Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                 

Azərbaycana qarşı iş aparanların gerçək məqsədi nədir? - "Bizimkilər"in bizə qarşı açdığı cəbhə
Tarix: 30-05-2020, 17:31 | Çap et
Azərbaycana qarşı iş aparanların gerçək məqsədi nədir?
Son vaxtlar Azərbaycana qarşı olan qüvvələr yenə də fəallaşıb. Özü də bunlar təkcə əcnəbilər deyil, həm də "bizimkilər" kateqoriyasına aid olanlar, başqa sözlə desək, "sapı bizdən olan baltalar"dır.

Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı ermənilərin başlatdığı növbəti kampaniyada da onları görməkdəyik. Müxtəlif yollarla xarici ölkələrdə sığınacaq tapmış bu şəxslər Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan və Macarıstandan şikayət etmiş ermənilərin səsinə səs verərək, Azərbaycanın şərəfini qoruyan zabitimizi ləkələməyə cəhd göstərirlər. Müxtəlif şəxslərin sosial şəbəkələrdə yazdıqları statuslar belə, çox keçmir ki, ermənilərin "ovcunun içində" olur və düşmənlərimiz "bizimki"lərin bizə qarşı açdığı cəbhədən gen-bol yararlanırlar. Heç şübhəsiz ki, Qarabağda döyüşlər gedəndə ermənilərə satqınlıq edənlərlə hazırda informasiya müharibəsində Azərbaycanın əleyhinə iş aparanların statusu eynidir. O vaxtkı xainlər vətənpərvərlik maskası və hərbçi mundirində gizlənmişdisə, indikilər öz xəyanətlərini demokratiya, insan haqları, söz azadlığı pərdəsi altında törədirlər. Özü də onların sayı az da deyil. Düşünürsən ki, bunları Azərbaycana qarşı səfərbər olmağa sövq edən hansı qüvvələr, yaxud hansı maraqlardır? Axı, bir neçə istisna olmaqla hətta Ermənistanın Xocalı soyqırımı törətməsi belə, küll halında erməniləri Azərbaycanın maraqlarına uyğun mövqe sərgilməsinə gətirib çıxartmadı. Cəbhə xəttində günahsız uşaqlar snayperlə vurulanda, günahsız kənd sakinləri evlərində yuxuda ikən erməni hərbçilərin atəşinə tuş gələndə də ermənilər Ermənistanın bu faşist siyasətinə qarşı səbərbər olunmadılar, əksinə, bu cinayətlərə dəstək verdilər. Adam heyrətə gəlir, niyə ermənilərin içində bu qədər satqın yoxdur, Azərbaycana və azərbaycanlılara işləyən xəyanətkar şəbəkələr yoxdur, amma bizdə bu şərəfsizliyi edənlər hər zaman necə deyərlər, "dizə" çıxır?

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə qaçqın və məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı Qarabağın işğalına gətirib çıxarmış səbəblər, tarixi hadisələr və xəyanətlər barədə danışarkən də xəyanətkarlardan bəhs edib.

Sitat: "Nə üçün torpaqlarımız işğal altına düşdü? Necə oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər xarici dəstəyin hesabına torpaqları işğal etdilər, insanları öz doğma torpaqlarından didərgin saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi. Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan əvvəl - 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm qış aylarında, - o məşhur fotolar, videolar var, - həm də yaz aylarında. Orada - həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi. Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar".

Prezident deyib ki, ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar:

"Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi? Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987-ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndən sonra, cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır".

Göründüyü kimi, ölkə başçısı da xəyanət və xəyanətkarlar məsələsini ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhdid saydığını bu sözləri ilə ifadə edib.

Ekspertlərimiz də bu mövzu ilə bağlı narahatlıqlarını bölüşdülər.

Arzu Nağıyev: "Cəmiyyətdə özünə yer tapa bilməyənlər müxtəlif şəxsləri nüfuzdan salan məlumatlarla, saxta vətənpərvərlik şüarları ilə çıxış edirlər"

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a dedi ki, cəsusluq, xəyanət daima olub və olacaq:

"Bu, müharibədir, maraqlı dövlətlərin və iştirakçıların xüsusi xidmət olrqanları məlumat əldə etmək üçün mənbələrin əldə edilməsi istiqamətində işlər aparırlar. Təbii ki, açıq və qapalı mənbələr də var və bəzən şayiələr də yayılır. Əsgər bütün deyilən və yayılan məlumatları yoxlasaq, çoxu yalan və iftiradan başqa bir şey deyil. Həm də müəyyən dezinformasiyalar vasitəsilə çaşqınlıq da salmaq olur. Hər bir məsələ səbəb və məqsəddən doğur".

A.Nağıyev qeyd etdi ki, demokratiya pərdəsi ilə özlərini göstərməyə çalışanların yaydıqları dezinformasiyaların əsas məram və məqsədi hakimiyytə inamı azaltmaqdan başqa bir şey deyil:

"Guya bu yolla hakimiyyətə gələ bilərlər, əsas məqsəd budur. Bu isə absurd bir məsələdir. Cəmmiyyətdə özünə yer tapa bilməyənlər müxtəlif şəxsləri nüfuzdan salan məlumatlarla, saxta vətənpərvərlik şüarları ilə çıxış edirlər. Belələri yalançı ideyalar əsasında xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər və bu gün də əməkdaşlıq müqabilində verilən maddiyyətin əvəzini göstərməkdədirlər. Adətən, bu da uzun çəkmir və nə vaxtsa belələri çirkin missiyasını başa vurur".

Fazil Mustafa: "İslah olunmayanlarla, xarici kəşfiyyat orqanlarının caynağında olanlarla qanunun tələblərinə uyğun olaraq davranılmalıdır"

BQP başqanı, deputat Fazil Mustafa Musavat.com-a bildirdi ki, həqiqtən də bu məsələdə narahatedici məqamlar var:

"Çox az sayda insan siyasi səbəblər üzündən ölkəni tərk edib. Daha çox sosial şərait və məhkəmə ədalətsizliyi ucbatından ölkəni tərk edənlər çoxluq təşkil edir. Bunların əksəriyyəti bu narazılığını birbaşa dövlətə qarşı çevirərək siyasi fəaliyyətə başlayırlar. Bir çox hallarda bunun adı siyasi müxalifətçilik deyil, Azərbaycan dövlətinin xaricdə mövqelərini sarsıtmaq məqsədi güdür. Bilərəkdən və ya bilməyərəkdən bu prosesə qoşulanlar öz əməlləri ilə erməni dəyirmanına su tökdüklərinin fərqində deyillər". F.Mustafa qeyd etdi ki, burada xarici çevrələrin əli ilə məqsədyönlü fəaliyyətləri sezmək elə də çətin deyil: "Lakin bir qrup insan bu kimi fəaliyyətlərə anlayışsızlıqdan qoşulur və öz əməllərinin nəticələrini proqnozlaşdıra bilmir. Bu səbəbdən də xaricdə yaşayan bu kimi insanlarla mütəmadi iş aparılmalı, onları bu əməllərdən çəkindirmək lazımdır. İslah olunmayanlarla, xarici kəşfiyyat orqanlarının caynağında olanlarla isə qanunun tələblərinə uyğun olaraq davranılmalıdır".

Siyavuş Novruzov: "Belələrinin arxasında Azərbaycandan pul oğurlayıb qaçmış adamlar durur"

YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə Musavat.com-a bu mövzuda danışarkən öncə Sumqayıt hadisələrindən misal çəkdi:

"Sumqayıt hadisələri zamanı o ermənilər öldürüldü ki, onlar "Krunk" təşkilatına pul ödəmirdilər. Həm də həmin ermənilər elə ermənilərin özləri tərəfindən qətlə yetirildilər. Yəni bunlar millətin içərisindəki xəyanətkarlarla çox ciddi mübarizə aparırlar və nəticəsi də olur. Bizə gəldikdə, dövlətimizə qarşı fəaliyyət göstərənlər daha çox qanı qarışıqlardır. Yəni onların qanı erməni ilə qarışıqdır. Onların hər biri barədə kifayət qədər məlumatlıyıq. Hamının qonşusu, kəndçisi, qohumu var, hər kəs bəllidir, gizlətmək qeyri-mümkündür ki, kimin ata-anası, babası, nənəsi kimdir. Mən xatırlayıram, Qarabağ müharibəsi zamanı dəfələrlə bizim mövqelərlə bağlı məlumatlar daxildən ermənilərə verilmişdi. Vətən satqınları, vətənə xəyanət edənlər, Şuşa kimi şəhəri düşmənə verən adamlar bu gün qəhrəman kimi ortaya çıxıblar. Bunun cəzası vaxtına lazımi səviyyədə verilsəydi, təbii ki, başqaları ibrət götürərdi. Xocalı soyqırımını törədənlər təbii ki, ermənilərdir. Amma bunun qarşısını ala bilərdilər, birləşib mübarizə aparmalıydılar, aparmadılar. Yolun açılması ilə əlaqədar xüsusi komissiya göndərilmişdi. Amma bu işlər lazımi qaydada həyata keçirilmədi. Bunların hamısı məsuliyyətə cəlb olunmalı idi. Onlar məsuliyyətə cəlb olunmadı və bu gün də bir qrup şəxslər xaricdə oturub Azərbaycan əleyhinə çox ciddi təbliğat aparırlar". S.Novruzov dedi ki, xaricdəki həmin qruplar bu təbliğatı daxili auditoriyaya deyil, əsasən, xarici ölkələrə ünvanlayırlar: "Hansı ki, Avropa İttifaqı, Avropa Şurası və digər qurumların Azərbaycan əleyhinə material hazırlaması üçün zəmin hazırlanır. Onlar konkret ünvanların qarşısında öhdəlik götürüblər. Bunun da başında erməni lobbisi durub, onların ayırdığı vəsait öz rolunu oynayır. Həmçinin belələrinin arxasında Azərbaycandan pul oğurlayıb qaçmış adamlar durur. Müəyyən narazılıqları olanlar da bu prosesə dəstək verir. Həmin qüvvələr də dövlətin və millətin əleyhinə işlər aparırlar".

YAP-çı deputat qeyd etdi ki, Azərbaycanda da belə qüvvələr var:

"Milli Şurada hansı məsələlərin müzakirə olunduğuna hər kəs şahid oldu. Onun başında duran Əli Kərimli və ətrafıdır. Təsəvvür edin, Azərbaycanda Amerikaya müalicə almaq üçün viza istəyən adamlar illərlə viza ala bilmir, amma bu insanlara iki saat ərzində viza verirlər. Eyni zamanda miqrant alveri, buradakı gəlir mənbələri və sairdən danışmaq lazımdır. Deyək ki, anası erməni olanları, yaxud Cəmil Həsənli, Arif Məmmədov və digərlərini bir kənara qoyuruq, yerdə qalanların heç biri Azərbaycanda ictimai-siyasi proseslərdə iştirak etməyib, mətbuatda yazı yazmayıb, köşə yazarı olmayıb. Beləsə, onlar hardan, nəyə əsasən siyasi mühacir olur? Yəni bu ad altında xaricə gedib, ondan-bundan 5-3 manat alıb, söyüşlə gündəmdə qalmağa çalışır. Artıq bunların da cavabını Tramp verdi, məsələ qaldırdı, fərman imzaladı. Biz vaxtında deyəndə ki, sosial şəbəkələrdə vətəndaşların hüquqları tapdanır, onların şərəf və ləyaqətinə qarşı hörmətsizlik olunur, deyirdilər bu, söz, mətbuat azadlığıdır. İndi biri səsini çıxartsın, söz desin, Human Rights Watch, Freedom House, Soros və digərləri etirazını bildirsin, desin Tramp niyə bu addımı atdı, bu, söz azadlığının pozulmasıdır. Səsini çıxara bilməz axı".

Deputat qeyd etdi ki, vaxtaşırı demokratiya, insan hüquqları adı altında səslənən iddialar bəhanələrdir:

"Vətəndaşları qarşı-qarşıya qoymaq, ölkələrin sərvətlərini talamaqdır məqsəd. Gül kimi Liviya, İraq, Suriya dövləti var idi. İndi yerində nə qalıb: qırğın, dağıntı, xəstəlik, müharibə, insan itkiləri. Dövlət var, təhsil yox, gənc nəsil hansısa terrorçu qrupların təsiri altında olacaq. Hələ bunlar dünyanın altına qoyulmuş minalardır, gələcəkdə partlayacaq. Pul qazanmağın hesabına gül kimi dövlətləri məhv etdilər. Bizimkilər də hakimiyyət eşqindən, hakimiyyət hərsiliyindən gah ərəb baharı, gah başqa nəyin eşqinə düşürlər. Hanı ərəb baharı nə oldu? Ərəb baharı gül açdı, yox, külə döndü. "Kabab iyi"nə getmişdilər, nəticə göz qabağındadır. Vaxtilə 1 İraq dinarı 6 ABŞ dolları idi. İndi 1 dollar verəndə bir kisə dinar almaq olur. O ölkələrdə həmin hadisələri törədənlər də indi bizim Avropada, başqa yerlərdə olan adamlarımız kimiydi, qızışdırıb ortaya saldılar. Təbii ki, Azərbaycan fərli ölkədir. İlk Demokratik Cümhuriyyət quran millətik, insanlarımız ziyalıdır, əksəriyyət reallığı başa düşür, yəni müxtəlif qüvvələrin qurmaları Azərbaycanda keçmir. Amma təhsil, dünyagörüşü ilə bağlı problemlər olan ölkələrdə şayiələr, başqa addımlar mənfi nəticələrə gətirib çıxartdı. Həmin dövlətlərin də vəziyyəti göz qarşısındadır".

Sonda: Ermənilər dünyanın dörd bir tərəfinə yayılıb və Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistanın maraqlarını müdafiə edir, üstəlik, Qarabağın hüquqi zəmində ilhaqı üçün canfəşanlıq göstərirlər, Türkiyəyə qarşı savaş açıblar. Azərbaycanlıları isə bir sıra hallarda kosmopolit mövqe sərgiləyən, ermənilərin yanında yer alan gördükdə, pəjmürdə olmaya bilmirsən. Xüsusilə də müharibə vəziyyətində olan ölkəmiz üçün bu, çox ciddi təhlükədir. Dövlət və millət olaraq ayıq olmalıyıq...
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Dünən, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Dünən, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Dünən, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Dünən, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Dünən, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Dünən, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Dünən, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Dünən, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Dünən, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Dünən, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Dünən, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Dünən, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Dünən, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Dünən, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Dünən, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Dünən, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Dünən, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Dünən, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Dünən, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Dünən, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Dünən, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Dünən, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Dünən, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Dünən, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Dünən, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Dünən, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Dünən, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Dünən, 16:01
"Artıq ər-arvadıq"
Dünən, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Dünən, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Dünən, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Dünən, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Dünən, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Dünən, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Dünən, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Dünən, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Dünən, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Dünən, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Dünən, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Dünən, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Dünən, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Dünən, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Dünən, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Dünən, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru