Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb .....                     "Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" .....                     Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır .....                     "Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram" .....                     "Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" .....                     Azərbaycan Ordusunda 20 jurnalist döyüşür .....                     "Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür" .....                     “Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı .....                     "Bir az səbirli olaq, vaxt keçsin" .....                     Erməni bicliyinin iflası .....                     Nikol Köçəryanı Moskvaya göndərmək istədi, amma... .....                     Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı .....                     Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb .....                     Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub .....                     Eldar Həsənovdan XƏBƏR VAR .....                     Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq .....                     Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT .....                     Mülayim cənub küləyi əsəcək .....                     Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı .....                     Həbsdən çıxan Kamil ənənəsini davam etdirir .....                     Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir .....                     Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar .....                     Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur .....                     Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi .....                     Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib .....                     Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi .....                     Ermənilər Qarabağdan “iki dəfə” qaçır? .....                     "Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" .....                     Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur .....                     Qaxda talançı məmur peyda olub... .....                     Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır .....                     Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri .....                     "Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 16 yaşlı Orxan həlak oldu" .....                     “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır” .....                     PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! .....                     "Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın" .....                     “Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır” .....                     Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 157-yə çatıb .....                 

Düşmən başa düşməlidir ki, münaqişənin ”don"u açılsa... - GƏLİŞMƏ
Tarix: 23-05-2020, 10:09 | Çap et
Düşmən başa düşməlidir ki, münaqişənin ”don"u açılsa...
Ermənilərin Qarabağdakı son davranışları müharibəni, hərbi toqquşmanı qaçılmaz edir. Artıq əksəriyyət bu qənaətdədir ki, Azərbaycan tərəfi işğalçının qudurğanlığına hərb dildə cavab verməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son iki həftədə iki dəfə işğal altındakı ərazilərimizə saymazyana gəlişinə Minsk Qrupu həmsədrləri də səssiz qaldı. Həmçinin vasitəçilər Qarabağ separatçılarının “seçki” şousunu “inauqurasiya” ilə bitirməyə də hərtərəfli imkan yaratdılar. Hər halda vasitəçilərin sükutu və işğalçının və separatçıların həyasız davranışları üçün stimul rolunu oynayır. Bəllidir, böyük güclər Azərbaycana genişmiqyaslı hərbi əməliyyatlar aparmaq imkanı vermir. Ancaq müxtəlif ekspertlər bu qənaətdədir ki, lokal, ildırımsürətli əməliyyatlarla düşmənə sarsıdıcı zərbələr endirə və onu danışıqlar masasında korrekt davranmağa sövq edə bilər.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, indiyədək danışıqların sürətləndirilməsi cəhdləri heç bir nəticə verməyib. “Danışıqlarla bağlı vəziyyət o qədər aydındır ki, artıq imitasiya etmək də mümkün deyil. Azərbaycan mövqeyində israrlıdır və hər hansı bəhanəni qəbuledilməz sayır. İndi belə bir mənzərə formalaşdırmaq istəyənlər var ki, gedişat Azərbaycanın öz ərazilərinin işğalı ilə barışdığını göstərir. Bu, Azərbaycan və onun siyasi elitası üçün qəbuledilməzdir”, - sabiq nazir “Ayna”ya deyib.

O, həmçinin əmindir ki, Rusiya hərbi əməliyyatların başlamasını istəmir və bu səbəbdən münaqişənin sülh yolu ilə nizamlanmasına, gərginliyin diplomatik üsullarla aradan qaldırılmasına üstünlük verəcək: “Lakin Ermənistan rəhbərliyinin anlaşılmaz mövqeyi üzündən Azərbaycanın hərbi üsuldan başqa variantları qalmayıb. Belə vəziyyətdə nəsə söyləmək çətindir: ya real diplomatik nailiyyət qazanıb, Azərbaycan ictimaiyyətini rahatlatmaq lazımdır, ya da hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır. Aydın məsələdir ki, Rusiya Ermənistana ”radikal mövqeyiniz tərəfimizdən dəstəklənməyəcək" mesajını verib".

Bununla yanaşı, Zülfüqarov hesab edir ki, Moskva ilə İrəvan arasındakı münasibətlərin pisləşməsinə baxmayaraq, Rusiya hələ də Azərbaycanın qarşısında yeganə maneədir: “Çünki tarix boyu Rusiya özünü ermənilərin müdafiəçisi elan edib. İndi ermənilər elə bir hərəkət etdilər ki, onları müdafiə etmək mənəvi formada da mümkün olmayan bir iş olacaq. İstənilən halda, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparılmasına və 750 min insanı yurd-yuvasından qovulmasına göz yumması mümkün deyil”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni “seçilən prezidenti” Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir: “Son tədbir erməni separatçılarının və baş nazir Nikol Paşinyanın təxribatı idi. Çünki keçmiş illərdə də Dağlıq Qarabağda ”prezidentin" andiçmə mərasimi keçirildi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə olurdu. Bu dəfə isə “andiçmə” mərasimini Şuşada keçirdilər. Halbuki beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır. Nikol Paşinyanın “andiçmə mərasimini” Şuşada keçirməkdə iki məqsədi var idi. Birinci məqsəd: erməni separatçıları Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyirlər. İkinci məqsəd: erməni separatçıları göstərmək istəyirlər ki, Şuşanı azərbaycanlılara qaytarmayacaqlar. Nikol Paşinyan hər açıqlamasında bildirir ki, müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki biz ermənilərin təxribatlarına uzun müddət dözə bilmərik".

E.Şahinoğlu xalqımızın savaşa hazır olduğu qənaətindədir: “Azərbaycan cəmiyyəti hakimiyyətdən mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə hətta ”Şuşanı vurun!" təbliğatı aparıldı. Əlbəttə, müharibənin riskləri var. Ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik. Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı. Azərbaycan cəmiyyətində isə belə fikir var ki, hazırki dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır".

Ekspert Azərbaycan ordusunun hərbi təlimlərinə də diqqət çəkdi: “Düzdür, Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edir. Hərbi təyyarələrin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu, müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq Qarabağa gəlişlərinin qarşısı alınmalıdır. Bu arada həmsədrlər - Rusiya, ABŞ və Fransa Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmirlər. Azərbaycan XİN vasitəçilərə ən azı iki sual verməlidir: birincisi, həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər? İkincisi, erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskunlaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır. Bu suallara cavab yoxdur. Bu şəraitdə danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da, ümumiyyətlə, danışıqlardan imtina edilməlidir. Bu, Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti hakimiyyətdən erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir”.

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a dedi ki, pandemiyadan öz siyasi məqsədləri üçün istifadə edən Paşinyan rejimi məhz belə bir dövrdə saxta seçkilərə getdi və özünü çox gülünc bir vəziyyətə saldı: “Məlumdur ki, dolayı olaraq məqsədinə çatdı. Hətta ”ikinci tur" başa çatmamış “prezident”i, yəni Araik Arutunyanı hətta Ermənistan rəhbəri Sərkisyan tərəfindən təbrik edilir, alqışlanır. Məqsəd ondan ibarətdir ki, Paşinyan nəyin bahasına olursa- olsun, “Qarabağ klanını oradan aralamaq istəyir və demək olar ki, müəyyən qədər buna nail oldu. İndiki ”rəhbər" legitim deyil, varlıdır, biznesmendir və hərtərəfli Paşinyanı razı sala biləcək bir şəxsdir. Əsası da odur ki, Köçəryan və Sərkisyanın nəzarətində olan deyil. Hətta bu “seçki”lərdən sonra belə rəsmi İrəvan qondarma qurumun tanınmasını gündəmə gətirmir. Təsəvvür etmək belə çətindir, seçki keçirilir, ancaq belə bir dövlət yoxdur. Məlum məsələdir ki, bu cür yanaşma hərbi qarşıdurmaya gətirib çıxarmanın ən asan yoludur".

A.Nağıyevin sözlərinə görə, ermənilər də bunu başa düşür və mümkün qədər öz havadarlarını bu işlərə qoşmağa çalışırlar: “Beynəlxalq təşkilatların da bu ”seçkiləri konstitusion və hüquqi baxımdan tanımaması vacib məsələ idi. Təbii ki, danışıqlara bunun heç bir təsiri olmayacaq, sadəcə olaraq, yenə də bu kart ermənilər və onların əsas havadarı üçün bir şansdır. Lakin düşmən də başa düşməlidir ki, bu münaqişənin “don”u açılsa və danışıqlar prosesi tam şəkildə dalana dirənsə, acınacaqlı nəticələr gözlənilir".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - TN
Dünən, 13:17
"Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" - Şeyx Əbdül
Dünən, 13:17
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Dünən, 13:10
"Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram"
Dünən, 12:58
"Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" - Elnur Allahverdiyev
Dünən, 12:51
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası
Dünən, 12:48
"Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür" - deputat
Dünən, 12:46
“Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı - TƏHLİL
Dünən, 12:45
"Bir az səbirli olaq, vaxt keçsin" - Firudin Cəlilov
Dünən, 12:42
Erməni bicliyinin iflası - Murad Köhnəqala yazır
Dünən, 12:40
Nikol Köçəryanı Moskvaya göndərmək istədi, amma...
Dünən, 12:39
Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı - GƏLİŞMƏ
Dünən, 12:25
Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb - FOTO
Dünən, 12:22
Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub - FOTO
Dünən, 12:20
Eldar Həsənovdan XƏBƏR VAR - həbs qətimkan müddəti uzadılıb
Dünən, 12:17
Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - BŞİH-dən GÖZƏL SÖZLƏR
Dünən, 12:16
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Dünən, 12:11
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:01
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Dünən, 11:57
Həbsdən çıxan Kamil ənənəsini davam etdirir
Dünən, 11:55
Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb
Dünən, 11:44
Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir - Kreml tamamilə fərqli siyasi kurs götürüb
Dünən, 11:36
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar - FOTO
Dünən, 11:34
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 11:30
Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi - FOTO
Dünən, 11:29
Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib
Dünən, 11:24
Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi
Dünən, 11:23
Ermənilər Qarabağdan “iki dəfə” qaçır? - Görən, özləri öz yalanlarına inanırmı?
Dünən, 11:21
"Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" - deputat
Dünən, 11:17
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur - Müdafiə Nazirliyi
Dünən, 11:15
Qaxda talançı məmur peyda olub... - İTTİHAM
Dünən, 11:14
Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır - İƏT
Dünən, 11:11
Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri - bu seçim yalnız qonşu və etnik, dini bağlara görə deyildi
Dünən, 11:10
"Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 16 yaşlı Orxan həlak oldu" - Prezidentin köməkçisi
Dünən, 11:08
“Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır” - Ermənistan MN
Dünən, 11:06
PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! - TƏHLİL
Dünən, 11:04
"Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın" - "Virusu ciddiyə alın"
Dünən, 11:03
“Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır” - GƏLİŞMƏ
Dünən, 11:02
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 10:57
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 157-yə çatıb
Dünən, 10:56
Ötən gecə düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
Dünən, 10:48
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
Dünən, 10:48
“Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Dünən, 10:46
Ermənistan radiosu Sərdar Ortaçdan sonra bu dəfə Tarkanı "ÖLDÜRDÜ"
Dünən, 10:43
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 10:41
Bakıda bıçaqla adam öldürən gənc tutuldu
Dünən, 10:40
"Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var" - Dövlət başçısı
Dünən, 10:39
Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 10:36
"Türkiyənin rolu çox mühüm və müsbət olacaq" - Prezident İlham Əliyev
Dünən, 10:35
Pompeoda da Moskvada gəlinən qərara gəlib
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru