Azərbaycanla bağlı nikbin sorğu .....                     Keçmiş icra başçısı prorektor təyin edilib .....                     "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq" .....                     Bakıda 31 yaşlı gənc etil spirti içib öldü .....                     Evdə qalaq, həmrəy olaq, sağlam olaq! .....                     Elmar Vəliyevin bağbanı ölü tapıldı .....                     Apteklərdə maska böhranı .....                     Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü .....                     Xəstəxananın 10-cu mərtəbəsində ac-susuz saxlanılan tibb işçiləri barədə .....                     8 yaşlı uşağın ölümünə səbəb oldu .....                     Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 6%-dən çox artırıb .....                     Azərbaycan son 17 ildə neft hasilatını 2,4 dəfə artırıb .....                     Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib .....                     "İndiki zamanda qız tapmaq çətindir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Nazir müşavirinə yüksək vəzifə verdi .....                     Azərbaycan və Aİ arasında sazişin 90 faizindən çox hissəsi razılaşdırılıb .....                     “Xeyli adamın evində nə ərzaq, nə də pul ehtiyatı var” .....                     Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır .....                     Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? .....                     Pandemiya bədəndə 49 gün qala bilər .....                     «Hökumət maraqlı seçim qarşısındadır .....                     Həmsədrlərin işini qətiyyətlə dəstəkləyirik .....                     Milli Məclisdə islahat başladı .....                     “Urals” nefti 10 dollara düşüb .....                     TƏBİB-dən Koronavirusdan ölənlərin dəfni ilə bağlı .....                     Vasif Talıbov Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9 aylıq maaşını bağışladı .....                     İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı .....                     Avtobusla işə gedənlərin həyatı üçün böyük risk .....                     Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparanlarla bağlı statistika açıqlandı .....                     “Azərbaycan aprel döyüşlərini təkrarlaya bilər” .....                     Göyçayda itkin düşən şəxs Bakıda tapılıb .....                     İrəvan korona ilə bağlı böyük səhvə yol verdi .....                     Virusun "yaratdığı" yeni dünya: Kim qalib çıxacaq? .....                     “Mobil operatorların abunəçilərin maddi durumunu nəzərə almamaları təxribatdır, yoxsa...” .....                     Daxili İşlər Nazirliyi .....                     Bərdə rayonunda sanitar-profilaktik və maarifləndirici işlər planlı şəkildə davam etdirilir .....                     Heybət İmanov arzusuna çata bilmədi... .....                     Sahil Babayevə müavin təyin edildi .....                     Əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur .....                 

"Ən mühüm problemlər işsizlik və manata təzyiqlərdir" - MÜSAHİBƏ
Tarix: 27-03-2020, 12:19 | Çap et
"Ən mühüm problemlər işsizlik və manata təzyiqlərdir"
Neftin dünya bazar qiymətinin kəskin düşməsi, koronavirus pandemiyası səbəbilə iqtisadiyyatın digər sektorlarında da durğunluğun yaranması Azərbaycanda zərərçəkən sektorlara dövlət dəstəyinin ən qısa müddətdə təmin olunmasını tələb edir. Əksər dünya ölkələri, qonşumuz olan Rusiya da daxil olmaqla, belə mexanizmləri tətbiq etməyə başlayıblar.

Azərbaycanda da hökumət dəstək tədbirlərini müəyyənləşdirmək üçün 4 işçi qrup yaradıb. Lakin hələlik heç bir sektor üzrə konkret mexanizm hazırlanıb tətbiqinə başlanmayıb. Müstəqil ekspertlər təkidlə dəstək tədbirlərinin tətbiqində gecikməməyi tövsiyə edirlər.

İqtiadçı-ekspert Rəşad Həsənovla hazırda ölkədə yaranmış iqtisadi situasiya, problemlərdən mümkün çıxış yolları barədə qısa müsahibəni təqdim edirik.

-Rəşad bəy, hazırda ölkə iqtisadiyyatının hansı sahələrinə ilk növbədə yardım edilməlidir?

- Cari situasiya Azərbaycan iqtisadiyyatı üçün iki istiqamətdə yeni çağırışlar yaradır. Birincisi, koronovirus pandemiyasının yaratdığı izloyasiya, ikincisi isə neft qiymətlərinin kəskin azalmasıdır. Hər iki problem iqtisadiyyatın bütün sektorlarına neqativ təsir göstərməkdədir. Bununla belə, turizm sənayesi, o cümlədən yerləşdirmə və səyahətin təşkili, nəqliyyat sektoru, o cümlədən hava nəqliyyatı ilə sərnişin daşınması və şəhərlərarası sərnişindaşıma, ictimai iaşə sektoru, beynəlxalq tədbirlərin təşkili kimi sahələrdə daha ciddi zərərlər yaranmaqdadır.

-Bu günlərdə biznesə dövlət yardımı ilə bağlı ilkin parametrlər iqtisadiyyat naziri tərəfindən açıqlandı. Sizcə, hansı parametrlər əlavə olunmalıdır?

- İndiki halda mühüm problemlərdən biri iqtisadiyyatın əhəmiyyətli bir qisminin qeyri-formal olması və statisikanın zəif təşkili və məlumatlarının keyfiyyətinin aşağı olmasıdır. Buna görə də istənilən mükəmməl qiymətləndirmə meyarı belə mövcud vəziyyətin düzgün təhlili və dəstək tədbirlərinin əhatəliliyinin təmin edilməsində yetərsiz qalacaqdır. Bununla belə, hesab edirəm ki, məşğulluq, maliyyə əlçatanlığı, mövcud təşviq mexanizmlərindən yararlanmaq imkanı kimi məqamlar nəzərə alınmaqla mikro və kiçik sahibkarlıq dəstəklərin mərkəzində yer almalıdır.

-Kiçik və orta biznesin dəstəklənməsi üçün qısamüddətli dövrdə hansı addımlar atılmalıdır?

-İstənilən dəstək mexanizmi likvidliyin qorunması, xərclərin optimallaşdırılması və mövcud iş yerlərinin qorunması və yaxud ixtisarlarının maksimum azaldılması prinsiplərinə uyğun təşkil edilməlidir. KOB-lar üçün ilk olaraq maliyyə yükü yaradan bütün növ öhdəliklərin, o cümlədən kredit borclarının, cərimə və sanksiya borclarının, kommunal xidmətlər üzrə borcların təxirə salınması və kompensasiyası məsələsi həll edilməlidir. Çünki bir sıra fəaliyyət istiqamətləri üzrə fəaliyyətin tam dayanması, digərlərində isə tələbin azalması və məhdudlaşdırma kimi səbəblərdən müəssisələrin maliyyə vəziyyətini təsəvvür edilməyəcək səviyyədə pisləşdirib. Bundan başqa, vergi və digər fiskla öhdəliklər üzrə güzəştlər təklif edilməli, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi üçün dayanıqlı mexanizmlər hazırlanmalıdır.

-Qeyri-rəsmi məşğul olan on minlərlə insanın hazırda işsiz və pulsuz qaldığı aydındır. Bu insanlara dövlət yardımının çatdırılması mexanizmini necə görürsünüz? Belə adamları necə müəyyənləşdirmək mümkündür?

-Bu, çox mürəkkəb məsələdir. Neçə illərdir onu deməyə çalışırıq ki, statistika olmalıdır. Son əhalinin siyahıya alınması prosesinin necə biabırçı və məsuliyyətsiz təşkilinin də şahidi olduq. Cari vəziyyətdə hədəfli dəstək mexanizmlərinin işlənib haızrlanması çox çətindir. Ancaq bir məsələ aydındır ki, qeyri-rəsmi fəaliyyət sahələri də dayanıb. Yəni bundan əvvəl vətəndaş işləyib gəlirini gizlədirdisə, hazırda isə gəlirdən, gizli məşğulluqdan danışmaq doğru olmazdı. Buna görə də məsələn, ailədə dövlət və özəl sektorda muzdlu çalışanın olmaması, aktiv sahibkar olmaması, hansısa formada büdcədən müavinət, pensiya, təqaüd və başqa transfertlər almaması kimi meyarlar nəzərə alınmaqla digərlərinə ailə üzvlərinin sayına uyğun olaraq istehlak kartları paylana bilər. Beləliklə, təminatsız ailələrdə kommunal xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi və gündəlik zəruri tələbat mallarının istehlakı imkanı yaradıla bilər. Nəzərə almaq lazımdır ki, bir çöx ölkələr böhranla mübarizədə istehlak dəstəklənir və bu yolla biznesin aktivliyi təşviq olunur.

-Ayrılan 1 milyard manat dəyən zərəri qarşılamaq üçün yetərlidirmi, yoxsa dövlət əlavə vəsait də yönəltməli olacaq?

-Ümumiyyətlə, virusun mövcudluğu sona çatmadıqca, dünya bazarlarında müşahidə edilən qeyri-müəyyənliyə aydınlıq gəlmədikcə zərərin həcminin müəyyən edilməsi mümkün deyil. Zərərin miqyası COVID-19 pandemiyasının davametmə müddətindən asılı olacaqdır. Digər məsələ isə ayrılan bir milyardın hansı tədbirlərin maliyyələşməsinə yönəldilməsi məsələsidir. İndiki halda gizli iqtisadiyyatın yeganə avantajı ondan ibarətdir ki, biznes zərərlərini tam olaraq sübut edə bilməyəcək. Bu isə hökumətin bu istiqamətdə xərclərini azaldan faktorlardan biridir. Amma mənim fikrimcə, əlavə vəsaitin cəlb edilməsi zərurəti yaranacaq.

-Yaxınmüdətli dövrdə ölkə iqtisadiyyatında hansı neqativ proseslər daha çox gözləniləndir və hökumət onlara qarşı hansı addımlar ata bilər?

-Neqativ proseslər artıq başlayıb. Hazırda daxili və xarici konyuktur gözlənilmədiyi qədər pisləşib. Lakin hələ proseslər yenidir. Vaxt uzandıqca mənfi təsirlər daha da dərinləşəcək. Hazırda iki istiqamətdə vəziyyət sürətlə pisləşir. Birincisi, işsizlikdir. Bununla bağlı təcili addımlar atılmalıdır. İndiki halda iş yerlərinin yaradılması təşəbbüsləri absurd səslənəcək. Buna görə maddi dəstək mexanizmi yaradılmalıdır. İkinci məsələ isə manatın məzənnəsi üzərində artmaqda davam edən təzyiqdir. Cari vəziyyətdə hökumət bütün resurslardan və alətlərdən istifadə edərək məzənnənin sabitliyini qorumalıdır. Əks halda, vəziyyət nəzarət olunmayan məcralara yönələ, idxal inflyasiyası sürətlənə, alıcılıq daha da zəifləyə və böhranın idarəolunması xərci daha da arta bilər.
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla bağlı nikbin sorğu
Bu gün, 18:13
Keçmiş icra başçısı prorektor təyin edilib
Bu gün, 18:09
"Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq" - Mehriban Əliyeva
Bu gün, 18:07
Bakıda 31 yaşlı gənc etil spirti içib öldü
Bu gün, 18:03
"Həyat yoldaşımla ayrılmışıq" - Xalq artisti
Bu gün, 18:01
Evdə qalaq, həmrəy olaq, sağlam olaq! - Nərimanov Rayon İcra Hakimiyyəti
Bu gün, 18:01
Elmar Vəliyevin bağbanı ölü tapıldı - Hamı koronavirusdan şübhələnir
Bu gün, 17:44
Apteklərdə maska böhranı - REPORTAJ
Bu gün, 17:39
Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü - Səbəbi bilinmir
Bu gün, 17:36
Xəstəxananın 10-cu mərtəbəsində ac-susuz saxlanılan tibb işçiləri barədə TƏBİB-dən AÇIQLAMA
Bu gün, 17:34
8 yaşlı uşağın ölümünə səbəb oldu – Məhkəmə
Bu gün, 17:32
Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 6%-dən çox artırıb
Bu gün, 17:30
Xalq artisti Fidan Hacıyeva evindən tamaşaçılarla görüşəcək
Bu gün, 17:26
Azərbaycan son 17 ildə neft hasilatını 2,4 dəfə artırıb
Bu gün, 17:16
"İnsan nə qədər ata-ana muğamı oxuyar?"
Bu gün, 17:11
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
Bu gün, 17:08
"İndiki zamanda qız tapmaq çətindir" - VİDEO
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
Nazir müşavirinə yüksək vəzifə verdi - FOTO
Bu gün, 17:01
Azərbaycan və Aİ arasında sazişin 90 faizindən çox hissəsi razılaşdırılıb - HESABAT
Bu gün, 17:00
“Xeyli adamın evində nə ərzaq, nə də pul ehtiyatı var” - deputat
Bu gün, 16:58
Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL
Bu gün, 16:55
Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA
Bu gün, 16:54
Pandemiya bədəndə 49 gün qala bilər - Şok araşdırma
Bu gün, 16:53
«Hökumət maraqlı seçim qarşısındadır - «MONETAR TƏLƏ»
Bu gün, 16:51
Həmsədrlərin işini qətiyyətlə dəstəkləyirik - ATƏT PA
Bu gün, 16:49
Milli Məclisdə islahat başladı - AÇIQLAMA
Bu gün, 16:44
“Urals” nefti 10 dollara düşüb
Bu gün, 16:43
TƏBİB-dən Koronavirusdan ölənlərin dəfni ilə bağlı AÇIQLAMA
Bu gün, 16:21
Vasif Talıbov Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9 aylıq maaşını bağışladı
Bu gün, 16:14
İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı
Bu gün, 16:12
Avtobusla işə gedənlərin həyatı üçün böyük risk – Nə etmək olar?
Bu gün, 16:09
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparanlarla bağlı statistika açıqlandı
Bu gün, 16:02
“Azərbaycan aprel döyüşlərini təkrarlaya bilər” – Erməni politoloq
Bu gün, 16:01
Göyçayda itkin düşən şəxs Bakıda tapılıb
Bu gün, 16:00
"Hər birimiz bu xəstəliyin daşıyıcısı ola bilərik"
Bu gün, 15:57
İrəvan korona ilə bağlı böyük səhvə yol verdi - Badalyan
Bu gün, 15:56
Virusun "yaratdığı" yeni dünya: Kim qalib çıxacaq? - TƏHLİL
Bu gün, 15:52
“Mobil operatorların abunəçilərin maddi durumunu nəzərə almamaları təxribatdır, yoxsa...” - deputat
Bu gün, 15:48
Daxili İşlər Nazirliyi AYAQDADIR
Bu gün, 15:45
Bərdə rayonunda sanitar-profilaktik və maarifləndirici işlər planlı şəkildə davam etdirilir
Bu gün, 15:44
Heybət İmanov arzusuna çata bilmədi... - GƏLİŞMƏ
Bu gün, 15:42
Sahil Babayevə müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 15:38
Əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur
Bu gün, 15:36
Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
Bu gün, 15:33
Qaradağda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir
Bu gün, 15:32
Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlama
Bu gün, 15:28
Ceyhun Bayramov bunları bilirmi? - İDDİA
Bu gün, 15:27
Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb
Bu gün, 15:25
""Evdə qal" tələbinə hər kəs özündən başlamalı, karantin rejiminə birmənalı əməl etməlidir"
Bu gün, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru