Mədəniyyətimizin vəhşicəsinə TALANI .....                     Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə .....                     Sabiq deputatdan məmur övladlarına ETİRAZ: .....                     Bank sektorunun əsas problemi virus deyil .....                     Eldar Mahmudovun Zimbabvenin platin yataqları ilə nə əlaqəsi... .....                     "Ermənistanda vəziyyət fəlakət həddindədir" .....                     Qadın keçmiş əriylə yaşamaq istədi və ... .....                     İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib .....                     Gürcüstanın Baş Naziri istefa verir .....                     Sergey Narışkin Prezident İlham Əliyevə .....                     Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır .....                     “Ermənistan Avropadan ciddi zərbə alıb” .....                     Səfirlik ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib .....                     Maskalarla bağlı qərar qüvvəyə mindi .....                     Şamaxı rəsədxanasında əxlaqsızlıq yuvasının olması barədə direktor müavinindən AÇIQLAMA .....                     “Finoko” BOKT BAĞLANMA YOLUNDA .....                     Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir .....                     Varlıya dənizi satır, kasıba şıllaq atır… .....                     Balakəndə heroinlə tutulan şəxsin icra nümayəndəsinin oğlu olduğu məlum olub .....                     Mübariz Mənsimova ŞOK İTTİHAM... .....                     Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu .....                     "Abituriyentlər üçün dərs vaxtı" keçiriləcək .....                     Yol qəzalarında ölənlərin ailələri bu hadisələrin əleyhinə təbliğat aparacaq .....                     Zakir Qaralovun qardaşı DANIŞDI: .....                     "İndiyədək jurnalist evlərinin verilməsi ilə bağlı seçim doğru edilməyib" .....                     “Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq .....                     Vüsal Kərimli milyonları necə havaya sovurdu... .....                     57 Qarabağ ermənisi koronavirusa .....                     Maska taxmayan uşağa görə valideyni cərimələnəcək: .....                     Universitetlərə sənəd qəbulunun müddəti uzadıldı .....                     Bakıda 34 yaşlı qadın evdən qaçıb .....                     Azərbaycanda “Son zəng” keçirilməyəcək .....                     Bakıda kriminal avtoriteti öldürənlərin məhkəməsi .....                     Biləsuvarda baş verən qətlin bəzi təfərrüatı məlum olub .....                     Onlarda KORONAVİRUS AŞKARLANIB... .....                     Teledərslərin başa çatacağı tarix açıqlanıb .....                     Çempionatı iyunda bərpa olunacaq 15 ölkənin siyahısı bəlli olub .....                     Ağdam sakinini ilan sancıb .....                     Gədəbəydə ana və azyaşlı uşağını güllələyən şəxsin məhkəməsi başladı .....                     Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlandı .....                 

Koronavirusdan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlanıb
Tarix: 8-04-2020, 12:14 | Çap et
Koronavirusdan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlanıb
İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmlərini açıqlayıb.

“APA-Economics”in Nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakıları vergi ödəyicilərinin diqqətinə çatdırır:

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Xüsusi qeyd: Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində:

Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyətimizin vəhşicəsinə TALANI - FAKTLAR
Bu gün, 15:30
Rəqqasə Fatimə karantin qaydalarını sərt şəkildə pozdu
Bu gün, 15:19
Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə - Açıqlama
Bu gün, 15:15
“Sputnik Azərbaycan”ın əməkdaşları koronavirusa yoluxdu: - Ailələri ilə karantinə alındılar
Bu gün, 15:12
Sabiq deputatdan məmur övladlarına ETİRAZ: - “Vay bizim halımıza!”
Bu gün, 15:08
Bank sektorunun əsas problemi virus deyil - TƏHLİL
Bu gün, 15:05
Eldar Mahmudovun Zimbabvenin platin yataqları ilə nə əlaqəsi... - OFFŞOR SİRLƏRİ AÇILANDA
Bu gün, 15:04
"Ermənistanda vəziyyət fəlakət həddindədir" - Paşinyan
Bu gün, 15:02
Qadın keçmiş əriylə yaşamaq istədi və ... — Bakıdakı dəhşətli cinayətin İLGİNC TƏFƏRRÜATI
Bu gün, 14:58
İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib - Hesablama Palatası
Bu gün, 14:56
Gürcüstanın Baş Naziri istefa verir
Bu gün, 14:55
Sergey Narışkin Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Bu gün, 14:50
Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır
Bu gün, 14:48
“Ermənistan Avropadan ciddi zərbə alıb” - AKTUAL
Bu gün, 13:04
Səfirlik ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Bu gün, 12:57
"Uşaq böyüyəndə anaya deyir ki, sənə demişdim məni dünyaya gətirəsən?"
Bu gün, 12:56
Maskalarla bağlı qərar qüvvəyə mindi – Apteklərdə maska ajiotajı başladı
Bu gün, 12:50
Şamaxı rəsədxanasında əxlaqsızlıq yuvasının olması barədə direktor müavinindən AÇIQLAMA - VİDEO
Bu gün, 12:48
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
Bu gün, 12:44
Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir - FOTO
Bu gün, 12:42
Varlıya dənizi satır, kasıba şıllaq atır…
Bu gün, 12:38
Azərbaycanda “Teleradio haqqında” yeni qanun qəbul ediləcək
Bu gün, 12:37
Balakəndə heroinlə tutulan şəxsin icra nümayəndəsinin oğlu olduğu məlum olub - FOTO
Bu gün, 12:36
Mübariz Mənsimova ŞOK İTTİHAM... - Məşhur dənizçi İŞİD-FETÖ-Eldar Mahmudov üçbucağında
Bu gün, 12:35
Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu QADAĞAN EDİLDİ
Bu gün, 12:33
"Abituriyentlər üçün dərs vaxtı" keçiriləcək
Bu gün, 12:28
ABŞ-a köçən “Dəyirman”çı: - “Mərkəzdə kütləvi iğtişaşlar var”
Bu gün, 12:26
Yol qəzalarında ölənlərin ailələri bu hadisələrin əleyhinə təbliğat aparacaq
Bu gün, 12:24
Zakir Qaralovun qardaşı DANIŞDI: - "Cinayət məsuliyyətinə cəlb edilməmişəm"
Bu gün, 12:20
"İndiyədək jurnalist evlərinin verilməsi ilə bağlı seçim doğru edilməyib" — Vüsalə Mahirqızından MARAQLI TƏKLİF
Bu gün, 12:18
“Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq
Bu gün, 12:16
Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq...
Bu gün, 12:14
57 Qarabağ ermənisi koronavirusa YOLUXUB
Bu gün, 12:11
Maska taxmayan uşağa görə valideyni cərimələnəcək: - “Bu birmənalıdır”
Bu gün, 12:09
Universitetlərə sənəd qəbulunun müddəti uzadıldı - Diqqət!
Bu gün, 12:04
"Artıq reanimasiyadan palataya köçürülmüşəm" - Əməkdar artist
Bu gün, 12:02
Bakıda 34 yaşlı qadın evdən qaçıb
Bu gün, 11:59
Azərbaycanda “Son zəng” keçirilməyəcək - Təhsil Nazirliyi
Bu gün, 11:57
Bakıda kriminal avtoriteti öldürənlərin məhkəməsi BAŞLADI
Bu gün, 11:53
Biləsuvarda baş verən qətlin bəzi təfərrüatı məlum olub
Bu gün, 11:51
Onlarda KORONAVİRUS AŞKARLANIB... - SİYAHI
Bu gün, 11:50
AzTV-nin əməkdaşlarını lüt soyundurub buzlu suya atmışdılar...
Bu gün, 11:49
Teledərslərin başa çatacağı tarix açıqlanıb
Bu gün, 11:47
Çempionatı iyunda bərpa olunacaq 15 ölkənin siyahısı bəlli olub
Bu gün, 11:46
Ağdam sakinini ilan sancıb
Bu gün, 11:43
Gədəbəydə ana və azyaşlı uşağını güllələyən şəxsin məhkəməsi başladı
Bu gün, 11:40
İzzət Bağırova görə aparıcı Nanəyə TÖHMƏT VERİLİB — İLGİNC SƏBƏB
Bu gün, 11:38
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlandı
Bu gün, 11:34
Bakıda kişi özünü borudan asdı
Bu gün, 11:28
Azərbaycanda turizm şirkəti ləğv olundu
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru