Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı .....                     Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi .....                     Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar .....                     Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər .....                     Epidemioloji gedişat bizi narahat edir .....                     Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? .....                     Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi .....                     "Polislər günün altında dayananda da maskadan istifadə edirlər” .....                     "Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" .....                     Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq .....                     Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur .....                     "Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb" .....                     Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına .....                     TƏBİB sabahki iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi .....                     Modul tipli xəstəxanalar nə vaxt istifadəyə veriləcək? .....                     Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır .....                     Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır .....                     Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır .....                     TƏBİB sədri əhalini şayiələrə inanmamağa çağırdı .....                     190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil .....                     Jurnalistlər həftə sonları necə işləyəcək? .....                     Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar .....                     Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər .....                     Həftə sonunda apteklər və marketlər tam bağlanacaq .....                     Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi .....                     Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər .....                     Sabah dollar neçəyə olacaq? .....                     Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib .....                     Daha 262 yeni koronavirusa yoluxub, 2 nəfər ölüb .....                     "Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb .....                     Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər .....                     Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər .....                     Kamran Əliyevdən açıqlama: .....                     Parlament sədrindən vətəndaşlara çağırış: .....                     Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası .....                     Azərbaycanda dövlət büdcəsinə borclar artıb .....                     ABŞ-dakı “demokratiya dərsi”: .....                     Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı .....                     Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub .....                 

Komitə sədri koronavirusla bağlı ailələrə çağırış edib
Tarix: 25-03-2020, 15:06 | Çap et
Komitə sədri koronavirusla bağlı ailələrə çağırış edib
"Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.

Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır. Hər keçən gün artan yoluxma və ölüm halları ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən qorunmaq üçün tam sığortalanmadığını sübut etməkdədir".

"Report" xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın ailələrə ünvanladığı müraciətində yer alıb.

Dövlət Komitəsinin sədri xatırladıb ki, bu günə kimi bütün qitələri, regionları və ölkələri bir-birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu ciddi şəkildə ziyan görməkdədir:

"Dünyanı bürüyən pandemiya həm də, yer kürəsinin insanlarını, o cümlədən, bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.
ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində xeyli işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi diqqəti və nəzarəti altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətdən çıxış edərək lazımi addımları atmaqda, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların önləyici tədbirlərlə zərərsizləşdirilməsi üçün təsirli tədbirlər görməkdədir. Dövlətimiz bütün imkanlarını bu vəziyyətdə zərər görə biləcək istiqamətlərin dəstəklənməsi, ölkə xaricində olan soydaşlarımızın, aztəminatlı və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəltməkdədir".

B.Muradova müraciətdində bildirib ki, Azərbaycan dövləti, müvafiq icra hakimiyyəti orqanları, tibbi və sanitar epidemioloji müəssisələrimiz, nəhayət günümüzün qəhrəmanları sayılan həkimlərimiz, bütün sanitar və tibbi personalımız üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə və peşəkarlıqla gəlməkdədirlər:

"Hazırda bu virusun cənginə aldığı ölkələrdə mövcud vəziyyətin təhlili və bir sıra acı nəticələr sübut edir ki, görülən tədbirlərin müsbət effekt verməsi üçün vətəndaş məsuliyyəti və insanların davranışı mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə də ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də ətraf regionlar arası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Və nəticə daha çox elə bundan asılıdır. Odur ki, hamımız bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik. Gəlin unutmayaq ki, bu gün həm də mədəniyyət və mənəviyyatın sınağa çəkildiyi gündür. Min illərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən öz yaxın və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılarımıza hörmət və ehtiramla yanaşmağı tələb edir. Əksər hallarda bizi onların da hərəkətləri və düzgün davranışı üçün məsuliyyət daşımağa sövq edir.
Odur ki, əziz valideyinlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın".

Komitə sədri ailə başçılarına ünvanladığı müraciətində tövsiyələrini çatdırıb:

"65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin və ilk növbədə sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın. Bu günümüzün və gələcəyimizin əsas aparıcı qüvvəsi olan gənclərimiz, dövlətimiz və xalqımız daha çox sizə güvənərək bu çətin günlərdə sizdən kömək və dəstək gözləyir. Hər zaman olduğu kimi, bu gün də özünü və dövlətini qorumanın ən gözəl nümunəsini ortaya qoymaq sizin vəzifənizdir. Həyatının mənasını doğmalarının rahatlığı və firavanlığına fədakarcasına həsr etməkdə görən qəhrəman qadınlarımız! Bu gün sizin dözümünüz və müdrikliyiniz, mərhəmət və sevginiz ən çətin şəraitdən belə ümid və nikbinliklə çıxmaq, bütün ətrafınızı ruhlandırmaq bacarığınız sınağa çəkilir. Diqqət və qayğınızı heç birimizdən əsirgəməyin. Nəhayət hər birimiz üçün qala sayılan evlərimizin, milli-mənəvi dəyərlərimizin, bizi biz edən kültürümüzün daha çox qorunduğu, elə bu səbəbdən də müstəqilliyimizin, dövlətçiliyimizin istinad nöqtəsi və dayağı olan ailələrimizin başçısı, baş tacımız atalarımız, müraciətimiz sizədir! Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınıza, hər zaman olduğundan, daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz! Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz öz səlahiyyətlərimiz və imkanlarımız daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrimizə dəstək oluruq. İnanırıq ki, dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacaq".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı
Bu gün, 18:25
Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi – TAM MƏTN
Bu gün, 18:16
Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar
Bu gün, 18:11
Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər
Bu gün, 18:09
“Fuad Poladov vətənpərvər olmayan hər kəsi lənətləyirdi”
Bu gün, 18:07
Epidemioloji gedişat bizi narahat edir - Qərargah
Bu gün, 17:58
Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? - Kamran Əliyev açıqladı
Bu gün, 17:57
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Bu gün, 17:55
"Polislər günün altında dayananda da maskadan istifadə edirlər” - Ramin Bayramlı
Bu gün, 17:53
"Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" - Ramin Bayramlı
Bu gün, 17:50
Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq
Bu gün, 17:46
"Təşəbbüsə görə Mehriban xanıma dərin təşəkkürümü bildirirəm"
Bu gün, 17:45
Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur - Hesablama Palatası
Bu gün, 17:43
"Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb" - Qərargah
Bu gün, 17:42
Tikintiyə dövlət nəzarətinin təşkili qaydalarına dəyişiklik edilib
Bu gün, 17:37
TƏBİB sabahki iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi
Bu gün, 17:36
Modul tipli xəstəxanalar nə vaxt istifadəyə veriləcək? - “B” PLANI
Bu gün, 17:36
Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır - GİLEY
Bu gün, 17:33
Ölmüş şəxslərin COVİD-19-dan ölməsi barədə təklif verilməsinə dair şayiələr tamamilə əsassızdır - TƏBİB
Bu gün, 17:31
Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır - Ramin Bayramlı
Bu gün, 17:29
TƏBİB sədri əhalini şayiələrə inanmamağa çağırdı
Bu gün, 17:28
190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil - Qərargah
Bu gün, 17:27
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 17:25
Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar
Bu gün, 17:23
Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər HƏBS OLUNDU
Bu gün, 17:22
Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI
Bu gün, 17:20
Operativ Qərargah yeni qadağalarla bağlı əhaliyə müraciət etdi
Bu gün, 17:16
Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər - Ramin Bayramlı
Bu gün, 17:14
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:13
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ - ŞOK FAKTLAR
Bu gün, 17:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib
Bu gün, 17:08
Daha 262 yeni koronavirusa yoluxub, 2 nəfər ölüb
Bu gün, 17:07
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ
Bu gün, 17:06
Gürcüstan “Keşiçkidağ” ərazisinə əlavə sərhəd polisi cəlb edə bilər
Bu gün, 16:52
Yaşları 65-dən çox olan bu deputatlar iclaslara gəlirlər - SİYAHI
Bu gün, 16:46
Kamran Əliyevdən açıqlama: - Bu sürücülər 400 manat cərimələnəcək
Bu gün, 16:44
Parlament sədrindən vətəndaşlara çağırış: - Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın
Bu gün, 16:38
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası - MƏDİNƏYƏ HÖKM OXUNDU...
Bu gün, 16:36
Azərbaycanda dövlət büdcəsinə borclar artıb
Bu gün, 16:33
ABŞ-dakı “demokratiya dərsi”: - Beynəlxalq təşkilatlar niyə susur?
Bu gün, 16:31
Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı - RƏSMİ
Bu gün, 16:29
Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub
Bu gün, 16:26
Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi
Bu gün, 16:25
“Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ
Bu gün, 16:22
Bakı, Sumqayıt və Gəncədə “ASAN” mərkəzləri sabah saat 14:00-dan 8 iyun saat 09.00-dək işləməyəcək - Diqqət!
Bu gün, 16:21
“Nə deyilirsə, ona əməl etmək lazımdır”
Bu gün, 16:20
“Tək pul yox, digər əşyalar da risk qrupuna aiddir” – Virus hər yerdədir !
Bu gün, 16:13
"Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz" - deputat
Bu gün, 16:11
Donorluqla əlaqədar əlil olanlara pensiya veriləcək
Bu gün, 16:08
Avropa Liqasında son 50 ilin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI
Bu gün, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru