Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı .....                     Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi .....                     Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar .....                     Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər .....                     Epidemioloji gedişat bizi narahat edir .....                     Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? .....                     Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi .....                     "Polislər günün altında dayananda da maskadan istifadə edirlər” .....                     "Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" .....                     Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq .....                     Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur .....                     "Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb" .....                     Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına .....                     TƏBİB sabahki iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi .....                     Modul tipli xəstəxanalar nə vaxt istifadəyə veriləcək? .....                     Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır .....                     Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır .....                     Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır .....                     TƏBİB sədri əhalini şayiələrə inanmamağa çağırdı .....                     190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil .....                     Jurnalistlər həftə sonları necə işləyəcək? .....                     Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar .....                     Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər .....                     Həftə sonunda apteklər və marketlər tam bağlanacaq .....                     Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi .....                     Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər .....                     Sabah dollar neçəyə olacaq? .....                     Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib .....                     Daha 262 yeni koronavirusa yoluxub, 2 nəfər ölüb .....                     "Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb .....                     Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər .....                     Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər .....                     Kamran Əliyevdən açıqlama: .....                     Parlament sədrindən vətəndaşlara çağırış: .....                     Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası .....                     Azərbaycanda dövlət büdcəsinə borclar artıb .....                     ABŞ-dakı “demokratiya dərsi”: .....                     Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı .....                     Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub .....                 

Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - FOTO
Tarix: 28-03-2020, 16:24 | Çap et
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir
DİA.AZ: - Abşeron rayonunda koronavirus (COVID-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər genişləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır.

DİA.AZ xəbər verir ki, hazırda Abşeron rayonunda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, qabaqlayıcı tədbirlərin görülməsi diqqət mərkəzindədir. Belə ki, rayonda xəstəliyin yayılmasının qarşının alınması, əhalinin mütəmadi olaraq məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.

Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.

Bununla yanaşı, rayonun operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Xırdalan şəhəri də daxil olmaqla Abşeronda kənd və qəsəbələrin küçə və prospektləri, parkları, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya edilir.

Rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən rayon ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış Zəngilan, Gənclər və Qaranat şəhərcikləridə koronavirusa qarşı dezinfeksiya olunub.

Rayonun mərkəzi bazarında, avtovağzalında, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısında, dayanacaqlarda, bir sözlə, insanların toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri gündəlik olaraq aparılır.

Maarifləndirmə işlərinin səmərəliliyini daha da artırmaq məqsədilə səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsilə sakinlər arasında təbliğat aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərə çatdırılır. Bununla bərabər, rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində və internet resurslarında “evdə qal, həyatını xilas et!” devizi altında çağırışlar edilib.

Abşeronlu könüllülər tərəfindən sakinlərə bukletlər paylanılıb, müxtəlif yerlərdə elanlar yapışdırılıb. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin, könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman preparatları ilə təmin olunması həyata keçirilir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatı işçilərindən, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən, bələdiyyələrdən, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və polis əməkdaşlarından ibarət yaradılmış mobil qruplar ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini həyata keçirirlər.

Çevik Polis Alayı əməkdaşları rayonun müxtəlif ərazilərində səsgücləndirici ilə insanları maarifləndirir, çölə çıxmamağa çağırır. DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələrini xahiş ediblər.

Qeyd edək ki, gündəlik olaraq rayon üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib və gücləndirilmiş iş rejiminə keçirilib.

Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı
Bu gün, 18:25
Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi – TAM MƏTN
Bu gün, 18:16
Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar
Bu gün, 18:11
Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər
Bu gün, 18:09
“Fuad Poladov vətənpərvər olmayan hər kəsi lənətləyirdi”
Bu gün, 18:07
Epidemioloji gedişat bizi narahat edir - Qərargah
Bu gün, 17:58
Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? - Kamran Əliyev açıqladı
Bu gün, 17:57
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Bu gün, 17:55
"Polislər günün altında dayananda da maskadan istifadə edirlər” - Ramin Bayramlı
Bu gün, 17:53
"Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" - Ramin Bayramlı
Bu gün, 17:50
Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq
Bu gün, 17:46
"Təşəbbüsə görə Mehriban xanıma dərin təşəkkürümü bildirirəm"
Bu gün, 17:45
Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur - Hesablama Palatası
Bu gün, 17:43
"Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb" - Qərargah
Bu gün, 17:42
Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına dəyişiklik edilib
Bu gün, 17:37
TƏBİB sabahki iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi
Bu gün, 17:36
Modul tipli xəstəxanalar nə vaxt istifadəyə veriləcək? - “B” PLANI
Bu gün, 17:36
Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır - GİLEY
Bu gün, 17:33
Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır - TƏBİB
Bu gün, 17:31
Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır - Ramin Bayramlı
Bu gün, 17:29
TƏBİB sədri əhalini şayiələrə inanmamağa çağırdı
Bu gün, 17:28
190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil - Qərargah
Bu gün, 17:27
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 17:25
Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar
Bu gün, 17:23
Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər HƏBS OLUNDU
Bu gün, 17:22
Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI
Bu gün, 17:20
Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi
Bu gün, 17:16
Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər - Ramin Bayramlı
Bu gün, 17:14
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:13
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ - ŞOK FAKTLAR
Bu gün, 17:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib
Bu gün, 17:08
Daha 262 yeni koronavirusa yoluxub, 2 nəfər ölüb
Bu gün, 17:07
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ
Bu gün, 17:06
Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər
Bu gün, 16:52
Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər - SİYAHI
Bu gün, 16:46
Kamran Əliyevdən açıqlama: - Bu sürücülər 400 manat cərimələnəcək
Bu gün, 16:44
Parlament sədrindən vətəndaşlara çağırış: - Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın
Bu gün, 16:38
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası - MƏDİNƏYƏ HÖKM OXUNDU...
Bu gün, 16:36
Azərbaycanda dövlət büdcəsinə borclar artıb
Bu gün, 16:33
ABŞ-dakı “demokratiya dərsi”: - Beynəlxalq təşkilatlar niyə susur?
Bu gün, 16:31
Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı - RƏSMİ
Bu gün, 16:29
Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub
Bu gün, 16:26
Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi
Bu gün, 16:25
“Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ
Bu gün, 16:22
Bakı, Sumqayıt və Gəncədə “ASAN” mərkəzləri sabah saat 14:00-dan 8 iyun saat 09.00-dək işləməyəcək - Diqqət!
Bu gün, 16:21
“Nə deyilirsə, ona əməl etmək lazımdır”
Bu gün, 16:20
“Tək pul yox, digər əşyalar da risk qrupuna aiddir” – Virus hər yerdədir !
Bu gün, 16:13
"Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz" - deputat
Bu gün, 16:11
Donorluqla əlaqədar əlil olanlara pensiya veriləcək
Bu gün, 16:08
Avropa Liqasında son 50 ilin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI
Bu gün, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru