Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb .....                     Koronavirusa yoluxan Neftçala sakini: .....                     Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib .....                     15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... .....                     Akademik Hüseyn Əhmədov vəfat etdi .....                     Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir .....                     Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir .....                     Avtomobillə sərnişindaşıma qadağan olunacaq .....                     Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq .....                     Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır .....                     ATV də Prezidentin çağırışına qoşuldu .....                     Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı .....                     “Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” .....                     DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi .....                     Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı .....                     Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı .....                     Təhsil eksperti universitetləri tənqid etdi: .....                     "Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" .....                     9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub .....                     Ukraynada 28 nəfər koronavirusdan ölüb .....                     “Koronavirus bizə mühüm bir fürsət verdi” .....                     18 yaşdan aşağı şəxslər icazə almalıdır? .....                     “Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır” .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb .....                     "İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... .....                     Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib .....                     Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb .....                     Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” .....                     BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır .....                     Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi .....                     Bazarlarda qiymətlər niyə qalxır... .....                     “Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” .....                     "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür" .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı .....                     Elmira Axundovaya qarşı ŞOK İTTİHAM .....                     Neft bahalaşır .....                     Dünyada koronavirusa yoluxanların .....                     İmmuniteti gücləndirən qidalar .....                     Saatlı sakini bıçaqlanıb .....                     “Azəriqaz” sahibkarı təhdid edir .....                 

Bacısının başını kəsən Babəkin işi: anası və digər bacısı isə intihar etmişdi - TƏFƏRRÜAT
Tarix: 25-03-2020, 14:21 | Çap et
Bacısının başını kəsən Babəkin işi: anası və digər bacısı isə intihar etmişdi
Bakıda bir ailə başa gələ biləcək bütün bədbəxtçiliyi yaşayıb. 5 nəfərlik ailənin 3 üzvü dünyasını dəyişib. Ailənin başçısı 5 il həbsdə qalıb, ailənin tək oğlu isə bundan sonrakı ömrünün ən azı 10 ildən çoxunu həbsdə yaşayacaq.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayəltər Məhkəməsində bacısını qətlə yetirməkdə suçlanan 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Babəkin qətlə yetirdiyi şəxs 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevadır.

İlkin məlumatda qətlin namus üstündə baş verdiyi deyilir. Amma mərhumun qohumları arasında hadisənin mülk üstündə baş verdiyini iddia edənlər də var.

Babək Fərzalıyev törətdiyi əmələ görə qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

Babək bacısı Aytəni qəbiristanlıqda qətlə yetirib. Aytənlə Babəkin anası və bacısı 2014-cü ildə dünyasını dəyişib. Babək yaxınlarının məzarını ziyarət etmək adı ilə uzun müddətdir danışmadığı Aytəni görüşə çağırıb. Orada da Ayətnin boğazını kəsib.

Bir uşaq anası olan Aytən Fərzalıyevanın qayınanası Gülbəniz Kərimova deyib ki, Aytən 2019-cu il ərzində qətlə yetirilənə qədər qardaşı ilə 3 dəfə görüşüb:

“Aytən nə qədər çətin, çıxılmaz vəziyyətdə olub, amma qardaşı ona kömək etməyib. Neçə dəfə zəng edib ki, kirayə pulunu verə bilmirik, oğlumu güclə saxlayıram, kömək əlini uzat. Gah deyib, Qazaxıstanda yarışdayam, gah da deyirdi, başım qarışıqdı. Qardaşı idman müəllimidir. Heç vaxt nə qardaşı, nə də atası Aytəni yadlarına salmayıblar. Gəlinim neçə dəfə dedi ki, qardaşım mülayimləşib, gedim, görüşüm. Mənə köməklik göstərəcək. Dedim qızım, o sənə qarşı heç vaxt yaxşı olmayıb, inanma ona. Eşitmədi məni. İlk dəfə bu ilin əvvəli görüşdülər. Qızım da yanlarında idi. İkinci dəfə də bir müddət əvvəl görüşmüşdü. Dünən səhər qardaşı ilə instagramda yazışıblar. Aytən mənə dedi ki, bəs qardaşım düzəlib, onunla görüşəcəm əvvəlcə gedib ana və bacımızın qəbrini ziyarət edəcəyik. Sonra isə mənim sənədlərimi düzəltdirəcək. Yenə dedim, qızım, inanma, tək getmə. Məni eşitmədi və çıxıb getdi. Sonra da eşitdik ki, Babək qəbiristanlıqda Aytənin başını kəsib”.

Gülbəniz Kərimova mərhum Aytənlə oğlu Ümid Kərimlinin necə tanış olmalarından, ailə münasibətlərindən də danışıb. O, bildirib ki, oğlu ailəyə baxa bilmədiyi üçün tez-tez söz-söhbətlər olurdu:

“Bir dəfə oğlum Ümid dedi ki, ana bəs bir qızla tanış olmuşam, bəyənirəm. Yetim qızdır. Dedim nə olar gətir evimizə, tanış olaq. Toy da etməmişdik. Oğlum dönərxanada işləyirdi. Bir-iki dəfə də türmədə olub. Son vaxtlar işləmirdi, ailəyə baxmırdı. Avaralıq edirdi deyə mən də artıq onu silmişəm. Nəvəm olanda Aytən işləmək istədiyini dedi və bundan sonra Ümidlə münasibətləri pozuldu. Gördüm ki, vəziyyət düzələn deyil, Aytəni və nəvəmi götürüb özüm saxladım. Bunu qonşular da bilir. Aytən də evə maddi cəhətdən kömək etmək üçün İçərişəhərdə ailəvi restoranda, dönərxanalarda, çayxanalarda işləyirdi. Özüm təkbaşına 5 uşaq böyütmüşəm. 2 qızım və 3 oğlum var idi. Birini daha oğlum saymıram. Ən balaca oğlum 5-ci sinifdə oxuyur”.

Gülbəniz Kərimova qətlin namus üstündə törədilməsi ilə razılşamır:

“Gəlinim namuslu, əxlaqlı biri idi. Aytəngilin Yasamalda evləri var. 2014-cü ildə onun anası və bacısı intihar etdilər. Bir müddət sonra isə ona qarşı olan zorakılıqlara görə, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Aytəni sığınacağa götürdü. Oğlumla yaşayandan sonra əvvəlcə 6-cı mikrorayonda kirayədə qalıblar. Sonra imkanları olmadığı üçün oğlum dedi: “Ana, kirayəni ödəyə bilmirik, gəlib sizdə qalaq”. Mən də etiraz etmədim. Gəldilər, Binəqədidə mənim şəxsi evimdə yaşadılar. Nə Aytənin, nə də nəvəmin sənədləri yoxdur. Aytənin nə səbəblə öldürüldüyünü bilmirəm. Heç nə ağlıma gəlmir ki, hansı səbəblə qardaşı onu öldürsün. Lakin ikinci dəfə görüşdə Aytən Yasamaldakı evlərindən də ona pay düşdüyünü demişdi. Belə ehtimal edirəm ki, ola bilsin, elə ev bölgüsünə görə, qardaşı Babək onu öldürüb”.

Bildirək ki, mərhum Aytənin ailəsində əvvəllər də zorakılıq hadisələri baş verib.

Aytənin anası və bacısının intiharı haqda...

Mərhum Aytənin anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Hadisə Bakı şəhəri, Yeni Yasamal 2, bina 10 ünvanında baş verib.

Kifayət Abbasova evdar qadın olub, yoldaşı Laçın rayonundan qaçqın düşən Asəf Fərzəliyev isə mal-qara alveri ilə məşğul olub.

Bu dəhşətli hadisənin ilkin səbəbi kimi qətlə yetirilən Aytənin evdən qaçması göstərilirdi. Dəhşətli intihar hadisəsinə görə, ailənin başçısı- Aytənin atası 5 il həbsdə olub. O, yoldaşı və qızını ölüm həddinə çatdırmaqda suçlanıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb
Bu gün, 13:04
Koronavirusa yoluxan Neftçala sakini: - “Nəfəs almaq mənim üçün çətin idi...”
Bu gün, 13:03
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib
Bu gün, 12:59
15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... - Azərbaycanda müəllimdən şok əməl
Bu gün, 12:58
Akademik Hüseyn Əhmədov vəfat etdi
Bu gün, 12:57
Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir
Bu gün, 12:54
Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO
Bu gün, 12:53
Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA
Bu gün, 12:48
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Bu gün, 12:41
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Bu gün, 12:37
ATV də Prezidentin çağırışına qoşuldu – 50 min manat ianə
Bu gün, 12:35
Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı
Bu gün, 12:30
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl
Bu gün, 12:28
"Yaşım 65-i keçib, buna görə evdən çölə çıxmıram" - Xalq artisti
Bu gün, 12:25
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!
Bu gün, 12:10
Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı
Bu gün, 12:03
Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı
Bu gün, 12:02
Təhsil eksperti universitetləri tənqid etdi: - “Bina və partadan ibarətdirlər”
Bu gün, 11:58
"Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" - deputat
Bu gün, 11:55
9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub
Bu gün, 11:52
Ukraynada 28 nəfər koronavirusdan ölüb
Bu gün, 11:49
"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artisti
Bu gün, 11:47
“Koronavirus bizə mühüm bir fürsət verdi” - Xalq yazıçısı
Bu gün, 11:43
18 yaşdan aşağı şəxslər icazə almalıdır? - AÇIQLAMA
Bu gün, 11:40
“Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır”
Bu gün, 11:35
Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb
Bu gün, 11:34
"İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... - xalis mənfəəti 2 dəfə azalıb
Bu gün, 10:58
Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib
Bu gün, 10:53
Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
Bu gün, 10:39
Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri
Bu gün, 10:38
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır
Bu gün, 10:36
Azərbaycanlı modeldən BİABIRÇI ADDIM - FOTO
Bu gün, 10:35
Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi
Bu gün, 10:31
Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ
Bu gün, 10:27
“Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” - Karantin həkimindən TƏKLİF
Bu gün, 10:25
"Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür" - deputat
Bu gün, 10:21
Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı
Bu gün, 10:20
Elmira Axundovaya qarşı ŞOK İTTİHAM - VİDEO
Bu gün, 10:20
Neft bahalaşır
Bu gün, 10:18
Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib, 58 929 nəfər ölüb
Bu gün, 10:14
“İmkansızlara yardımlar edirik, amma işıqlandırmırıq”
Bu gün, 10:12
İmmuniteti gücləndirən qidalar - SİYAHI
Bu gün, 10:09
Koronavirus xəstələri üçün canlı konsertlər: - Təbrizdə “Səni deyirlər”, Bakıda “Yanıq Kərəm"
Bu gün, 10:00
Saatlı sakini bıçaqlanıb
Bu gün, 09:55
“Azəriqaz” sahibkarı təhdid edir - QALMAQAL
Bu gün, 09:54
11 saylı İnternat məktəbində təhlükəli durum - İDDİA
Bu gün, 09:49
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:47
Parlamentdə DİN adından kim hesabat verəcək? - GƏLİŞMƏ
Bu gün, 09:45
Astarada narkotacir cinayət başında yaxalandı
Bu gün, 09:41
Uhanda koronavirusun ikinci dalğası başlaya bilər
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru