"Kapital Bank" yenə də narazılıq yaradır... .....                     Manat nə vaxtadək dözəcək? .....                     Azərbaycanda qripə qarşı peyvənd neçəyədir və bu peyvənd kimlərə vurula bilər? .....                     “Ali savadlılara 250 manatlıq iş təklif olunur” .....                     "AZAL-a çox ciddi nəzarət lazımdır" .....                     Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı .....                     İki məmurun başı cəncəldə... .....                     Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq .....                     Adildən yay ab-havalı yeni klip .....                     Bakıda ər arvadını bıçaqlayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb .....                     "Biz vətəndaşlarımıza üstünlük verdik" .....                     Əlahiddə Çevik Polis Alayının əməkdaşlarındən .....                     Onlar hakimiyyətə gələrsə... .....                     Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır .....                     Ramiz Mehdiyev itirə-itirə gedir... .....                     Çörəyi ver çörəkçiyə, birini də üstəlik... .....                     "Azərsun" Holdinq müştərini ələ saldı... .....                     “Tut ağacı” kafesinin karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib .....                     Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb .....                     “Palmali” öz gəmisini Beyrut limanında atıb? .....                     Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... .....                     Bakıda restoranın karantin qaydalarını pozaraq faliyyət göstərdiyi məlum olub .....                     Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb .....                     Bu maskalar niyə 10 manata satılır? .....                     "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" .....                     12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? .....                     Pulsuz çimərliklərdə kim pul yığır? .....                     "Bizdə ən pik vəziyyət 11 iyul tarixində qeydə alınıb" .....                     Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” .....                     190 manatın verilməsi bu şəhərlərə şamil olunacaq .....                     “Xaliq Faiqoğlu” şirkətindən BNA-ya CAVAB GƏLDİ: .....                     Ədalət Vəliyev İlyas İsmayılovla görüşüb .....                     Azərbaycanda daha 435 nəfər COVID-19-dan sağalıb, .....                     “Bu tip "ziyalı”ların susması daha faydalıdır” .....                     Maskanın qiyməti “dəvənin belindən” enmir: .....                     Rəhimov daha bir gəncə vəzifə verdi .....                     "Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir" .....                     "Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik" .....                 

"Koronavirusa qarşı vaksinasiyaya ilin sonundan tez başlamaq mümkün deyil" - Karantinlər onu məhv etməyəcək!
Tarix: 26-03-2020, 11:00 | Çap et
"Koronavirusa qarşı vaksinasiyaya ilin sonundan tez başlamaq mümkün deyil"
Həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının həqiqi üzvü Qalib Əsədov AYNA-ya müsahibəsində diqqətçəkən məqamlara toxunub. Müsahibəni təqdim edirik:

- Qalib bəy, həm xaricdə, həm də ölkəmizdə əksər insanlar Covid-19-u siyasi oyun, bioloji silah kimi qiymətləndirirlər. Maraqlıdır, siz bu barədə necə düşünürsünüz?

- Bu virusun laboratoriyada hazırlanması haqqında çoxlu fikirlər səslənir. Virusologiya haqqında elementar anlayışı olan bilir ki, bu, sadəcə olaraq mümkün deyil. Çünki virus çox tez mutasiyaya uğrayır, yəni dəyişir. Cəmi 3 ay keçməsinə baxmayaraq, hazırda virusun iki növünün olması artıq məlumdur: L və S formaları. Bunu yaratmaqda kimlər mənfəət götürə bilər ki? Tutaq ki, kimsə əvvəldən vaksin hazırlayıb və onun satışından xeyli miqdarda vəsait əlda etmək fikrindədir. Axı virus dəyişir, mutasiya olur. Hazırladığı vaksin 2 aydan sonra heç nəyə yaramayacaq. Fikir versəniz, tarix boyu demək olar ki, bütün silah növlərindən - odlu silah, zəhərli qazlar, hətta nüvə silahından istifadə olunub. Amma bu vaxtacan heç bir dövlət bakterioloji silahdan istifadə etməyə cəsarət etməyib. Çünki bakteriya, xüsusən də viruslar bumeranq effektini verir. Bütün bunlar komple teorilərdir. Sensasiya yaratmaq xatirinə jurnalistlərin və ya kimlərinsə uydurduğu fantaziya məhsuludur.

- Tamam, bəs, yaxşı fikrinizcə, Covid-19 nədir, bundan sonra nə kimi təhlükələr doğuracaq?

- Bu, sadəcə koronavirusdur. O, əvvəllər də insanda kəskin respirator virus infeksiyası törədicilərinin ümumi spektrində təqdim olunan fəsilənin nümayəndələrindən biridir. Hətta o, 2002-ci ildə atipik pnevmaniya törədən və indikindən daha ağır olan koronavirus da deyil. Hazırkı virus da insana başqa heyvandan yenicə keçmiş və hər virus kimi öldürməyə çalışır, amma az-az öldürür. Öldürmə qabiliyyəti az olduğu üçün də daha sürətlə yoluxur. SARS-CoV2 koronavirusu artıq hər zaman həyatımızda olacaq. O, yoxa çıxmayacaq, karantinlər onu məhv etməyəcək. Bir çox viruslar kimi koronavirusun da dərmanı yoxdur, həkim tövsiyələri dəstəkləyici müalicədən ibarətdir. Vaksin yaranacaq (zənnimcə, yayda), amma kütləvi istifadəyə ilin sonundan tez başlanılmayacaq, çünki istənilən vaksinin sınaq müddətini azaltmaq olmaz. Odur ki, planetimizin əhalisinin böyük hissəsi bu virusa yoluxmağa məhkumdur. Və bu, vacib məqamdır, çünki yoluxucu xəstəliklərə qarşı ən yaxşı vasitə – kollektiv immunitetdir (nə qədər çox insan xəstələnib immunitet qazansa, yeni xəstələnmə halları bir o qədər az baş verəcək və tədricən, xəstəlik arxa plana keçəcək). İmmunitet koronaviruslara qarşı güclənməyə məcburdur.

- Virusun əlamətləri ilə bağlı hərə bir söz deyir, o üzdən adicə boğazımız qıcıqlananda belə, artıq özümüzdən şübhələnməyə, qorxmağa başlayırıq. Bu şübhələri, qorxunu aradan qaldırmaq üçün virusun tam xarakteristikasını izah edə bilərsinizmi?

- COVID-19 virusuna yoluxan zaman xəstəliyin gedişi fərqli orqanizmlərdə fərqli cür ola bilər. Amma adətən bu xəstəliyin əlamətləri bu şəkildə baş verir: 1-3-cü günlər soyuqdəymə və qripəbənzər simptomlar ortaya çıxır. Yüngül temperatur və boğaz ağrısı görülə bilər. Həzm sistemini zəifdirsə, ürəkbulanma müşahidə oluna bilər. 4-cü gün boğaz ağrısı şiddətlənir, səs qalınlaşır. Yeyib-içməkdə çətinlik yaşanıla bilər. Yüngül başağrısı ilə birlikdə ishal başlayır. 5-ci gün boğaz ağrısı şiddətlənir. Yeyib-içmək olduqca ağrılı hala çevrilir. Bədəni və bədən üzvlərini hərəkət etdirmək sancı verir. Oynaq ağrıları müşahidə edilir. 6-cı gün quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq başlayır. Ürəkbulanma artır, bəzən nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir. 7-ci gün temperatur 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir. Baş və bədən ağrıları ilə birlikdə qusma da şiddətli hala çevrilir. 8-ci gün nəfəs almaq çox çətinləşir. Sinə hissəsi çox ağır hiss olunur. Öskürəklə birlikdə baş və oynaq ağrıları kəskin şəkildə artır. Bədən temperaturu 38 dərəcədən artıq olar. 9-cu gün bütün simptomlar şiddətlənir. Üz və dodaqlar da göyərir. Öskürək və bəlğəm şiddətlənir. Bədən və baş ağrıları ilə birlikdə qusma çox şiddətli hala çevrilir. Bu simptomlara sahib olduqda dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.

- Dediyiniz kimi, SARS-CoV2 koronavirusunun ölkəmizdə hansı fəsadları olacaq?

- Hələ ki görülən tədbirlər bu virusu nəzarətdə saxlamağa imkan verir. Gələcək haqqında proqnoz vermək çox çətindir. Çünki bu virusun ən təhlükəli tərəfi birdən-birə, qəfil, olduqca çox sayda insanda peyda olmasıdır. Bu zaman suni tənəffüs aparatı çatışmır, bütün xəstəxanalar dolur və səhiyyə sistemi kollaps vəziyyətinə düşür. Hələ ki, dövlətimiz bunun qarşısını almaq üçün radikal addımlar atır.

- İndiki dönəmdə dövlət tərəfindən atılan addımları necə qiymətləndirirsiniz? Sizcə, daha nələr edilməlidir?

- Atılan addımarı lazımi, vacib və düşünülmüş addımlar kimi qiymətləndirirəm. Statistika göstərir ki, məsələn, İranla sərhədimizi bir gün gec bağlasaydıq, indiki rəqəmlər 40% çox olardı. Amma problemlər də sözsüz ki, var. Xüsusən spirt və maska məsələsində. Əslində, maska hazırlamaq elə də çətin bir şey deyil. Nə qədər spirtli içki hazırlayan zavodlar var. Bir müddət həmin zavodları spirt istehsalına yönəltmək mümkündür. Bu gün bizə spirtli içkilərdən daha çox spirtin özü lazımdır.

- Oxucularımıza virusdan qorunmaq məqsədilə nə kimi məsləhətləriniz var?

- Tövsiyəm Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Bu addımlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən atılır və elmi əsasları var. Yəni bu gün bizim dövlət də, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da məhz bunun qarşısını almağa çalışır. O üzdən məsləhət görürəm ki, karantin tədbirlərinə ciddi riayət edilsin, adamların toplaşdığı məkanlardan qaçılsın, əlləri tez-tez yusunlar. Bu virusa yoluxmuş biri heç ozünün xəbəri olmadığı (əlamətlər bir neçə gündən, bəzən həftədən sonra başlayır) halda sizi yoluxdura bilər. Bir sözlə sağlamlığımız öz əlimizdədir.

- Bəs, karantin müddətində psixoloji depressiyaya düşməməyimiz üçün nələri tövsiyə edirsiniz?

- Depressiya, adətən monoton həyat tərzindən yaranır. İnsan evdə oturmağa məhkum edildiyini düşünürsə, təbii ki, onda depressiya yarana bilər. Bundan qaçmağın ən yaxşı yolu özünüzü məşğul edin. Film seyr etmək, kitab oxumaq, domino, şahmat oynamaq, uşaqlarla vaxt keçirmək, əyləncələrlə özünü məşğul etmək mümkündür. Əgər sizdə həyəcan yaranıbsa, gəlin düşünək, görək bu həyəcananın səbəbi nədir? Virusa tutulmaq qorxusu? Bundan qaçmaq, axı mümkündür. Əllərinizi tez-tez yuyun və evdə qalın. Həyəncanlamağa ciddi bir səbəb yoxdur, deyilmi? Əminəm ki, həmişə olduğu kimi xalqımız, dövlətimiz, ümumiyyətlə dünyamız bu bəlanın öhdəsindən gələcək və əvvəlki gözəl həyatımız (hansı ki, o vaxt da narazılıq edirdik) geri dönəcək. Tezliklə bizi daha gözəl bir həyat gözlədiyinə ümid edirəm!. Bir məsələni də qeyd etməyi lazım bilirəm: Bəzən panikanı KİV özü yaradır.

- Yenə KİV? İndi günahımız nədir?

- Xəbərləri verəndə mütləq ehtiyatlı davranmaq lazımdır. Məsələn, “Azərbaycanda artıq 85 nəfər bu virusa yoluxub” cümləsi əvəzinə, “Azərbaycanda cəmi 85 nəfər yoluxub” daha sakitləşdirici təsir göstərir. “Çində artıq 81 mindir” deməkdənsə, “hələ”, ya da “cəmi” demək daha doğru olardı. Milyardlıq Çində epidemiyanın davam etdiyi, təxminən, üç ay ərzində 81 min yoluxma “cəmi” 81 mindir demək daha doğru olmazdımı? Odur ki, panikanı həddindən çox şişirdirlər. Amma vəziyyətə barmaqarası, məsuliyyətsiz də baxmaq doğru deyil. Sadəcə dövlətin verdiyi tövsiyələri yerinə yetirin.

- Tövsiyələrə, qadağalara məhəl qoymayanların da sayı kifayət qədərdir. Buna görə fövqəladə vəziyyət elan etmək lazımdır, yoxsa bu addım insanlarda daha çox qorxu yaradar?

- Ümumiyyətlə fövqəladə vəziyyət elan etməklə bağlı məsələyə dəqiq statistikanı bilmədən münasibət bildirə bilmərəm. Bu gün ölkəmizdə bütün xəstələrlə bağlı məlumat Operativ Qərargahda toplanır, analız edilir. Yəqin ki, onlar hesab etsələr ki, qadağalar daha da sərtləşdirilməlidir, bu haqda məlumat verəcəklər. Görünür, hələlik epidemioloji vəziyyəti təhlil edən ekspertlər fövqəladə vəziyyət elan etməyə ehtiyac görmürlər. Məsuliyyətsiz insanlar həmişə və hər yerdə olub, olacaq. Sadəcə onu qeyd edim ki, İtaliyada, İranda və digər ölkələrdə əziyyət çəkənlərin əksəriyyəti məhz virusa etinasız münasibət göstərən, məsuliyyətsiz insanlar olub. Taleyimiz öz əlimizdədir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ölün, özünüzü biabır edib, yolçu gününə saldınız” - QALMAQAL
Bu gün, 08:39
"Kapital Bank" yenə də narazılıq yaradır... - GİLEY
Bu gün, 08:37
Manat nə vaxtadək dözəcək? - GƏLİŞMƏ
Bu gün, 08:32
Azərbaycanda qripə qarşı peyvənd neçəyədir və bu peyvənd kimlərə vurula bilər?
Bu gün, 08:30
“Ali savadlılara 250 manatlıq iş təklif olunur” - Ekspert nazir müavini ilə razılaşmır
Bu gün, 08:28
"AZAL-a çox ciddi nəzarət lazımdır" - Səmərəsiz fəaliyyət..!
Bu gün, 08:27
"Qoy onlar bilsinlər ki, ermənilər bizə hansı xəyanətləri ediblər..."
Bu gün, 08:25
“Nəfəs ala bilmirəm, boğuluram...” - Xalq artisti xəstəxanaya yerləşdirildi
Bu gün, 08:23
"Qarabağımız yox, dünyanın vəziyyəti bu gündədir"
Bu gün, 08:16
Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı
Bu gün, 08:14
İki məmurun başı cəncəldə... - GƏLİŞMƏ
Bu gün, 08:13
Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...
Bu gün, 08:11
Adildən yay ab-havalı yeni klip
Bu gün, 08:07
Bakıda ər arvadını bıçaqlayıb
Bu gün, 08:05
Bu gün dollar neçəyədir?
Bu gün, 08:01
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb
Dünən, 19:02
"Biz vətəndaşlarımıza üstünlük verdik" - Azər Badamov
Dünən, 19:00
Əlahiddə Çevik Polis Alayının əməkdaşlarındən ŞÜCAƏT
Dünən, 18:57
Onlar hakimiyyətə gələrsə... - Xalqa düşmənçiliyin etirafları
Dünən, 18:51
Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır
Dünən, 18:48
Ramiz Mehdiyev itirə-itirə gedir... - GƏLİŞMƏ
Dünən, 18:47
Türkiyəyə dincəlməyə gedən tanınmışlar - SİYAHI
Dünən, 18:45
Çörəyi ver çörəkçiyə, birini də üstəlik... - Əlavələrin fəsadı...
Dünən, 18:42
"Azərsun" Holdinq müştərini ələ saldı... - GİLEY
Dünən, 18:36
“Tut ağacı” kafesinin karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib - FOTO
Dünən, 18:25
Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb
Dünən, 18:21
“Palmali” öz gəmisini Beyrut limanında atıb? - Şirkətdən açıqlama
Dünən, 18:18
Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... - “54 milyon az məbləğ deyil”
Dünən, 18:16
Bakıda restoranın karantin qaydalarını pozaraq faliyyət göstərdiyi məlum olub - FOTO
Dünən, 18:08
Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
Dünən, 18:04
ARB TV-nin çimərliklərlə bağlı reportajı lağa qoyuldu - VİDEO
Dünən, 17:49
Bu maskalar niyə 10 manata satılır?
Dünən, 17:42
"Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Baş Nazirdən MÜJDƏ
Dünən, 17:40
12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? - GİLEY
Dünən, 17:37
Pulsuz çimərliklərdə kim pul yığır? – Cavab
Dünən, 17:35
"Bizdə ən pik vəziyyət 11 iyul tarixində qeydə alınıb" - Əli Əsədov
Dünən, 17:33
Türkiyədə məşhur modelin döyüldüyü çimərlik bağlandı
Dünən, 17:25
Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” – Volskinin komitəsi yeni formatda
Dünən, 17:16
"Kişilər üçün qadınlar, qadınlar üçün isə kişilər güvənilməzdir"
Dünən, 17:11
190 manatın verilməsi bu şəhərlərə şamil olunacaq - SİYAHI
Dünən, 17:08
“Xaliq Faiqoğlu” şirkətindən BNA-ya CAVAB GƏLDİ: - "Marşrut xətləri üzrə avtobusların sayı azaldılmayıb"
Dünən, 17:06
Ədalət Vəliyev İlyas İsmayılovla görüşüb
Dünən, 17:05
Azərbaycanda daha 435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib
Dünən, 17:02
“Bu tip "ziyalı”ların susması daha faydalıdır” - Partiya sədri
Dünən, 17:00
Maskanın qiyməti “dəvənin belindən” enmir: - 30 qəpik, vəssalam!
Dünən, 16:57
Rəhimov daha bir gəncə vəzifə verdi - TƏYİNAT
Dünən, 16:54
"Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir" - İlham Əliyev
Dünən, 16:52
"Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik" - Prezident çıxış yolunu göstərdi
Dünən, 16:51
"Bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir" - Azərbaycan Prezidenti
Dünən, 16:49
"Dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür" - İlham Əliyev
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru