoxdur... - Bəs niyə problemlər həll olunmur?!
Bu gün, 09:53
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..." - Zaqatala sakini FƏRYAD ÇƏKİR
Bu gün, 09:44
“Hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər...” - TƏHLÜKƏ!!!
Bu gün, 09:33
Samir Şərifova yeni səlahiyyət verildi
Bu gün, 09:31
"Özünü müxalifət adlandıran yazıqların cəfəng yazılar yazması nadanlıq nümunəsidir" - Rəsul Quliyev
Bu gün, 09:30
BŞTİ-də Rəşad Tağıyev hökmranlığı... - İTTİHAM
Bu gün, 09:28
Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub
Bu gün, 09:23
“Stresi azaltmaq üçün çimərliklər açılsın” - tanınmış həkimlərdən təklif
Bu gün, 09:22
WTI nefti 39 dollara düşüb
Bu gün, 09:21
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:20
Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
Bu gün, 09:19
Prokurorluq Şirvandakı insidentlə bağlı məlumat yaydı - "Şamil Əliyev cinayətin aləti olan bıçağı..."
Bu gün, 09:18
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır - Diqqət!
Bu gün, 09:16
Əli Kərimli hakimiyyətindən ayda 50 min pul alıb... - ŞOK açıqlama
Bu gün, 09:14
Kreml və rəsmi İrəvan arasında qırılan körpülər... - Faydalana biləcəyəkmi?
Bu gün, 09:13
Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir
Bu gün, 09:11
Saleh Məmmədovun villasının görüntüləri yayıldı - İndi də orda olduğu deyilir...
Bu gün, 09:09
Astarada tam dərəbəylikdir... - NARAZILIQ...
Bu gün, 09:06
Mürgüləyən və yuxu gətirən ATƏT missiyası... - TƏHLİL
Bu gün, 08:56
“Görüşdən sonra içimizdə xeyli inam oyandı ki...”
Bu gün, 08:54
14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA - 18 məhbusda COVİD-19 əlamətləri var
Bu gün, 08:52
Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar
Bu gün, 08:50
"Nazir, nazir müavinləri bu məsələləri bilib və ona görə də..." - GƏLİŞMƏ
Bu gün, 08:40
"Mən inanmıram ki, Azərbayacanda televiziyaların büdcəsi ancaq reklam gəlirlərindən formalaşır"
Bu gün, 08:37
Küsülü nazir müavinlərinin qarşıdurma ocağına çevirdiyi XİN - yeni iddialar
Bu gün, 08:32
Azərbaycanın Özbəkistandakı səfirliyində nə baş verir? - Məmmədyarovun korrupsiya şəbəkəsinin Daşkənd uzantısı...
Bu gün, 08:22
Sədərək rayonu beləcə hədəfə gətirilir... - YENİ FOTOLAR
Bu gün, 08:20
"Biz hələ bilmirik ki, koronavirusdan sağalmış şəxs yenidən yoluxa bilərmi?" - Rəsmi ETİRAF
Bu gün, 08:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru