Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş .....                     “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” .....                     Əflatun Amaşov İTTİHAMLARA BELƏ CAVAB VERDİ .....                     Tanınmış həkimdən proqnoz: .....                     Amerika qarışıb, həbslər davam edir .....                     "ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" .....                     Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb .....                     ƏLİ HƏSƏNOV GETDİ: İNDİ NƏ DƏYİŞMƏLİDİR? .....                     Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb .....                     Goranboyda beş nəfər koronavirusa yoluxdu .....                     Bərdədə nə baş verib: Baş Prokurorluq məlumat yaydı... .....                     Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi .....                     Köhnə bakılı Səidə və Elmira bacılarının Ermənistandakı cəhənnəm həyatı .....                     Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı .....                     Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 202 nəfər sağalıb .....                     Son sutkada Britaniyada 183 nəfər koronavirusdan vəfat edib .....                     Azərbaycana qarşı iş aparanların gerçək məqsədi nədir? .....                     "Sosial şəbəkələrə nəzarət vacibdir" .....                     Gürcüstanda soydaşlarımıza qarşı diksriminasiya ilə bağlı istintaq başladı .....                     "Ehtiyacın varsa götür, yoxdursa..." .....                     ƏƏSMN-dən daha bir “yardım fırıldağı” .....                     Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri görüldü .....                     Ölkə ərazisində faktiki hava açıqlanıb .....                     Aİ Trampı ÜST-lə bağlı qərarına yenidən baxmağa çağırıb .....                     “Qarabağ ətrafında fırtınadan öncəki səssizlik hökm sürür” .....                     Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? .....                     “Azərtoxum”un direktorunu bıçaqlayan şəxs tutuldu .....                     “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb .....                     "Medianın elə problemləri var ki, pandemiyadan qabaq və pandemiya dövründə eynidir" .....                     Lisenziyası ləğv edilən bankların qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır .....                     Rusiya XİN rəsmi "instagram" səhifəsində 28 May - Respublika günü münasibəti ilə paylaşım edib .....                     “Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır” .....                     Kitabını özü satan yazarlar: .....                     Şirkətlər və sahibkarlar üçün .....                     "Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa... .....                     Sabah dövlət orqanlarının son vaxtıdır .....                     "Trampın fərmanı tam haqlıdır" .....                     "Əsas məsələ idmançıların sağlamlığıdır" .....                     "Bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir" .....                 

Azərbaycan artıq post-pandemiya dövrünə hazırlaşır: - kim nə qazanacaq?
Tarix: 7-04-2020, 09:34 | Çap et
Azərbaycan artıq post-pandemiya dövrünə hazırlaşır:
"Koronavirus (SARS-CoV-2) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Baş nazir aprelin 4-də sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Tədbirlər Planı üç - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyi istiqamətlərini əhatə edir: "İqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir. Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir".

"500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq", - deyə o bildirib.
V.Qasımlı qeyd edib ki, dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq: "Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi nəzərdə tutulur. Post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq".

"Post-korona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Bu Korporasiya strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin işlənməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcək. Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək", - deyə o qeyd edib.

O bildirib ki, sonuncu istiqamət makroiqtisadi və maliyyə sabitliyi adlanır: "İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək".

"Bütövlükdə, Tədbirlər Planının qarşısında əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir.

Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır.
Bundan başqa, postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaqdır", - deyə V.Qasımlı əlavə edib.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş - TƏFƏRRÜAT
Dünən, 20:00
“Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan
Dünən, 19:36
Əflatun Amaşov İTTİHAMLARA BELƏ CAVAB VERDİ - "Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin"
Dünən, 19:22
Tanınmış həkimdən proqnoz: - “Yoluxma statistikası yenə də artacaq”
Dünən, 19:20
"Ana kimi xoşbəxtəm, lakin bir vətəndaş kimi sınığam"
Dünən, 19:15
Amerika qarışıb, həbslər davam edir
Dünən, 19:03
"ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo
Dünən, 18:55
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb
Dünən, 18:35
"Kamera görəndə şir-pələng olurlar"
Dünən, 18:29
ƏLİ HƏSƏNOV GETDİ: İNDİ NƏ DƏYİŞMƏLİDİR? – “Mətbuat Şurasının qurultayı çağırılsın”
Dünən, 18:24
Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb
Dünən, 18:21
Goranboyda beş nəfər koronavirusa yoluxdu
Dünən, 18:17
Bərdədə nə baş verib: Baş Prokurorluq məlumat yaydı... - TƏFƏRRÜAT
Dünən, 18:05
"Mən görüb, görməyib, yenə görənlərdənəm"
Dünən, 18:01
Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi
Dünən, 17:57
Köhnə bakılı Səidə və Elmira bacılarının Ermənistandakı cəhənnəm həyatı
Dünən, 17:45
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
Dünən, 17:44
Azərbaycanda koronavirusa yoluxanların sayı 5 mini ötdü
Dünən, 17:43
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 202 nəfər sağalıb - 3 nəfər vəfat edib
Dünən, 17:42
Son sutkada Britaniyada 183 nəfər koronavirusdan vəfat edib
Dünən, 17:40
Azərbaycana qarşı iş aparanların gerçək məqsədi nədir? - "Bizimkilər"in bizə qarşı açdığı cəbhə
Dünən, 17:31
"Sosial şəbəkələrə nəzarət vacibdir" - Daha bir deputat çağırış etdi
Dünən, 17:19
Gürcüstanda soydaşlarımıza qarşı diksriminasiya ilə bağlı istintaq başladı
Dünən, 17:16
"Ehtiyacın varsa götür, yoxdursa..." – Bakıda xeyirsevər xanımdan gözəl addım
Dünən, 17:00
ƏƏSMN-dən daha bir “yardım fırıldağı” - İşsiz statusu olan xanıma aktiv VÖEN-i olduğu bildirilib
Dünən, 16:53
Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri görüldü
Dünən, 16:50
Ölkə ərazisində faktiki hava açıqlanıb - dalğanın hündürlüyü 4.5 metrə çatıb
Dünən, 16:47
"Ayıb yoldaşına kömək etməməkdir" - Tanınmış şair lobya təmizlədi
Dünən, 16:44
Aİ Trampı ÜST-lə bağlı qərarına yenidən baxmağa çağırıb
Dünən, 16:41
“Qarabağ ətrafında fırtınadan öncəki səssizlik hökm sürür” – ELDAR NAMAZOV
Dünən, 16:39
Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR
Dünən, 16:37
“Azərtoxum”un direktorunu bıçaqlayan şəxs tutuldu
Dünən, 16:31
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb
Dünən, 16:30
"Sahib olacağımız ən gözəl varlıq..."
Dünən, 15:38
"Medianın elə problemləri var ki, pandemiyadan qabaq və pandemiya dövründə eynidir"
Dünən, 15:34
Lisenziyası ləğv edilən bankların qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır
Dünən, 15:28
Rusiya XİN rəsmi "instagram" səhifəsində 28 May - Respublika günü münasibəti ilə paylaşım edib
Dünən, 15:10
“Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır”
Dünən, 15:09
Kitabını özü satan yazarlar: - “Onlar Məhəmməd Hadidən artıq deyillər”
Dünən, 14:58
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
Dünən, 14:55
"Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa... - deməli, o millət məhvə məhkumdur"
Dünən, 14:53
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI
Dünən, 14:48
"Trampın fərmanı tam haqlıdır"
Dünən, 14:46
"Əsas məsələ idmançıların sağlamlığıdır" - Əməkdar məşqçi zalların bağlı qalmasının tərəfdarıdır
Dünən, 14:21
"Bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir" - deputat
Dünən, 14:17
“Eldar Mahmudov MTN-i necə iflic etmişdisə, Əbülfəs Qarayev də Mədəniyyət Nazirliyini həmin duruma salıb” - İTTİHAM
Dünən, 14:14
Bu insanlar mətbuata ayrılan pulları oğurlayıblar - Bütün bunlar araşdırılmalıdır
Dünən, 14:05
“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru danışdı - narahatlığa əsas yoxdur
Dünən, 13:59
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
Dünən, 13:58
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib - DİN
Dünən, 13:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru