Bu kəndin karantinə alınması xəbəri yalan çıxdı .....                     Bakıda kişi narkotikə görə qonşusunu öldürdü .....                     Faktiki hava açıqlanıb .....                     “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb? .....                     Taleh Şahsuvarlıdan Aslan İsmayılova sərt cavab: .....                     Aleksandr Lukaşenko Prezident İlham Əliyevi .....                     Sahibkar müştəriyə "hərif" kimi baxsa... .....                     İsrail qəzeti Milli Şuranın gey qalmaqalından yazdı .....                     Azərbaycanda görünməmiş “tender müəmmasi” .....                     Deputatla professor arasında böyük qalmaqal .....                     Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib .....                     “Erməni həmkarımın açıqlaması arqumentlərdən məhrumdur” .....                     Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub .....                     Qubada 57 yaşlı kişi intihar edib .....                     Sabah 31 dərəcə isti olacaq .....                     Roza " Əl açdım göylərə" üçün onlarla bir araya gəldi .....                     Vaqif Əliyevin Mədəniyyət naziri vəzifəsini icra etməsi xəbərinə reaksiya .....                     Binə qəsəbəsində narkotik tərkibli bitkilər əkib-becərən silahlı narkotacir saxlanılıb. .....                     Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb .....                     Biləsuvarda narkotacirlər 1 kiloqram heroinlə tutuldular .....                     Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır .....                     Qobuda iş adamını öldürən ata və oğul hökmdən narazıdır .....                     Travmatologiya inisitutunda ÖZBAŞINALIQ .....                     Elxan Usubova ittihamlar seriyası... .....                     “Kəlbəcər” restoranında karantin qaydaları pozuldu .....                     Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs tutuldu .....                     Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı .....                     Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb .....                     "Azərbaycan Dövlət Dəmir Yolu" QSC-nin işçisinin tanışı ilə .....                     Bakı və Sumqayıt daha da işıqlanacaq: .....                     Şəkidə 1 tondan artıq narkotik bitki məhv edilib .....                     Xaricə gedənlərə YENİ TƏLƏB: .....                     Yeni başçı və keçmiş rektor haqda ŞOK İDDİA .....                     “Artıq-əskik danışsam, meyitimi Fəxri Xiyabana buraxmazlar…” .....                     Nazir olma sevdasına düşən İcra başçısı .....                     "Traktor" klubunun futbolçularında koronavirus aşkarlandı .....                     Ağstafada 19 yaşlı oğlan özünü asdı .....                     Qarayevin səlahiyyətlərini kim icra edir? .....                     Deputatlar tətilə gec yollanacaqlar .....                     Ermənistanda bir gündə rekord yoluxma qeydə alınıb .....                 

"Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir" - Mehriban Əliyeva
Tarix: 1-04-2020, 12:12 | Çap et
 "Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə xalq müraciət edib.

"Report"un xəbərinə gör, müraciətdə deyilir:

"Əziz həmvətənlərim!

Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi.

Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var! Zənnimcə, bəşəriyyət orta əsrlərdən bəri bu cür təhlükəli və belə miqyaslı epidemiya ilə rastlaşmayıb. Pandemiya günbəgün, demək olar ki, gözümüzün önündə öyrəşdiyimiz gündəlik həyat tərzimizi dəyişir, günümüzü həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: “Həqiqətənmi hər şey belə ciddidir?”, “Bizi nə gözləyir, sonumuz necə olacaq?”. Və ən əsas sual: “Epidemiya nə vaxt bitəcək?”. Bu “dəhşətli hadisə”nin tez bitməsi üçün bizim hər birimiz nə etməliyik?

Açığını deyim ki, bu sualların cavabları heç də asan deyil, çətindir, amma cavablar var. Hər şeydən əvvəl, biz hamımız vəziyyətin olduqca ciddi olduğunu və hər birimizdən, bütün yaş təbəqələrindən olan vətəndaşlarımızdan maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməyi tələb etdiyini şərtsiz qəbul etməliyik. Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!

Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir. Dövlətimizin bütün mümkün maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən yaxşı elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilası naminə çalışır. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr sürətləndirilmiş formada istehsal sahələrini dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq-mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər. Ölkə hüdudlarının keşiyində dayanan hərbi qulluqçular yüksək döyüş əzmini qoruyub saxlayırlar. Tibb işçilərimizə - həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə - onlar mübaliğəsiz demək olar ki, hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər. Respublikada görülən bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır!

İnanıram ki, hökumətlərin və alimlərin titanik səyləri, koronavirusla mübarizəyə yönələn milyardlarla dollar, avro və manat mütləq və hökmən istədiyimiz nəticəyə, bizim epidemiya üzərində ümumi qələbəmizə gətirib çıxaracaqdır. Amma bunu da dərindən dərk etməliyik ki, bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər.

Əziz həmvətənlərim, mənim doğmalarım!

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!

Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadırlar və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!

Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər. Mən artıq bu barədə yazmışdım ki, COVID-19 yeni, bugünədək elmə məlum olmayan virus olduğuna görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri situativ xarakter daşıyır və onlar dünyanın müxtəlif yerlərindən daxil olan məlumatlar təhlil olunduqca dəyişirlər.

Beləliklə, ÜST-nin sonuncu bəyanatı bu infeksiyaya müxtəlif yaş kateqoriyalarından olan insanların yoluxduğunu və hətta gənclər üçün real təhlükə olması faktını təsdiqləyir. Artıq koronavirusa yoluxmuş uşaqların ölüm halları qeydə alınır.

Məhz buna görə bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək biz taleyin bizi üzləşdirdiyi bu qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün bir-birimizi qoruya bilərik. Bu qələbə mütləq baş tutacaq! Mən bu qələbəyə inanıram! ÖZÜNÜZDƏN MUĞAYAT OLUN! SİZİ SEVİRƏM! SİZƏ İNANIRAM!

Hər birinizə dualarla,

Sizin MEHRİBAN"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu kəndin karantinə alınması xəbəri yalan çıxdı - "Bizim kənddə 12 nəfərdə koronovirus aşkarlanmışdı"
Bu gün, 19:01
Bakıda kişi narkotikə görə qonşusunu öldürdü
Bu gün, 18:55
Faktiki hava açıqlanıb
Bu gün, 18:49
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb? - AÇIQLAMA
Bu gün, 18:46
Taleh Şahsuvarlıdan Aslan İsmayılova sərt cavab: - “Mənim nəinki Əli Həsənov...”
Bu gün, 18:39
"Mənə laqeyid qalmaq mümkün deyil"
Bu gün, 18:38
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Bu gün, 18:36
Sahibkar müştəriyə "hərif" kimi baxsa... - Turizm ölkəsi ola biləcəyikmi?
Bu gün, 18:32
İsrail qəzeti Milli Şuranın gey qalmaqalından yazdı
Bu gün, 18:26
"Qardaşımın qətli ilə bağlı arvadı çox şey bilir" — Əməkdar artist
Bu gün, 18:22
Azərbaycanda görünməmiş “tender müəmmasi” - Şirkət 3 gün sonra niyə imtina etdi?
Bu gün, 18:20
Deputatla professor arasında böyük qalmaqal - Sərt ittihamlar
Bu gün, 18:19
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Bu gün, 18:17
“Erməni həmkarımın açıqlaması arqumentlərdən məhrumdur” - Gürcüstanın Səhiyyə naziri
Bu gün, 18:16
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub - FOTO
Bu gün, 18:14
Qubada 57 yaşlı kişi intihar edib
Bu gün, 13:12
Sabah 31 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 13:11
"Çox pis oluram ki, ondan halallıq ala bilmədim"
Bu gün, 13:09
Roza " Əl açdım göylərə" üçün onlarla bir araya gəldi
Bu gün, 13:02
Vaqif Əliyevin Mədəniyyət naziri vəzifəsini icra etməsi xəbərinə reaksiya - "Səlahiyyətlər rəsmi şəkildə heç kimə həvalə edilməyib"
Bu gün, 12:55
Binə qəsəbəsində narkotik tərkibli bitkilər əkib-becərən silahlı narkotacir saxlanılıb. - FOTO
Bu gün, 12:52
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO
Bu gün, 12:48
Biləsuvarda narkotacirlər 1 kiloqram heroinlə tutuldular - FOTO
Bu gün, 12:40
Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır
Bu gün, 12:35
Qobuda iş adamını öldürən ata və oğul hökmdən narazıdır
Bu gün, 12:33
Travmatologiya inisitutunda ÖZBAŞINALIQ - rüşvət verə bilməyən xəstəyə ''xərçəng diyaqnozu'' qoyuldu
Bu gün, 12:30
Elxan Usubova ittihamlar seriyası... - "Rüşvəti köçürmə yolu ilə alır..."
Bu gün, 12:28
“Kəlbəcər” restoranında karantin qaydaları pozuldu - FOTO
Bu gün, 12:22
Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs tutuldu
Bu gün, 12:18
Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb
Bu gün, 12:12
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
Bu gün, 12:00
"Azərbaycan Dövlət Dəmir Yolu" QSC-nin işçisinin tanışı ilə ŞOK CİNAYƏTLƏRİ
Bu gün, 11:51
Bakı və Sumqayıt daha da işıqlanacaq: - Enerjiyə 50 faiz qənaət ediləcək
Bu gün, 11:50
Şəkidə 1 tondan artıq narkotik bitki məhv edilib - FOTO
Bu gün, 11:45
“Əgər kiməsə əxlaqsız deyirsə...”
Bu gün, 11:39
Xaricə gedənlərə YENİ TƏLƏB: - Azərbaycanda koronavirusla bağlı arayışı hansı xəstəxana verir?
Bu gün, 11:37
Yeni başçı və keçmiş rektor haqda ŞOK İDDİA - İTTİHAM
Bu gün, 11:35
“Artıq-əskik danışsam, meyitimi Fəxri Xiyabana buraxmazlar…”
Bu gün, 11:30
Nazir olma sevdasına düşən İcra başçısı – Yaxın çevrəsi ilə birgə öz kabinetində şampan məclisi düzənlədi
Bu gün, 11:28
"Traktor" klubunun futbolçularında koronavirus aşkarlandı
Bu gün, 11:26
Ağstafada 19 yaşlı oğlan özünü asdı
Bu gün, 11:25
"Bədənini satılıq əşya kimi nümayiş etdirirsən" - QALMAQAL
Bu gün, 11:18
Qarayevin səlahiyyətlərini kim icra edir? - Rəsmi
Bu gün, 11:16
Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: - "Bu qədər nankorluq olmaz"
Bu gün, 11:11
Deputatlar tətilə gec yollanacaqlar - SƏBƏB
Bu gün, 11:07
Ermənistanda bir gündə rekord yoluxma qeydə alınıb
Bu gün, 11:00
Abşeronda it dişləyən 53 yaşlı kişi quduzluqdan ölüb
Bu gün, 10:56
Dalğanın hündürlüyü 2.,6 metrə enib - FAKTİKİ HAVA
Bu gün, 10:55
ADAU rektoru müəllimə qarşı qərəzini davam etdirir - NAZİRƏ MÜRACİƏT
Bu gün, 10:53
Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında yer alıb
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru