Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq .....                     Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? .....                     TƏBİB koronavirusla əlaqədar səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir .....                     "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq" .....                     MTRŞ-ya yeni üzv təyin olunub .....                     Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib .....                     KİVDF-yə yeni icraçı direktor təyin olundu .....                     Partiya sədrinin müavini “Eurohome”a səsləndi: .....                     Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb .....                     "Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər" .....                     Bakıda onlayn narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçib .....                     Tərtərdə dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir .....                     Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı .....                     Milli Məclisin deputatları xidməti vəsiqə ilə hərəkət edəcək .....                     Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər .....                     Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü .....                     Milli Məclisin iclasının vaxtı .....                     “OPEC+” ölkələrinin danışıqları aprelin 9-da keçirilə bilər .....                     "Araz" supermarketində ENDİRİM FIRILDAĞI .....                     Güneydə virus tüğyan edir: .....                     MSK-nın maşını oğurlandı .....                     Rusiyada tanınmış azərbaycanlı iş adamı və diaspor üzvü dünyasını dəyişdi .....                     “Azeri Light” 3,90 dollar .....                     Bakıda erməni qadın məhkəməyə müraciət etdi .....                     ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib .....                     Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq .....                     Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb .....                     Koronavirusa yoluxan Neftçala sakini: .....                     Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib .....                     15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... .....                     Akademik Hüseyn Əhmədov vəfat etdi .....                     Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir .....                     Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir .....                     Avtomobillə sərnişindaşıma qadağan olunacaq .....                     Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq .....                     Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır .....                     ATV də Prezidentin çağırışına qoşuldu .....                     Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı .....                     “Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” .....                 

Koronavirus və uşaqlar: Nələri bilmək vacibdir? – Peşəkar həkim baxışı
Tarix: 26-03-2020, 13:43 | Çap et
Koronavirus və uşaqlar: Nələri bilmək vacibdir?
Dr. Erkin Rəhimov
Azvision.az


Əziz valideynlər, söz verdiyimiz kimi, koronavirusun uşaqlara təsiri haqqında ən son məlumatları sizə təqdim edirik. Virus haqqında (Haradan yarandı, necə yayılır, simptomları nələrdir, müalicəsi və peyvəndi varmı, fəsadları nələrdir) rəsmi tibbi mənbələrdə artıq kifayət qədər ümumi məlumat var. Lakin uşaqlardakı infeksiya haqqında elmi məlumat nisbətən az olduğu üçün, təbii olaraq, valideynlərdə narahatçılıq hissi yaranır. Bu yazının məqsədi bugünə olan son elmi sübutlara əsaslanmış məlumatı xalqımıza çatdırmaqdır.

Nəzərinizə çatdırım ki, aşağıda yazılanlar 25.03.2020 tarixinə qədər dərc edilmiş elmi məqaləlardən hazırlanıb.

1) Hamilə qadınlar digər insanlar kimi bu virusa yoluxa bilərlər (Yoluxma əsasən hava-damcı və yaxın təmas yoluyla olur). Bəzi viruslar hamilə qadınlarda hamilə olmayanlara nisbətən daha ağır keçir, bu virusla əlaqəli belə məlumat yoxdur. Nəzərə alsaq ki, bu virus son 3 ayda dünyaya yayılıb, yalnız hamiləliyin üçüncü trimestr ilə əlaqədar yetərli elmi məlumatlar var. Bu müddətdə infeksiyaya yoluxmuş hamilələrdən doğulan körpələrdə ciddi, ölümlə nəticələnən problemlərə rast gəlinməyib. Birinci və ikinci trimestrdə (ilk altı ay) yoluxan hamilələrdə döldə hansı patologiyaların ola biləcəyi hələ ki, bilinmir. Qeyd edilən faktları nəzərə alaraq, xəstəxanalarda hamilələri və yeni doğulmuşları mümkün olduğu qədər digər xəstələrdən ayırmaq lazımdır ki, virus onlara yoluxmasın.

2) Koronavirusa yoluxmuş hamilədən doğulmuş körpələrdə alınan analizlərdə virus aşkar olunmadığı üçün virusun bətndaxili dölə keçmədiyi düşünülür (xəstə sayı az olduğu üçün dəqiq “keçmir” demək olmur, lakin çift və dölyanı mayedən götürülən analizlərdə virus mənfi çıxıb). Normal doğuş, yoxsa qeysəriyyə yoluyla doğuş qərarın verilməsi üçün yetərli elmi məlumat yoxdur, lakin tövsiyə olunan sırf bu virus səbəbilə (başqa göstəriş yoxdursa) qeysəriyyə əməliyyatının olunmamasıdır.

3) Virusun ana bətnində dölə keçdiyinə işarə edən elmi əsasın olmamasına baxmayaraq, yeni doğulmuşlar koronavirusa yoluxa bilərlər. Bugünə qədər olan məlumatlara əsaslanaraq düşünülür ki, virus xəstə ana ya da başqa bir insan ilə təmasdan körpəyə yoluxur. Yeni doğulmuş körpədə immunitet zəif olduğu üçün, xəstəlik ağır gedişli ola bilər. Belə uşaqlar xüsusi reanimasiya şöbəsində təcrid olunmuş halda izlənməlidirlər.

4) Koronavirusa yoluxmuş ana körpəsinə istəyirsə, süd verə bilər. Aparılmış elmi tədqiqatlarda ana südündə virus aşkar edilməyib. Lakin nəzərə alsaq ki, əmizdirmə vaxtı ana ilə körpənin yaxın təması olur, hava-damcı və ya toxunma yoluyla da virus uşağa keçə bilər. Ona görə, ana süd vermək istəyirsə. mütləq cərrahi maska taxmalı, əl təmizliyinə diqqət etməlidir. Xüsusən də süd sağma prosesində sterilliyə üstünlük verməlidir. ÜST və bir çox başqa rəsmi qurumlar bu halda əmizdirməyə icazə verirlər.

5) Məqalələrdə uşaqların bu virus ilə xəstələnmə ehtimalının böyüklərə nisbətən çox aşağı olduğu göstərilib (23.03.2020 tarixinə qədər dərc edilmiş 45 elmi məqalənin sistematik analizindən çıxan nəticəyə görə, uşaqlar bütün koronavirus xəstələrinin 1-5%-ni təşkil edirlər). Buna səbəb olaraq, çox faktorlar irəli sürülüb, yaxın zamanda daha aydın izah ediləcəyi gözlənilir. Lakin xəstə sayının az olması uşaqların bu xəstəliyi ağır keçirmədikləri mənasına gəlmir. Çox nadir də olsa, xüsusən bir yaşdan kiçik, digər xəstəlikləri olanlarda daha ağır gedişli ola bilər.

6) Uşaqlarda xəstəlik daha çox ya simptomsuz, ya da yüngül simptomlar ilə keçir. Varsa, əsas əlamətlər qızdırma və quru öskürəkdir. Əsnək nahiyəsində qızartı, ishal, halsızlıq, qaytarma, burun tutulması da ola bilər. Qan analizlərində çox vaxt ciddi anormallıq müşahidə edilmir (böyüklərdən fərqli olaraq). Dəqiq diaqnoz üçün həkim müayinəsi, testlər və bəzən rentgenoloji müayinə lazım olur. Bunu da qeyd edək ki, yuxarıdakı əlamətlərə bir çox kəskin respirator virus xəstəliklərində rast gəlinə bilər. Əgər uşağınızda COVID-19 xəstəliyinin olduğunu düşünürsüzsə (yaxın zamanda xaricə səyahət, və ya səyahət etmiş, ya da xəstə insanla təması olubsa) 103-ə və ya 1542 (TƏBİB qaynar xətt) nömrələrinə zəng vurun.

7) ÜST məlumatlarına əsasən, bu xəstəliyə qarşı peyvəndin ən tezi 18 ay sonra geniş tətbiqinə başlana bilər (bir çox ölkədə hazırda bu sahədə ciddi işlər görülür və yaxın zamanda bəlkə peyvənd tapıla bilər, lakin onun effektivliyi, yan təsir profili və başqa xüsusiyyətləri bilinmədiyi üçün, geniş istifadəsi mümkün olmayacaq). Buna görə, bəzi kütləvi infosmasiya vasitələrində oxuduğunuz “peyvənd artıq istehsal edildi” tipli məqalələrə skeptik yanaşmaq lazımdır.

8) Müalicədə istifadə edə biləcəyimiz effektiv yeni dərmanın kəşf edilməsi də uzun zaman alan proses olduğu üçün, bunu da yaxın zamanda gözləmək düzgün olmaz. Lakin başqa xəstəliklərdə istifadə edilən dərmanları artıq bir çox ölkələr bu xəstəlikdə də istifadə edirlər. Aralarında bəziləri çox effektiv görünür. Ola bilər ki, yaxın zamanda bu dərmanlar səbəbiylə infeksiyanın ağırlığı azala bilər. Lakin bu dərmanların geniş istifadəsi üçün yenə də elmi tədqiqatlara ehtiyac vardır, buna görə bu xəstəlikdə elmi olaraq effekti sübut edilməmiş heç bir dərmanı istifadə etmək olmaz.

9) Uşaqlarda infeksiyaya yoluxma ehtimalının az olmasına baxmayaraq, virusun insandan insana yoluxmasında və epidemiyanın yayılmasında rol oynadığından şübhələnilir (xüsusən simptomsuz və ya yüngül keçirənlər daha çox yayır). Bəzi uşaqlarda böyüklərdən fərqli olaraq, ishal və qusma ələmətləri ön planda olduğu üçün nəcis yoluyla da yoluxmanın ola biləcəyi araşdırılır (virus xəstə uşaqların nəcisində bəzən uzun müddət ifraz olunur). Bu səbəblə xəstə uşaqların yaşlı, immuniteti zəif, xroniki xəstəlikləri olan insanlardan uzaq tutulması vacibdir.

10) Sosial təcrid zamanı uşaqlar məktəbdən, sosial əlaqələrdən və idmandan məhrum qaldığı üçün bəzi psixoloji və fiziki problemlər yarana bilər. Elmi tədqiqatlar uzun müddət evdə vaxt keçirən uşaqların daha az fiziki aktiv olduğunu, ekran qarşısında daha çox vaxt keçirdiyini, yuxuların qeyri müntəzəm, qida rasionlarının daha zərərli olduğunu göstərir. Buna görə onlara xüsusi diqqət edilməldir. Yüksək kalorili, karbohidratlarla zəngin qidalardan və TV, kompüter oyunlarından mümkün olduğu qədər uzaq tutulmalıdırlar. Daha böyük yaşlı uşaqların virusdan qorxularını azaltmaq məqsədilə valideynlər maarifləndirmə aparmalıdırlar. Uşaqlar evdə və ya mümkünsə, həyətdə fiziki aktivliyə cəlb edilməlidirlər. Uşaqlarla oyunlara üstünlük verilməlidir. Son vaxtlarda daha geniş yayılan online dərs sistemindən geniş istifadə edilməlidir.

Gördüyünüz kimi, bu virusun dünyada geniş yayılması ilə əlaqəli olaraq, uşaqlarda da bəzi problemlərə rast gəlinə bilər. Hər valideyn ilk növbədə təlaşa düşməmək üçün düzgün qaynaqlardan ətraflı informasiyalar əldə etməlidir (Bunun üçün rəsmi mənbələrə, ekspertlərin rəylərinə diqqət yetirmək daha məqsədəuyğundur). Yuxarıda yazdığım kimi, əslində bu virus uşaqlar üçün ciddi problem təşkil etmir, çox vaxt yüngül keçir. Lakin bu, lazımsız rahatlığa və tədbirsizliyə səbəb olmamalıdır. Xüsusi gigiyenayaya ciddi əməl edilməlidir (xüsusən kiçik yaşlı uşaqlarda daha vacibdir). Uşaqların həssas insanları virusa yoluxdura biləcəyi unudulmamalıdır. Ölkəmiz üçün bu çətin dövrdə hər kəs üzərinə düşəni edərək (burada sosial təcridi xüsusən vurğulamaq istəyirəm), epidemiyanın yayılmasının qarşısını ala bilər.

Koronavirus və uşaqlar: Nələri bilmək vacibdir?

* Doktor Erkin Rəhimov pediatr-neonatoloqdur. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq
Bu gün, 18:03
Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - DOSYE
Bu gün, 18:01
TƏBİB koronavirusla əlaqədar səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
Bu gün, 17:58
"Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"
Bu gün, 17:57
MTRŞ-ya yeni üzv təyin olunub
Bu gün, 17:53
Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib - VİDEO
Bu gün, 17:51
KİVDF-yə yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM
Bu gün, 17:49
Partiya sədrinin müavini “Eurohome”a səsləndi: - “Vətəndaşları dövlətdən narazı salmayın”
Bu gün, 15:09
Xalq artisti insanları evdə qalmağa səslədi - VİDEO
Bu gün, 15:06
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb - FOTO
Bu gün, 15:04
"Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər" - Allahşükür Paşazadədən önəmli açıqlama
Bu gün, 14:59
Bakıda onlayn narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
Bu gün, 14:57
Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçib
Bu gün, 14:48
Tərtərdə dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir - FOTO
Bu gün, 14:47
Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı
Bu gün, 14:34
Milli Məclisin deputatları xidməti vəsiqə ilə hərəkət edəcək
Bu gün, 14:31
Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər
Bu gün, 14:31
Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü
Bu gün, 14:29
Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ
Bu gün, 13:51
"İki corabı cütləyə bilməyən arvadlar var"
Bu gün, 13:45
“OPEC+” ölkələrinin danışıqları aprelin 9-da keçirilə bilər
Bu gün, 13:41
"Araz" supermarketində ENDİRİM FIRILDAĞI - FAKT
Bu gün, 13:39
Güneydə virus tüğyan edir: - Qəzvində 149 nəfər ölüb
Bu gün, 13:35
MSK-nın maşını oğurlandı
Bu gün, 13:34
Rusiyada tanınmış azərbaycanlı iş adamı və diaspor üzvü dünyasını dəyişdi
Bu gün, 13:31
“Azeri Light” 3,90 dollar - BAHALAŞDI
Bu gün, 13:30
Bakıda erməni qadın məhkəməyə müraciət etdi - FOTO
Bu gün, 13:28
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
Bu gün, 13:26
Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq
Bu gün, 13:25
Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb
Bu gün, 13:04
Koronavirusa yoluxan Neftçala sakini: - “Nəfəs almaq mənim üçün çətin idi...”
Bu gün, 13:03
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib
Bu gün, 12:59
15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... - Azərbaycanda müəllimdən şok əməl
Bu gün, 12:58
Akademik Hüseyn Əhmədov vəfat etdi
Bu gün, 12:57
Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir
Bu gün, 12:54
Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO
Bu gün, 12:53
Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA
Bu gün, 12:48
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Bu gün, 12:41
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Bu gün, 12:37
ATV də Prezidentin çağırışına qoşuldu – 50 min manat ianə
Bu gün, 12:35
Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı
Bu gün, 12:30
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl
Bu gün, 12:28
"Yaşım 65-i keçib, buna görə evdən çölə çıxmıram" - Xalq artisti
Bu gün, 12:25
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!
Bu gün, 12:10
Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı
Bu gün, 12:03
Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı
Bu gün, 12:02
Təhsil eksperti universitetləri tənqid etdi: - “Bina və partadan ibarətdirlər”
Bu gün, 11:58
"Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" - deputat
Bu gün, 11:55
9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub
Bu gün, 11:52
Ukraynada 28 nəfər koronavirusdan ölüb
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru