Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                 

3,5 milyardlıq pandemiya xərcləri necə maliyyələşdiriləcək? - GƏLİŞMƏ
Tarix: 26-05-2020, 10:30 | Çap et
3,5 milyardlıq pandemiya xərcləri necə maliyyələşdiriləcək?
May ayının axırıncı həftəsi başlayıb, Milli Məclis sonuncu iclasını ayın 31-də keçirəcək. Gündəlik zəngin olsa da dövlət büdcəsinə yenidən baxılması ilə bağlı məsələ onların arasında yoxdur. Gözləntilərin əksinə olaraq hökumət dövlət büdcəsinin xərclərini dəyişməyə o qədər də tələsmir. Halbuki bu barədə mesajlar ən yüksək səviyyədə verilmişdi. Bəyan edilmişdi ki, büdcəyə yenidən baxılacaq, bəzi xərclər azaldılacaq, optimallaşdırılacaq, vacib olmayan layihələrin icrası təxirə salınacaq.

Neft gəlirlərinin kəskin azalması, pandemiyanın qeyri - neft sektorunu faktiki iflic hala gətirməsi, idxal-ixrac əməliyyatlarının minimuma düşməsi büdcə daxilolmalarına ciddi təsir göstərib.

Hökumət üçün proqnozlaşdırılan 26.9 milyard manatlıq büdcəni toplamaq müşkül məsələdir. Doğrdur, xərclərin təxminən yarısı birbaşa Dövlət Neft Fondundan transfertlərin hesabına qapadılacaq. Xüsusən müdafiə olunan xərclərin icra olunması ilə bağlı problemlərin olmayacağı gözlənilir. Amma investisiya layihələri kimi iri maliyyə tutumlu xərclərə əl gəzdirilməsi labüddür.

Hesablama Palatasının təklifləri havada qaldı?

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da fed.az-a müsahibsində büdcəyə yenidən baxılmasının zəruriliyindən danışmışdı.

O qeyd etmişdi ki, pandemiyanın sürətlə yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.

“Xərclərə təsirinə gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir” - deyə V. Gülməmmədov qeyd edib.

O vurğulayıb ki, Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq: “Göndəriləcək təkliflərin hökumətin fəaliyyətinə faydalı olması və bu ağır sınaqdan az itkili çıxmasına səbəb olacağı qənaətindəyik.

Qeyd etdiyim kimi, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir. Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.

Aydındır ki, gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır.

Düşünürük ki, Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq.

Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik.

İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir”.

Vüqar Gülməmmədov daha sonra qeyd edib ki, təkliflərindən biri də real sektorda azad rəqabətin və özünü reallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır.

“Digər bir tərəfdən, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər.

Prezident İlham Əliyev tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının “evdə qal” prinsipindən “qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq”-deyə o qeyd edib.

Hesablama Palatasının sədri vurğulayıb ki, cari şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir: “Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib.

Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar”.

V. Gülməmmədovun dediklərindən məlum olur ki, Hesablama Palatası büdcəyə yenidən baxılması, bu zaman xərclərin necə optimallaşdırılması ilə bağlı əsaslandırılmış təkliflərini hazırlayaraq hökumətə təqdim edib. Amma hökumət səbəblərini izah etmədən büdcənin dəyişdirilməsini yubadır. Bu nə ilə bağlı ola bilər?

İlkin ehtimallardan biri dünya bazarında neftin qiymətinin stabilləşməsinə yaranan ümidlərdir. Hazırda beynəlxaq enerji agentliklərinin prqonozlarına görə, ilin sonunadək qiymətlər 40 dollara qədər yüksələ bilər. (Azərbaycan nefti 35 dollara ticarət ediir). Bu da Azərbaycan kimi təbii resursdan asılı ölkələrin bir qədər rahat nəfəs almasını şərtləndirə bilər.

"Ola bilsin ki, hökumət 3,5 milyard manat vəsaitin hamısını xərcləmək niyyətində deyil"

Tanınmış iqtisadçı Rövşən Ağayev isə “AzPolitika.info”-ya bildirir ki, büdcəyə yenidən baxılması ilə bağlı qeyri-müəyyənlik hökm sürür: “Mən bəzi dövlət qurumları ilə əlaqə saxlayıram, orada da büdcə xərclərinin dəyişdiriləcəyi barədə heç nə bilmirlər. Bununla bağlı mənim bəzi ehtimallarım var. Ola bilsin ki, hökumət pandemiyanın zərərləri qarşılamaq üçün elan etdiyi 3,5 milyard manat vəsaitin hamısını xərcləmək niyyətində deyil. Bu günə qədər olan xərclər 530- 600 milyon manat civarındadır. Görünür, elə bu rəqəmlə də başa vurmaq istəyirlər. Bu xərci büdcədən əldə etmək isə problem deyil. Hazırda büdcə qanunvericiliyi imkan verir ki, büdcə layihəsini parlamentə göndərmədən belə xərclərə dəyişiklik edilsin”.

Rövşən Ağayevin sözlərinə görə, neftin kəskin ucuzlaşması büdcənin gəlirlərinə ciddi təsir göstərəcək, amma hökumətin resursları bu vəziyyətdən çıxmağa kömək edir: “Büdcənin yarıdan çoxu Neft Fondundan köçürmələr hesabına formalaşır. Bu da müdafiə olunan xərclərin maliyyələşdirilməsi üçün çətinlik yaratmayacaq. Amma başqa mənbələrdən gələn gəlirlər azalacaq. Onların xərc istiqamətlərinin dəyişdirilməsi, kəsilməsi hökumətin öz əlindədir”.
AzPolitika.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Dünən, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Dünən, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Dünən, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Dünən, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Dünən, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Dünən, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Dünən, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Dünən, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Dünən, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Dünən, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Dünən, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Dünən, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Dünən, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Dünən, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Dünən, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Dünən, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Dünən, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Dünən, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Dünən, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Dünən, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Dünən, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Dünən, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Dünən, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Dünən, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Dünən, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Dünən, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Dünən, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Dünən, 16:01
"Artıq ər-arvadıq"
Dünən, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Dünən, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Dünən, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Dünən, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Dünən, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Dünən, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Dünən, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Dünən, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Dünən, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Dünən, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Dünən, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Dünən, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Dünən, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Dünən, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Dünən, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Dünən, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru