Səlim Müslümovdan GƏRGİNLİYƏ REAKSİYA .....                     "Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq" .....                     Gənc oğlan Milli Məclisin qarşısında özünü doğradı .....                     Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb .....                     “Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” .....                     Azərbaycan xalqı ilə həmrəyik .....                     Ərdoğandan “at gedişi”: .....                     Milli Məclisdəki dağıntılardan .....                     "KTMT-də Ermənistandan daha çox, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə güvənirlər" .....                     Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə .....                     Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib .....                     Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? .....                     Sərt karantin rejimi uzadılır? .....                     "Bu istiqamətdə heç bir güzəşt olmamalıdır" .....                     “KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” .....                     Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu .....                     Qarabağda könüllü döyüşmək istəyənlərin NƏZƏRİNƏ .....                     “Bu əməllər arxadan vurulan bıçağı xatırladır” .....                     Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək .....                     “Koronavirus dərman”ı zəhərlənmə yaradır? .....                     "Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq" .....                     Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir .....                     Türkiyədə müalicə olunan Vahid Əhmədov .....                     Əhəd Abıyev işdən çıxarılır... .....                     "Bu cür hərəkətlər heç vaxt Qarabağın azadlığına xidmət etməyib" .....                     Azay Möhnətova qarşı İTTİHAM .....                     Maliyyə və kapital amnistiyası niyə gecikir? .....                     Səid Dadaşbəyli azadlığa çıxdı .....                     Bir gecənin ibrət dərsi .....                     Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə BAĞLI: .....                     Təxribatçılar Gəncəni də qarışdırmaq istəyirlər .....                     Gürcüstanda Azərbaycan vətəndaşında COVID-19 aşkarlanıb .....                     BDU-nun müəllimi vəfat etdi .....                     Syasi partiyalar milli həmrəyliyə dair bəyanat yaydı .....                     "KTMT-yə üzv dövlətlər Azərbaycanın haqlı olduğunun fərqindədir" .....                     Ermənistandan YENİ ETİRAF: .....                     “Qardaşımın arzusu Qarabağı geri qaytarmaq idi” .....                     “Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik” .....                     ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq" .....                     “Bu ən böyük xəyanət və ermənilikdir!” .....                 

MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
Tarix: 27-05-2020, 11:40 | Çap et
MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI
Azərbaycanın inkişafının önündə ən böyük əngəllərdən biri olan, dövlətin, cəmiyyətin dayaqlarını sarsıdan, sosial ədalətsizliyə və əhalinin hakimiyyətdən narazılığına yol açan əsas səbəblər sırasında korrupsiyanın öncül yer tutduğu heç kimə sirr deyil. Və bu bəlanın ölkəmizdə nə qədər dərin kök saldığı hər addım başında hiss olunmaqdadır. Elə elan olunan islahat və korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyatlar və həbslərdən sonra üzə çıxan faktlar da bu bəlanın miqyasını qismən də olsa göstərmiş oldu.

Lakin qeyd edilməlidir ki, yalnız ayrı-ayrı əməliyyatlar, işdən azad edilmələr və s. bu kimi tədbirlərlə cəmiyyətimizdə “adət” halı almış bu cinayətlərin tam kökünü kəsmək mümkün olamayacaq. Bu işin daha effektli olması üçün lazım olan kompleks tədbirlər, addımlar sırasına mütləq hüquqi bazanın genişləndirilməsini və təkmilləşdirilməsini də daxil etmək lazımdır. Və belə görünür ki, bu istiqamətdə artıq müəyyən addımlar atılmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, büdcə talanı, korrupsiya, rüşvət yolu ilə əldə olunan pullar hesabına xarici ölkələrdə alınan mülklərin müsadirəsi üçün hüquqi baza genişləndirilir. Belə ki, qanunvericilikdə ediləcək yeni dəyişikliyə görə, qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək. Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə edilən əlavə məhz bunu nəzərdə tutur.

Məcəllənin 521-ci maddəsi “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası qaydası” adlanır.

Yeni qanun layihəsində isə maddənin adı dəyişdirilib və “Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası” adlandırılıb. Təklif olunan 521.1-ci maddə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir. Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu əlavəni şərh edərkən bildirib ki, qanun layihəsi reallığı özündə əks etdirən yanaşmadır: «Azərbaycanda müxtəlif şəkildə pul vəsaitləri əldə edənlər var. Bu pulları halal yolla, zəhmətlə qazanılmayan vəsait kimi nəzərə almaq lazımdır”.

Onun fikrincə, qeyri-qanuni yolla əldə edilən pullar hesabına xaricdə tikilən, ayrı-ayrı ölkə vətəndaşlarının məşğulluğuna xidmət edən, həmin ölkələrin büdcəsinə vəsait daxil olmasına xidmət edən hallar bütün mənalarda başadüşülən deyil. Millət vəkili hesab edir ki, bəzi azərbaycanlıların xaricdəki mülkləri araşdırılmalı və onların təsnifatı aparılmalıdır. “Əgər o mülklər cinayət xarakterli əməllərlə əldə olunubsa, bunun barəsində hüquqi baxımdan addım atmaq mümkün olacaq”, - deyən F.Ağamalı təklif də səsləndirib: “Məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər”.

“AzPolitika.info”-ya bu mövzu ilə bağlı açıqlama verən vəkil, Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Polad Mehdi bildirdi ki, hazırda Azərbaycan Respublikası Cinayət qanununda əmlakın müsadirəsi cəzası mövcud deyil: «Əmlakın müsadirəsi adlanan Cinayət Məcəlləsinin 51-ci maddəsi məcəllədən çıxarılıb. Doğrudur, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində "Əmlakın tam müsadirəsinə yol verilmir" deyə bir müddəa var və hazırda cinayət hüququ baxımından əmlakın müsadirəsi cəzası ümumiyyətlə yoxdur. Ancaq Cinayət Məcəlləsində cinayət hüquqi xarakterli tədbirlər mövcuddur. Bu tədbirlərdən biri də əmlakın xüsusi müsadirəsi ilə bağlıdır.”

Hüquqşünas qeyd etdi ki, Cinayət Məcəlləsində xüsusi müsadirənin obyekti olan 4 növ əmlak göstərilib: “Bu halda həm cinayət yolu ilə əldə olunmuş əmlak, həm də həmin əmlakın hesabına əldə olunan digər gəlirlər müsadirə olunur. Tutaq ki, şəxs cinayət yolu ilə əldə etdiyi əmlak vasitəsilə müəyyən qazanc əldə edib. Bu halda həmin qazanc da müsadirə olunmalıdır. Əgər şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı satıb əvəzində başqa bir əşya alıbsa, həmin əşya müsadirə olunur. Əgər qeyri-qanuni yolla əldə olunmuş əmlak şəxs tərəfindən istifadə edilərək talan olunubsa, bu zaman həmin əmlakın qarşılığında dəyəri ölçülməklə ona məxsus başqa əşya, əmlak müsadirə olunur.”

P.Mehdi bildirdi ki, Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun 3-cü maddəsinə əsasən bu qanun Azərbaycan ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və ölkəmizdə qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci fəslinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində və hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.”

Hüquqşünas bir nüansı da xüsusi qeyd edərək bildirdi ki, məsələn, kiminsə Avropa ölkələrinin birində Azərbaycanda cinayət yolu ilə ədə etdiyi vəsait hesabına aldığı mülkü varsa və Azərbaycan tərəfi onun öz xeyrinə müsadirəsini tələb edirsə, bu zaman Azərbaycan məhkəməsinin çıxardığı müsadirə qərarının həmin ölkə tərəfindən tanınması lazımdır.

Yəni ki, bunun üçün Azərbaycan məhkəmə-hüquq sistemi öz müstəqilliyini və doğrudan da qanunlara xidmət etdiyini çıxardığı hər bir qərarda, hökmdə biruzə verməlidir. Onun obyektivliyi həm ölkəmizdə, həm də xaricdə şübhə doğurmamalıdır. Bunun üçünsə həmin sistemin özü bütün neqativ tərəflərindən təmizlənməli, şəffaf, tərəfsiz olmalıdır.

Qeyd edək ki, sözügedən qanun layihəsi qəbul edilərək, 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək. Və göründüyü kimi, sözügedən dəyişikliklə “çirkli pullar”la xaricdə alınan mülklərin müsadirəsinə hüquqi baza yaradılır. Bu dəyişiklik xaricdə böyük, bahalı mülklərə sahib çıxan çoxsaylı məmur-oliqarx ordusu üçün ciddi təhlükə mənbəyi ola bilər. Və tezliklə millət vəkilləri istəsələr də, istəməsələr də bu əlavəyə səs verəcəklər. Ancaq maraqlıdır ki, görəsən sözügedən qanun doğrudan da işlək olarsa, elə Milli Məclis üzvlərinin sırasından neçə nəfər gələcəkdə həmin qanunun təsiri altına düşə bilər?...
AzPolitika.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səlim Müslümovdan GƏRGİNLİYƏ REAKSİYA - “Xalqımız dünənki birliyi ilə hər şeyi ortaya qoydu”
Bu gün, 14:45
"Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"
Bu gün, 14:38
"Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq" - Prezident İlham Əliyev
Bu gün, 14:36
Gənc oğlan Milli Məclisin qarşısında özünü doğradı
Bu gün, 14:32
Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb - Yeni təxribat PLANI
Bu gün, 14:29
"Xahiş edirəm, ağlaşma videoları yaymayın" - Xalq artisti
Bu gün, 14:22
“Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” – Keçmiş nazir
Bu gün, 14:19
“Ailəli olsaq da, onunla bir-birimizi gizli sevirdik”
Bu gün, 14:15
Azərbaycan xalqı ilə həmrəyik - GUAM Katibliyi
Bu gün, 14:13
Ərdoğandan “at gedişi”: - Görünən və görünməyən hədəflər
Bu gün, 14:09
Milli Məclisdəki dağıntılardan FOTOLAR
Bu gün, 14:06
"KTMT-də Ermənistandan daha çox, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə güvənirlər" - Rusiyalı politoloq
Bu gün, 14:03
Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verib
Bu gün, 14:02
Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib
Bu gün, 13:33
Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? - "Əgər bu post Ermənistanın nəzarəti altına keçsə..."
Bu gün, 13:27
Sərt karantin rejimi uzadılır? - AÇIQLAMA
Bu gün, 13:25
"Bu istiqamətdə heç bir güzəşt olmamalıdır" - Əflatun Amaşov
Bu gün, 13:23
“KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” – “Siyasi fəaliyyətimizi dayandırmağa hazırıq”
Bu gün, 13:22
Yaşlı Ağdam sakini erməni təxribatı ilə ölümdən son anda qurtuldu - FOTO
Bu gün, 13:17
"Kafirlərin içində, Allahsızların içində, başı müsibətlər çəkən millətim..."
Bu gün, 13:12
Qarabağda könüllü döyüşmək istəyənlərin NƏZƏRİNƏ - "Zərurət yarandıqda..."
Bu gün, 13:08
“Bu əməllər arxadan vurulan bıçağı xatırladır” - Əli Əhmədov
Bu gün, 13:00
Tovuz döyüşləri və səngiməyən İNFORMASİYA SAVAŞI: - “Onların yalanı tezliklə ifşa olunur”
Bu gün, 12:56
Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək - MM
Bu gün, 12:52
“Koronavirus dərman”ı zəhərlənmə yaradır? - BAŞ TOKSİKOLOQ
Bu gün, 12:50
"Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq"
Bu gün, 12:49
Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir
Bu gün, 12:47
"Atışma gedir, camaat sakit, hamısı yerindədir" - Kamil Zeynallı Tovuzdakı son durumu anladır
Bu gün, 12:44
"Onlara qurban olum" - Afaq Bəşirqızı əsgərlərimizdən qələbə gözləyir
Bu gün, 12:42
Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya QAYITDI
Bu gün, 12:37
Əhəd Abıyev işdən çıxarılır... - Barəsində araşdırma aparıldığı deyilir...
Bu gün, 12:35
Alişan şəhid general haqda: - Necə böyük idin!
Bu gün, 12:28
"Bu cür hərəkətlər heç vaxt Qarabağın azadlığına xidmət etməyib" - Ülvi Quliyev
Bu gün, 12:21
Azay Möhnətova qarşı İTTİHAM - yanğının səbəbi necə ört-basdır edilir?
Bu gün, 12:15
Maliyyə və kapital amnistiyası niyə gecikir? - GƏLİŞMƏ
Bu gün, 12:13
Səid Dadaşbəyli azadlığa çıxdı
Bu gün, 12:09
Bir gecənin ibrət dərsi - TƏHLİL
Bu gün, 12:07
Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə BAĞLI: - "Şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir"
Bu gün, 12:05
Təxribatçılar Gəncəni də qarışdırmaq istəyirlər - Deputat Gəncə əhalisinə müraciət etdi
Bu gün, 12:03
Gürcüstanda Azərbaycan vətəndaşında COVID-19 aşkarlanıb
Bu gün, 11:47
"Kadr hazırlıqlarında da dəyişikliklər edilməsi zəruridir"
Bu gün, 11:45
BDU-nun müəllimi vəfat etdi
Bu gün, 11:42
Syasi partiyalar milli həmrəyliyə dair bəyanat yaydı - MƏTN
Bu gün, 11:41
"KTMT-yə üzv dövlətlər Azərbaycanın haqlı olduğunun fərqindədir" - GƏLİŞMƏ
Bu gün, 11:37
Ermənistandan YENİ ETİRAF: - “10 yaralımız var, 6-sı kritik vəziyyətdədir”
Bu gün, 11:29
“Qardaşımın arzusu Qarabağı geri qaytarmaq idi” - Şəhid generalımızın qardaşı
Bu gün, 11:25
“Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik” - Yaralanan əsgərlər
Bu gün, 11:22
”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq" - deputat
Bu gün, 11:18
“Bu ən böyük xəyanət və ermənilikdir!” – Əli Həsənovdan sərt açıqlama
Bu gün, 11:16
Xatirə də əsgərlərimizə dəstək yürüşünə qatıldı: - "Müharibəyə də gedərəm"
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru