RİİB və Qaradağ RİH yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq sovqatı paylayıb .....                     “Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb” .....                     Ailə TV karantin rejimini pozur .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 900-ü keçdi .....                     İsraildə koronavirusdan ölənlərin sayı artdı .....                     “Koronaviruslu xəstə Qarabağa qəsdən göndərilib” .....                     Mərkəzi Bank sədrindən ÇOXDAN GÖZLƏNİLƏN AÇIQLAMA .....                     Atasından qalan odlu silahı özündə saxlayan şəxs saxlanılıb .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     "Əli, Nuşirəvan, Vüqar triosu vətəndaş cəmiyyətinin qabına elə şey qoyublar ki..." .....                     Nərminin qətl işi: .....                     Milli Məclisdə Baş Nazirin videohesabatı dinlənilir .....                     AztV rəhbərliyindən əcaib-qəraib gedişlər... .....                     Serbiya Prezidentinin oğlunda koronavirus aşkarlanıb .....                     Elman Rüstəmov Mərkəzi Bankın .....                     Aqrar sahədə güzəştli mikrokreditlər... .....                     Deputatlar tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçiləri ayaqüstə alqışlayıblar .....                     "Qocalar evi"nin QOCAMAN DƏRDİ... .....                     “Brent” markalı neftin qiyməti artır .....                     Milli Məclisin .....                     Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir .....                     Nazirliyin yeni layihəsi niyə daşa dirənib? .....                     ““Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər ölkənin süqutunu istəyənlərdir” .....                     Bu şəxslərin icazəsi ləğv edildi .....                     "59 yaşında, ailəli bir müəllimin məktəbli qıza təcavüz etməsi əclaflıqdır..." .....                     Səudiyyə Ərəbistanının şahzadələri koronavirusa yoluxdu .....                     Saxta arayış satarkən tutulan şəxs dünya çempionu imiş .....                     Bakının da ev sahibi olduğu AVRO-2020-nin təşkilatçı şəhərləri dəyişdirilə bilər .....                     Qayınata 4 uşaq anası olan gəlinini baltalayıb .....                     "Bu gündən 190 manatın verilməsinə başlanılacaq" .....                     “10 il öncə telefonumun üz qabığında idin, indi isə..." .....                     Koronavirus məhsul qıtlığına səbəb olacaqmı? .....                     Səfər Mehdiyev haqqında ŞOK İDDİA... .....                     TƏBİB yenidən qan donorlarına müraciət etdi .....                     Koronavirusdan ən çox bu ölkələr itki verir .....                     ""Niyə filan şeydən danışmadınız?", "niyə filan şeyi demədiniz?" sayağı iradlar çox zaman yersiz olur" .....                     Abşeronda hər gün dezinfeksiya işləri aparılır .....                     Dünya Bankı növbəti iki ildə Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır .....                     Azərbaycanda kapital və əmlak amnistiyası hansı formada tətbiq ediləcək? .....                     Yeni komanda mətbuatı dəyişə biləcəkmi? .....                 

Tovuzun icra başçısının bundan xəbəri varmı? - GİLEY
Tarix: 25-03-2020, 09:35 | Çap et
Tovuzun icra başçısının bundan xəbəri varmı?
“Kəndlərdə qaz yoxdur, yol təmiri yarımçıq qalıb, külək əsəndə işıqlar sönür, örüşlərimizdə başqalarının heyvanları otlayır, heyvandarlıqla məşğul ola bilmirik, işsizlikdən isə danışmağa dəymir, çoxu ailəsini valideynlərinin pensiyası ilə dolandırır”.

Tovuzun Çobansıxnaq kənd sakini belə deyir. Çobansıxnaq Tovuzun Sarıtala Bələdiyyəsinə daxil olan yeddi kənddən biridir. Kəndin sakinləri sosial problemlərdən əziyyət çəkir. Bələdiyyəyə daxil olan digər dağıətəyi kəndlərdə - Sarıtala, Yoğunbulaq, Qaraboyunlar, Nəmxoş, Dondar, Səflərdə də əsas şikayət yoldan, işıqdan, qazdan, işsizlikdəndir. Sarıtala Bələdiyyəsinə daxil olan kəndlərdə ümumilikdə 3 min nəfər sakin var.
Sarıtaladakı xəstəxananın giriş qapısı

Kənd sakinləri danışır ki, ötən il dağətəyi kəndlərə yol çəkilişləri ilə bağlı xəbəri alanda seviniblər. Ancaq payızqabağı yolçəkənlər işlərini Köçdərə ərazisində yarımçıq qoyaraq gediblər:

“Köçdərəyə qədər yolu çəkib gətirdilər, orda işləri dayandırdılar. Çəkdikləri asfalt 5 sm qalınlığındadır. Halbuki, yolların çəkilişinə görə büdcədən milyonlarla manat ayrılmışdı“.

Bundan başqa, ötən il Yoğunbulaq kəndinin sakinlərinə bildirilib ki, iki kəndi birləşdirəcək dairəvi yol tikiləcək. Adamlar da layihəyə düşən yolun kənarındakı şəxsi torpaqlarının çəpərlərini sökərək geri çəkiblər. Lakin bu yolda da işlər yarımçıq qalıb.

“Yolu yarıya qədər işlədilər, o da yarımçıq qaldı. İndi yağış yağanda yol o başdan bu başa qədər bataqlığa çevrilir, nə maşınlar hərəkət edə bilir, nə piyadalar. Ancaq deyilənə görə, Prezidentə məruzə olunub ki, bu yollarda təmir işləri bitib və çoxdan əhalinin istifadəsi verilib. Biz də burdan səslənərək bildiririk ki, cənab Prezident, sizi aldadıblar. Yolları daha da bərbad hala salıb, əhalinin işini beşqat çətinləşdiriblər”, - kənd sakini deyir.

Qaz yox, odun baha...
Bu kəndlərdə mavi yanacaq yoxdur: “Bu kəndlərdə 5 il qaz yanıb, sonra gəlib qaz xətlərinin yenilənəcəyini dedilər, qazın verilişi dayandırıldı, sonra da qaz xətlərini söküb apardılar. O gün – bu gün, yeni qaz xətti çəkilmədi, eşitdik ki, doğrayıb apardıqlarını da satıblar”.

Əhali odundan istifadə edir. Odunun kubunu isə 40 manata alırlar. Bir qışı yola vermək üçün hər ailəyə oduna görə azı 500-600 manat lazımdır. Əksər ailələrin heç bir yerdən gəlirləri yoxdur deyə, odun ala bilmirlər, nəticədə dağətəyi kəndlərdə evləri qızdıra bilmirlər, soyuqda yaşayırlar.

Külək əsəndə işıq sönür
Kəndlərdəki işıq xətləri 1974-cü ildə çəkilib, indi çürüyüb. Bu üzdən də azca külək əsən kimi naqillər qırılır, kəndlər zülmətə bürünür. Buna baxmayaraq, əhalidən hər ay işıqpulu tələb olunur. Adını açıqlamaq istəməyən kənd sakini deyir

“Bizdə olan məlumata görə, Prezidenti aldadıblar ki, guya bizim kəndlərdə kabelləşmə işləri aparılıb. Prezident buyurub kəndlərimizə baş çəkə bilər, biz ona çürümüş kabelləri, azca külək əsən kimi böyrü üstə düşən köhnə taxta dirəkləri göstərərik. Qışboyu ayın yarısından çoxu işıq olmur, ancaq işıqpulu yığmaq vaxtı çatanda qapılarımıza çökürlər, işıqpulu tələb edirlər”.

Örüş sahələrinə yaxın düşə bilmirlər
Sarıtalada əhalinin əsas məşğuliyyəti heyvandarlıq olsa da, çoxdandır ki, bu məşğuliyyətə əngəllər var. Kəndlilər deyir, örüş yerləri kənardan gələn fermerlərə icarəyə verildiyindən, yerli sakinlər örüş sahələrinə yaxın düşə bilmirlər. Ancaq sözü bir yerə qoyublar ki, örüş mövsümü başlayanda birlik göstərib örüş sahələrinə kənardan heyvan buraxmayacaqlar.

Xəstəxana istifadəyə yararsızdır
Sarıtala Bələdiyyəsinə daxil olan kəndlərin ümumilikdə iki tibb məntəqəsi, bir xəstəxanası var. Ancaq nə tibb məntəqələri, nə də xəstəxana faktiki fəaliyyət göstərmir:

“Nə tibb məntəqələri işləyir, nə xəstəxana... Kağız üzərində guya hamısı fəaliyyət göstərir, hətta işçiləri də var, hər ay evlərində oturub maaşlarını alırlar. Tibb məntəqələri də, xəstəxana da bərbad vəziyyətdədir. O xəstəxanaya sağlam girən xəstəliyə yoluxub çıxar... Qapıları gecə-gündüz açıqdır, içərisində nə xəstə var, nə həkim... Baş həkimə nə vaxt zəng vursan, deyir, kənardayam, gələ bilmirəm. Xəstəxananın azı 25 işçisi var, hansı ki, hər ay maaş alır, ancaq kəndlərdə birinin vəziyyəti ağırlaşanda böyük çətinliklə dağdan aşağı düşürüb rayon mərkəzinə aparmalı oluruq. Təcili yardım yolları bəhanə edib gəlmir. Uşaq evdə doğulur, ölür. Adamların harayına həkim çatmır, həyatlarını itirirlər. Son bir ayda tibbi yardım ala bilməyən 6-7 sakin dünyasını dəyişib”.

Gənc nəsil pensiyaçılara həsəd aparır
Bu kəndlərdə gənc və orta nəsil az qala pensiyaçılara həsəd aparır. Çünki kəndlərdə aylıq stabil gəliri olan elə pensiyaçılardır. Yaşlı nəsil hər ay “sehrli kartdan” çıxardığı pensiyayla az qala bir neçə ailənin maddi tələbatını ödəyir. Kənd sakini Ağamir Məmmədov da 95 yaşlı anasının pensiyasıyla dolanır:

“Utana-utana, qızara-qızara ailəmi anamın pensiyasıyla dolandırıram. 55 yaşım var, qalmışam dağın başında, iş yox, güc yox... Anam 200 manat pensiya alırdı, yanvardan artıb, 230 manat olub. O pensiyayla bilmirəm 4 nəfərdən ibarət ailəmi dolandırım, anamın dərmanlarını, odun alım, yoxsa işıqpulu verim... Bütün kəndlərdə durum belədir. Yalnız pensiyaçılar arxayındır ki, filan tarixdə pensiyam kartıma köçəcək, gedib çıxarıb, dolanacam. Həmin pensiyaçıların ailələri də gözlərini o pensiyaya dikirlər”.

Kəndlərdə ciddi su problemi də var. Sakinlərin deməsinə görə, yuxarı kəndlər içməli suyu dağdan gələn bulaqlardan götürür. Lakin yuxarı kəndlərdən keçib aşağı kəndlərə axan çaylar çirkləndirilir. Bu üzdən də aşağı kəndlərdə su problemi yaşanır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
RİİB və Qaradağ RİH yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq sovqatı paylayıb
Bu gün, 11:40
“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb” - Əli Əsədov
Bu gün, 11:39
Ailə TV karantin rejimini pozur
Bu gün, 11:34
Ermənistanda koronavirusa yoluxanların sayı 900-ü keçdi
Bu gün, 11:31
İsraildə koronavirusdan ölənlərin sayı artdı
Bu gün, 11:30
“Koronaviruslu xəstə Qarabağa qəsdən göndərilib” – Paşinyana AĞIR İTTİHAM
Bu gün, 11:29
Mərkəzi Bank sədrindən ÇOXDAN GÖZLƏNİLƏN AÇIQLAMA - "Bank kreditləri ilə bağlı müəyyən işlər gedir"
Bu gün, 11:27
Atasından qalan odlu silahı özündə saxlayan şəxs saxlanılıb - FOTO
Bu gün, 11:26
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 11:24
"Əli, Nuşirəvan, Vüqar triosu vətəndaş cəmiyyətinin qabına elə şey qoyublar ki..." - İTTİHAM
Bu gün, 11:23
Nərminin qətl işi: - Məhkəmədən yeni qərar
Bu gün, 11:22
Milli Məclisdə Baş Nazirin videohesabatı dinlənilir
Bu gün, 11:21
AztV rəhbərliyindən əcaib-qəraib gedişlər... - GƏLİŞMƏ
Bu gün, 11:20
Serbiya Prezidentinin oğlunda koronavirus aşkarlanıb
Bu gün, 11:18
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
Bu gün, 11:18
Aqrar sahədə güzəştli mikrokreditlər... - FƏRMANDA DƏYİŞİKLİK NƏ BİLDİRİR?
Bu gün, 11:16
Deputatlar tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçiləri ayaqüstə alqışlayıblar
Bu gün, 11:13
"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA
Bu gün, 11:12
“Yıxılmağım bədbəxt qisimləri sevindiribsə...” - Xalq artisti
Bu gün, 11:11
“Brent” markalı neftin qiyməti artır
Bu gün, 11:05
Milli Məclisin iclası başlayıb
Bu gün, 11:04
Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir
Bu gün, 11:03
Nazirliyin yeni layihəsi niyə daşa dirənib? - Başqa variant yoxdur
Bu gün, 11:02
““Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər ölkənin süqutunu istəyənlərdir” - Nazir
Bu gün, 11:00
Bu şəxslərin icazəsi ləğv edildi - Qaydalar bu gündən daha da sərtləşdirilir
Bu gün, 10:58
Ceyhun Mirzəyevin doğum günüdür - ANIM
Bu gün, 10:57
"59 yaşında, ailəli bir müəllimin məktəbli qıza təcavüz etməsi əclaflıqdır..."
Bu gün, 10:53
Səudiyyə Ərəbistanının şahzadələri koronavirusa yoluxdu
Bu gün, 10:51
Saxta arayış satarkən tutulan şəxs dünya çempionu imiş - FOTO
Bu gün, 10:50
Bakının da ev sahibi olduğu AVRO-2020-nin təşkilatçı şəhərləri dəyişdirilə bilər
Bu gün, 10:47
Qayınata 4 uşaq anası olan gəlinini baltalayıb - MƏHKƏMƏ
Bu gün, 10:46
"Bu gündən 190 manatın verilməsinə başlanılacaq" - Nazirdən MÜJDƏ
Bu gün, 10:45
“10 il öncə telefonumun üz qabığında idin, indi isə..."
Bu gün, 10:43
Xalq artisti işlərini evdən idarə edir - "Yaxşı günlər hələ qabaqdadır"
Bu gün, 10:42
Koronavirus məhsul qıtlığına səbəb olacaqmı? - Nazirlik aydınlıq gətirdi
Bu gün, 10:40
Səfər Mehdiyev haqqında ŞOK İDDİA... - DGK-ni kimlərə peşkəş edib?..
Bu gün, 10:39
TƏBİB yenidən qan donorlarına müraciət etdi
Bu gün, 10:37
Xalq artisti canlı yayımda belə YIXILDI - VİDEO
Bu gün, 10:36
Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI
Bu gün, 10:32
""Niyə filan şeydən danışmadınız?", "niyə filan şeyi demədiniz?" sayağı iradlar çox zaman yersiz olur" - deputat
Bu gün, 10:31
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Bu gün, 10:29
Dünya Bankı növbəti iki ildə Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır
Bu gün, 10:27
Azərbaycanda kapital və əmlak amnistiyası hansı formada tətbiq ediləcək?
Bu gün, 10:26
Yeni komanda mətbuatı dəyişə biləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:26
RİİB və Nərimanov RİH yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq sovqatı paylayıb
Bu gün, 10:24
Bakıda gözətçini döyüb öldürən klinika sahibinin oğlunun məhkəməsi başlayır
Bu gün, 10:22
Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb
Bu gün, 10:21
"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq
Bu gün, 10:20
Bakıda gənc oğlan bıçaqlanıb
Bu gün, 10:16
Azərbaycan yarışmanın qalibi olacaq - “Eurovision Planet Magazine”
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru