Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                 

Virusla mübarizə xərcləri: Hökumət heç nəyi əsirgəmədi - TƏHLİL
Tarix: 26-05-2020, 15:44 | Çap et
Virusla mübarizə xərcləri: Hökumət heç nəyi əsirgəmədi
Koronavirus pandemiyası iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq, içdən ciddi zərər vurdu. Bəli, bu ilk böhran deyil. Müstəqillik əldə etdikdən sonra 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə böhran yaşamışdıq, lakin bunların heç biri ölkəmizin iqtisadiyyatı üçün bu cür şok təsir bağışlamamışdı. Proses hələ davam edir və nə vaxt tam qurtaracağı da bəlli deyil.
Lakin iş ondadır ki, bu dəfə həm də daha yaxşı və güclü müqavimət göstərdik, göstərməkdə də davam edirik. Belə ki, böhran dövlətin və hökumətin qarşısında birdən-birə sayca iki olduqca mühüm və vacib məsələni həll etmək vəzifəsi qoydu, hökumət isə bunun müqabilində "başını itirmədi".

Bu vəzifələr hansılar idi? Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək xaos və misilsiz tənəzzüldən sığortalamaq.

Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, yuxarıda qeyd etdiyim hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar isə xarici dairələrin də diqqətindən yayınmayaraq, müsbət qiymətləndirildi. Hazırda hər iki vəzifənin icrası sinxron həyata keçirilməklə bu siyasət davam etdirilməkdədir.

Bəziləri həyata keçirilən tədbirlərin və görülən işlərin yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar – sanki, hər şeyi məhz bu həll edir. Və müqayisələr gətirirlər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur.

Halbuki, söhbət o ölkələrdən gedir ki, xammal resurslarından asılı deyillər və böyük ixrac potensialına sahibdirlər. Məsələn, götürək, elə Birləşmiş Ştatları. ABŞ üçün 5-6 trilyon dollar məbləğində maliyyə dəstəyi Federal Ehtiyat Sistemi üçün həm də əlavə emisiya deməkdir, o mənada ki, bu izafi nəğd pul kütləsi adı çəkilən dövlət tərəfindən sonradan onun nüfuz dairəsində olan BVF və DB kimi qurumlarda da yerləşdirilə bilər və elə dolayı məqsədlərdən də biri məhz bundan ibarətdir. Həmçinin, digər ölkələr üzrə də... Odur ki, koronavirus pandemiyası ilə bağlı inkişaf etmiş ölkələrin dəstək və kompensasiya tədbirləri ilə bizdəkini müqayisə etmək düzgün deyil. Azərbaycan hökumətinin sözügedən ölkələr ilə müqayisədə bu sahədə həyata keçirdiyi siyasət və ayırdığı vəsait böyük şücaət sayılmalıdır.

Birincisi, ona görə ki, dövlət başçımız İlham Əliyevin koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq ilə bağlı bir sıra tədbirlər haqqında 19 mart 2020-ci il tarixdə imzaladığı Sərəncam nəzərə alınmalıdır. Həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkün idi, lakin əsas bu deyil.

Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Təkrar edirəm, əsas bu deyil. İkincisi isə, sözügedən sərəncamla yaradılan İşçi Qruplarının pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırlanacaq və hökumətin həyata keçirəcəyi tədbirlər planları ilə bağlı lazım olacaq vəsaitin heç də məhz 1 milyard manatla bitməli olduğu heç bir yerdə deyilməyib. Əksinə, ən azından insanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdusa, sonra bu rəqəmin 2,5 milyard manat təşkil edəcəyi və ilkin olaraq həyata keçirilən addımlardan sonra vəsaitin həcminin 3-3,5 milyard manatı da ötə biləcəyi söylənildi. Bu da ondan irəli gəlir ki, dövlət xərclərə görə narahat olmur və heç nəyi vətəndaşdan əsirgəmir.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulan vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 milyon 257 min manat ayrılaraq maliyyələşmə həyata keçirilib ki, bunun strukturu da geniş şəkildə açıqlanıb. Bu, sondurmu?! Xeyr...

Təkrar edirəm: proses hələ davam edir və tam olaraq hələ nə vaxt bitəcək bəlli deyil. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsait ayrılıb. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait sərf olunub.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) 229 milyon manat vəsaitin köçürülməsi artıq, başa çatdırılıb, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə də 15 milyon manat vəsait ayrılıb. ƏƏSMN-nə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 milyon manatlıq hissəsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib və sair...

Xatırladıram ki, keçən il sosial sahədə startı verilən genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulduğundan, 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənməsi planlaşdırılırdı. Bunun ən azı 2,5 milyard manatını koronavirus "yeyəcək". Yəni, bu qaçılmazdır. Lakin əsas bu, deyil. Əsas odur ki, vətəndaşlar kimi iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalansın və sağ-salamat çıxsın.

Sözün qısası, demək istədiyim budur ki, koronavirus pandemiyasının nə qədər zərər vuracağı, bundan qurtulmaq üçün nə qədər vəsait xərclənəcəyi hələki bəlli deyil. Tələsməyə dəyməz.

Bəli, postpandemiya dövründə də müvafiq dəstək siyasəti davam etməlidir. Onsuz da ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edir. Ola bilsin, bunların bəzisi uzadılsın. Odur ki, bunlar həm nağd, həm də müvafiq nağd ödənişlər üzrə dolayı yolla güzəşt xarakterli tədbirləri əhatə edir və edəcək. Və bir də ki.... Əsas, nə qədər pul xərcləniləcəyi ilə deyil. Xərcləniləcək pulun səmərəsindədir...
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Dünən, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Dünən, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Dünən, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Dünən, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Dünən, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Dünən, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Dünən, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Dünən, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Dünən, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Dünən, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Dünən, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Dünən, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Dünən, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Dünən, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Dünən, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Dünən, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Dünən, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Dünən, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Dünən, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Dünən, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Dünən, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Dünən, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Dünən, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Dünən, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Dünən, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Dünən, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Dünən, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Dünən, 16:01
"Artıq ər-arvadıq"
Dünən, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Dünən, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Dünən, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Dünən, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Dünən, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Dünən, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Dünən, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Dünən, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Dünən, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Dünən, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Dünən, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Dünən, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Dünən, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Dünən, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Dünən, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Dünən, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru