Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq .....                     Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır .....                     ATV də Prezidentin çağırışına qoşuldu .....                     Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı .....                     “Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” .....                     DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi .....                     Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı .....                     Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı .....                     Təhsil eksperti universitetləri tənqid etdi: .....                     "Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" .....                     9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub .....                     Ukraynada 28 nəfər koronavirusdan ölüb .....                     “Koronavirus bizə mühüm bir fürsət verdi” .....                     18 yaşdan aşağı şəxslər icazə almalıdır? .....                     “Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır” .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb .....                     "İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... .....                     Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib .....                     Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb .....                     Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” .....                     BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır .....                     Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi .....                     Bazarlarda qiymətlər niyə qalxır... .....                     “Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” .....                     "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür" .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı .....                     Elmira Axundovaya qarşı ŞOK İTTİHAM .....                     Neft bahalaşır .....                     Dünyada koronavirusa yoluxanların .....                     İmmuniteti gücləndirən qidalar .....                     Saatlı sakini bıçaqlanıb .....                     “Azəriqaz” sahibkarı təhdid edir .....                     11 saylı İnternat məktəbində təhlükəli durum .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Parlamentdə DİN adından kim hesabat verəcək? .....                     Astarada narkotacir cinayət başında yaxalandı .....                     Uhanda koronavirusun ikinci dalğası başlaya bilər .....                     Ucar sakinlərinin KORONAVİRUS QORXUSU... .....                     İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir .....                     Türkiyədə dollar yenidən bahalaşdı .....                 

Koronavirus: tarixin gedişini dəyişən 5 epidemiya - ARAŞDIRMA
Tarix: 25-03-2020, 12:18 | Çap et
Koronavirus: tarixin gedişini dəyişən 5 epidemiya
Koronavirus epidemiyası dünya miqyasında milyonlarla insanın yaşayış tərzini ciddi şəkildə dəyişir və bu dəyişiklərin çoxu qalıcı olacaq.

Xəstəliklər xanədanlıqların çökməsindən tutmuş müstəmləkəçiliyin artmasına, hətta iqlim dəyişikliyinə qədər uzunmüddətli təsir gücünə malik olub.

XIV əsr vəbası və Qərbi Avropanın yüksəlişi

1350-ci illərdə Avropanı bürüyən böyük vəba epidemiyası əhalinin 3 faizinin ölümüylə nəticələnib.

Ancaq milyonlarla insan itkisindən sonra epidemiyadan zərər çəkmiş ölkələr sürətlə inkişaf edib və bu gün onlar dünyanın ən varlı dövlətləri sırasındadırlar.

O dövrdə bubonik vəbaya yoluxanların çoxu kənd sakinləriydi və bu, torpaq sahiblərinin işçi qüvvəsi sarıdan ciddi problemlərlə üzləşməsinə gətirib çıxarmış, sağ qalmış kəndlilərə onlardan daha çox əməkhaqqı tələb etmək imkanı qazandırmışdı.

Beləliklə, mülkədarların kəndliləri borclarını ödəmək üçün işlətdiyi feodal sistem parçalanmağa başlamış, Qərbi Avropa daha müasir, ticarət yönlü və nəğd ödəməli yeni sistemə yönəlmişdi.

İnsanları işlətmək artıq daha çox xərc tələb etdiyi üçün işverənlər onları əvəz edəcək qənaətcil texnologiyalara investiya ayırmaq qərarına gəlmiş; beləcə, sənayeləşmənin önü açılmışdı.

Vəba epidemiyasının Avropa imperializmini cəsarətləndirməsi fikri burdan qaynaqlanır.

O vaxta qədər dəniz səyahətləri və icadlar təhlükəli hesab olunurdu. Ancaq vəba nəticəsində kütləvi ölümlər insanları uzun dəniz səyahətlərinə çıxmağa meylləndirmiş, bu isə Avropa müstəmləkəçiliyinin yayılmasına təkan vermişdi.

İqtisadiyyatı müasirləşdirmək, texnologiyalara vəsait ayırmaq və xaricə səyahətləri təşviq etmək sayəsində Qərbi Avropa zamanla dünyanın ən güclü regionlarından birinə çevrilib.

Amerikada çiçək xəstəliyi və iqlim dəyişikliyi

XV əsrdə Amerika qitəsinin müstəmləkəyə çevrilməsi çox sayda insanın ölümüylə nəticələnib və bu, iqlim dəyişikliyinin səbəblərindən biri kimi də göstərilir.

University College London alimlərinin araşdırmasına görə, təkcə XIV əsrdə dünya əhalisinin 10%-inin yaşadığı ərazidə 60 milyon insandan cəmi 5-6 milyonu sağ qalıb.

Bu ölümlərin çoxuna müstəmləkəçilərin “gətirdiyi” xəstəliklər səbəb olub.

Ən çox insan tələfatına çiçək xəstəliyi yol açıb. Sonrakı yerlərdə bubonik vəba, malyariya, qızdırma və xolera epidemiyaları gəlir.

Bu xəstəliklər dünyanın digər bölgələrinə də zərər vurub.

Sağ qalmış az sayda insan torpaq sahələrinin hamısında əkin işləri apara bilmədiyi üçün çox böyük sahələr meşəyə və ya çöllüyə çevrilib.

Təxminən 560 min kvadrat kilometrlik ərazi, yəni az qala Keniya böyüklüyündə sahə belə dəyişiklərə məruz qalıb.

Alimlər hesab edirlər ki, vulkanik partlayışlar və günəş aktivliyinin azalmasıyla yanaşı, “Kiçik buz dövrü” adlandırılan temperatur azalması həm də bu hadisəylə bağlıdır.

Maraqlıdır ki, qıtlıqdan ən az əziyyət çəkən Avropa nəticə etibarilə bundan ən çox təsirlənən yer olub.

Sarı qızdırma və Haitinin Fransaya üsyanı

Haitidə meydana gələn epidemiya Fransanın Şimali Amerikadan çıxmasıyla nəticələnib. Ardınca o ərazidə getdikcə böyüyən və güclənən dövlət ABŞ olub.

1801-ci ildə avropalı müstəmləkiçilərə qarşı bir neçə üsyan baş verdikdən sonra Haitidə hakimiyyətə Fransayla əməkdaşlıq edən Toussaint Louverture gəlib.

Fransa lideri Napoleon Bonaparte hakimiyyətdə ömürlük qalacağını açıqlayandan sonra bütün adaya nəzarəti ələ keçirmək üçün Haitiyə onminlərlə əsgər göndərib.

Döyüş meydanında uğur qazanan Fransa əsgərlərinin qarşısını sarı qızdırma kəsib: epidemiya nəticəsində 50 min əsgər, zabit, həkim və dənizçi həlak olub, geriyə ancaq 3000 nəfər qayıda bilib.

Avropalıların Afrika mənşəli xəstəliyə qarşı təbii immunitetləri olmayıb. Silahlı qüvvələri dağılan və demoralizasiyaya uğrayan Napoleon Haitini tərk etməklə yanaşı, Şimali Amerikayla bağlı bütün planlarından vaz keçib.

Haitidəki üsyanı yatırmaq üçün başlatdığı uğursuz hərbi əməliyyatdan cəmi 2 il sonra o, 2 milyon kvadrat metrdən çox ərazini ABŞ-a satmaqla (Tarixdə “Luiziana alveri” olaraq bilinir) bu gənc ölkənin iki dəfə böyüməsinə fürsət verib.

Afrikada mal-qara vəbası və müstəmləkəçilik

Heyvanları öldürən epidemiya Avropanın Afrikanı müstəmləkəyə çevirməsini sürətləndirib.

1888-1897-ci illərdə mal-qara vəbası virusu (rinderpest) Afrikadakı heyvanların 90 faizini məhv edib; Afrika Buynuzu, Qərbi Afrika və Cənub-Qərbi Afrikadakı icmalara böyük zərər dəyib.

İribuynuzlu heyvanların qırılması toplumda aclığa və çöküşə səbəb olub, insanların epidemiya bölgələrindən qaçmasına gətirib çıxarıb. Şumlama işlərində əsasən öküzlərdən istifadə olunduğu üçün epidemiyadan sonra əkin yerlərinin çoxu istifadəsiz qalıb.

Xəstəliyin qitədə yaratdığı xaos XIX əsrin sonlarında Afrikanın böyük ərazilərinin Avropa ölkələri tərəfindən müstəmləkəyə çevrilməsini asanlaşdırıb.

Bu plan mal-qara vəbasından bir neçə il əvvəl tərtib edilib.

1884-85-ci illərdə Berlində keçirilən bir konfransda 14 Avropa ölkəsi, o cümlədən, Birləşmiş Krallıq, Fransa, Almaniya, Portuqaliya, Belçika və İtaliya Afrikayla bağlı planlarını müzakirə ediblər və tədbirdən sonra bu planlar rəsmiləşdirilib.

Sonrakı dövrdə qitədə ciddi dəyişikliklər baş verib. 1870-ci illərdə Afrikanın yalnız 10%-i Avropanın nəzarətində olduğu halda, 1900-cü illərdə bu göstərici 90%-ə çatıb. Epidemiyanın yaratdığı xaos ədalətsiz torpaq alış-verişinin genişlənməsinə yardım edib.

Efiopiya əhalisinin az qala üçdə biri qıtlıqdan öldüyü üçün 1890-cı illərin əvvəllərində İtaliya başqa bir Afrika ölkəsi olan Eritreyaya yönəlib.

Vəba və Minq xanədanlığının sonu

Minq xanədanlığı Şərqi Asiyanın böyük bir hissəsində siyasi və mədəni təsir vasitələrindən istifadə edərək Çini az qala 300 il idarə edib. Ancaq qorxunc bir epidemiya Minqlərin hakimiyyətinə son qoyub.

164-cü ildə Çinin şimalında başlayan epidemiya kütləvi insan təlafatına səbəb olub. Bəzi bölgələrdə əhalinin 20, bəzilərində 40 faizi ölüb. Vəbanı qıtlıq və çəyirtkə hücumları müşayət edib.

Tarlalarda məhsul tapmayan insanlar həm də acından ölüblər, bəziləri ölənlərin meyitlərini yeməyə başlayıblar.

Böyük ehtimalla, böhran bubonik vəbayla malyariyanın birləşməsindən yaranıb. Bu epidemiyanın xanədanlığı çökdürmək üçün şimaldan gələn istilaçılar vasitəsilə yayıldığı ehtimal olunur.

Xaos bölgəyə quldur basqınlarının sayını artırıb, ardınca həmin ərazidə yüzillər boyu davam edən Qinq xanədanlığı qurulub.

Həmin dövrdə Minq lideri xəstəymiş, üstəlik, ölkədə korrupsiya və qıtlıq problemləri də varmış. Ölkə boyu yayılan ölümcül epidemiya onun hakimiyyətinin çox sürətlə bitməsinə gətirib çıxarıb.(BBC)





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Bu gün, 12:41
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Bu gün, 12:37
ATV də Prezidentin çağırışına qoşuldu – 50 min manat ianə
Bu gün, 12:35
Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı
Bu gün, 12:30
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl
Bu gün, 12:28
"Yaşım 65-i keçib, buna görə evdən çölə çıxmıram" - Xalq artisti
Bu gün, 12:25
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!
Bu gün, 12:10
Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı
Bu gün, 12:03
Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı
Bu gün, 12:02
Təhsil eksperti universitetləri tənqid etdi: - “Bina və partadan ibarətdirlər”
Bu gün, 11:58
"Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" - deputat
Bu gün, 11:55
9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub
Bu gün, 11:52
Ukraynada 28 nəfər koronavirusdan ölüb
Bu gün, 11:49
"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artisti
Bu gün, 11:47
“Koronavirus bizə mühüm bir fürsət verdi” - Xalq yazıçısı
Bu gün, 11:43
18 yaşdan aşağı şəxslər icazə almalıdır? - AÇIQLAMA
Bu gün, 11:40
“Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır”
Bu gün, 11:35
Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb
Bu gün, 11:34
"İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... - xalis mənfəəti 2 dəfə azalıb
Bu gün, 10:58
Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib
Bu gün, 10:53
Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
Bu gün, 10:39
Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri
Bu gün, 10:38
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır
Bu gün, 10:36
Azərbaycanlı modeldən BİABIRÇI ADDIM - FOTO
Bu gün, 10:35
Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi
Bu gün, 10:31
Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ
Bu gün, 10:27
“Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” - Karantin həkimindən TƏKLİF
Bu gün, 10:25
"Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür" - deputat
Bu gün, 10:21
Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı
Bu gün, 10:20
Elmira Axundovaya qarşı ŞOK İTTİHAM - VİDEO
Bu gün, 10:20
Neft bahalaşır
Bu gün, 10:18
Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib, 58 929 nəfər ölüb
Bu gün, 10:14
“İmkansızlara yardımlar edirik, amma işıqlandırmırıq”
Bu gün, 10:12
İmmuniteti gücləndirən qidalar - SİYAHI
Bu gün, 10:09
Koronavirus xəstələri üçün canlı konsertlər: - Təbrizdə “Səni deyirlər”, Bakıda “Yanıq Kərəm"
Bu gün, 10:00
Saatlı sakini bıçaqlanıb
Bu gün, 09:55
“Azəriqaz” sahibkarı təhdid edir - QALMAQAL
Bu gün, 09:54
11 saylı İnternat məktəbində təhlükəli durum - İDDİA
Bu gün, 09:49
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:47
Parlamentdə DİN adından kim hesabat verəcək? - GƏLİŞMƏ
Bu gün, 09:45
Astarada narkotacir cinayət başında yaxalandı
Bu gün, 09:41
Uhanda koronavirusun ikinci dalğası başlaya bilər
Bu gün, 09:40
Ucar sakinlərinin KORONAVİRUS QORXUSU... - NARAZILIQ...
Bu gün, 09:37
İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir - "Qaş düzəldən yerdə..."
Bu gün, 09:36
Türkiyədə dollar yenidən bahalaşdı
Bu gün, 09:33
Rusiya baş naziri Meladzenin oxuduğu erməni mahnısına rəqs edib erməniləri də dəvət etdi - VİDEO
Bu gün, 09:31
Qarmon ustası olmuş taksi sürücüsü ilə koronavirus söhbəti: - "Çörəklpulu olan kimi evə qaçıram"
Bu gün, 09:25
"Ukrayna yaxın zamanlarda MDB-nin tərkibinə qayıtmayacaq"
Bu gün, 09:12
UEFA prezidenti Belçika klublarını hədələdi
Bu gün, 09:10
Tacir Şahmalıoğluna fəxri ad niyə verilmir?
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru