Beynəlxalq reyslərin normal şəkildə bərpası yalnız gələn ilin yazında mümkün olacaq .....                     Oliqarx deputatdan sərt açıqlama: .....                     “Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq” .....                     “Təlaşa səbəb yoxdur, yetərincə su ehtiyatlarımız var” .....                     Pandemiya dövründə 1000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb .....                     Polkovnik-leytenant Cabbar Bəylərov vəfat edib .....                     Deputat DTX-nin XİN-dəki əməliyyatdan danışdı .....                     Vüqar Səfərli haqda şok sözlər: .....                     Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir... .....                     "Elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin" .....                     Elmar Məmmədyarovu hədəfə çevirən ŞÜBHƏLİ TENDERLƏR... .....                     “Həkimin poliklinikadan gəlib sistem vurması qadağandır” .....                     “Hər bir siyasi partiya ümummilli bəlaya qarşı mübarizədə öz töhfəsini verməlidir” .....                     Sabiq icra başçısının oğluna .....                     Ölkənin baş dəmiryolçusu dəyişdirilir... .....                     "Biz də əhaliyə, müsəlman bacı-qardaşlarımıza bunu tövsiyə edirik ki..." .....                     Krımda tatarların evlərində kütləvi axtarışlar: .....                     Eldar Mahmudovun həbsinə XİN-dən keçid .....                     Çoxüzlü Arlem Dezin ATƏT-i rüsvay edir .....                     Paşinyanın saxta reytinq oyunu .....                     Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar .....                     Azərbaycanlı şairin bəraəti haqda qərar ləğv edildi .....                     XİN-in tərtib etdiyi xəritələrə Dağlıq Qarabağdakı yer adları erməni dilində salınırmış .....                     Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz .....                     Təkrar seçkilər nə vaxt keçiriləcək? .....                     Pənah Hüseynin Nəciməddin Sadıqovu tərifləməsi etiraza səbəb oldu .....                     Məktəblərdə dərslər sentyabrdan başlayacaq? .....                     Kafe və restoranlar fəaliyyətini bərpa edir? .....                     1 482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib .....                     Avtomobil bazarı: .....                     Masallı səhiyyəsinin özünün təcili tibbi müdaxiləyə ehtiyacı var... .....                     Əmlak bazarında son vəziyyət .....                     Gürcüstan azərbaycanlıları susuzluqdan əziyyət çəkirlər .....                     Azərbaycanın bu bölgəsində koronavirusa yoluxanların sayı artıb .....                     Energetika Nazirliyi ilə “McKinsey & Company” arasındakı müqavilənin sirləri .....                     Nizami rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi ilə əlaqədar reydlər keçirilib .....                     ATU-nun Tədris Terapevtik Klinikasında 24 tibbi personal COVID-19-a yoluxub .....                     Rusiya-Azərbaycan sərhədində nələr yaşanır? .....                     Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: .....                     “AtaHoldinq” banklardakı vəsaitlərini geri alıb .....                 

“Əli Nağıyevlə Kamran Əliyevin əlində minlərlə fakt var” – Eldar Namazov
Tarix: 22-05-2020, 16:37 | Çap et
“Əli Nağıyevlə Kamran Əliyevin əlində minlərlə fakt var”
Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi, politoloq Eldar Namazovun “Yeni Sabah”a müsahibəsi:

- Eldar müəllim, dövlət strukturlarında kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? Gənc kadrları irəli çəkməklə hakimiyyət komandasında keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür?

- Bu, yuxarıdan inqilab anlaşıyına uyğundur. Bununla bağlı dünya təcrübəsi var. Həmin təcrübəyə nəzər saldıqda Azərbaycanda atılan addımlar daha aydın və məntiqli görünür. Kadr islahatları ikinci böyük prosesin tərkib hissəsidir. Böyük dəyişiklik həyata keçirmək üçün gərək bu işə başçılıq edən adamın əlinin altında instrumentləri olsun. Onlar olmasa, əməliyyat keçirə bilməz. Komanda da bu mexanizmdir. Sən nəyisə həyata keçirmək istəyirsənsə, gərək əlində komanda olsun. Nəzərə alsaq ki, indi hakimiyyətə gətirilən kadrların əksəriyyəti Qərbdə təhsil almış, orada təcrübə toplamış insanlardır, deməli, prosesin həqiqətən də əsas hədəfi Azərbaycanda islahatlar keçirmək, şəffaf sosial-iqtisadi model qurmaqdır. Prezident tərəfindən bu hədəflər tez-tez səsləndirilir. Mən digər mühim məsələləri də qeyd etmək istəyirəm. Birincisi, kadr islahatları hələ davam etdirilməlidir. Burada söhbət yalnız 5-10 nazirdən gedə bilməz. Daha böyük komanda lazımdır ki, köklü islahatları həyata keçirmək mümkün olsun. İkincisi isə islahatların düzgün strategiyası olmalıdır. Bugünkü model bəllidir və o, heç kimi qane etmir. Ona görə də mövcud modeli dəyişmək lazımdır. Ancaq istədiyimiz model nədən ibarətdir, onun keyfiyyət parametrləri nə cür olmalıdır, biz nəyi qurmaq istəyirik? Bax, bununla bağlı olan konkret strategiya olmalıdır. Çox vacib amil ictimai dəstəkdir, yəni yalnız Prezident və bir qrup məmurlar belə böyük islahatları həyata keçirə bilməzlər. İctimai dəstəyin də öz funksiyaları olur, məsələn, ictimai monitorinq funksiyası var, bununla yerlərdə nələrin baş verdiyi, islahatların düz gedib-getmədiyi, hədəfdən yayınan məmurların olub-olmadığını üzə çıxarmaq mümkündür. Dünya təcrübəsini nəzərə almalıyıq. Mən bu təcrübəni öyrənmişəm, hətta Azərbaycanda beynəlxalq konfrans da təşkil eləmişəm, Şərqi Avropa ölkələrində bu islahatlara rəhbərlik eləyən tanınmış ictimai-siyasi xadimləri Bakıya dəvət eləmişdik. Polşada, Macarıstanda, Pribaltika ölkələrində yeni modelə keçid prosesini həyata keçirən ekspertlər, politoloqlar, iqtisadçılar Bakıya gəlmişdi. Biz o zaman hətta Şərqi Avropa ölkələrinin bu təcrübəni necə qısa müddətdə tətbiq etməsilə bağlı bir kitab da nəşr elədik. Həmin o təcrübəni bildiyimə görə, bu gün atılan addımları şərh eləyəndə fikirləşirəm ki, bunlar düzgün addımlardır. Sadəcə olaraq, bunu davam etdirmək, məsələyə daha geniş yanaşmaq lazımdır. Kadr islahatları dərinləşməli, strategiya da işlənib cəmiyyətin müzakirəsinə verilməlidir. Həmin strategiya təkcə iqtisadiyyatla bağlı olmalı deyil. Burada məhkəmə sistemində ciddi dəyişikliklərin olması göstərilməlidir. Qanun aliliyi və müstəqil məhkəmə sistemi formalaşmalıdır ki, bu da sosial-iqtisadi modelin əsas prinsiplərindən biridir. Qabaqda hələ görülməli olan işlər var. Biz bu prosesin başlanğıcındayıq.

- İcra başçılarının silsilə həbsi idarəçilikdə problemlərin olduğunu üzə çıxardı. Sizcə, məmurların bu qədər çirkaba bulaşmasına səbəb nədir?

- Bu haqda Prezident özü cəmiyyətə kifayət qədər açıq mesajlar verib. Hətta müəyyən bir mexanizmi də açdı ki, məmurları vəzifəyə təyin edəndə onlardan pul alıblar, onlar da verdikləri pulu çıxarmaq üçün korrupsiya, rüşvətxorluqla məşğul olublar. Mənzərəni kifayət qədər aydın göstərildi. Onların bu işi hazırda da davam etdirməsi məsələsinə gəldikdə isə yəqin ki, xəbərdarlıq kifayət etmir. İlk mərhələdə Prezident bir neçə dəfə xəbərdarlıq edib, daha sonra bir neçə məmuru işdən azad edib, lakin bu da onlara dərs olmadı. İkinci mərhələdə daha sərt addım ataraq hazırkı prosesə başladı. İndi bu işə rəhbərlik edən DTX və Baş Prokurorluqdur. Bildirim ki, həm DTX-nın rəhbəri Əli Nağıyev, həm də yeni təyin olunan Baş prokuror Baş Prokurorluqda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir yerdə işləyiblər. Biri idarənin sədri idi, digəri də müavin idi. Bu iki adam bir yerdə işləyəndə həmin komitədə minlərlə fakt toplanıb, sadəcə olaraq əvvəlki Baş Prokurorluğa rəhbərlik edən adamlar hazırkı işləri həyata keçirməyə imkan vermirdilər. Həm DTX rəhbəri, həm Baş prokuror Azərbaycanın regionlarında nələr baş verdiyini, korrupsiyanın hansı səviyyədə olduğunu bilirlər. Sadəcə, onların təmizləmə işlərinə başlamalarına mane olublar. Bu gün bu təşkilatlar ona görə əlbir və sürətli şəkildə bu işləri görürlər ki, onların əlində bu materiallar vaxtilə toplanıb, sadəcə prosesi həyata keçirmə imkanı olmayıb, artıq o imkan yaranıb.

- Həbslər idarəçilikdə mövcud olan rüşvət və korrupsiyanın kökünü kəsmək üçün yetərli olacaqmı?

- Həbslər çox vacib olan bir istiqamətdir. Bununla yanaşı, başqa istiqamətlər də olmalıdır, burada şəffaflıq da təmin olunmalı, ictimaiyyətin nəzarəti də güclənməlidir. Bu haqda da Prezident bir neçə dəfə çağırış edib, hətta birinci çağırışından sonra ictimaiyyətdən reaksiya lazımi səviyyədə olmayanda ikinci dəfə daha geniş danışaraq bildirib ki, Prezident Administrasiyasının əvvəlki rəhbərli dövründə sizin məktublarınız mənə çatmırdı, gizlədilirdi. Kimin haqqında şikayət olurdusa, məktub həmin şəxsə göndərilirdi və cinayəti törədən ondan şikayət edənlərə daha böyük təzyiqlər edirdi. Ancaq indi vəziyyət dəyişib, Prezident Administrasiyası başqa cür işləyir. Prezidentin buradakı çağırışı ictimaiyyətə idi, fəal olmalarını, bu işlərdə köməklik etmələrini istəyirdi. Məmurlar üzərində ictimai nəzarəti təmin eləmək lazımdır ki, bu təmizləmə işləri daha uğurlu getsin.

- Rayonların sayını azaltmaq, ölkəni vilayətlərə bölməklə bağlı təkliflər səsləndirilir. Sizcə, rayonların sayını azaltmaqla idarəçilikdəki nöqsanları aradan qaldırmaq mümkün olacaq?

- Bu, ciddi məsələdir, amma eyni zamanda daha böyük problemin tərkib hissəsidir. Söhbət ondan gedir ki, Azərbaycanda dövlət məmurlarının sayı həddən artıq çoxdur. Dünya standartlarına baxıb 100 min əhaliyə nə qədər dövlət məmuru düşdüyünə nəzər salsaq görərik ki, Azərbaycandakı say bu standartlara uymur, 2-3 dəfə çoxdur. Ona görə də ümumiyyətlə, bu idarəçilik sistemində ciddi islahatlar həyata keçirmək lazımdır. Təkcə kadr dəyişikliyi etmək yox, dövlət məmurlarının sayını da azaltmaq lazımdır. Elektron hökumət anlayışı var, bunun olduğu yerlərdə insanlar məmurun üzünü görmədən, onunla danışmadan dövlətdən lazımı xidməti ala bilirlər. Məhz bu səbəblə məmurların sayının azaldılması ölkəmiz üçün ciddi məsələdir. Bəziləri düşünür ki, rayonların sayını azaldıb vilayət prinsipinə keçmək lazımdır. Mən hesab edirəm ki, burada ilk addım olaraq, bəzi dövlət qurumlarını vilayət prinsipinə keçirmək lazımdır. Rayonların sayını azaltmaq mürəkkəb proses ola bilər, ancaq hər halda baxmaq lazımdır ki, bu və ya digər dövlət qurumunun hər rayondamı öz şöbəsi olmalıdır, yoxsa bir region üzrə bir şöbə kifayət edirmi? Heç olmasa bu yolla getsək, məmurların sayı azalar və müsbət nəticələr əldə oluna bilər.

- Vətəndaşların dövlət idarəçiliyində rolunu artırmaq, ictimai nəzarət mexanizmini təşkil etmək üçün hansı işlər görülməlidir?

- Sözsüz ki, burada müəyyən yeni qurumların da yaranmasına ehtiyac var. Həmçinin əvvəldən yaranmış, lakin səmərəli işləməyən qurumların fəaliyyəti diqqətdə saxlanmalıdır. Yəqin ki, dövlət qurumlarının yanında İctimai Şuraların formalaşması da vacibdir. Müxtəlif nazirliklərdə belə addımlar atılıb. Lakin düşünürəm ki, bunu artıq bütün dövlət qurumlarına aid etmək lazımdır.

- Sizcə, səmərəli işləməyən qurumlar hansılardır?

- Vətəndaş cəmiyyəti ilə işləyən qurumlar var idi. Əvvəlki illərdə onların əsas funksiyası heç gözə çarpmırdı. Halbuki bu sahədəki qurumlara dövlət büdcəsindən vəsait ayrılıb.

- Hesab edirlər ki, bu islahatlar hakimiyyətlə məhdudlaşmamalı, YAP-ı da əhatə etməlidir. Bu haqda nə düşünürsüz?

- Əlbəttə, hakim partiyanın içərisində də bu proses getməlidir. Biz az əvvəl ictimai monitorinq haqqında danışdıq. Əslində, əgər icra hakimiyyətlərindən asılı vəziyyətdə olmasaydı, müəyyən mənada hakim partiyanın özü də bu funksiyanı yerlərdə yerinə yetirə bilərdi. Bu mənada mən hesab edirəm ki,Yeni Azərbaycan Partiyasını bölmələri məmurlardan ibarət olmasın. Təbii, bu mənim təklifimdir, mən hakim partiyanın işlərinə qarışa bilmərəm, ancaq kənardan görünən odur. Yox vəziyyət eyni qalsa, məmurların üzərində ictimai nəzarəti həyata keçirmək mümkün olmayacaq. Bir qayda olsaydı ki, YAP-ın rayon şöbələri siyasi-ideoloji funksiya yerinə yetirsin, o cümlədən həmin rayonda çalışan məmurların üzərində ictimai nəzarət funksiyasını həyata keçirsin, bu, ölkə başçısına bölgələrdəki vəziyyətlə bağlı alternativ baxış sunardı. Yəni prezident rayonlarda nə baş verdiyini təkcə məmurlardan öyrənməzdi, həm də yerlərdə rəhbərlik etdiyi partiyanın şöbələrindən məlumat alardı. Alternativ informasiya olardı, bu mühim məsələdir. Eyni zamanda insanlar da bilərdilər ki, məmurlardan şikayətləri olanda rayon partiya şöbəsinə gedə bilərlər. Onların bu şikayətlərinə reaksiya olsa, bu, partiyanın nüfuzunu daha da qaldırar. Ancaq bunun üçün rayon şöbələri dövlət məmurlarından ibarət olmalı deyil. Həm icra hakimiyyətində vəzifə tutub, həm partiyada rəhbərlik eləməklə sistemdə qarışıqlıq olur. Nəticədə partiya dövlət məmurlarına rəhbərlik edə bilmir.

- Hazırda gedən prosesin sadəcə kampaniya olduğunu deyənlər var. Sizcə, bu kampaniyadır, yoxsa ümumi bir siyasət?

- Hesab edirəm ki, ciddi bir prosesdir. Ona görə ki, burada bir neçə vacib addımlar bir-birini tamamlayır. Əgər prezident hədəf kimi iqtisadiyyatda şəffaflığın yaranmasını, inhisarçılığa, korrupsiyaya son qoymağı göstərirsə, deməli məsələ ciddidir. Çünki əvvəldə də qeyd etdiyim kimi, təmiz sistemdə çalışma təcrübəsinə sahib olan adamlardan ibarət komanda yaranır. Buna əməl etməyənlər həbs olunur. Sadəcə olaraq insanlardakı inamsızlıq onunla bağlıdır ki, hələ bu yolun az hissəsini keçmişik.Təkcə mənim ailəmdə sosial-iqtisadi modeli qurmaq üçün ən azı 5-10 il vaxt lazımdır. Bu böyük işdir. Bu prosesin nə qədər dərinə getdiyini gördükcə insanlarda inam yaranacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV-nin daha bir əməkdaşının vəziyyəti ağırlaşdı - Koronavirusdan
Bu gün, 13:46
"İndi gedin sizi 10 min verdiyiniz müğənnilər, idmançılar müalicə eləsin" - Semaşkonun həkimi
Bu gün, 13:42
"Qadın və ya kişi əgər evlidirsə, işdən sonra evə getməlidir"
Bu gün, 13:39
Beynəlxalq reyslərin normal şəkildə bərpası yalnız gələn ilin yazında mümkün olacaq
Bu gün, 13:22
Oliqarx deputatdan sərt açıqlama: - “Eldar Mahmudovun yaratdığı saytlar...”
Bu gün, 13:16
“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq” - Baş katib
Bu gün, 13:15
“Təlaşa səbəb yoxdur, yetərincə su ehtiyatlarımız var” - AÇIQLAMA
Bu gün, 13:12
Pandemiya dövründə 1000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb
Bu gün, 13:11
Polkovnik-leytenant Cabbar Bəylərov vəfat edib - FOTO
Bu gün, 13:10
Deputat DTX-nin XİN-dəki əməliyyatdan danışdı - "...mən normal qəbul edirəm"
Bu gün, 13:08
"Verilişi Tolik ilə aparmağı biz təklif eləmişdik"
Bu gün, 13:06
Vüqar Səfərli haqda şok sözlər: - "Qəzetləri sıradan çıxardı, kollektivlər...”
Bu gün, 13:05
Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir... - İSRAİL HƏRBİ KOMPLEKSİ F-35 QIRICISI İLƏ VURUB?
Bu gün, 13:03
"Elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin" - Firuz HAŞIMOV
Bu gün, 13:01
Elmar Məmmədyarovu hədəfə çevirən ŞÜBHƏLİ TENDERLƏR... - SİYAHI
Bu gün, 12:58
Azərbaycanlı model ELƏ ŞƏKİLLƏR PAYLAŞDI Kİ... - 16+
Bu gün, 12:54
“Həkimin poliklinikadan gəlib sistem vurması qadağandır”
Bu gün, 12:50
“Hər bir siyasi partiya ümummilli bəlaya qarşı mübarizədə öz töhfəsini verməlidir” - deputat
Bu gün, 12:46
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
Bu gün, 12:45
Ölkənin baş dəmiryolçusu dəyişdirilir... - Həbs qərarı da mümkündür, amma...
Bu gün, 12:43
"Koronavirus maddi baxımdan mənə zərbə vurdu"
Bu gün, 12:28
"Biz də əhaliyə, müsəlman bacı-qardaşlarımıza bunu tövsiyə edirik ki..."
Bu gün, 12:27
Krımda tatarların evlərində kütləvi axtarışlar: - FTX 2 nəfəri apardı
Bu gün, 12:24
"Siz onu danışdırırsınız, o bədbəxti salırsınız ortaya..." - QALMAQAL
Bu gün, 12:20
Eldar Mahmudovun həbsinə XİN-dən keçid - GƏLİŞMƏ
Bu gün, 12:12
Çoxüzlü Arlem Dezin ATƏT-i rüsvay edir - VİDEO
Bu gün, 12:07
İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA
Bu gün, 12:05
Paşinyanın saxta reytinq oyunu - Erməni baş nazir rəzil durumda
Bu gün, 12:02
Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar
Bu gün, 12:01
Azərbaycanlı şairin bəraəti haqda qərar ləğv edildi
Bu gün, 11:59
XİN-in tərtib etdiyi xəritələrə Dağlıq Qarabağdakı yer adları erməni dilində salınırmış – Fərəc Quliyevdən şok açıqlama
Bu gün, 11:56
Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz - əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib
Bu gün, 11:54
Təkrar seçkilər nə vaxt keçiriləcək? - Pandemiya bunda da mane oldu
Bu gün, 11:50
Pənah Hüseynin Nəciməddin Sadıqovu tərifləməsi etiraza səbəb oldu - Reaksiya
Bu gün, 11:48
"Camaat yatıb-durur bir xəbərlə oyanır"
Bu gün, 11:42
Məktəblərdə dərslər sentyabrdan başlayacaq? - AÇIQLAMA
Bu gün, 11:40
Kafe və restoranlar fəaliyyətini bərpa edir? — Baş Nazirdən mühüm qərar
Bu gün, 11:39
1 482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - DYP
Bu gün, 11:38
Avtomobil bazarı: - Satış azaldıqca dələduzlar artır
Bu gün, 11:30
Masallı səhiyyəsinin özünün təcili tibbi müdaxiləyə ehtiyacı var... - Biabırçı mənzərə...
Bu gün, 11:22
Əmlak bazarında son vəziyyət - qiyməti saxlamaq naminə söküntü başlayacaq
Bu gün, 11:19
Gürcüstan azərbaycanlıları susuzluqdan əziyyət çəkirlər - GİLEY
Bu gün, 11:17
Azərbaycanın bu bölgəsində koronavirusa yoluxanların sayı artıb
Bu gün, 11:15
Energetika Nazirliyi ilə “McKinsey & Company” arasındakı müqavilənin sirləri - İLGİNC
Bu gün, 11:12
"Mənə heç vaxt əl qaldırmayıb"
Bu gün, 11:03
Nizami rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi ilə əlaqədar reydlər keçirilib
Bu gün, 11:01
ATU-nun Tədris Terapevtik Klinikasında 24 tibbi personal COVID-19-a yoluxub - AÇIQLAMA
Bu gün, 10:59
Rusiya-Azərbaycan sərhədində nələr yaşanır? - VİDEO
Bu gün, 10:58
Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: - Deputat da diplomatik korpusu tənqid etdi
Bu gün, 10:56
“AtaHoldinq” banklardakı vəsaitlərini geri alıb – İKİQAT AZALMA
Bu gün, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru