Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlama .....                     Ceyhun Bayramov bunları bilirmi? .....                     Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb .....                     ""Evdə qal" tələbinə hər kəs özündən başlamalı, karantin rejiminə birmənalı əməl etməlidir" .....                     Ötən il Azərbaycanda inflyasiya MDB məkanında ən aşağı göstəricilərdən olub .....                     Həkimlərin koronavirusla bağlı yeni araşdırmasının nəticələri açıqlanıb .....                     Azərbaycanın beynəlxalq investisiya mövqeyi üzrə aktivləri öhdəlikləri iki dəfədən çox üstələyir .....                     Ermənistan əvvəl-axır qanunsuz əməllərinə görə cavab verəcək .....                     Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... .....                     Qarabağ erməniləri aclıq təhlükəsiylə üzləşib .....                     Milli Məclisin iclasının gündəliyi açıqlandı .....                     Gəncə hadisələri ilə bağlı həbs edilən beş nəfər azadlığa çıxdı .....                     Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar .....                     Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir? .....                     “İranda koronavirus gələn ilə qədər davam edə bilər” .....                     “Guya biz oxuyub nə qazanmışıq ki?!” .....                     Dünyada koronavirusa yoluxmuş 200 mindən çox insan sağalıb .....                     Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlanıb .....                     Koronavirus Bakı və Abşeronda bağ evlərinin kirayə bazarını canlandırıb .....                     "Vəziyyət düzəlməsə, çempionat ləğv oluna bilər" .....                     Baş Nazir aprelin 7-də Milli Məclisdə hesabat verəcək .....                     “Bütün qayda və tələblərə riayət olunsa, koronavirusla bağlı 2 həftədən sonra müsbət dönüş başlaya bilər” .....                     Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir .....                     Tərtərdə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib .....                     Tərtərdə karantin qaydalarını pozanlara növbəti dəfə xəbərdərlıq edildi .....                     Səhər saatlarında duman olacaq .....                     Xəstələrin bir rayondan digərinə aparılması ilə bağlı sənəd hazırlanır .....                     Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar .....                     Koronavirus xəstələrinin sayı artarsa, ev şəraitində müalicəyə keçə bilərik .....                     "Bir xəstə ətrafında təmasda olduğu 50-yə yaxın şəxsi xəstəliyə yoluxdurur" .....                     Belarus Rusiyadan 4 dollara neft almağı planlaşdırır .....                     Fövqəladə vəziyyətin elan olunması istisna edilmir .....                     Maska taxmayanlar qaydanı pozmuş sayılır .....                     Binəqədidə ötən olin dekabrında aptekdə satıcı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb .....                     Koronavirusa görə ATƏT PA-nın illik sessiyası təxirə salınıb .....                     Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb .....                     “Başımı divara çırpdı, qarnıma zərbələr endirdi” .....                     “Prezident əhaliyə dəyən zərərin minimallaşdırılması üçün tapşırıq verib” .....                     Karantin dövründə jurnaistlərin hərəkəti ilə bağlı açıqlama .....                     Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək .....                 

Bu nadir tarixi abidə Əbülfəs Qarayevin gözləri qarşısında məhv olmaq üzrədir... - Biganəlik...
Tarix: 25-03-2020, 09:43 | Çap et
Bu nadir tarixi abidə Əbülfəs Qarayevin gözləri qarşısında məhv olmaq üzrədir...
Qəbiristanlıq deyəndə ağla ilk növbədə insanların dəfn edildiyi məzarlıqlar gəlsə də, sən demə, Bakıda heyvan qəbiristanlığı da varmış. Özü də nə az, nə çox, 200 min il əvvələ aid olan bir qəbiristanlıq. Bura Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi adlanır. Sputnik Azərbaycan çoxlarının xəbərsiz olduğu bu qəbiristanlıqdan reportajı təqdim edir.

Binəqədi qəsəbəsi, II mədən 93-cü korpus ünvanında yerləşən abidə barədə bizə restavrasiya işləri aparan Bayram Əhmədov məlumat verir. Onun sözlərinə görə, abidə Azərbaycan geoloqu Ə.S.Məstanzadə tərəfindən 1938-ci ildə qazıntılar zamanı aşkar edilib. Həmsöhbətimiz deyir ki, Sovet dövründə burada böyük geoloji ekspedisiya qrupu işləyib. Amma ondan sonra bu abidədə qazıntılar davam etdirilməyib: "Buranı ona görə heyvan qəbiristanlığı adlandırırlar ki, 200 min il əvvəl vəhşi heyvanlar buraya su içmək üçün gəlsələr də, mazuta bataraq çıxa bilməyiblər. Hansısa heyvanın batıb qaldığını görən çaqqal, tülkü onu ovlamaq istədikdə özləri də mazuta bataraq qalıblar. Buradan yaşı 75 min il olan kərgədan skeletləri, ən qədim heyvanların kəllə sümükləri aşkar edilib. Amma çox təəssüf ki, artıq qazıntılar aparılmır. Torpağın altında xeyli heyvan skeleti qalmaqdadır. Qazıntıların aparıldığı ərazi isə, gördüyünüz kimi, mazutlu su ilə dolub. Nasoslar yoxdur ki, biz buranın suyunu çəkib qurudaq".

O deyir ki, çox az-az hallarda abidəni görmək üçün gələnlər olur. Çox maraqlı turizm marşrutu olan bu abidəni əsasən qonaqlar ziyarət edirlər. Tur şirkətləri vasitəsilə ilə isə demək olar ki, kütləvi turist axını yoxdur. Bayram Əhmədov deyir ki, "Binəqədi IV dövr fauna və flora təbiət abidəsi" nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri hesab olunur.

Binəqədi kəndindən 1 km cənub-şərqdə, bitum yataqlarında yerləşən bu abidə Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların su içdiyi mənbə olub. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxaraq şirin su gölünə axıb. Beləcə, gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi heyvanlar üçün tələyə çevrilib. Buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar batıb qalıblar. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilib.

B.Əhmədov bildirir ki, abidə 1982-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Təbiət Abidəsi elan olunub. "Binəqədi IV dövr fauna və flora təbiət abidəsi"ndə 300-ə yaxın heyvan və 22 növ bitki qalıqları aşkarlanıb. Aşkar olunmuş növlərdən 20-si nəsli kəsilmiş heyvanlardır. Bunlardan mağara şiri, mağara pələngi, nəcib maral, hepard, bəbir və digərlərini misal göstərmək olar. Burada 43 məməli, 107 quş, 2 sürünən, 1 suda-quruda yaşayan canlının qalıqları aşkarlanıb. Onurğasız heyvanlardan isə buğumayaqlıların 120-dən çox növü, mollyuskların 1 növü təyin olunub.

Həmsöhbətimiz bildirir ki, burada aşkara çıxarılan fauna və flora qalıqlarının yaşı 50-150 min ili əhatə edir. 1938-ci ildə tapılmış kərgədan sümüyü dünya paleontologiya elmində "Binəqədi kərgədanı" adı ilə məşhurdur. Bayram Əhmədov deyir ki, hətta Binəqədidəki bu abidənin analoqu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranço La Brea muzeyi sayılır.

Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranço La Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Yazıçı V.V.Boqaçevin müəllifi olduğu "Картины первобытной природы Апшерона" ("İbtidai Abşeronun mənzərələri") adlı kitabda rayona dair məlumatlar öz əksini tapıb.

Burada onu da öyrənirik ki, indiyədək "Binəqədi Fauna və Flora Təbiət Abidəsi"ndə müxtəlif işlər aparılıb, muzeyin layihəsi üzərində işlənilsə də, başlanılan işlər müxtəlif səbəblərdən sona çatdırılmayıb. Hətta açıq səma altındakı muzeydə aşkarlanan heyvan skeletlərinin nümayişi üçün şərait də yoxdur. Yaşı 150 min il əvvələ dayanan heyvan skeletlərinin çoxu taxta yeşiklərə yığılaraq şəraitsiz şəkildə qışda qarın-yağışın, yayda günün altında qalır. Apardığımız müşahidələr nəticəsində belə qənaətə gəldik ki, əslində böyük turizm potensialı olan bu abidə baxımsızlıq nəticəsində diqqətdən kənar qalıb.

Abidənin aid olduğu Təbiət Tarixi Muzeyindən isə bildirdilər ki, "Binəqədi Fauna və Flora Təbiət Abidəsi"ndə aşkar olunan skeletlərin bir hissəsi bu muzeydə saxlanılır. O ki qaldı qazıntıların davam etdirilməməsinə, muzeydən buna maliyyə vəsaiti olmadığını əsas gətirdilər.

Qeyd edək ki, "Binəqədi Fauna və Flora Təbiət Abidəsi"ndə aşkar olunan Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir. Burada tapılmış skeletlər üzərində aparılan tədqiqatlar göstərir ki, xırda gəmiricilərin sümüklərinin bir hissəsi yağış və sel nəticəsində yerlərini dəyişib. Kolleksiyada dovşanlar, dəniz kirpiləri, yereşən, siçan kimi xırda gəmiricilərin qalıqları toplanıb. Müqəvva və skeletlər, quşların yuvaları və yumurtaları da böyük maraq doğurur. "Binəqədi dördüncü dövr fauna və florası" ən məşhur tədqiqat obyekti olsa da, diqqətdən kənar qalıb...

Bu nadir tarixi abidə Əbülfəs Qarayevin gözləri qarşısında məhv olmaq üzrədir...
Bu nadir tarixi abidə Əbülfəs Qarayevin gözləri qarşısında məhv olmaq üzrədir...
Bu nadir tarixi abidə Əbülfəs Qarayevin gözləri qarşısında məhv olmaq üzrədir...
Bu nadir tarixi abidə Əbülfəs Qarayevin gözləri qarşısında məhv olmaq üzrədir...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlama
Bu gün, 15:28
Ceyhun Bayramov bunları bilirmi? - İDDİA
Bu gün, 15:27
Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb
Bu gün, 15:25
""Evdə qal" tələbinə hər kəs özündən başlamalı, karantin rejiminə birmənalı əməl etməlidir"
Bu gün, 15:22
Ötən il Azərbaycanda inflyasiya MDB məkanında ən aşağı göstəricilərdən olub
Bu gün, 15:16
"Allahın qəzəbinə gəldik" - VİDEO
Bu gün, 15:14
Möhlət müəllimin oğlu Rüstəm və digər musiqiçilərimiz ABŞdan qayıda bilmir..
Bu gün, 15:10
Həkimlərin koronavirusla bağlı yeni araşdırmasının nəticələri açıqlanıb
Bu gün, 15:08
Azərbaycanın beynəlxalq investisiya mövqeyi üzrə aktivləri öhdəlikləri iki dəfədən çox üstələyir
Bu gün, 15:05
Ermənistan əvvəl-axır qanunsuz əməllərinə görə cavab verəcək - XİN
Bu gün, 15:02
Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
Bu gün, 15:01
Qarabağ erməniləri aclıq təhlükəsiylə üzləşib
Bu gün, 14:55
Milli Məclisin iclasının gündəliyi açıqlandı
Bu gün, 14:53
Gəncə hadisələri ilə bağlı həbs edilən beş nəfər azadlığa çıxdı - ADLAR
Bu gün, 14:46
Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar - ŞƏRTLƏR
Bu gün, 14:44
Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir? - TƏHLİL
Bu gün, 14:41
“İranda koronavirus gələn ilə qədər davam edə bilər” - Ruhani
Bu gün, 14:37
"Canlı yayımda özümü koronavirusa yoluxduracam" - VİDEO
Bu gün, 14:36
“Guya biz oxuyub nə qazanmışıq ki?!”
Bu gün, 14:33
Dünyada koronavirusa yoluxmuş 200 mindən çox insan sağalıb
Bu gün, 14:31
Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlanıb
Bu gün, 14:25
Koronavirus Bakı və Abşeronda bağ evlərinin kirayə bazarını canlandırıb
Bu gün, 14:14
"Vəziyyət düzəlməsə, çempionat ləğv oluna bilər"
Bu gün, 14:11
Baş Nazir aprelin 7-də Milli Məclisdə hesabat verəcək
Bu gün, 14:10
“Bütün qayda və tələblərə riayət olunsa, koronavirusla bağlı 2 həftədən sonra müsbət dönüş başlaya bilər” - “Yardımla bağlı müxtəlif təkliflər var”
Bu gün, 13:11
Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
Bu gün, 13:09
Tərtərdə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Bu gün, 13:07
“Evdən işləmək yaxşıdır, yoxsa işə getmək?”
Bu gün, 13:06
Tərtərdə karantin qaydalarını pozanlara növbəti dəfə xəbərdərlıq edildi
Bu gün, 13:03
Səhər saatlarında duman olacaq - Belə deyirlər...
Bu gün, 13:01
Xəstələrin bir rayondan digərinə aparılması ilə bağlı sənəd hazırlanır
Bu gün, 13:00
Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar
Bu gün, 12:59
Koronavirus xəstələrinin sayı artarsa, ev şəraitində müalicəyə keçə bilərik - TƏBİB
Bu gün, 12:56
"Bir xəstə ətrafında təmasda olduğu 50-yə yaxın şəxsi xəstəliyə yoluxdurur" - TƏBİB
Bu gün, 12:45
Belarus Rusiyadan 4 dollara neft almağı planlaşdırır
Bu gün, 12:34
Fövqəladə vəziyyətin elan olunması istisna edilmir - Operativ Qərargah
Bu gün, 12:32
Maska taxmayanlar qaydanı pozmuş sayılır - DİN
Bu gün, 12:22
Binəqədidə ötən olin dekabrında aptekdə satıcı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 12:19
Koronavirusa görə ATƏT PA-nın illik sessiyası təxirə salınıb
Bu gün, 12:17
Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Bu gün, 12:16
“Başımı divara çırpdı, qarnıma zərbələr endirdi” – Əri tərəfindən döyülən müəllimə
Bu gün, 12:13
“Prezident əhaliyə dəyən zərərin minimallaşdırılması üçün tapşırıq verib”
Bu gün, 12:09
Karantin dövründə jurnaistlərin hərəkəti ilə bağlı açıqlama
Bu gün, 12:07
"Pis günün ömrü az olar"
Bu gün, 12:06
Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək - Qərargah
Bu gün, 12:03
“Vətəndaşların icazə ilə çölə çıxmasına dair sənəd hazırlanır” - İbrahim Məmmədov
Bu gün, 12:02
Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb
Bu gün, 12:01
“İndiyə qədər nə səhiyyə, nə də nəqliyyat belə fors-major hala hazır olub" - Vüsal Kərimli
Bu gün, 11:59
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayrıldı - SƏRƏNCAM
Bu gün, 11:55
Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır - Qərargah
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru