Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı .....                     Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi .....                     Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar .....                     Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər .....                     Epidemioloji gedişat bizi narahat edir .....                     Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? .....                     Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi .....                     "Polislər günün altında dayananda da maskadan istifadə edirlər” .....                     "Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" .....                     Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq .....                     Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur .....                     "Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb" .....                     Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına .....                     TƏBİB sabahki iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi .....                     Modul tipli xəstəxanalar nə vaxt istifadəyə veriləcək? .....                     Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır .....                     Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır .....                     Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır .....                     TƏBİB sədri əhalini şayiələrə inanmamağa çağırdı .....                     190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil .....                     Jurnalistlər həftə sonları necə işləyəcək? .....                     Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar .....                     Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər .....                     Həftə sonunda apteklər və marketlər tam bağlanacaq .....                     Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi .....                     Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər .....                     Sabah dollar neçəyə olacaq? .....                     Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib .....                     Daha 262 yeni koronavirusa yoluxub, 2 nəfər ölüb .....                     "Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb .....                     Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər .....                     Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər .....                     Kamran Əliyevdən açıqlama: .....                     Parlament sədrindən vətəndaşlara çağırış: .....                     Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası .....                     Azərbaycanda dövlət büdcəsinə borclar artıb .....                     ABŞ-dakı “demokratiya dərsi”: .....                     Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı .....                     Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub .....                 

“Taclı bəla”nın qapınızı döyəcəyi günü gözləməyin
Tarix: 28-03-2020, 11:06 | Çap et
“Taclı bəla”nın qapınızı döyəcəyi günü gözləməyin
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Bu koronavirus nə bəladırsa, çöküb bizim boğazımıza – yeməyimizdən, içməyimizdən tutmuş, geyimimizə, bir sözlə həyatımızda nə varsa, hamısına öz düzəlişlərini edir. Açığı deyim ki, mən koronavirus məsələsinə skeptik yanaşanlardan biriyəm, ondan qorxmuram, amma bu virusla mübarizə çərçivəsində bəzən məntiqdən uzaq verilən qərarlardan bərk narahat oluram. Virusdan qorxmamağımın səbəbi onunla mübarizə üçün dövlətin verdiyi qərarlara sayğısızlıq anlamına gəlmir. Çalışıram ki, o qərarların tamına da olmasa, çoxuna riayət edim. Necə deyərlər, elnən gələn bəla toy-bayram olar.

Bu bayram günlərində, qələminə çox hörmət etdiyim İbrahim Nəbioğlunun “öəlikli isti istənilən xəstəliyə qarşı daha effektivdir” – zarafatyana tövsiyəsini əsas götürərək, ailəmlə birgə virusun bol olduğu Bakıdan qaçaraq, Azərbaycanın öəlikli isti, sini xəngəli və tut arağı ilə məşhurlaşan bölgələrindən birinə səfər etdim. Xatırladıram ki, mən Bakıdan çıxanda, hələ dövlət tərəfindən şəhərdən çıxmağa rəsmi qadağa filan qəbul edilməmişdi. Bu barədə ancaq həmin rayona gəlişimdən iki gün sonra bildim. Amma qəbul edilsə belə, elə bir ciddi təşvişim yox idi. Bilirdim ki, heç nə olmayacaq. Axı niyə belə əmin idim? İzah edim.

Təbii ki, istənilən virusun, xüsusən də dərmanı hələ tapılmayan virusun birinci əlacı insanın öz orqanizmidir. Yəni orqanizmin immunitet qabiliyyəti. Bu qabiliyyəti nə qədər gücləndirsək, bir o qədər Allah tərəfindən demək olar ki, ideal yaradılan orqanizmimiz bütün xarici təhlükələrə sinə gərə bilir. Biz sadəcə olaraq, ona kömək etməliyik.

İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin nəzdində Tropik Xəstəliklər və QİÇS Tədqiqatı Mərkəzinin rəhbəri Zvi Bentviçin məqaləsində yazdıqları ilə oxucuları tanış etmişdim (https://ayna.az/news/8804). O kişinin məsləhətləri mənə çox məntiqli gəldi. Və sadə gigiyena qaydalarına riayət etməklə kifayətlənməyərək, orqanizmimə əlavə güc vermək qərarına gəldim. Bəli, evdə qalmadım, amma insanların daha az olduğu bir bölgəyə gəldim. Səhərimi ac qarına iki qaşıq tut bəhməzi ilə açır, sonra təmiz bulaq suyu içərək, artıq yaz günəşinin yaşıllaşdırmağa başladığı bağda bir saat gəzir, daha sonra kənd yumurtası qayğanağını üstünə qaymaq çəkilmiş fətirlə sıyıraraq, yeyir, üstündən də 1-2 stəkan limonlu samovar çayı içirəmsə, deməli orqanizm əlavə güc alır. Günorta və ya axşam yeməyinə 1-2 qədəh tut arağının müşayiəti ilə ya öəlikli (əvəlikli) isti, ya sini xəngəli, ya da gözümün qabağında sacda bişirilən kətənin üzərinə keçi pendiri ovxalayıb yeyirəmsə, bu virus, qədeşlər demiş, mənə neyniyə bilər, alə?

Təbii ki, içərisində həqiqət payı çox olan bu zarafatyana deyilmiş sözlərlə qətiyyən koronavirusla yeganə mübarizə üsulunun bu olduğunu iddia etmirəm. Sadəcə izah edirəm ki, bütün dünya üçün bu ağır gündə təkcə maska və spirt almaqla kifayətlənməyin. Özünüzün və ətrafınızın sağlamlığı naminə immunitetinizi gücləndirin. Bütün mümkün vasitələrlə bunu edin. Müxtəlif yollarla edin. Mən deyən bir yol idi.

Mən Bakıdan giriş-çıxışın məhdudlaşdırılmadığı vaxtda çıxmışdım. İndi insanları evdə qalmağa çağırırlar. Evdə qala-qala da immuniteti möhkəmlədnirmək olar. İnternet doludur belə reseptlərlə. Yəni deməyim odur ki, evdə oturaraq, televizor qarşısında ağzınızda maska virusun sizin qapınızı nə vaxt döyəcəyini gözləməyin. Öz orqanizminizə kömək edin ki, koronavirus sizin qapıdan belə rahat keçə bilməsin.

Yuxarıda misal çəkdiyim israilli alimlə bağlı məqalənin sonunda yazmışdım ki: Mən nahaq yerə israilli alimin fikirləri ilə səni tanış etmədim, əziz oxucu. Metroda, avtobusda, küçədə gəzərkən belə, adi gigiyena qaydalarına əməl etmək lazımdır. Virus yayılsa da, yayılmasa da. Bu sadə qaydalara riayət etsəniz, bir gün özünüzə “Axı niyə mən COVİD-ə rast gəldim?” sualını verməyəcəksiniz. Hər halda alim belə deyir - israilli alim. Onların isə ağlına yəqin ki, heç kim şübhə etmir. Yəqin, elə COVID-in dərmanını da onlar hazırlayacaqlar.

Yazıdakı sonuncu cümləm, deyəsən öz təsdiqini tapır, axı. Elə həftəsonu məlumat yayıldı ki, tərkibində iki aktiv maddə - lopinavir və ritonavir olan dərman preparatı “Kaletra” artıq İsraildədir. Koronavirusla mübarizədə effektivliyi (yəni artıq virusa yoluxmuş ağır xəsətlərin müalicəsində) yoxlanılmış bu dərmanın 2,3 ton çəkisi olan böyük bir partiyası, adının açıqlanması qadağan edilən bir dövlətdən artıq İsrailə gətirilib. Dərmanı “Sarel” dövlət şirkəti xəstəxanalara paylayacaq. Preparat ölkəyə hökumətin tibb üzrə rəsmi məsləhətçisi Avihay Mandelblitin icazə və tövsiyyəsi ilə gətirilib.

Odur ki, əziz oxucu, səbr et və şəxsi gigiyenaya ciddi riayət etməklə orqanizmini gücləndir. Çarə artıq yoldadır...
//ayna.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı
Dünən, 18:25
Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi – TAM MƏTN
Dünən, 18:16
Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar
Dünən, 18:11
Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər
Dünən, 18:09
“Fuad Poladov vətənpərvər olmayan hər kəsi lənətləyirdi”
Dünən, 18:07
Epidemioloji gedişat bizi narahat edir - Qərargah
Dünən, 17:58
Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? - Kamran Əliyev açıqladı
Dünən, 17:57
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Dünən, 17:55
"Polislər günün altında dayananda da maskadan istifadə edirlər” - Ramin Bayramlı
Dünən, 17:53
"Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" - Ramin Bayramlı
Dünən, 17:50
Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq
Dünən, 17:46
"Təşəbbüsə görə Mehriban xanıma dərin təşəkkürümü bildirirəm"
Dünən, 17:45
Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur - Hesablama Palatası
Dünən, 17:43
"Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb" - Qərargah
Dünən, 17:42
Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına dəyişiklik edilib
Dünən, 17:37
TƏBİB sabahki iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi
Dünən, 17:36
Modul tipli xəstəxanalar nə vaxt istifadəyə veriləcək? - “B” PLANI
Dünən, 17:36
Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır - GİLEY
Dünən, 17:33
Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır - TƏBİB
Dünən, 17:31
Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır - Ramin Bayramlı
Dünən, 17:29
TƏBİB sədri əhalini şayiələrə inanmamağa çağırdı
Dünən, 17:28
190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil - Qərargah
Dünən, 17:27
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
Dünən, 17:25
Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar
Dünən, 17:23
Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər HƏBS OLUNDU
Dünən, 17:22
Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI
Dünən, 17:20
Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi
Dünən, 17:16
Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər - Ramin Bayramlı
Dünən, 17:14
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:13
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ - ŞOK FAKTLAR
Dünən, 17:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib
Dünən, 17:08
Daha 262 yeni koronavirusa yoluxub, 2 nəfər ölüb
Dünən, 17:07
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ
Dünən, 17:06
Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər
Dünən, 16:52
Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər - SİYAHI
Dünən, 16:46
Kamran Əliyevdən açıqlama: - Bu sürücülər 400 manat cərimələnəcək
Dünən, 16:44
Parlament sədrindən vətəndaşlara çağırış: - Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın
Dünən, 16:38
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası - MƏDİNƏYƏ HÖKM OXUNDU...
Dünən, 16:36
Azərbaycanda dövlət büdcəsinə borclar artıb
Dünən, 16:33
ABŞ-dakı “demokratiya dərsi”: - Beynəlxalq təşkilatlar niyə susur?
Dünən, 16:31
Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı - RƏSMİ
Dünən, 16:29
Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub
Dünən, 16:26
Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi
Dünən, 16:25
“Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ
Dünən, 16:22
Bakı, Sumqayıt və Gəncədə “ASAN” mərkəzləri sabah saat 14:00-dan 8 iyun saat 09.00-dək işləməyəcək - Diqqət!
Dünən, 16:21
“Nə deyilirsə, ona əməl etmək lazımdır”
Dünən, 16:20
“Tək pul yox, digər əşyalar da risk qrupuna aiddir” – Virus hər yerdədir !
Dünən, 16:13
"Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz" - deputat
Dünən, 16:11
Donorluqla əlaqədar əlil olanlara pensiya veriləcək
Dünən, 16:08
Avropa Liqasında son 50 ilin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI
Dünən, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru