Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi .....                     İt döyüşü təşkil edənlər barəsində .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb .....                     28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat .....                     Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi .....                     Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir .....                     Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb .....                     İyunun 1-dən yas mərasimlər belə keçiriləcək .....                     Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? .....                     Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi .....                     “Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir .....                     "Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq" .....                     Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR .....                     Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib .....                     Bakı əhalisinin sayı açıqlanıb .....                     Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı .....                     Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? .....                     "Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” .....                     Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında .....                     Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub .....                     "Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" .....                     “Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” .....                     "Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" .....                     Ceyhun Bayramov necə yeyir... .....                     Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi .....                     Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub .....                     Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb .....                     Sabahdan Türkiyədə məscidlər açılacaq .....                     “İlk addımı Rusiyadan gözləmək düzgün deyil” .....                     Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir .....                     Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... .....                     Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı .....                     Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi .....                     Eldar Əzizov Tağıyevi rəis təyin etdi .....                     İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin .....                     Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək .....                     Əli Həsənov mediadan birdəfəlik gedir .....                     İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya .....                     Mülayim cənub küləyi əsəcək .....                     "İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR .....                 

Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir? - TƏHLİL
Tarix: 2-04-2020, 14:41 | Çap et
Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir?
Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Müharibələr, çətin vəziyyətlər adamları da, dövlətləri də tanımağa imkan verir. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir. Soyuqqanlı və təcrübəli olmaq həmişə işə yarayır.

Dünyanın yeni bəlası qapını döyəndə Azərbaycan rəhbərliyi məhz belə etdi. Təmkinli, lakin çevik qərarlarla, bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlanıldı.

Azərbaycan hökuməti Operativ Qərargah yaratdı, gücləndirilmiş iş rejiminə keçdi, profilaktik və preventiv tədbirlər görüldü, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanıldı. Dövlət və xalq həmrəyliyinin işarəsi olan (milli təhlükəsizliyi təhdid edə biləcək belə günlərdə ən çox buna ehtiyac var) addımlar atılmağa başladı. Ən başlıcası, dövlət üçün büdcəsinə gələcək vergi, iqtisadiyyatının inkişafını göstərəcək rəqəmlərlə müqayisə olunmayacaq qədər qiymətli və dəyərli olan - Vətəndaşın sağ qalması, sağlamlıq faktorunun prioritet olduğu göründü. Vətəndaşın bunu hiss etməsi, öz üzərində anlaması isə belə vəziyyətdə çox mühüm olan əvəzsiz psixoloji dəstək rolunu oynadı.

Bu günlərdə Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüskarlığı ilə

atılan addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Teledərs və online dərs təcürbəsi

Azərbaycan koronavirusla mübarizədə ilk addım kimi bütün təhsil müəssisələrində dərsləri təxirə saldı. Amma çox qısa müddətdə tədris prosesi bərpa olunmağa başladı. Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən “Mədəniyyət” və “ARB Günəş” kanallarında ölkənin ümumtəhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanıldı. “Dərs vaxtı” adlanan teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun təqdim edildi.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən də izləmək imkanı əldə etdilər. Həmçinin, Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında 1920 videodərs yerləşdirildi.
Aprelin 2-dən isə Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində canlı online dərslərə start verildi. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə bildilər. Online dərslər təkcə orta məktəblərə deyil, həm də ali təhsil müəssisələrinə şamil edildi.

Azərbaycanın bu təcrübəsinin öyrənilməsinə başlandı və proses hazırda davam edir. Artıq Ukrayna və Gürcüstanda təcrübənin istifadə olunmasına başlanıb. Ukrayna Prezidenti Vladimir Zelenski özü bu barədə məlumat verib.

Koronovirusla Mübarizəyə Dəstək Fondu təcrübəsi

Azərbaycanın Koronovirusla Mübarizəyə Dəstək Fondu yaratması ideyası da artıq geniş təcrübəyə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, özünün və Birinci Vitse Prezident Mehriban Əliyevanın bir illik maaşını ianə etdiyi fonda vətındaşlar, iş adamları, dövlət qulluqçuları, şirkətlər ianələrlə qoşuldular. Artıq fondda 100 milyon manatdan artıq vəsait toplanıb. Belə günlərdə mühüm məsələrdən biri milli və vətəndaş həmrəyliyinin mövcudluğu, bunu cəmiyyətin bir daha hiss etməsi, hər kəsin Vətən üçün, cəmiyyət üçün əlindən gələni edə bilməklə öz bacarığını və hissini nümayiş etdirməsidir. Bu Fond məhz həmin hisslərin, davranışların, cəmiyyətin bütövlüyünün göstəricisi kimi çox vacib stimul oldu. Azərbaycandan sonra Rusiya, Türkiyə və digər ölkələrdə də eyni məzmunlu fondlar yaradıldı. Həmin ölkələrdə də dövlət rəhbərləri, iş adamları, vətəndaşlar eynilə bu fondlara ianələrlə cəmiyyətlərinə mesajlar verdilər.

Azərbaycan təcrübəsindən yazırlar

Ukrayna Ali Radasının deputatı Borislav Berezanın nv.ua saytında yayımlanan “Koronavirusla mübarizə. Bunu Azərbaycanda necə edirlər?” məqaləsində elə bu cür də qeyd edir: “Koronavirusla mübarizə çərçivəsində Azərbaycan təcrübəsi Ukraynada tətbiq edilə bilər. Mən, ümumiyyətlə, Azərbaycan rəhbərliyini ideallaşdırmıram, amma onların işində bir strategiya və sistem görürəm”.

Ukraynalı deputat Azərbaycan Prezidentinin koronavirusla mübarizədə gördüyü işləri qeyd edib: “Hazırda Azərbaycanda koronavirusun yoxlanması üçün mütəşəkkil testlər aparılır. Bu, pulsuzdur. Koronavirusun dünyada sürətlə yayılması və qonşu ölkələrdə meydana çıxması ilə əlaqədar Azərbaycanda COVID-19-la mübarizə üçün xüsusi laboratoriyalar yaradılıb. Bundan əlavə, virusa yoluxma şübhəsi meydana çıxarsa, Azərbaycanın istənilən bölgəsinə tez bir zamanda gedib təcili müayinə aparmaq iqtidarında olan səyyar laboratoriyalar təşkil olunub. Sənaye müəssisələrinin yenidən yönləndirilməsi çərçivəsində Azərbaycanda tibbi maskalar istehsal edən müəssisələr açılır. Bu, dövlətin dəstəyi ilə həyata keçirilir. Azərbaycan öz mövqeyində 16 pillə irəliləyərək ABŞ-ın "İrs Fondu"nun "İqtisadi Azadlıq İndeksi" reytinqində 44-cü yeri tutub. Ukrayna bu reytinqdə 147-ci yerdə - Qambiya, Argentina və Mikroneziyanın arasındadır. Bu, həm də büdcəni artırmaq üçün dövlət siyasətinin bir hissəsidir ki, daha sonra pulu koronavirusla mübarizəyə xərcləyə bilsin. Qarşıdakı günlərdə təsdiqlənməli və tətbiq olunmalı bir sıra tədbirlər var. Vergi güzəştlərindən tutmuş koronavirus epidemiyası zamanı müəllimlərə xüsusi qayğının göstərilməsinə qədər. Bütün bunlar problemin həllinə sistemli bir yanaşmanın olduğunu göstərir. Azərbaycanlılar daha az narahatdırlar. Onlar, sadəcə, bu mübarizədə sağ qalmağa hazırlaşırlar və dövlət bunun üçün onları təmin etməyə hazırdır. Hökumətimiz bunu öyrənməlidir”.

Ukraynalı jurnalist Aleksandr Demçenko da lb.ua saytında yayımlanan məqaləsində Azərbaycan təcrübəsinə istinad edib: “Məsələn, Azərbaycan nə etdi? Bakı koronavirusun yayıldığı ölkələrdən gələn vətəndaşların əvvəlcə hava limanında yoxlanışdan keçməsi üçün bir sistem yaratdı. Gələnlər sadəcə orada "saxlanılmadı". Təyyarələr hamısı eyni zamanda gəlmədi, əksinə infeksiyanın yayılmasının qarşısını almaq üçün təyyarələr növbəli şəkildə gəldi. Bundan əlavə, gələn vətəndaşların hamısı mütləq müşahidə altına alındı. Bu məqsədlə dörd-beş ulduzlu otel ayrılıb. Vətəndaşlar bunun üçün bir qəpik də ödəmirlər, bütün xərcləri dövlət öz üzərinə götürüb”.

Daha sonra jurnalist qeyd edir: “İndi ölkədə koronavirusla mübarizəni dəstəkləyən bir fond var. Onun ehtiyacları üçün bir milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ayrı-ayrılıqda illik maaşlarını fonda köçürüblər. Həm də qeyd etmək lazımdır ki, fonda təkcə dövlət hesabına ödənişlər olmur. Hazırda orta və kiçik şirkətlər, banklar və digər özəl qurumlar tərəfindən fonda 10 manatdan 2 milyon manata qədər köçürmələr edilir və bu proses davam edir. Bu səylər sayəsində fonda 100 milyon manatdan çox könüllü ianə köçürülüb. Düşünürəm ki, Azərbaycan ən sağlam strategiyanı seçdi... Artıq bütün Azərbaycan karantindədir. Ölkədə çaxnaşma yoxdur. Dövlət qurumlarına etibar və onların yalnız buraxılmayacağına dair bir inam var”.

Xatırladaq ki, bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirib ki, digər dövlətlər tərəfindən Azərbaycanın indiyə qədər olan təcrübəsi öyrənilir, bununla bağlı müxtəlif ölkələr tərəfindən müraciətlər olub...

... Görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına ümid yaradır. Amma bu çətin günlər yeni, daha böyük bir təcürbə qazandırdı...

Biz birlikdə güclüyük!

APA Analitics





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi - VİDEO
Bu gün, 19:41
İt döyüşü təşkil edənlər barəsində HƏBS QƏRARI ÇIXARILDI
Bu gün, 19:37
Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb
Bu gün, 19:34
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
Bu gün, 19:32
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi
Bu gün, 19:02
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT
Bu gün, 18:56
Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - Bakı polisi
Bu gün, 18:51
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək - VİDEO
Bu gün, 18:31
Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? - GƏLİŞMƏ
Bu gün, 18:14
Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi - FOTO
Bu gün, 18:00
"Kimsə anlamırsa, başını müalicə etdirsin"
Bu gün, 17:50
“Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir
Bu gün, 17:42
"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"
Bu gün, 17:40
Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
Bu gün, 17:37
Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib
Bu gün, 17:34
Bakı əhalisinin sayı açıqlanıb
Bu gün, 17:32
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı
Bu gün, 17:16
Nadir Qafarzadə övladlığa uşaq götürür
Bu gün, 17:13
Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? - TƏHLİL
Bu gün, 17:01
"Sizi döyən ərdən boşanın" - Xalq artisti
Bu gün, 16:54
"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - ekspert
Bu gün, 16:50
Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında QƏRAR VERDİ
Bu gün, 16:46
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub
Bu gün, 16:36
"Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" - Səfir
Bu gün, 15:51
“Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” – İqtisadçıdan TƏKLİF
Bu gün, 15:34
"Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" - deputat
Bu gün, 15:28
Ceyhun Bayramov necə yeyir... - İTTİHAM
Bu gün, 15:21
Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi - FOTO
Bu gün, 15:07
Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub
Bu gün, 14:58
Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb - VİDEO
Bu gün, 14:56
Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: - “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”
Bu gün, 14:50
Sabahdan Türkiyədə məscidlər açılacaq
Bu gün, 14:43
“İlk addımı Rusiyadan gözləmək düzgün deyil” - Peskov
Bu gün, 14:41
Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir - VİDEO
Bu gün, 14:19
Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... - Akop Koçaryan
Bu gün, 14:15
Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
Bu gün, 14:01
“Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm”
Bu gün, 13:59
Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 13:49
Eldar Əzizov Tağıyevi rəis təyin etdi - Bir Tağıyev getdi, o biri Tağıyev gəldi...
Bu gün, 13:38
"Müğənnilər niyə ağlayırlar?"
Bu gün, 13:34
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
Bu gün, 13:32
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək - Xəbərdarlıq...
Bu gün, 13:18
Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
Bu gün, 13:11
Cahangir Məmmədlinin canlı yayımda halı pisləşdi - VİDEO
Bu gün, 13:03
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Bu gün, 12:59
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:53
"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR - NARAZILIQ...
Bu gün, 12:47
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Bu gün, 12:46
"Oxusunlar, ancaq musiqimizi korlamasınlar" - Xalq artisti
Bu gün, 12:44
Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru