"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR .....                     “Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb .....                     Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu .....                     İt döyüşlərini təşkil edənlərdən 4-ü saxlanıldı .....                     Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən şəxs .....                     Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq? .....                     Avropada çimərliklər məhdudiyyətlərlə açılıb .....                     Yerdəyişməsi aparılan şagirdlərin illik qiymətləndirilməsi qaydası açıqlanıb .....                     “Standard Insurance”a təyin edilmiş müvəqqəti inzibatçının adı məlum oldu .....                     Son 10 yeri tutan rayonların rəhbərləri... .....                     "Onların əksəriyyəti diləndirilən, təzyiqlərə məruz qalan uşaqlardır" .....                     Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb .....                     Əbülfəs Qarayev heç, Cavid Qurbanovun da pulu yoxdur? .....                     Bakıda dayanacaqda maraqlı elan: "Evlənmək istəyirəm" .....                     Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçdi .....                     Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni .....                     Baş gömrükçüyə daha bir səbəb göstərildi ki... .....                     Narkotik bitkilər becərən Ağdaş və Göyçay sakinləri saxlanılıb .....                     Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? .....                     Qubada polislər vətəndaşın köməyin yetişdilər .....                     Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu .....                     “Batum konfransında tərəflər dil tapa bilməsəydi, Azərbaycan 3 yerə bölünəcəkdi” .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək .....                     Türkiyədə sərnişin qatarlarına tətbiq edilən məhdudiyyət aradan qaldırıldı .....                     Azərbaycanlı jurnalist satıcı işləyən həyat yoldaşını amansızlıqla döydü .....                     "AXC çox böyük dövlət olub" .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 738-ə çatdı .....                     İranlı narkotacirlər azərbaycanlı biznesmeni necə tələyə saldılar? .....                     Dünya birjalarında neftin qiyməti ucuzlaşıb .....                     “Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni tarixi bəlli olub .....                     Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı .....                     Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır .....                     Məşhur bayraqdar da Əli Həsənovdan şikayətçidir .....                     Dövlət Statistika Komitəsinin MÜƏMMALI RƏQƏMLƏRİ... .....                     Ağdaşda “Xaş–xaş 2020” əməliyyatı: .....                     Lənkəran Narkoloji Xəstəxanasında ÖZBAŞINALIQ .....                     Bu üç rayonda sakinlər şikayətçi düşsə də... .....                     "Onlar itlərin bir- birini yaralamasından, qandan həzz alırlar" .....                 

Nazirliyin yeni layihəsi niyə daşa dirənib? - Başqa variant yoxdur
Tarix: 9-04-2020, 11:02 | Çap et
Nazirliyin yeni layihəsi niyə daşa dirənib?
Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. "Virtual məktəb" layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

"Virtual məktəb" portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat" funksiyasından istifadə edə biləcəklər.

Ancaq bəzi valideynlər "virtual məktəb" layihəsindən digər məqsədlər üçün istifadə etməyə başlayıblar.

Portalın çat bölümündə valideynlər arası təhsildən kənar söhbətlər aparılır. Bəzi vətəndaşlar isə portala qeydiyyata düşə bilmədiklərindən şikayətlənirlər.

Sputnik Azərbaycan təhsil ekspertləri ilə bu problemləri müzakirə edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlayn təhsil dünyada çox geniş yayılmış təcrübədir.

"Nazirliyin rəhbərləri də qeyd etdilər ki, bu, əvvəldən də üzərində işlənilən bir proqram idi. Və müəllimlərdən motivasiyası yüksək olanlar özləri onlayn dərslər keçirdilər. Virtual məktəb əvəzedilməz bir üsuldur. Teledərslər bir dəfə televiziyada verilir. Əgər şagird ona baxa bilmirsə, o, dərsi buraxmış olur. Amma virtual məktəb bir portaldır. Və dərslər yaddaşda qalır. Uşaqlar istədiyi qədər həmin dərslərə baxa biləcəklər. Teledərslər virtual məktəb portalına yüklənəcək və bu, karantin dönəmindən sonra da şagirdlərin köməyinə çatacaq. Virtual məktəb əyani təhsili dəstəkləyəcək çox lazımlı platformadır", - deyə Qoşqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bütün onlayn vasitələr sui-istifadəyə açıq olduğu üçün bunun qarşısını almaq mümkün deyil:

"Həyatda hər şey mənfi də, müsbət də istifadə edilə bilər. Hansısa vasitədən mənfi məqsədlər üçün istifadə edilirsə, biz bunun qarşısını ala bilmərik. Ümumiyyətlə, çat da, "Facebook" da, "Whatshap" da mənfi məqsədlər üçün istifadə edilə bilər. Platformanın hazırkı vəziyyəti, dövlətin təqdim etdiyi budur. Bundan istifadə etmək lazımdır. Microsoft teams yüzlərlə şirkətin istifadə etdiyi bir proqramdır. Virtual məktəb platforması da bu proqramdan istifadə edir. Yəni virtual məktəb təkmil bir sistemdir".
Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov isə bildirib ki, hazırki pandemiya vəziyyəti, əlbəttə ki, nəinki Azərbaycan, bütün dünya üçün gözlənilməz oldu və bunun təsirləri bütün sferalarda olduğu kimi, təhsil sahəsidə də ciddi şəkildə hiss edildi.

"Azərbaycanın Təhsil Nazirliyi ilk növbədə şagirdlərin sağlamlığını düşünərək məhz dərslərin təxirə salınması ilə bağlı məsələ qaldırdı. Nazirlər Kabineti yanında operativ qərargah bu çağırışa cavab olaraq məktəblərdə mart ayında üst-üstə 2 müddətə dərs günlərinin təxirə salınması ilə bağlı qərar qəbul etdi. Növbəti dəfə isə karantin rejimi tətbiq olunduğu üçün aprel ayının 20-nə qədər dərslər təxirə salındı. Belə olan şəraitdə Təhsil Nazirliyi şagirdlərin dərslərdən geri qalmaması üçün bir neçə alternativ variant təklif etdi. Bunlardan biri teledərslərdir. Teledərsləri müşahidə etmək üçün heç bir məhdudiyyət yoxdur. Kənd yerlərində belə şagirdlərimiz bu teledərsləri dinləmək imkanına malikdirlər. Teledərs formatı indiki durumda ən real addım idi. Teledərslər çərçivəsində bu dərslərdən sonra şagirdlərin müəllimlərlə hər hansı üsulla - "Whatsapp" və s. - əlaqə saxlaması qadağan edilmədi".

İ.Orucov vurğulayıb ki, şagirdlərin dərs proqramından geri qalmaması üçün bütün imkanlar mövcuddur.

"Azərbaycanın tətbiq etdiyi teledərs prosesindən sonra Britaniya BBC telekanalında teledərslərin yayımlanmasına qərar verib. Qeyd edək ki, teledərslərdə ənənəvi dərslərdən fərqli olaraq interaktivlik yoxdur. Teledərslər, təbii ki, ənənəvi dərsləri əvəz edə bilmir. Bu, birmənalıdır.
Yalnız distant təhsillə müəyyən qədər ənənəvi dərslərə yaxınlaşmaq olardı. İnteraktivlik təmin etmək olardı. Ancaq hazırkı durumda Azərbaycanda distant təhsillə bağlı imkanlar mümkün deyil. Bundan yalnız paytaxtda bir qrup şagird yararlana bilər. Bu baxımdan teledərslər variantı daha optimaldır".

Ekspertin fikrincə, virtual məktəb layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris üçün əlavə bir vasitədir. Əlbəttə ki, virtual məktəb platforması özlüyündə bir çox yenilikləri əhatə edir.

"Təqdim olunmuş layihədə ənənəvi məktəbdəki kimi qiymətləndirmə mümkün deyil, amma bu platforma ilə şagirdlərə qiymətləndirmə alətlərini, müəllimlər ilə, sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və bunun kimi bir sıra imkanları təqdim etmək planlaşdırılır.

Burada, əlbəttə ki, virtual məktəb layihəsi ilə bağlı bizə də müraciətlər olunur. Buraya qoşula bilməyən şagirdlər bunun üçün bizə müraciət edirlər. Bunlar başadüşüləndir. Anlayırıq, amma burada mütləq şəkildə bütün şagirdlərin qoşulmasından söhbət getmir. Bu bir alətdir, vasitədir. Hər halda, əlavə imkanlar yaradacaq. Vəziyyət budur ki, karantin rejiminin müddəti məlumdur. Amma hazırda pandemiyanın nə qədər davam edəcəyi və xüsusi karantin rejiminin müddətinin artırılıb-artırılmayacağı məlum deyil. Bunu heç kim planlaşdıra bilmir. Təhsil Nazirliyi bu kimi vasitələr ilə hər halda şagirdlərin bilik almasına imkan yaradır".

İctimai şuranın katibi vurğulayıb ki, heç bir vasitə ənənəvi dərsləri əvəz edə bilməz. Ancaq şagirdlərin heç nə ilə məşğul olmamağındansa, bu vasitələrlə hansısa bilikləri əldə etməsi daha yaxşıdır.

"Virtual məktəb layihəsinin üstünlüyü ondan ibarətdir ki, vaxt və zaman fərqi olmadan qeydiyyatdan keçmək olur. Nəzərə alaq ki, 1.6 milyon şagird kontingentindən söhbət gedir. Bu qədər şagirdin qeydiyyatdan keçməsində problemlərin yaranması başadüşüləndir. Bunu anlayışla qarşılamaq lazımdır".

İ.Orucov həmçinin bildirib ki, platformada yaradılmış ünsiyyət imkanlarından qeyri-səmərəli istifadəyə nəzarət etmək mümkün deyil. Bu, öyrənənlərin potensialında asılı olan bir məsələdir:

"Yaxşı olardı ki, yazışma üçün ayrılmış hissədə dərslər ilə bağlı məsələlər müzakirə edilsin. Suallar, problemlər qoyulub, onunla bağlı məsələlər müzakirə edilsin. Bu çat həmin məsələlərin müzakirəsi üçün nəzərdə tutulub.
Heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. İndiki durumda Təhsil Nazirliyinin hər bir addımı dəstəklənməlidir. Bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb. Evdə qalmaqla, öz sağlamlıqlarını qorumaqla bərabər, proqramlardan geri qalmasınlar və məktəb proqramı davam etdirilsin. Formasından asılı olmayaraq proqramlar üzərində iş getsin".

Ekspert əlavə edib ki, "Microsoft" şirkəti texnologiyalar sayəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir. Dünyanın təqdim olunan məsafəli təhsil formalarından ən optimalı isə onlayn təhsildir: "Bu səbəbdən də biz çətinlikləri və narahatlıqları başa düşürük. Çünki hazırkı durumda başqa variantlar yoxdur".







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR - NARAZILIQ...
Bu gün, 12:47
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Bu gün, 12:46
"Oxusunlar, ancaq musiqimizi korlamasınlar" - Xalq artisti
Bu gün, 12:44
Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu
Bu gün, 12:34
Əməkdar artistin ailəsi test edilib, cavab gözləyirlər: - Həkimlər şübhələnirlər
Bu gün, 12:32
“Mən tamaşaçılara geyimlərimin qiymətini açıqlamıram” - VİDEO
Bu gün, 12:13
İt döyüşlərini təşkil edənlərdən 4-ü saxlanıldı - 2-si isə axtarışa verilib
Bu gün, 12:10
Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən şəxs xəstəxanada ölüb
Bu gün, 12:08
Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq? - İDDİA
Bu gün, 12:05
Avropada çimərliklər məhdudiyyətlərlə açılıb
Bu gün, 12:02
"Səni dünya görmüş insan kimi tanıyırdım"
Bu gün, 11:42
Yerdəyişməsi aparılan şagirdlərin illik qiymətləndirilməsi qaydası açıqlanıb
Bu gün, 11:37
“Standard Insurance”a təyin edilmiş müvəqqəti inzibatçının adı məlum oldu
Bu gün, 11:34
Son 10 yeri tutan rayonların rəhbərləri... – DƏRHAL İŞDƏN GETMƏLİDİR
Bu gün, 11:28
"Onların əksəriyyəti diləndirilən, təzyiqlərə məruz qalan uşaqlardır"
Bu gün, 11:27
“Toy etmək üçün büdcəmə uyğun restoran tapa bilmirəm”
Bu gün, 11:25
Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb - FOTO
Bu gün, 11:23
Əbülfəs Qarayev heç, Cavid Qurbanovun da pulu yoxdur? - Biabırçı mənzərə...
Bu gün, 11:21
Bakıda dayanacaqda maraqlı elan: "Evlənmək istəyirəm" - FOTO
Bu gün, 11:18
Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
Bu gün, 11:16
Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçdi
Bu gün, 11:14
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Bu gün, 11:13
Baş gömrükçüyə daha bir səbəb göstərildi ki... - Rahatlıqla sözünü tuta bilsin...
Bu gün, 11:12
Narkotik bitkilər becərən Ağdaş və Göyçay sakinləri saxlanılıb
Bu gün, 11:06
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA
Bu gün, 11:01
Qubada polislər vətəndaşın köməyin yetişdilər - FOTO
Bu gün, 11:00
Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu
Bu gün, 10:54
“Batum konfransında tərəflər dil tapa bilməsəydi, Azərbaycan 3 yerə bölünəcəkdi” - MÜSAHİBƏ
Bu gün, 10:47
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 10:45
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Bu gün, 10:42
Türkiyədə sərnişin qatarlarına tətbiq edilən məhdudiyyət aradan qaldırıldı
Bu gün, 10:41
“Səndəki kişiliyə vuruldum”
Bu gün, 10:39
Azərbaycanlı jurnalist satıcı işləyən həyat yoldaşını amansızlıqla döydü — XƏYANƏTƏ GÖRƏ
Bu gün, 10:37
"AXC çox böyük dövlət olub" - deputat
Bu gün, 10:31
AzTV-dən Respublika Günü ilə bağlı maraqlı təqdimat - VİDEO
Bu gün, 10:27
Gürcüstanda koronavirusa yoluxanların sayı 738-ə çatdı
Bu gün, 10:25
Məmmədyarovanın keçmiş həyat yoldaşına qarşı daha bir İDDİA
Bu gün, 10:23
İranlı narkotacirlər azərbaycanlı biznesmeni necə tələyə saldılar? — Şok faktlar
Bu gün, 10:19
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
Bu gün, 10:17
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni tarixi bəlli olub - SİYAHI
Bu gün, 10:16
Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı
Bu gün, 10:16
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
Bu gün, 10:15
Məşhur bayraqdar da Əli Həsənovdan şikayətçidir - Prezidentə müraciət olundu
Bu gün, 10:11
Dövlət Statistika Komitəsinin MÜƏMMALI RƏQƏMLƏRİ... - Kimi aldadırlar?
Bu gün, 10:09
Ağdaşda “Xaş–xaş 2020” əməliyyatı: - 1 t 58 kq narkotik bitki yandırıldı
Bu gün, 10:06
Lənkəran Narkoloji Xəstəxanasında ÖZBAŞINALIQ - "Xəstəxananı bazar kimi idarə edir"
Bu gün, 10:04
Bu üç rayonda sakinlər şikayətçi düşsə də... - VİDEOGİLEY
Bu gün, 10:00
"Onlar itlərin bir- birini yaralamasından, qandan həzz alırlar"
Bu gün, 09:51
Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib
Bu gün, 09:48
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi - VİDEO
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru