Müdafiə Nazirliyi: "Hər hansı ərazi itkisinə yol verilməyib" .....                     Dövlətin ayırdığı subsidiyanı mənimsəyənlərlə bağlı rəsmi açıqlama .....                     Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı .....                     Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib .....                     Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb .....                     “Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” .....                     "Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" .....                     Virusun əsas yoluxma məkanı... .....                     "İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" .....                     Partiya sədrindən hökumətə TƏKLİF: .....                     "Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" .....                     Alimpaşa Məmmədovun tender oyunu davam edir .....                     Arif Qasımovun işdən çıxarılmasına səbəb olan .....                     İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib .....                     “Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” .....                     Koronavirus xəstələrini tanımağın daha bir yolu .....                     Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı .....                     BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... .....                     Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? .....                     "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" .....                     Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı .....                     Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi .....                     Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü .....                     "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" .....                     "Atabank"da araşdırmalar başladı .....                     “Azəriqaz” qanunsuz cərimə yazır? .....                     Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir .....                     "Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." .....                     Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” .....                     Mərkəzi Bank qalmqallı duruma .....                     Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər .....                     Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     "Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" .....                     “Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” .....                     "İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" .....                     Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu .....                     Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi .....                     Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb .....                     Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq .....                 

"Unutmaq olmaz ki, ermənilərin hədəflərindən biri Naxçıvandır" - GƏLİŞMƏ
Tarix: 29-05-2020, 10:34 | Çap et
"Unutmaq olmaz ki, ermənilərin hədəflərindən biri Naxçıvandır"
İşğalçı Ermənistan ordusunun bölmələri Azərbaycana qaşrı təxribatları davam etdirir. Diqqətçəkən budur ki, işğalçı ölkə davamlı şəkildə Azərbaycanla həmsərhəd bölgələrdə gərginliyi tətikləyir. Qazax rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərinin şəhid olmasının ardınca Naxçıvan istiqamətində də gərginlik artıb. Belə ki, Ermənistan ordusu mövqelərini irəli çəkmək istəyib. Məlumata görə, düşmən öz mövqelərini Azərbaycan ərazilərinə doğru dəyişməyə cəhd göstərərkən ona tutarlı cavab verilib.
Bildirilir ki, Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini vurublar.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, “Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – 2018-ci ildə Azərbaycanın mövqelərini irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib. Ermənistan Müdafiə Nazirliyindən sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər. Lakin itki barədə məlumat verilmir. Düşmən ənənəsinə sadiq qalaraq yenə də Azərbaycan tərəfini günahlandırmağa cəhd göstərib. Heç şübhə yoxdur ki, bunun ardınca ermənilər yanmış maşının fotoları ilə birgə beynəlxalq təşkilatlara və həmsədrlərə şikayət ünvanlayacaqlar. Ancaq heç kim araşdırmayacaq ki, Azərbaycan əsgəri nədən Ermənistana məxsus avtomobilə atəş açıb.

Xatırladaq ki, 2018-ci ilin may ayının sonlarında, elə bu günlərdə Naxçıvan MR-dəki Əlahiddə Ümumqoşun Ordusu əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndini, “Ağbulaq” yüksəkliyini, Qızılqaya dağını, Qaraqaya dağını azad etmişdi. Həmçinin Azərbaycanın tarixi torpaqları olan Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına alınmışdı. Döyüşlər nəticəsində, ümumi olaraq, 11.000 hektarlıq ərazi azad olunmuşdu. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov hərbi əməliyyatlar zamanı şəhid olmuşdu. Ermənistan rəhbərliyi əməliyyatın uğurlu nəticəsini uzun müddət etiraf etməsə də, sonradan həqiqəti dilə gətirməyə vadar oldu. Lakin həmin dövrdə həmsədrlər Azərbaycanı ittiham etməklə növbəti dəfə işğalçının tərəfində olduqlarını nümayiş etdirdilər. Heç şübhəsiz Ermənistan ordusu Günnüt istiqamətindəki mövqelərini bərpa etmək üçün bu günlərdə növbəti təxribata əl atıb.

Digər bir məqam da var. Naxçıvanda yeni tip raketlərin yerləşdirilməsi xəbərlərindən sonra düşmənin fəallaşması yəqin ki, təsadüfi deyil. Mümkün müharibə halında Naxçıvan istiqamətindən ikinci cəbhənin açılması da düşməni qorxudur. Üstəlik, ortada Türkiyə amili var. Rəsmi İrəvan həm təxribatlara əl atır, həm də vaxtaşırı həyəcanını açıq şəkildə biruzə verir. Hətta Ermənistanda 1921-ci il Moskva Müqaviləsinin ləğvi, Naxçıvanın onlara verilməsi (!) istiqamətində də həyasızlıqlar davam edir.

Qeyd edək ki, Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir. Ordu.az bu günlərdə xəbər vermişdi ki, ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqalədə bu barədə bəhs olunub. Müəllif Can Kasapoğlu qeyd edib ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin “YouTube” kanalında mayın 2-də yerləşdirilmiş və Naxçıvan qarnizonunda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir. Müəllif qeyd edib ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.

****

Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. İndiki halda “Kaplan” raketlərinin Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilməsi şübhəsiz ki, Naxçıvanda dislokasiya olunmuş ordu hissələrinin döyüş qabiliyyətini daha da gücləndirmiş olur. İndiki halda “Kaplan” raketlərinin hər iki variantı Yerevana və Ermənistan ərazisindəki strateji hədəflərə birbaşa zərbə endirməyə imkan verir. O cümlədən “Kasırğa” raket sistemləri də bu imkanı Azərbaycan ordusuna yaradırdı.

Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat - taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.

Can Kasapoğlu da yazıb ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilərdi.

Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı istiqamətində hücuma keçə bilər. İkinci variant isə hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablanar.

Müəllifə görə, 2016-cı ilə qədər belə ssenarilər olduqca az ağlabat sayılırdı. Lakin həmin ilin aprelində baş vermiş ciddi toqquşmalardan sonra Azərbaycan ordusu sübut etdi ki, 1990-cı illərin əvvəllərinə nisbətən indi daha effektiv hücum həyata keçirilməsini təmin edə bilər.

Bu ssenarilər baxımından Türkiyədən alınan reaktiv yaylım atəşi sistemləri Naxçıvan istiqamətindən Ermənistan paytaxtına, yaxud daha düşünülmüş variantda Ermənistanı Dağlıq Qarabağla birləşdirən şosseyə zərbə endirmək üçün tətbiq edilə bilərdi.

O da xatırladılır ki, Türkiyə ordusu TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemlərini Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda uğurla tətbiq edib. İlin əvvəllərində Türkiyə ordusunun “Kaplan” raketləri ilə endirdiyi zərbələr Suriya ordusunun mövqelərini darmadağın etmişdi. Naxçıvanın 40 km-liyində olan İrəvanın hədəfə alınması ehtimalı düşməni daim səksəkədə saxlayır. Mümkündür ki, vaxtaşırı dövlət sərhədi boyunca gərginliyi tətikləməklə düşmən “Rus NATO”-sunun- KTMT-nin prosesə müdaxiləsinə “zəmin” hazırlamaq istəyir.


****

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də Musavat.com-a dedi ki, son vaxtlar ermənilərin istər Qazax, istərsə də Naxçıvan istiqamətində törətdikləri təxribatlar məqsədyönlü xarakter daşıyır:

“Dağlıq Qarabağ istiqamətində təmas xətti deyilən ərazilərdə bu təxribatların beynəlxalq səviyyədə hüquq pozmaları kimi hay-küyə səbəb olması mümkün deyil. Çünki erməni qoşunları işğal olunmuş Azərbaycan ərazilərində suverenliyimizi pozublar və heç bir dövlət cavab atəşi və ya hərbi əməliyyatlara görə bizə irad tuta bilməz. Naxçıvan və Qazax istiqamətində isə ermənilərin əsas məqsədi təxribatlara KTMT-nin üzvü kimi Rusiyanı qataraq dövlət sərhəddində atəşkəsin pozulması faktını qabartmaqdır. Lakin bu da alınmır və dərhal susdurulurlar. Yəni bu, bir taktiki gedişdir”.

A.Nağıyev digər məsələyə də diqqət yetirməyi vacib sayır:

“Son vaxtlar Naxçıvanın güclü bir istehkama çevrilməsi və son hərbi təlimlərdə nümayiş etdirilən yeni hərbi texnikalar da düşməni narahat edir. Yəni iqtisadiyyatda tənəzzülə hər hansı bir bəhanə donu geyindirmək və erməni vətəndaşının başını belə işlərlə qatmaq istəyi də istisna olunmur”.

Deputat bildirdi ki, son vaxtlar hərbi və diplomatik sahədə Azərbaycanın atdığı müsbət addımlar Ermənistan rəhbərliyini qıcıqlandırır.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə hesab edir ki, Ermənistanın Naxçıvan istiqamətində təxribatları Türkiyənin ərazidə və ümumiyyətlə, Ermənistan-Azərbaycan məsələləri fonunda artan rolunu azaltmaq məqsədi daşıyır:

“Buna bir az da qlobal baxmaq lazımdır. Liviyada döyüş təyyarələri göndərəndən dərhal sonra Hafterin məğlub duruma düşməsindən Rusiya rahatsızdır. Türkiyəyə qarşı Suriyada edə bilmədiklərini başqa bir məntəqədə sınaqdan çıxarmaq istəyir. Naxçıvanla bağlı neçə vaxtdır aparılan kampaniyaların da nə üçün edildiyi ortaya çıxır”.

Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistanda ə digər yerlərdə 1921-ci il Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı fəaliyyətin də Naxçıvana qarşı erməni iddialarının önümüzdəki illərdə ciddiyyət qazanacağına heç şübhə etmir:

“Həm də Ermənistanın hərbi maşını Qarabağdakı işğalı bir az arxa plana keçirmək üçün Naxçıvan istiqamətində lokal savaşların sayını artırmaq fikrindədir. Əsas məqsəd Naxçıvanı tutmaq olmasa da, onu dünyanın gündəminə daşımaq və iddiaları ortaya qoymaqdır. İkinci tərəfdən, Dağlıq Qarabağla bağlı Azərbaycanın son zamanlar antiterror əməliyyatlarına gedəcəyi siyasətinə qarşı başqa bir həmlə ilə cavab verməkdir. Əgər Naxçıvan isstiqamətində münaqişə çıxarsa, Azərbaycanın öz ərazisini təmizləmək, ərazi bütövlüyünü təmizləmək kimi niyyəti təhlükəyə düşür, münaqişə iki ölkə arasında və Türkiyə, İran və Rusiya da bu işin içinə girərsə daha qlobal xarakter ala bilər. Bu mənada Naxçıvanda Ermənistan, İran və Rusiyanın maraqları obyektiv şəkildə üst-üstə düşür, heç biri, yumşaq desək, türk varlığının, rolunun və təsirinin artmasına həvəsli ola bilməz”.

Q.Çaxmaqlı hesab edir ki, bütün mümkün ssenarilərə hazır olmaq lazımdır:

“Bunu heç vaxt unutmaq olmaz ki, ermənilərin hədəflərindən biri Naxçıvandır. Ermənilər həm də Rusiya və başqa ölkələrdə siyasi olaraq bu məsələnin üstünə gedilməsi fəaliyyətlərini sürdürürlər. Məsələn, Rusiyada TV-də Solovyovun proqramında belə, yeri oldu-olmadı Naxçıvan məsələsini ortaya atmaları gələcək planlarından xəbər verir. Naxçıvan məsələsi ilə bağlı qapalı Ermənistan-İran-Rusiya üçtərəfli qapalı məsləhətləşmələrinin aparılmasını da təklif edirlər. Dediyimiz odur ki, 1921 Qars və Moskva müqavilələrini ləğv etmək üçün əməli adımlar atırlar. Bununla bağlı petisiya keçirirlər. Rusiya mətbuatında tez-tez həmin müqavilələrlə bağlı təhlükəli bəyanatlar da verdirirlər”.

Ekspertin dedikləri həm də növbəti təhlükələrin anonsu sayıla bilər.

Əslində acı təcrübə var. İrəvan, Zəngəzurun ələ keçirilməsi, Qarabağa iddiaların ortaya qoyulması fonunda “görünməz” oldu vaxtilə. Ermənilərin bir əsr öncə tarixi Azərbaycan ərazilərini hissə-hissə qəsb etməsini bir kənara qoyaq... Elə sonuncu Qarabağ müharibəsi zamanı rayonlarımızın işğalı barədə xatirələrini yazan Robert Köçəryan etiraf etmişdi ki, bir rayonun işğal edilməsi, ondan əvvəlki rayonun azad olunması istiqamətində gedən müzakirələri arxa plana keçirirdi. Necə ki, Ağdamın işğalı Kəlbəcər rayonunun azad edilkməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini arxa plana atdı. İndi də ermənilər “Naxçıvan uğrunda” prosesə başlamaqla Qarabağ məsələsini arxa plana keçirə bilərlər. Hər halda, Ermənistanda başlanan proses təsadüfi deyil.
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyi: "Hər hansı ərazi itkisinə yol verilməyib"
Bu gün, 21:04
Dövlətin ayırdığı subsidiyanı mənimsəyənlərlə bağlı rəsmi açıqlama
Dünən, 21:45
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Dünən, 19:27
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
Dünən, 19:25
Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb
Dünən, 16:12
“Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” - Keçmiş icra başçısı
Dünən, 16:08
"Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" - Elnur Allahverdiyev
Dünən, 16:04
Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?
Dünən, 16:00
"İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" - Kamran Əliyev
Dünən, 15:58
Partiya sədrindən hökumətə TƏKLİF: - “Bakıdakı erməni kilsəsini məscidə çevirin”
Dünən, 15:54
"Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" - COVID-19-dan sağalmış Aytən Cəfərova
Dünən, 15:52
Alimpaşa Məmmədovun tender oyunu davam edir – Bir həftəlik şirkətə bu dəfə 120 min ayırdılar
Dünən, 15:41
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - VİDEO
Dünən, 15:35
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO
Dünən, 15:33
“Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” - Yaqub Məmmədov
Dünən, 15:29
Xəzər TV-nin iki əməkdaşı koronavirusa yoluxdu
Dünən, 15:27
Koronavirus xəstələrini tanımağın daha bir yolu - ARAŞDIRMA
Dünən, 15:18
Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı - ÜSTƏLİK SIXILMIŞ QAZ...
Dünən, 15:16
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... - Bu, Azərbaycan bankları üçün niyə vacibdir?
Dünən, 15:14
Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? - İLGİNC
Dünən, 15:12
"Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" - Nazirlik
Dünən, 15:09
"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev
Dünən, 15:08
Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı
Dünən, 15:04
Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 15:03
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
Dünən, 15:01
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" - deputat
Dünən, 15:00
"Atabank"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?
Dünən, 14:58
“Azəriqaz” qanunsuz cərimə yazır? — Hər əməkdaşa “3 sayğac” limiti
Dünən, 14:55
Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir
Dünən, 14:15
"Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." - deputat
Dünən, 14:03
"Allah Prezidentimizi başımızdan əskik etməsin" - Xalq artisti
Dünən, 13:54
Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” – Həkimdən ÇAĞIRIŞ
Dünən, 13:51
Mərkəzi Bank qalmqallı duruma BELƏ İZAHAT VERİR
Dünən, 13:45
Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək
Dünən, 13:43
Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq
Dünən, 13:31
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Dünən, 13:30
"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov
Dünən, 13:27
“Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” - Polis rəisi
Dünən, 13:26
"İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" - deputat
Dünən, 13:15
Röya “Altın Kelebek”də 60 manatlıq paltar geyindi - FOTO
Dünən, 13:00
Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu - FOTO
Dünən, 12:55
Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi
Dünən, 12:40
Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Dünən, 12:39
Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq - Diqqət!
Dünən, 12:38
"AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, çapına icazə verilmədi" - İsa Həbibbəyli
Dünən, 12:35
İcra başçısı karantin qaydalarını pozdu - FOTO
Dünən, 12:29
Ucar sakini əmisini balta ilə vuraraq öldürüb
Dünən, 12:25
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
Dünən, 12:24
Sərkisyanın qəfil Qarabağ səfəri: nəyə hazırlıq gedir? - GƏLİŞMƏ
Dünən, 12:18
Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq - Diqqət!
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru