Yeni icra başçısının ingiliscə çıxışı gülüş obyektinə çevrildi .....                     Gömrük rəisinin müavini haqda iddia .....                     Azərbaycanın mədəniyyət “mafiyası”... .....                     Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu .....                     İcra başçısı məhkəməyə verildi .....                     Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu .....                     Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb .....                     "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb" .....                     Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? .....                     Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir .....                     Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı .....                     Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi .....                     Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib .....                     Bu il məscidlərdə bayram namazı qılınmayacaq .....                     İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər .....                     Cərimələr niyə ləğv edilməlidir? .....                     Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib .....                     "Cəmiyyətimiz müharibəyə hazır deyil..." .....                     Kürdəmir sakinini həmkəndlisi döydü .....                     Daha bir qadının boğazı kəsildi .....                     İranın Qarabağ aktivliyi: nə baş verir? .....                     Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI .....                     Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı .....                     “Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” .....                     Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb .....                     Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır .....                     Bayram Səfərovun gedişi yenidən gündəmdə... .....                     Naxçıvanda "Cənab Sədr" dövrü bitir .....                     NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? .....                     “Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” .....                     "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” .....                     Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur .....                     Bakıda güclü yanğın BAŞLADI .....                     Ceyhun Bayramovdan tələbələrdən təhsil haqqının tələb edilməsinə .....                     Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir .....                     Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub .....                     Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: .....                     Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı .....                 

İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var
Tarix: 14-05-2020, 11:56 | Çap et
İnam Kərimova bəslənilən ümidlər doğrulmadı
Karantin rejimi uzandıqca nigarançılığımız da artır. Çünki COVİD-19 pandemiyası təkcə sosial problem deyil, həm də iqtisadi bəladır. Dünyanın özündən deyən ölkəsi bu bəlanın gətirdiyi iqtisadi təlatümlər qarşısında aciz qalır. Azərbaycan iqtisadiyyatı da ötən 2 ayda bu bəladan az zərər görməyib.

İqtisadiyyat Nazirliyinin ikin rəyinə görə COVİD-19 hər ötən gün Ümumdaxili məhsulumuza 100-120 milyon manat civarında ziyan vurur. Deməli, ötən dövrdəki ziyanlarımız ən azı 7 rəqəmlə ifadə olunur. Bu isə yaxşı əlamət deyil. Nəzərə alsaq ki, bu vəziyyət ən azı 20 gün də davam edəcək. Onda ciddi narahatlığa əsas yaranır. Hələ onu demirəm ki, karantin rejimi ləgv olunan kimi bütün iqtisadi əlaqələrin bərpası həmən mümkün olmayacaq. Bu da xeyli vaxt aparacaq. Nəzərə alsaq ki, biz aqrar ölkəsiyik, ixrac əməliyyatlarında neftdən sonra ikinci yeri kənd təsərrüfatı məhsulları tutur, əhalinin 70 faizi regionlarda yaşayır. Onda bu vəziyyətdə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük yük düşür.

Ölkənin ərzaq təhlükəsizliyində də bu Nazirliyin öhdəlikləri böyükdür. Belə bir məsul dövrdə aqrar sektoru tənəzzüldən xilas etmək və radikal islahatlar hesabına dəyə biləcək ziyanları minimuma endirmək üçün Nazirliyin atdığı addımları izləmək istədim. Bunun üçün ilk baş vurduğum ünvan Nazirliyin aqro.gov.az portalı oldu. Lakin istədiyim, daha doğrusu arzuladığım informasiyanı bu ünvandan ala bilmədim. İllik tədbirlərinin icrasından başqa yeni bir xəbər tapmadım. Maraq üçün ötən ilin yekun hesabatına baxdım. Bəlli oldu ki, 2018-2019-cu illərlə müqayisədə pambıq istehsalı 24,5 faiz, şəkər çuğunduru istehsalı 14 faiz, tütün istehsalı 8 faiz, kartof istehsalı 4 faiz, ən nəhayət strateji məhsul sayılan buğda istehsalı 1,2 faiz azalıb.

Maraq üçün Dövlət Gömrük Komitəsinin customs.gov.az portalına baş vurdum. Məlum oldu ki, əsas qida məhsullarına, eləcə də meyvə-tərəvəzə olan ehtiyacımızın xeyli hissəsi hələ də idxal hesabına ödənilir. Ən pisi də odur ki, idxal olunan məhsullarının həcmi ilbəil artır. Belə ki, 2018-ci ildə ölkəmizə 1 milyon 80 min ton buğda gətirilib. Ötən il isə bu rəqəm 1 milyon 585 min ton olub. Birdən-birə idxal 50 faizdən çox artıb. Yerli istehsalda isə elə bir müsbət dəyişiklik görünmür. Belə ki, 2018-ci ildə respublikamızda 2 milyon 42 min ton buğda istehsal edildiyi halda, ötən il bu rəqəm 2 milyon 217 min ton olub. Bir ildə yerli istehsalda artım cəmi 10 faiz olduğu halda, idxalda bu rəqəm 50 faizdir. Bundan başqa 2018-ci ildə ölkəmizə 47 min 399 ton, 2019-cu ildə isə 51 min 546 ton ət idxal edilib. İdxalda son bir ildə 10 faiz artım olub. Ölkəmizdə isə 2018-ci ildə 556 min ton, ötən il isə 573 min ton ət istehsal olub. Artım cəmi 3 faiz. Meyvə-tərəvəzi götürək. 2018-ci ildə 303 min 2 ton,2019-cu ildə isə 345 min 741 ton meyvə tərəvəz idxal olunub. Fərq 17 faizdən çoxdur. Təəssüflə deyək ki, aqrar sektorda son iki ildə elə bir əsaslı inkişaf qeydə alınmayıb.

Əksinə son iki il torpaq sahibləri üçün çox ağrılı keçib. Belə ki, bir-neçə il qabaq ölkə başçısı hökumətə ölkənin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına ödəmək və ixrac yönümlü məhsul istehsalını artırmaq tapşırığı verdi. Bunun üçün bir sıra təkliflər də oldu. Həmin təkliflərdən biri də dövriyyədən kənarda qalan torpaqları təkrar istehsala cəlb etmək vəzifəsi idi. Bu vəzifə Kənd Təsərrüfatı Nazirliyini, Dövlət Əmlak Komitəsinin və yerli icra hakimiyyətlərinə tapşırıldı. Lakin ölkə başçısının tapşırıqları bu srtukturlarda çalışan bəzi işbazların korporativ maraqlarından uzağa getmədi.

Rayon İcra Hakimiyyəti başçıları qılınclarını sıyırıb düşdülər iri torpaq sahiblərinin canına. Kimlərinsə xoşluqla, kimlərinsə zorluqla torpaqları əllərindən alındı. Alınan torpaqlarsa icra başçılarının yeni qazanc mənbəyinə çevrildi. Bu torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturlarının dəstəyi ilə icra başçıları üçün əkilib, becərildi. Yəni əkin üçün lazım olan gübrə, toxum, texnika və digər ehtiyaclar aqroservislərin və yerlərdəki xırda məmurların hesabına ödənildi. Məsələn, ötən ilin taxıl biçini zamanı yerlərdə ən çox narazılıq aqroservislərin yarıtmaz fəaliyyətindən oldu. Çünki aqroservis rəhbərləri əvvəlcə icra başçılarının torpaq sahələrində biçin aparırdılar. Yalnız bundan sonra digər müraciətlərə baxılırdı…

Son illərin digər bir problemi isə hazır məhsulun bazara çıxışı məsələsədir. Doğrudur, ənənəvi olaraq paytaxtda və Sumqayıtda mütəmadi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Lakin bu yarmarkalara çıxarılan məhsullar əsasən inzibati yolla əldə olunur. Yəni bu məsələdə də çox vaxt istehsalçı kənarda qalır. Bütün bu məsələlərdə ən çox təəssüf doğuran məqam odur ki, iki il öncə nazir təyin olunan İnam Kərimova bəslənilən ümidləri doğrultmadı. Aqrar sektor son illər ən yaxşı halda yerində sayıb. Ona görə ki, aqrar sektora bu gün peşəkar yanaşma yoxdur. Dediyimin sübutu üçün tək bir faktı deyim. Bu gün Nazirliyin rəhbər strukturunda bir dənə də olsun kənd təsərrüfatı mütəxəssisi yoxdur.

Nazir İnam Kərimov və nazir müavini İlhamə Qədimova ixtisasca hüquqşünasdırlar. Nazir müavini İlham Quliyev ixtisasca inşaatçıdır. Başqa bir müavin Elçin Zeynalov isə neft mühəndisidir. Bundan başqa Nazirliyin tabeçiliyindəki Aqrar Xidmətlər Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Aqrar kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin və digər qurumların rəhbərlərinin heç biri kənd təsərrüfatı mütəxəssisi deyil. Əksər rəhbər işçilər hüquqşünas və iqtisadçıdır. Hələ rayon aqrar inkişaf mərkəzlərinin rəhbərləri arasında ixtisasca müəllimlərin də olduğunu nəzərə alsaq bizə ancaq təəssüflənmək qalır.
//konkret.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni icra başçısının ingiliscə çıxışı gülüş obyektinə çevrildi
Bu gün, 08:20
Gömrük rəisinin müavini haqda iddia - milyonluq obyekti hansı vəsaitlə tikir?
Bu gün, 08:18
Azərbaycanın mədəniyyət “mafiyası”... - İTTİHAM
Bu gün, 08:15
Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu
Bu gün, 08:14
İcra başçısı məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:13
Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu
Bu gün, 08:11
Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb
Bu gün, 08:05
"Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"
23-05-2020, 13:26
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR
23-05-2020, 13:24
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir - FOTO
23-05-2020, 13:03
Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA
23-05-2020, 12:54
"Qadın sevdiyi kişinin cinayətlərini belə ilahiləşdirir"
23-05-2020, 12:52
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
23-05-2020, 12:48
Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub - FOTO
23-05-2020, 12:47
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib
23-05-2020, 12:46
Bu il məscidlərdə bayram namazı qılınmayacaq - QMİ
23-05-2020, 12:34
''Mənim təmtəraqla aram yoxdur''
23-05-2020, 12:23
İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər - GƏLİŞMƏ
23-05-2020, 12:17
Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab
23-05-2020, 12:13
Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib
23-05-2020, 12:09
"Cəmiyyətimiz müharibəyə hazır deyil..." - deputat
23-05-2020, 12:08
"Karantində arvadımı daha çox sevdim" - Xalq artisti
23-05-2020, 12:04
Kürdəmir sakinini həmkəndlisi döydü
23-05-2020, 11:57
“Belələrinə 100 manat verirsən, ürəyin nə istəyir yazdırırsan”
23-05-2020, 11:56
Daha bir qadının boğazı kəsildi - Bakıda DƏHŞƏTLİ QƏTL
23-05-2020, 11:54
İranın Qarabağ aktivliyi: nə baş verir? - TƏHLİL
23-05-2020, 11:53
Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI - Neçə icra başçısının başı ağrıyacaq
23-05-2020, 11:48
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
23-05-2020, 11:46
“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - deputat
23-05-2020, 11:38
Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb
23-05-2020, 11:37
Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır - Baş nazirə müraciət
23-05-2020, 11:35
Bayram Səfərovun gedişi yenidən gündəmdə... - İDDİA
23-05-2020, 11:32
“Bilinmir aktrisadır, yoxsa porno ulduzdur…”
23-05-2020, 11:29
Naxçıvanda "Cənab Sədr" dövrü bitir – Səlahiyyətlər kimə keçəcək?
23-05-2020, 11:25
NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? - Ali Məclis bu gün Prezidentin təqdimatına baxacaq
23-05-2020, 11:22
“Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” - TƏKLİF
23-05-2020, 11:20
"Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - FHN
23-05-2020, 11:19
“Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” - Eldar Namazov
23-05-2020, 11:17
Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA
23-05-2020, 11:16
Bakıda güclü yanğın BAŞLADI - VİDEO
23-05-2020, 11:12
Ceyhun Bayramovdan tələbələrdən təhsil haqqının tələb edilməsinə REAKSİYA
23-05-2020, 11:10
Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir - TƏHLİL
23-05-2020, 11:08
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..." - QALMAQAL
23-05-2020, 10:57
Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub
23-05-2020, 10:56
Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...”
23-05-2020, 10:54
Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı
23-05-2020, 10:51
Rasim Balayev mədəniyyət naziri olsun?! - “...Məni təyin etməzlər !”
23-05-2020, 10:50
İcra başçıları niyə Padşaha çevrilir? - AKTUAL
23-05-2020, 10:48
Zeynəb Xanlarovanı öldürmək istəyənlər - İşin arxasındakı şəxs və maraqlar
23-05-2020, 10:47
Bakının üç rayonunda Ramazan yarmarkası açılıb - SİYAHI
23-05-2020, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru