"Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır" .....                     Ermənistan baş naziri dünənki qapalı iclasda nə danışdı... .....                     Təxribatçı Rəşad Məmmədov axtarışa verilsin .....                     Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə saxta məlumatlar yayanlar saxlanılıb .....                     “Gərək təxribata getməyək, şayiələrə inanmayaq, düşməni sevindirməyək” .....                     Paşinyan hərbi itkiləri açıqlasa, .....                     İrəvanın mərkəzində Azərbaycan himni oxundu .....                     “İndiki vəziyyətdə də bir araya gələ bilməyəcəyiksə...” .....                     Moskvada Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib .....                     Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb .....                     Mərhum nazirin oğlundan təqdirəlayiq addım .....                     Tovuzun Dondar Quşçu kəndində top mərmisi tapılıb .....                     “Generalı ordunun başında gedən xalq həmişə qalib olur!” .....                     "Onları güdüblər, koordinatorlarını veriblər .....                     “İravunk” Ermənistanın Tovuz təxribatını ifşa etdi: .....                     Xalqın izdihamlı yürüşünü dövlətə qarşı çevirmək istəyənlər: .....                     Güney şəhərləri Ordumuza dəstək aksiyasına başlayır .....                     Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı .....                     ”TƏBİB gələndən sonra dərmanlarımı ala bilmirəm” .....                     Şəhid polkovnikin oğlu prezidentin ona zəngindən .....                     AXP 43 partiyanın dəstək bəyanatına qoşulmasa da, dəstəklədi .....                     “Al Jazeera” telekanalında Hikmət Hacıyevin Zöhrab Mnatsakanyanla .....                     Şəhid genarala Milli Qəhrəman adının verilməsi təklif olunur .....                     Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi məlum olub .....                     Baş Prokurorluqdan Tovuzdakı gərginliklə bağlı .....                     Tovuzda jurnalistlərin və deputatların olduğu əraziyə atəş açıldı .....                     “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli .....                     Bu rayonlara leysan xarakterli yağış yağıb .....                     Ermənistandan Ukrayna səfirliyinə qarşı təxribat .....                     Stepanyanın yazıb-sildiyi statusu: Dözə bilmirəm! .....                     MİQ imtahanları karantin rejiminin tələblərinə əməl edilməklə keçiriləcək .....                     Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər .....                     Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycana keçən erməninin .....                     Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi .....                     Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır .....                     "Bu ordumuzun döyüş əzmini yüksəldir, xalqımızda qürur hissi doğurur" .....                     Tovuzdakı döyüşlər Paşinyanın oğlu təxris olduqdan üç gün sonra başlayıb .....                     Ermənistan vətəndaşı Naxçıvana keçib .....                 

“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin” - deputat
Tarix: 26-05-2020, 11:57 | Çap et
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin”
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun Pravda.az-a müsahibəsi:

- Cavid müəllim, ölkədə son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri həyata keçirilir. Artıq bir neçə icra başçısı və digər vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Sizcə, bu, davam edəcəkmi?

- Azərbaycan hüquqi dövlətdir. Bunun da əsasını ulu öndər Heydər Əliyev qoyub. Xatırlayırsınızsa, müstəqilliyin ilk illərində hakimiyyət çəkişməsi, özbaşınalıq hökm sürürdü. Yəni heç bir hüquqi dövlətdən söhbət gedə bilməzdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlət quruculuğu prosesinə start verildi, nailiyyətlər əldə edildi, uğurla davam etdirildi. Hazırda bu Heydər Əliyev siyasi kursunu cənab Prezident İlham Əliyev davam etdirir. Dövlət başçısı bu siyasəti dünyada gedən proseslərə uyğunlaşdıraraq daha da zənginləşdirdi. Tam əminliklə demək olar ki, Azərbaycanda ədalət bərpa olunub, qanunun aliliyi təmin edilib. Ölkədə sabitliyi və əmin-amanlığı xüsusi qeyd etmək istərdim. Hazırda ölkəmiz dünya dövlətləri arasında sayılıb-seçilənlərdəndir. Azərbaycanda heç bir ölkənin sığortalanmadığı korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Prezident dəfələrlə bəyan edib ki, korrupsiya və rüşvətxorluq ölkənin inkişafına əngəl olur, ona görə də bunun kökü kəsiləcək, qanun pozuntusuna yol verənlər cəzalanacaqlar. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar bunun sübutudur. Bilirsiniz ki, artıq bir neçə icra başçısı və digər vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər. Bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək. Çünki ortada siyasi iradə, qətiyyət var. Azərbaycanın hər bir vətəndaşı qanun qarşısında bərabərdir.

- Cəmiyyətdə bu cür fikirlər var ki, nazirlikdə korrupsiya faktı üzə çıxarılıbsa, bəzi şəxslər cəzalandırılıbsa, nazir özü niyə məsuliyyətə cəlb edilmir?

-Cinayət tərkibli istənilən məsələdə araşdırılma üçün müəyyən mərhələ var. Təbii ki, baş verənlərdən xəbərləri olmalı idi. Əgər məlumatlı olmayıblarsa, bu da nöqsandır, etimadı doğrultmayıblar. Hələlik konkret faktla bağlı saxlanılanlar var, əgər sübuta yetirilsə ki, digərlərinin də bu işdə rolu olub, onlar da məsuliyyətə cəlb ediləcəklər.

- Koronavirus pandemiyası dövründəki iqtidar-müxalifət münasibətlərini necə qiymətləndirirsiniz?

- Koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə virusun yayılması geniş vüsət almadı. Azərbaycan virusun az yayıldığı ölkələr sırasındadır. Tibbi, iqtisadi sahədə Azərbaycandan öndə olan, yəni daha çox inkişaf etmiş ölkələrdə yoluxanların sayı çox olub. Bu, önləyici tədbirlərin nəticəsidir. Azərbaycan bu dövr ərzində ən zəngin sosial paketi təqdim edən ölkələr sırasındadır. Bilirsiniz ki, işsiz kimi qeydiyyatda olan 600 min şəxsə 190 manat dəyərində birdəfəlik ödəmə verildi. Bundan başqa, vergi ödəyicilərinə də dəstək göstərildi, yardımlar edildi ki, ixtisarlar aparmasınlar. Bu addımları təkcə biz deyil, aparıcı ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri də qeyd edirlər. Ölkənin hər rayonundan, qəsəbəsindən, kəndindən Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlanır. Vətəndaşlar xahiş edirlər ki, Milli Məclisin iclaslarında təşəkkürlərini çatdıraq. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın aztəminatlı ailələrə diqqət göstərməsi, onların yanında olması yüksək qiymətləndirilir. İqtidar-müxaifət münasibətlərini normal qiymətləndirirəm. Partiyalar hökumətin addımlarını dəstəkləyiblər. Bilirsiniz ki, Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşlər keçirir, onları dinləyir, təkliflərini qəbul edir. Cənab Prezident də çıxışında vurğuladı ki, ölkədə yeni siyasi konfiqurasiya yaranır. Bu, konfiqurasiyada isə bəzi qüvvələr olmayacaqlar. Çünki onlar xəyanət yolunu tutublar. Ölkənin artan nüfuzundan narahat olanlar pandemiya dövründəki vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Mən onları ölkənin “qara ləkəsi” adlandırıram. Həmin insanlar dünya ölkələrinin müxalifətlərindən də nümunə götürə bilmədilər. Koronavirus pandemiyası dövründə bütün ölkələrdə müxalifət iqtidarla birgə addımlayıb. Çünki bu, ümummilli məsələdir. Pandemiyadan sonra hərə öz mövqeyinə çəkilə bilər. Ölkəmizlə bağlı neqativ məlumatları yalnız Ermənistan və həmin ölkənin Azərbaycandakı səfiri funksiyasını yetirən Milli Şura yayıb. Dünya ölkələri Azərbaycanın tətbiq etdiyi sistemdən danışır, bunlar isə kölgə salmağa çalışırlar. Marginal qruplar hər zaman olduğu kimi yenə də təxribat törətməyə cəhd edirlər. 1990-cı illərin əvvəllərində necə xəyanət edirdilərsə, indi də o cür davranırlar. Onlar xalqımıza qarşı düşmən mövqedən çıxış edirlər.

- Milli Şuranın video-konfransında səsləndirilən fikirlərlə bağlı nə deyə bilərsiniz?

- Həmin videonun yayılması ilə məlum oldu ki, bu insanlar bir-biriləri ilə hansı münasibətdədirlər. Öz aralarında da təhqirlər danışırlar... Video ilə onların iç üzü məlum oldu. O insanları xalq 27 il bundan əvvəl silib-süpürüb, tarixin lazım olan yerinə atıb.

- İddia edirlər ki, kibercinayət həyata keçirərək video-konfransı yayıblar...

- Bu, iftiradır. Radikal qüvvələr küncə sıxıldıqlarını dərk edirlər. Onlar küncə sıxan hökumət deyil, xalqdır. Çünki bu insanlar xalqı təhqir edirlər. Boş-boş danışırlar, fərziyyələr uydururlar, hansı kibercinayətdən söhbət gedə bilər. Diqqətlə baxsanız, görərsiniz ki, Qənimət Zahid onlara xəbərdarlıq edir ki, diqqətli olun, canlı yayımdasınız. Onlar bu xəbərdarlıqlara məhəl qoymayıblar. Kimlərsə guya istefa verdi. Eyni adamlardır, həmin adamlar yenə də birlikdədirlər. Milli Şurada da 10 nəfərdirlər, kənarda da 10 nəfərdirlər...

- Bu və ya digər qüvvələr iddia edirlər, hökumətin cəzalandırdığı məmurlar kimlərinsə kadrıdır...

- Dövlətə zərər verə biləcək nə varsa, radikal, anti-milli ünsürlər dərhal onu dəstəkləyirlər. Bir məsələyə diqqət edin, məmurların qanunsuzluqlara yol verməsi ilə bağlı cinayət faktlarını Azərbaycanın hüquq mühafizə orqanları üzə çıxarıb. Bunu başqa dövlətin hüquq mühafizə orqanları açmayıb ki... Radikal qruplar istənilən məsələdən şou yaratmağa cəhd edirlər. Gələcəkdə bu insanlara Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin.

- Kifayət qədər sərt ittihamlar səsləndirirsiniz. Əgər dediyiniz kimidirsə, bəs niyə məsuliyyətə cəlb edilmirlər?

- Burada başqa məsələlər də var. Bu insanlar Azərbaycana qarşı mənfi mövqeyi ilə seçilən təşkilatlardan qrant alırlar. Bəlkə də özləri də razıdırlar ki, cinayət işi açılsın, növbəti şou yaradılsın. Bir faktı qeyd edim ki, radikal müfaxilət insanları aldadır, onların pulunu alır, saxta sənədlə xarici ölkəyə göndərir. Bunların oyunları bir neçə tərəflidir.

- Azərbaycanda karantin rejimi yumşaldılıb, amma koronavirusa yoluxanların sayı artıb. Cəmiyyətdə belə fikirlər var ki, əgər karantin yumşalanda, yoluxanların sayı artırsa, niyə bu addım atılır? Yox əgər belə davam edəcəksə, elə əvvəldən karantin rejimi tətbiq edilməyəydi...

- Məsələyə fərqli rakursdan yanaşmaq lazımdır. Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, xüsusilə sərt karantin rejimi qaydaları tətbiq edilməsəydi, yoluxma sayı 3 rəqəmli deyil, 4 rəqəmli ola bilərdi. Biz başqa planetdə deyil ki. Görürük ki, dünyanın bir çox ölkələrində karantin rejimi yumşaldılır. Növbəti mərhələdə məsuliyyət həm də vətəndaşın üzərinə düşür. Vətəndaşlar özlərini qorumalıdırlar, tövsiyələrə əməl etməlidirlər.

- Cəmiyyətdə Milli Məclisin yeni tərkibinə münasibət necədir?

- Azərbaycan köklü islahatlar 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra başladı. Bilirsiniz ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində struktur və kadr islahatları aparıldı. Təbii ki, islahatlar qanunverici orqandan yan keçə bilməzdi. Bu ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi, Milli Məclisin tərkibi yeniləndi. Əminik ki, yeni seçilən deputatlar etimadı doğruldacaqlar. Deputatlar daim seçicilərin yanındadırlar, onların problemləri ilə maraqlanırlar. Düşünürəm ki, bu, belə də davam edəcək. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan parlamenti xalqın iradəsini əks etdirir.

- Milli Məclisin yeni sədri Sahibə Qafarova bir sıra yeniliklər edib...

- Bəli. Sahibə Qafarova təcrübəli, peçəkar kadrdır, daim xalqın və dövlətin mənafeyini qoruyub. Nəzərə almaq lazımdır ki, Sahibə xanım Yeni Azərbaycan Partiyasını təmsil edir. Nümunəvi deputat olub. Buna görə də etimad göstərildi, sədr vəzifəsinə namizədliyi irəli sürüldü və seçildi. Sahibə Qafarova fəaliyyətində yeniliklər tətbiq edən şəxsdir. Bu, onun sədr kimi fəaliyyətində daha qabarıq görünür. Milli Məclisdəki yeniliklər göz önündədir. Bir məsələni də xüsusi qeydə etmək istərdim, Sahibə xanım müraciətimizə də dərhal reaksiya verir. Bu, çox önəmlidir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır" - ekspert
Dünən, 19:46
Ermənistan baş naziri dünənki qapalı iclasda nə danışdı... - PAŞİNYAN SEÇİMİ AZƏRBAYCANIN ÖHDƏSİNƏ BURAXIR
Dünən, 19:43
Təxribatçı Rəşad Məmmədov axtarışa verilsin - TƏKLİF
Dünən, 19:40
Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə saxta məlumatlar yayanlar saxlanılıb - DİN
Dünən, 19:34
“Gərək təxribata getməyək, şayiələrə inanmayaq, düşməni sevindirməyək” - ÇAĞIRIŞ
Dünən, 19:00
Paşinyan hərbi itkiləri açıqlasa, onu heç erməni keşişin “dua”ları da xilas etməz
Dünən, 18:58
İrəvanın mərkəzində Azərbaycan himni oxundu - VİDEO
Dünən, 18:50
“İndiki vəziyyətdə də bir araya gələ bilməyəcəyiksə...” - reallıqlar, çətinliklər, çıxış yolları
Dünən, 18:47
"Düşmənin bizə hücum etdiyi bir vaxtda belə şeylər məncə, lazım deyil" - Xalq artisti
Dünən, 18:42
Moskvada Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib - Səfirimiz aksiyanın baş tutmasına nail olub
Dünən, 18:37
Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb - 22 150 manat
Dünən, 18:36
Mərhum nazirin oğlundan təqdirəlayiq addım - Xalqla birgə meydanda!
Dünən, 18:35
Tovuzun Dondar Quşçu kəndində top mərmisi tapılıb - FOTO
Dünən, 18:30
“Generalı ordunun başında gedən xalq həmişə qalib olur!” - deputat
Dünən, 18:29
"Onları güdüblər, koordinatorlarını veriblər - bunlar boş-boş söhbətlərdir"
Dünən, 18:26
“İravunk” Ermənistanın Tovuz təxribatını ifşa etdi: - “Azərbaycan hücum edib” və “yeni ərazi” yalanı
Dünən, 18:18
Xalqın izdihamlı yürüşünü dövlətə qarşı çevirmək istəyənlər: - onlar necə ifşa edildi?
Dünən, 18:16
Məşhur aktyor Azərbaycana başsağlığı verdi
Dünən, 18:10
Güney şəhərləri Ordumuza dəstək aksiyasına başlayır
Dünən, 18:07
Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı
Dünən, 18:05
”TƏBİB gələndən sonra dərmanlarımı ala bilmirəm” - GİLEY
Dünən, 18:04
Şəhid polkovnikin oğlu prezidentin ona zəngindən DANIŞDI
Dünən, 17:53
AXP 43 partiyanın dəstək bəyanatına qoşulmasa da, dəstəklədi – Pənah Hüseyn
Dünən, 17:51
“Al Jazeera” telekanalında Hikmət Hacıyevin Zöhrab Mnatsakanyanla debatı olub
Dünən, 17:49
Şəhid genarala Milli Qəhrəman adının verilməsi təklif olunur - “Yəqin, Prezident bu məsələyə baxacaq...”
Dünən, 17:42
Müəllimlərin işə qəbulu müsabiqəsində kimlərin iştirak edə biləcəyi məlum olub
Dünən, 17:39
Ece Erken şəhidlərimizlə bağlı paylaşım etdi - FOTO
Dünən, 17:37
Baş Prokurorluqdan Tovuzdakı gərginliklə bağlı AÇIQLAMA
Dünən, 17:34
Tovuzda jurnalistlərin və deputatların olduğu əraziyə atəş açıldı
Dünən, 17:31
“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli
Dünən, 17:29
Bu rayonlara leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Dünən, 17:27
“İnformasiya təminatında boşluqlara yol vermək olmaz”
Dünən, 17:25
Ermənistandan Ukrayna səfirliyinə qarşı təxribat - VİDEO
Dünən, 17:23
Stepanyanın yazıb-sildiyi statusu: Dözə bilmirəm! - FAKT
Dünən, 17:22
MİQ imtahanları karantin rejiminin tələblərinə əməl edilməklə keçiriləcək - Nazirlik
Dünən, 17:19
Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər - Həlak olan Ağdam sakininin qızı
Dünən, 17:17
Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR - Prezidentə müraciət olundu
Dünən, 17:15
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:11
Azərbaycanda aparıcı canlı efirdə ağladı
Dünən, 17:09
Azərbaycana keçən erməninin VİDEOSU
Dünən, 17:05
Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi - Prokurorluq məlumat yaydı
Dünən, 17:02
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır - Diqqət!
Dünən, 17:00
"Bu ordumuzun döyüş əzmini yüksəldir, xalqımızda qürur hissi doğurur" - Hacı Surxay
Dünən, 16:58
"Məni də rayona dəvət edirlər, getməyə şəraitim də var"
Dünən, 16:55
Tovuzdakı döyüşlər Paşinyanın oğlu təxris olduqdan üç gün sonra başlayıb
Dünən, 16:52
Ermənistan vətəndaşı Naxçıvana keçib - GÖRÜN, NƏLƏRİ DANIŞIR...
Dünən, 16:49
Polşalı futbolçudan Azərbaycanla bağlı paylaşım: - “Həmişə ikinci evimi dəstəkləyəcəyəm!”
Dünən, 16:47
Gürcüstanda 10 aylıq azərbaycanlı körpə koronavirusa yoluxub
Dünən, 16:43
“Həmsədrlər hər dəfə ümumi bəyanatla kifayətlənir” - Xələf Xələfov
Dünən, 16:42
Azərbaycanda bu günədək 592 778 koronavirus testi aparılıb
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru