Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir .....                     Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir .....                     Avtomobillə sərnişindaşıma qadağan olunacaq .....                     Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq .....                     Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır .....                     ATV də Prezidentin çağırışına qoşuldu .....                     Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı .....                     “Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” .....                     DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi .....                     Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı .....                     Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı .....                     Təhsil eksperti universitetləri tənqid etdi: .....                     "Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" .....                     9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub .....                     Ukraynada 28 nəfər koronavirusdan ölüb .....                     “Koronavirus bizə mühüm bir fürsət verdi” .....                     18 yaşdan aşağı şəxslər icazə almalıdır? .....                     “Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır” .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb .....                     "İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... .....                     Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib .....                     Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb .....                     Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” .....                     BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır .....                     Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi .....                     Bazarlarda qiymətlər niyə qalxır... .....                     “Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” .....                     "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür" .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı .....                     Elmira Axundovaya qarşı ŞOK İTTİHAM .....                     Neft bahalaşır .....                     Dünyada koronavirusa yoluxanların .....                     İmmuniteti gücləndirən qidalar .....                     Saatlı sakini bıçaqlanıb .....                     “Azəriqaz” sahibkarı təhdid edir .....                     11 saylı İnternat məktəbində təhlükəli durum .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Parlamentdə DİN adından kim hesabat verəcək? .....                     Astarada narkotacir cinayət başında yaxalandı .....                     Uhanda koronavirusun ikinci dalğası başlaya bilər .....                 

"Banklar müştərilərə güzəşt müddəti verməlidir" - Bank rəhbəri
Tarix: 25-03-2020, 10:53 | Çap et
"Banklar müştərilərə güzəşt müddəti verməlidir"
DİA.AZ FED.az-a istinadən “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovla müsahibəni təqdim edir.

- Şakir müəllim, söhbətimizi ümumi bir sualla başlamaq istərdim – koronavirus COVID-19 enerji daşıyıcılarının dünya qiymətlərinə, səhm bazarına və bütünlükdə dünya iqtisadiyyatına necə təsir göstərib?

- İnternet portalınızda fikirlərimi bölüşmək üçün yaratdığınız imkana görə sizə
təşəkkür edirəm. Yeni növ koronavirus COVID-19 dünya iqtisadiyyatına artıq öz təsirini
göstərmiş və çox mənfi təsir etməkdə davam edəcəkdir. Dünyanın əksər ölkələrində
epidemiyanın qarşısını almaq məqsədilə özünütəcrid istiqamətində həyata keçirilən
misli görünməmiş tədbirlər, əksər əmtəə və xidmətlərə olan tələbin əhəmiyyətli şəkildə
azalmasına və bir çox sahələrin tamamilə zərərlə fəaliyyət göstərməsinə gətirib
çıxararaq, neftə tələbin əhəmiyyətli səviyyədə azalması ilə nəticələnmişdir. Dünya səhm
bazarında hökm sürən təşviş vəziyyəti bir qədər də ağırlaşdıraraq demək olar ki bütün
şirkətlərin səhm qiymətlərini rekord həddə aşağı endirdi. Təbii olaraq, neftə olan tələbin
aşağı düşməsi və səhmlərin qiymətinin enməsi fonunda neqativ gözləntilər neftin
qiymətini kəskin şəkildə endirdi.
- Siz neft qiymətləri barədə qeyd etdiniz. Qısaca danışa bilərsinizmi neft bazarında
hazırda nə baş verir?

- 2020-ci ilin yanvarından etibarən koronavirusun Çin iqtisadiyyatına (dünya ÜDM-nin
15%-i) və dünya iqtisadiyyatına son dərəcə mənfi təsir göstərəcəyi bəlli olanda neftin
qiymətinin enməsi prosesi artıq başlamışdı. Qısa bir vaxt ərzində neft təklifi neftə olan
dünya üzrə tələbi əhəmiyyətli dərəcədə üstələməyə başladı. Amma buna baxmayaraq
qiymət enməsi baş vermirdi, çünki bazar iştirakçılarının OPEK+ (əsas neft ixrac edən
ölklər, xüsusilə ərəb ölkələri, əlavə olaraq Rusiya, Qazaxıstan, və Azərbaycan)
ölkələrinin hasilatı azaltmaqla bağlı razılığa gələrək neft bazarında tələb və təklif
tarazlığı yaradacağı barədə gözləntiləri mövcud idi. Təəssüflər olsun ki, bu baş vermədi
– danışıqların əsas iştirakçıları olan Rusiya və Səudiyyə Ərəbistanı razılığa gələ
bilmədilər. Məhz bu faktor mart ayının əvvəlində neftin qiymətinin kəskin enməsi ilə
nəticələndi. Amma nəzərə alsaq ki, aşağı neft qiymətləri nə Rusiya üçün, nə Səudiyyə
Ərəbistanı üçün, nə də ABŞ üçün (bunlar əsas neft istehsalçılarıdırlar) sərfəli deyildir,
düşünürəm ki onlar yaxın aylarda hasilatın azaldılması barədə razılığa gələcək və
neftin qiymətləri 45-50 USD diapazonuna qayıdacaqdır.

- Neftin aşağı qiymətinin və koronavirusun ölkə iqtisadiyyatına təsiri barədə nələri
qeyd edə bilərsiniz? Baş verənlərə qarşı biz nə dərəcədə hazırıq?

- Neft ixrac edən ölkələrdən biri olaraq ölkəmizə eyni anda iki xarici amil mənfi təsir
göstərir: dünyada iqtisadi vəziyyət və neftin aşağı qiymətləri. Bunlar da ölkə üçün ciddi
çağırışlardır. Yuxarıda sadalanan şoklara ölkədaxili özünütəcrid siyasəti də əlavə
olunur: yəni əhali daha az mallar alır və xidmətlər istehlak edirlər. Əminəm ki, birlikdə
biz bu çağırışın öhdəsindən də gələcəyik. Biz neftin aşağı qiymətlərinə əvvəlki
dövrlərdən, misal olaraq 2015-ci ildən indi daha yaxşı hazırıq. Mən fikrimcə əlverişli
hesab etdiyim amilləri sadalamağa çalışacağam: 1) yəqin ki ən başlıcası – böhran
şəraitində ölkə rəhbərliyinin reaksiya və tədbirləri. Sevindirici haldır ki, operativ şəkildə
məntiqli qərarlar qəbul olunur və sonra uğurla icra olunur. Cənab Prezidentin şəxsi
təşəbbüslərini xüsusilə vurğulamaq istərdim;

2) neft qiymətlərindəki volatilliyin dövlət büdcəsinə mənfi təsirlərini azaltmağa kömək
edən büdcə qaydalarının qəbul olunması dövlətin bütün sosial öhdəliklərini tam yerinə
yetirməyə imkan verir;
3) biz 2015-ci ildən bəri ölkənin qızıl-valyuta ehtiyatlarının artımına nail olmuşuq və əgər
USD ekvivalentində qızıl-valyuta ehtiyatlarının ÜDM-ə nisbəti göstəricisinə baxsaq
hazırda bu göstərici 2015-ci illə müqayisədə xeyli yüksəkdir;
4) xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyəsi;
5) möhtəkir valyuta əməliyyatları üzərində daha sərt nəzarət;
6) iqtisadiyyatın şəffaflaşmasına, vergi və gömrük yığımlarının artmasına gətirib çıxaran
vergi və gömrük sferasında həyata keçirilən islahatlar (qeyd etmək lazımdır ki, biznes
subyektlərinin ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini nəzərə almaqla vergi
sferasında şəffaflıq tədbirləri daha çox motivasiya tədbirləri vasitəsilə həyata
keçirilmişdir, nəinki cəza üsulları ilə və əminəm ki, Vergilər nazirliyi və İqtisadi inkişaf
nazirliklərinin birləşdirilməsi bu siyasətin davam etdirilməsinə təkan verəcəkdir);
7) yeni nəsil menecerlərin (onlardan bir çoxlarını tanıyaraq, qeyd edə bilərəm ki, onlar
yüksək səviyyəli peşəkarlardırlar) yaşlı nəsil təcrübəli rəhbərlər ilə sintezindən ibarət
unikal modelin tətbiq olunması.

- Bilirsiniz ki, Prezident İlham Əliyev koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi
sabitliyə və biznes mühitinə neqativ təsirlərini azltmaq məqsədilə sərəncam
imzalayıb, sənəddə dövlət orqanları qarşısında bir sıra həlli vacib məsələlər qoyulub.
Həmin sərəncam və bu çətin şəraitdə ölkə rəhbərliyi tərəfindən atılan digər
addımalar barədə bir qədər də təfərrüatlı danışmağınızı xahiş edərdim.

- Fikrimcə, dövlət koronavirusun ölkədə yayılmasının qarşısını almadan ötrü müstəsna
qabaqlayıcı tədbiləri digər ölkələrdən bir neçə həftə (bir sıra hallarda isə tam bir ay)
əvvəl görməyə başlamışdır. Bunlara misal olaraq Baş nazirin rəhbərliyi altında tərkibinə
yüksək ranqlı dövlət xadimlərinin daxil olduğu operativ qərargahın yaradılması,
koronavirus pandemiyasının iqtisadiyyata və sosial sferaya mənfi təsirlərini azaltmaq
üçün vəsaitin ayrılması, pandemiya ilə mübarizə fondunun yaradılması, sərhədlərin
bağlanması, xüsusi rejimin tətbiqi, həkimlərin əmək haqqlarının artırılması ilə əlaqədar
cənab Prezident tərəfindən vaxtında verilmiş sərəncamları göstərmək olar.
Yaranmış vəziyyətdə cənab Prezident özünün 19 mart tarixli sərəncamı ilə ən başlıca
olanı nümayiş etdirdi – dövlət əhaliyə və özəl sektora lazımi dəstəyi göstərəcəkdir.
Sərəncama əsasən iqtisadiyyatın, sosial sferanın və makroiqtisadi sabitliyin
dəstəklənməsinə 1 milyard manat vəsait ayrıldı. Xüsusilə vurğulamaq lazımdır ki, biz
dövlət büdcəsindən bu məqsədlə vəsait ayıran ilk ölkələrdən biriyik. İqtisadiyyat
Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi və Mərkəzi
Bankın qarşısında dəqiq tapşırıqlar qoyulmuşdur: COVID-19 pandemiyasından zərər
çəkmiş iqtisadiyyat sahələrinin və əhali təbəqələrinin müəyyənləşdirilməsi; bu sahələrə
dəyəcək ehtimal olunan zərərin məbləği barədə informasiyanın və bu qruplara dəstəyin
göstərilməsi ilə bağlı tədbirlər haqda təkliflərin hazırlanması və Nazirlər Kabinetinə
təqdim olunması; koronavirus pandemiyasının bank sektoruna və makroiqtisadiyyata
mənfi təsirlərinin qiymətləndirilməsi; manatın və istehlak qiymətlərinin sabitliyinin
dəstəklənməsi üçün təlkliflərin hazırlanması.
Prezidentin digər sərəncamı ilə koronavirusla mübarizə fondu yaradıldı və dövlət
tərəfindən ora 20 milyon manat vəsait köçürüldü. Sevindirici haldır ki, təkcə dövlət deyil,
özəl sektor da cənab Prezidentin sosial məsuliyyət nümayiş etdirmək çağırışına operativ
əməli cavab verdi. Bir neçə gün ərzində yaradılmış fonda 40 milyon manatdan çox
vəsait köçürüldü. Qeyd etmək lazimdir ki, bank sektoru cənab Prezidentin təşəbbüsünü
dərhal dəstəklədi.

Görülən tədbilər içərisində birinci Vitse-prezident Mehriban Əliyevanın əhalini ehtiyat
tədbirlərinə riayət etmək, şəxsi məsuliyyət nümayiş etdirmək və yaşlılara qayğı
göstərməklə əlaqədar maarifləndirici müraciətini yüksək qiymətləndirirəm. Ümid edirəm,
digər tanınmış şəxslər də ondan nümunə götürəcəklər.

- Bu dövrdə Azərbaycan bankları cəmiyyət qarşısında sosial məsuliyyətlərini necə görürlər? Banklar və
xüsusilə Bank Respublika bu istiqamətdə hansı işləri görür?

- Qeyd etmək vacibdir ki, banklar cəmiyyət və dövlət qarşısında öz məsuliyyətlərini dərk
edərək qarşıya çıxan yeni tələblərə doğru rekasiya verməyi bacardılar: ölkənin zəruri
mallarla fasiləsiz təmin olunması üçün sahibkarların pul vəsaitlərini operativ köçürdülər
və böyük əhali axınına fasiləsiz xidmət göstərdilər. Banklar istirahət günlərsiz və son
həftəni demək olar ki, fasiləsiz fəaliyyət göstərdilər. Mən bank əməkdaşları ilə fəxr
edirəm, risklərə, yorğunluğa və çoxlu müxtəlif problemlərə baxmayaraq mərdliklə işə
çıxırdılar, böyük insan kütləsi ilə ünsiyyətdə olaraq öz vətəndaşlıq borclarını yerinə
yetirirdilər. Bankların ahəngdar işləməsində Mərkəzi Bankın və Azərbaycan Banklar
Assosiasiyasının vacib rolu olmuşdur. Prkatiki olaraq hər gün görüşlər keçirilmiş, vacib
qərarlar verilmişdir.
Bank Respublika – ölkənin aparıcı banklarından biri olaraq – belə çətin məqamda bir
daha öz sosial məsuliyyətini nümayiş etdirdi. Belə ki, bank bütün filiallarında müştərilərə
xidmət göstərərək və heç bir məhdudiyyət tətbiq etməyərək banklar arasında əhali ilə
aparılan əməliyyatların sayına və həcminə görə ilk üçlükdə idi.Bank koronavirusla
mübarizə fonduna pul köçürməyə ilk qərar verənlərdən və cənab Prezidentin əhalinin
özünüməşğulluq proqramında bankların iştirakı barədə çağırışına ilk cavab verənlərdən
olmuşdur. Operativ qərargahın tövsiyələrinə riayət edərək, bank köhnə versiya internet-
bankinq xidmətlərindən istifadə edən bütün sahibkar müştərilərini daha müasir və rahat
versiyaya keçirmiş, onlara bütün əməliyyatlarını distant həyata keçirmə imkanı
vermişdir.

- Nəhayət yekun sual: Sizin də qeyd etdiyiniz kimi xarici şoklar iqtisadiyyatımızın
bir çox sahələrində problemlərə yol açdı. Sizin fikrinizcə dövlət və banklar mənfi
nəticələrin kompensasiyası məqsədilə hansı tədbiləri görməlidirlər?

- Mənim fikrimcə, dövlətin görməli olduğu əsas tədbirlər içərisində aşağıdakılar olmalıdır:
1) koronavirusdan zərər çəkmiş sahibkarlara müvəqqəti vergi güzəştlərinin tətbiq
olunması;
2) əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının
verilməsi; 3) koronavirusla əlaqədar olaraq gəlir mənbəyini itirən, əhalinin nisbətən zəif
təmin olunan təbəqələrinə müvəqqəti kompensasiyaların verilməsi;
4) kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması;
5) dövlət fondları (SİF, AKİA və s.) xətti ilə kreditlərin verilməsi işinin gücləndirilməsi;
6) mikrokreditlərin inkişafı məqsədilə, xüsusilə regionlarda bankların dəstəklənməsi;
7) sahibkarlıq və istehlak kredit müştərilərinin kreditləri üzrə fazilərin bir hissəsinin
subsidiyalaşdırılması.
Banklar da öz növbəsində bunları etməlidir:
1)distant xidmət kanallarını təkmilləşdirmək və onların təhlükəsizliyini təmin etmək;
2) müştərilərə güzəşt müdddəti təqdim edilmə mexanizmini işləyib hazırlamaq
Təbii olaraq, requlyator – Mərkəzi Bank – bankları prudensial normativlərin
yumşaldılması və zəruri likvidlik təmin etməklə dəstəkləməlidir.

- Maraqlı söhbət üçün çox sağ olun. Sizə uğurlar arzulayırıq.

- Siz sağ olun. Fürsətdən istifadə edərək, xalqımızı Novruz Bayramı münasibətilə təbrik
edirəm, möhkəm cansağlığı və bol-bol uğurlar arzu edirəm!





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir
Bu gün, 12:54
Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO
Bu gün, 12:53
Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA
Bu gün, 12:48
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Bu gün, 12:41
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Bu gün, 12:37
ATV də Prezidentin çağırışına qoşuldu – 50 min manat ianə
Bu gün, 12:35
Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı
Bu gün, 12:30
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl
Bu gün, 12:28
"Yaşım 65-i keçib, buna görə evdən çölə çıxmıram" - Xalq artisti
Bu gün, 12:25
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!
Bu gün, 12:10
Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı
Bu gün, 12:03
Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı
Bu gün, 12:02
Təhsil eksperti universitetləri tənqid etdi: - “Bina və partadan ibarətdirlər”
Bu gün, 11:58
"Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" - deputat
Bu gün, 11:55
9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub
Bu gün, 11:52
Ukraynada 28 nəfər koronavirusdan ölüb
Bu gün, 11:49
"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artisti
Bu gün, 11:47
“Koronavirus bizə mühüm bir fürsət verdi” - Xalq yazıçısı
Bu gün, 11:43
18 yaşdan aşağı şəxslər icazə almalıdır? - AÇIQLAMA
Bu gün, 11:40
“Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır”
Bu gün, 11:35
Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb
Bu gün, 11:34
"İpək Yolu Sığorta" BÖHRANLI DURUMDA... - xalis mənfəəti 2 dəfə azalıb
Bu gün, 10:58
Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib
Bu gün, 10:53
Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
Bu gün, 10:39
Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri
Bu gün, 10:38
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır
Bu gün, 10:36
Azərbaycanlı modeldən BİABIRÇI ADDIM - FOTO
Bu gün, 10:35
Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi
Bu gün, 10:31
Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ
Bu gün, 10:27
“Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” - Karantin həkimindən TƏKLİF
Bu gün, 10:25
"Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür" - deputat
Bu gün, 10:21
Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı
Bu gün, 10:20
Elmira Axundovaya qarşı ŞOK İTTİHAM - VİDEO
Bu gün, 10:20
Neft bahalaşır
Bu gün, 10:18
Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib, 58 929 nəfər ölüb
Bu gün, 10:14
“İmkansızlara yardımlar edirik, amma işıqlandırmırıq”
Bu gün, 10:12
İmmuniteti gücləndirən qidalar - SİYAHI
Bu gün, 10:09
Koronavirus xəstələri üçün canlı konsertlər: - Təbrizdə “Səni deyirlər”, Bakıda “Yanıq Kərəm"
Bu gün, 10:00
Saatlı sakini bıçaqlanıb
Bu gün, 09:55
“Azəriqaz” sahibkarı təhdid edir - QALMAQAL
Bu gün, 09:54
11 saylı İnternat məktəbində təhlükəli durum - İDDİA
Bu gün, 09:49
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:47
Parlamentdə DİN adından kim hesabat verəcək? - GƏLİŞMƏ
Bu gün, 09:45
Astarada narkotacir cinayət başında yaxalandı
Bu gün, 09:41
Uhanda koronavirusun ikinci dalğası başlaya bilər
Bu gün, 09:40
Ucar sakinlərinin KORONAVİRUS QORXUSU... - NARAZILIQ...
Bu gün, 09:37
İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir - "Qaş düzəldən yerdə..."
Bu gün, 09:36
Türkiyədə dollar yenidən bahalaşdı
Bu gün, 09:33
Rusiya baş naziri Meladzenin oxuduğu erməni mahnısına rəqs edib erməniləri də dəvət etdi - VİDEO
Bu gün, 09:31
Qarmon ustası olmuş taksi sürücüsü ilə koronavirus söhbəti: - "Çörəklpulu olan kimi evə qaçıram"
Bu gün, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru