Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb .....                     "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb" .....                     Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? .....                     Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir .....                     Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı .....                     Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi .....                     Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib .....                     Bu il məscidlərdə bayram namazı qılınmayacaq .....                     İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər .....                     Cərimələr niyə ləğv edilməlidir? .....                     Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib .....                     "Cəmiyyətimiz müharibəyə hazır deyil..." .....                     Kürdəmir sakinini həmkəndlisi döydü .....                     Daha bir qadının boğazı kəsildi .....                     İranın Qarabağ aktivliyi: nə baş verir? .....                     Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI .....                     Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı .....                     “Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” .....                     Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb .....                     Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır .....                     Bayram Səfərovun gedişi yenidən gündəmdə... .....                     Naxçıvanda "Cənab Sədr" dövrü bitir .....                     NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? .....                     “Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” .....                     "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” .....                     Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur .....                     Bakıda güclü yanğın BAŞLADI .....                     Ceyhun Bayramovdan tələbələrdən təhsil haqqının tələb edilməsinə .....                     Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir .....                     Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub .....                     Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: .....                     Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı .....                     İcra başçıları niyə Padşaha çevrilir? .....                     Bakının üç rayonunda Ramazan yarmarkası açılıb .....                     Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır .....                     Yeni iqtidar komandasının üstün cəhətləri .....                     AzTV-ni Əli Həsənov idarə edir?! .....                     Oqtay Gülalıyev Bakıya gətirilə bilər .....                 

Əli Həsənov Azərbaycanda FETÖ-nü necə qoruyub? — ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Tarix: 21-05-2020, 13:10 | Çap et
Əli Həsənov Azərbaycanda FETÖ-nü necə qoruyub?
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da FETÖ-yə qarşı mübarizə başlandı. Bu mübarizənin başında dayanan şəxs isə Prezidentin keçmiş köməkçisi Əli Həsənov idi. Özünü hakimiyyətin ideoloqu kimi təqdim edən Əli Həsənov bütün medianı bu istiqamətdə səfərbər etmişdi. Mənzərə ortada idi: ölkədə FETÖ ilə aktiv mübarizə gedir, bu şəbəkənin üzvləri dövlətin strukturlarından təmizlənir, ictimai rəyin formalaşdırılması ilə bağlı müvafiq addımlar atılır. Bu prosesin görünən tərəfi idi...

Bəs qaranlıq tərəfdə nələr var idi?

FETÖ ilə mübarizəyə “liderlik” edən Əli Həsənov əslində nəyin mübarizəsini aparırdı?

Bu suallar hələ də açıq qalır və Əli Həsənovun əslində FETÖ ilə mübarizədə manipulyasiya etdiyi, şəbəkənin aparıcı siması olması haqda informasiyalara hələ də inanmayanlar var. Hadisələrin inkişafı və ortaya çıxan nəticə buna inanmağa çətinlik yaradır. Necə olur ki, Prezidentin köməkçisi postunda dövlətin həyata keçirdiyi mübarizəni həm bu şəbəkənin, həm də şəxsi maraqlarının naminə manipulyasiya edə biləsən?

Yaxud FETÖ Əli Həsənovun timsalında hansı planı həyata keçirirdi?

Bu gün vəzifədə olarkən Əli Həsənova yaxın şəxslər, o cümlədən, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın bir tədbirdə iştirakı zamanı çəkilmiş fotolar yayıldı. Fotolarda Fətullah Gülənə bağlı olan “Çağ Öğretim” təhsil müəssisələri şəbəkəsinin rəhbəri Enver Özeren, Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, keçmiş Qafqaz Universitetinin (Bakı Mühəndislik Universitet) rektoru Ahmet Sanıç, Sona Vəliyeva və Əli Həsənov şəbəkəsi kimi tanınan şəxslər ön cərgədə görüntülənir. Tədbirdə hətta Sona Vəliyevaya mükafat da təqdim olunur.

Enver Özeren, Mustafa Saatçı və Ahmet Sanıç Azərbaycanda FETÖ-nün maliyyə, media və təhsil proqramları üzrə 1 nömrəli nümayəndələri idilər. Onların rəhbərlik etdiyi qurumlarda şəbəkənin lideri Fətullah Gülənin təbliğ edildiyi, tələbələrin nurçuluğu qəbul etməsi üçün işlərin aparıldığı təsdiqini tapmış məlumatlardır. Hətta, keçmiş Qafqaz Universitetinin tələbələri rektor Ahmet Sanıçın göstərişi ilə konfrans salonuna toplanır, böyük ekranda Fətullah Gülənin Türkiyə Prezidentinə bəd dua oxumasına tamaşa etdirilir və hər bəd duadan sonra “Amin” deməyə məcbur edilirdi.

Bəs Əli Həsənovun şəbəkəsi və həyat yoldaşı Sona Vəliyevanın Ahmet Sanıçla, Enver Özerenlə bir arada nə işi var idi?

Təkcə bu detal Əli Həsənovun “mübarizə apardığı” FETÖ-nün əsas adamı olduğu versiyasını gücləndirir. “FETÖ istintaqı” zamanı Ahmet Sanıç Azərbaycanı tərk etdi, Qafqaz Universiteti də belə demək mümkünsə milliləşdirildi. Lakin FETÖ Azərbaycanı tərk etmişdimi?

Əli Həsənovun yüksək postda təmsil olunması bu sualın müsbət cavabını arxa plana keçirir. Həm də o versiyanı gündəmə gətirir ki, Əli Həsənov FETÖ məsələsi üzərindən manipulyasiya edib və öz gerçək kimliyini gizlətmək üçün mübarizəyə “öndərlik” edib.

Məsələni başqa cür qoysaq, deyə bilərik ki, FETÖ də əslində üzdə görünən üzvlərini qurban verərək, arxada qalan əsl adamını – Əli Həsənovu qoruyub və bununla fəaliyyətini gizli formada həyata keçirib.

Əli Həsənovun FETÖ ilə bağlantısı təkcə bununla yekunlaşmır. Misal üçün, onun oğlu Şamxal Həsənov Qafqaz gimnaziyasının məzunudur, Samanyolu TV (Xəzər TV-nin keçmiş adı və Fətullah Gülənin əsas təbliğatçısı) reklam çəkilişlərini həyata keçirirdi.

2013-cü ildə Türkiyədə FETÖ məsələsi gündəmə gələndə Samanyolu TV də bağlandı. Əslində bağlanmadı, sadəcə olaraq adı Xəzər TV olaraq dəyişdirildi və yenə əvvəlki missiyasına davam etməyə başladı. Bu dəfə rəhbərliyə Əli Həsənovun oğlu Şamxal Həsənov gətirildi. Lakin kanalda əsas aparıcı vəzifələri yenə FETÖ-çülər yerinə yetirirdi.

Mediada yayılan məlumatlara görə, Fətullah Gülənin sözçüsü Faruk Taban 2014-cü ilin 28 yanvar tarixində ABŞ-dan Bakıya gəlir və Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməzə belə deyir: “Kanal bizim yeni adama təhvil veriləcək...”.

Yeni adam kim idi? Əli Həsənovun oğlu Şamxal Həsənov. Təbii ki, Şamxal Həsənov Xəzər TV-nin rəhbəri olaraq təyin olundu, Faruk Tabanın “yeni adam” dediyi şəxs isə Əli Həsənovun özü idi.

Həsənovlar Xəzər TV-yə rəhbərlik etdikləri dövrdə FETÖ üzvləri kanalda daha da yüksəldilər. Misal üçün, Fətullah Gülənin Samanyolu TV-sinin reklam koordinatoru Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı Xəzər TV-nin vitse-prezidenti və reklam müdiri vəzifəsinə təyin olundu.

Sonradan Əli Həsənov FETÖ-çüləri “çirkli pulların yuyulması” kimi təmizə çıxarmağa başladı və dünənə qədər şəbəkənin ən aktiv üzvləri əsl simalarını gizlədərək, Azərbaycan və Türkiyə dövlətinin tərəfdarı kimi davranmağa başladılar.

Mediada yayılan məlumatlarda Əli Həsənovun FETÖ-çülərlə Avropa ölkələrində böyük biznes qurduğu da deyilir. Bu və digər informasiyalar Əli Həsənovun FETÖ-nün gizli adamı olduğu versiyasını gücləndirir.

Göründüyü kimi, keçmiş köməkçi “FETÖ-yə qarşı mübarizə” adı altında əslində şəbəkəni ifşa olunmaqdan xilas edərək, “təmizə çıxarılması” prosesini həyata keçirir, həm də özünü qorumaq üçün manipulyasiya edirmiş.

Mafiya filmlərini xatırladan bu hadisələrə yalnız belə ad vermək olar: "Quzu dərisi geyinmiş qurd"...
Demokrat.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb
Bu gün, 08:05
"Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"
23-05-2020, 13:26
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR
23-05-2020, 13:24
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir - FOTO
23-05-2020, 13:03
Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA
23-05-2020, 12:54
"Qadın sevdiyi kişinin cinayətlərini belə ilahiləşdirir"
23-05-2020, 12:52
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
23-05-2020, 12:48
Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub - FOTO
23-05-2020, 12:47
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib
23-05-2020, 12:46
Bu il məscidlərdə bayram namazı qılınmayacaq - QMİ
23-05-2020, 12:34
''Mənim təmtəraqla aram yoxdur''
23-05-2020, 12:23
İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər - GƏLİŞMƏ
23-05-2020, 12:17
Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab
23-05-2020, 12:13
Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib
23-05-2020, 12:09
"Cəmiyyətimiz müharibəyə hazır deyil..." - deputat
23-05-2020, 12:08
"Karantində arvadımı daha çox sevdim" - Xalq artisti
23-05-2020, 12:04
Kürdəmir sakinini həmkəndlisi döydü
23-05-2020, 11:57
“Belələrinə 100 manat verirsən, ürəyin nə istəyir yazdırırsan”
23-05-2020, 11:56
Daha bir qadının boğazı kəsildi - Bakıda DƏHŞƏTLİ QƏTL
23-05-2020, 11:54
İranın Qarabağ aktivliyi: nə baş verir? - TƏHLİL
23-05-2020, 11:53
Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI - Neçə icra başçısının başı ağrıyacaq
23-05-2020, 11:48
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
23-05-2020, 11:46
“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - deputat
23-05-2020, 11:38
Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb
23-05-2020, 11:37
Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır - Baş nazirə müraciət
23-05-2020, 11:35
Bayram Səfərovun gedişi yenidən gündəmdə... - İDDİA
23-05-2020, 11:32
“Bilinmir aktrisadır, yoxsa porno ulduzdur…”
23-05-2020, 11:29
Naxçıvanda "Cənab Sədr" dövrü bitir – Səlahiyyətlər kimə keçəcək?
23-05-2020, 11:25
NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? - Ali Məclis bu gün Prezidentin təqdimatına baxacaq
23-05-2020, 11:22
“Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” - TƏKLİF
23-05-2020, 11:20
"Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - FHN
23-05-2020, 11:19
“Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” - Eldar Namazov
23-05-2020, 11:17
Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA
23-05-2020, 11:16
Bakıda güclü yanğın BAŞLADI - VİDEO
23-05-2020, 11:12
Ceyhun Bayramovdan tələbələrdən təhsil haqqının tələb edilməsinə REAKSİYA
23-05-2020, 11:10
Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir - TƏHLİL
23-05-2020, 11:08
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..." - QALMAQAL
23-05-2020, 10:57
Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub
23-05-2020, 10:56
Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...”
23-05-2020, 10:54
Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı
23-05-2020, 10:51
Rasim Balayev mədəniyyət naziri olsun?! - “...Məni təyin etməzlər !”
23-05-2020, 10:50
İcra başçıları niyə Padşaha çevrilir? - AKTUAL
23-05-2020, 10:48
Zeynəb Xanlarovanı öldürmək istəyənlər - İşin arxasındakı şəxs və maraqlar
23-05-2020, 10:47
Bakının üç rayonunda Ramazan yarmarkası açılıb - SİYAHI
23-05-2020, 10:44
Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır - Muxtar Babayev
23-05-2020, 10:43
"Əvvəllər həmin məmur barmağıyla hansı işarəni verirdisə, təşkilat o işi görürdü..."
23-05-2020, 10:42
Yeni iqtidar komandasının üstün cəhətləri - TƏHLİL
23-05-2020, 10:37
AzTV-ni Əli Həsənov idarə edir?! — Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu...
23-05-2020, 10:36
Oqtay Gülalıyev Bakıya gətirilə bilər - AÇIQLAMA
23-05-2020, 10:31
Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb
23-05-2020, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru