Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir .....                     “Şərq Tərəfdaşlığı” ilə bağlı görüşlərdə müzakirə olunacaq məsələlər açıqlanıb .....                     Müəllimlərin yay məzuniyyəti ilə bağlı .....                     Təhsil Nazirliyi həbs edilən sabiq direktorla bağlı məlumat yaydı .....                     Bakıda 7 ekspress marşrut üzrə sərnişindaşımaları dayandırılır .....                     "Rayonlara gediş-gəlişin bərpası üçün bir müddət gözləmək lazımdır" .....                     Məcburi köçkünlərin “Qobu park 3” yaşayış kompleksinə köçürülməsinə başlanılır .....                     Tramp şəbəkəyə qarşı: Yeni oyun qaydaları .....                     Əhali banklardakı pulunu xərcləyir .....                     İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb .....                     Baş metroçu mətbuata SAVAŞ AÇIB .....                     Azərbaycanda 1 100-dən çox sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub .....                     Xüsusi karantin rejimində aksiya keçirilməsinə məhdudiyyət qoyulub .....                     Dərsliklər nə vaxt təhvil verilməlidir? .....                     İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq .....                     Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır .....                     Sabah dollar neçəyə olacaq? .....                     Adil Qəribova və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edilib .....                     Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub .....                     Siyəzəndə durum gərgindir .....                     Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb .....                     DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi .....                     Baş Nazir təhsillə bağlı .....                     Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb .....                     İş adamı Sumqayıta 1 milyon maska göndərdi .....                     "Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır" .....                     “SetexGroup” şirkətində ÖZBAŞINALIQ .....                     Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb .....                     "Neft Fondundan büdcəyə daxil olan vəsaitləri kənd təsərrüfatı gəlirləri olə əvəzləmək olar" .....                     Masallı rayon prokuroru işdən çıxarılıb .....                     Kənd ərazisi xüsusi nəzarətə götürülüb .....                     Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI .....                     : "Sırf şahmata görə həyatda bəzi səhvlər etmişəm" .....                     “PAŞA Holdinq”in struktur bölməsi yenidən təşkil olunur .....                     İslahatlar davam edəcək .....                     Şəhid analarını təhqir edən Fuad Muradovun ailəsindən prezidentə müraciət .....                     Korrupsiyaya yol vermiş orta məktəb direktoru ifşa edilib .....                     Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına yaba ilə hücum edib .....                     Hesablama Palatası büdcənin icrasına rəy verib .....                     “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil” .....                 

"Vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz..." - deputat
Tarix: 7-04-2020, 12:30 | Çap et
"Vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz..."
Dünən - aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Bu gündən isə Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Məsələnin aktuallığını nəzərə alaraq “Report” Milli Məclisin bir neçə deputatından əfv sərəncamı ilə bağlı açıqlama alıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Report”a açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən dünən – aprelin 6-da imzaladığı əfv sərəncamı ilk deyil:

“Belə ki, humanist və sosialyönümlü qərarların qəbulu bir tərəfdən cənab Prezidentin həyata keçirdiyi siyasətin təməl prinsipidirsə, digər tərəfdən müntəzəm olaraq belə qərarların,sərəncamların qəbul edilməsi artıq ictimaiyyətin inandığı, güvəndiyi və etimad göstərdiyi liderindən ənənəvi gözləntiləridir. Həqiqətən də insanların həyatının həssas dönəmlərində, eləcə də əlamətdar tarixi günlərdə və milli bayramlarda onlara sevinc bəxş edilməsi möhtərəm Prezidentimizin idarəçilik üslubudur”.

Komitə sədrinin müavini qeyd edib ki, dünyada insanların qlobal təhlükə olan koronavirusla üzləşdiyi, bir çox ölkələrdə insanların təlaş və təşviş içində olduğu məqamda ölkəmizdə 176 nəfər məhkumun cəzasının bağışlanaraq azadlığına qovuşmasını təmin edən ölkə rəhbərinin addımları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir:

“Sözsüz ki, bu ərəfədə belə bir əfv sərəncamının verilməsi 176 ailənin sıxıntılı dönəmlərində onlara sevinc bəxş edilməsi humanizm nöqteyi-nəzərdən çox təqdirəlayiqdir. Qeyd etmək istərdim ki, ümumiyyətlə ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, möhtərəm Prezidentimizin bu sahədə onun humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə bildirib ki, Prezident İlham Əliyevin dünən-aprelin 6-da imzaladığı əfv sərəncamı koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub:

“Ölkə başçısının sərəncamına əsasən ümumilikdə 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Cənab Prezidentin əfv sərəncamı ölkəmizdə ilk dəfə deyil ki, imzalanır. Ölkə başçısı hər zaman ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək əfv sərəncamları imzalayır. Bu sərəncam da ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu”.

Deputat deyib ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb:

“Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir. Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahüridir. Ancaq əlbəttə, bu addım nə qədər vacib və humanistdirsə, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyyilənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə bildirib ki, bu gün bəşəriyyət, böyük bir fəlakətlə, koronavirus (COVID-19) infeksiyası ilə üz-üzədir:

“Təəssüflər olsun ki, qlobal pandemiya Azərbaycandan yan keçmədi. Dövlətimizin prosesin başlanğıcında bu məsələyə ciddi yanaşması, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Belə bir çətin vaxtda koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı məhkumlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmadı. Ölkə başçımız dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, 176 məhkumun əfv sərəncamına imza atdı. Sərəncamına əsasən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü oldu”.

Deputat xatırladıb ki, ənənəvi olaraq, ölkə Prezidenti bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzalayardı: “Bu dəfə fərqli bir vaxtda, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı vaxtda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır. Ulu öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən dövlət başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində imzalanan əfv sərəncamı nəticəsində 176 nəfər azadlığına, ailəsinə qovuşması, ailəsinə sevinc aparması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda dar gündə də, xoş gündə də vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz İlham Əliyevin həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, adətən ölkəmizdə əlamətdar tarixi günlərdən, bayramlardan əvvəl Prezident İlham Əliyevin humanizm siyasətini təsdiqləyən əfv sərəncamları imzalanır, müəyyən səbəblər üzündən cinayət törədərək, azdlıqdan məhrum olan insanlar azadlıqlarına qovuşardılar: “Bu dəfə fərqli vaxtda – koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda ölkə başçısı tərəfindən əfv sərəncamı imzalandı. Dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və ailə üzvlərinin əfv haqqında müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv sərəncamı ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu. Belə bir çətin vaxtda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi dövlətin humanizm prinsiplərinin, dəyərlərinin yüksək həddə olduğunun göstəricisinə çevrildi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev imzaladığı sərəncam cinayət törətmiş şəxslərə qarşı humanizm addım olmaqla yanaşı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi: “Əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir
Dünən, 18:15
“Şərq Tərəfdaşlığı” ilə bağlı görüşlərdə müzakirə olunacaq məsələlər açıqlanıb
Dünən, 18:05
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Dünən, 18:04
Təhsil Nazirliyi həbs edilən sabiq direktorla bağlı məlumat yaydı
Dünən, 18:02
Bakıda 7 ekspress marşrut üzrə sərnişindaşımaları dayandırılır
Dünən, 18:02
"Rayonlara gediş-gəlişin bərpası üçün bir müddət gözləmək lazımdır"
Dünən, 18:00
Məcburi köçkünlərin “Qobu park 3” yaşayış kompleksinə köçürülməsinə başlanılır
Dünən, 17:55
"Heyvan olaraq da tanına bilərsən, əsas insan olmaqdır" - VİDEO
Dünən, 17:53
Tramp şəbəkəyə qarşı: Yeni oyun qaydaları - TƏHLİL
Dünən, 17:49
Əhali banklardakı pulunu xərcləyir - AKTUAL
Dünən, 17:48
İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb
Dünən, 17:45
Baş metroçu mətbuata SAVAŞ AÇIB - GƏLİŞMƏ
Dünən, 17:43
Azərbaycanda 1 100-dən çox sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub
Dünən, 17:36
"Kişilərin çoxu evdə oturub divanında poz verirdi"
Dünən, 17:35
Xüsusi karantin rejimində aksiya keçirilməsinə məhdudiyyət qoyulub - RƏSMİ AÇIQLAMA
Dünən, 17:32
Dərsliklər nə vaxt təhvil verilməlidir? - AÇIQLAMA
Dünən, 17:23
İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq
Dünən, 17:20
"Qısqanclıqdan ölə bilərəm"
Dünən, 17:18
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır
Dünən, 17:14
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:12
Adil Qəribova və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edilib
Dünən, 17:12
Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub
Dünən, 17:10
Siyəzəndə durum gərgindir - GİLEY
Dünən, 17:09
Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb
Dünən, 17:01
DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi
Dünən, 16:56
Baş Nazir təhsillə bağlı daha bir qərar verdi
Dünən, 16:41
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Dünən, 16:38
"Bəli, sevirdi, axır ki, dedi"
Dünən, 16:32
İş adamı Sumqayıta 1 milyon maska göndərdi
Dünən, 16:30
"Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır" - deputat
Dünən, 16:25
“SetexGroup” şirkətində ÖZBAŞINALIQ – İşçilərlə əmək müqaviləsi bağlanmır, etiraz edənlər işdən azad edilir…
Dünən, 16:21
Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb
Dünən, 16:17
“Bu günə qədər elə bilirdim, Asəf Zeynallının məzarı Fəxri Xiyabandadır... “
Dünən, 16:15
"Neft Fondundan büdcəyə daxil olan vəsaitləri kənd təsərrüfatı gəlirləri olə əvəzləmək olar" - deputat
Dünən, 16:04
Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı
Dünən, 16:02
Masallı rayon prokuroru işdən çıxarılıb
Dünən, 15:59
Kənd ərazisi xüsusi nəzarətə götürülüb - RƏSMİ
Dünən, 15:57
Xalq artistinin karantin günləri: - “Hamı kimi mən də qorxurdum”
Dünən, 15:55
Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI
Dünən, 15:51
: "Sırf şahmata görə həyatda bəzi səhvlər etmişəm" - Zeynəb Məmmədyarov
Dünən, 15:47
“PAŞA Holdinq”in struktur bölməsi yenidən təşkil olunur
Dünən, 15:40
İslahatlar davam edəcək - Dövlət Gömrük Komitəsi
Dünən, 15:39
Şəhid analarını təhqir edən Fuad Muradovun ailəsindən prezidentə müraciət - İLGİNC
Dünən, 15:36
Korrupsiyaya yol vermiş orta məktəb direktoru ifşa edilib - Baş Prokurorluq
Dünən, 15:30
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına yaba ilə hücum edib
Dünən, 15:27
Hesablama Palatası büdcənin icrasına rəy verib
Dünən, 15:26
“Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil” - Maliyyə naziri
Dünən, 15:25
Neft bahalaşmaqda davam edəcəkmi? - TƏHLİL
Dünən, 13:15
“Ticarət əlaqələri zəifləyərsə, ölkədə ciddi problemlər yarana bilər”
Dünən, 13:14
Neptun" marketdə moruq 55.50 AZN-ə satılır - ŞOK QİYMƏT
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru