Vüqar Səfərli ayrılan pulları necə yeyibsə... .....                     RƏNGLİ ŞURA... .....                     General da korrupsiyaya bulaşarmı?.. .....                     Koronavirus Ermənistanda dramı "taxta pul"a çevirəcək .....                     Sahil Babayevə MÜRACİƏT .....                     Qadın qonaq getdiyi evdən 10 min manat oğurlayıb .....                     Azərbaycan səfirliyi 400 ailəyə yardım etdi .....                     "Ali Məhkəmənin sədri olanda da, rüşvət almamışam" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... .....                     Onların haqqı boynumuzdadır .....                     Masallıda vətəndaş dövlət qayğısından məhrumdur... .....                     Millətinə örnək oğul... .....                     Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər .....                     "Mən düşünürəm ki, görməyimdə problem tamamilə koronavirusla bağlı ola bilər" .....                     Qrant Mikaelyan Ermənistanda koronavirus haqda .....                     Əbülfəs Qarayev ona ev bağışlayıb .....                     Dünya “evdə qal”dı: Azərbaycanlılar milyardlarını itirdi .....                     Bakıda bağ evlərinin icarə qiymətləri artacaq .....                     Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır .....                     Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ .....                     Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır .....                     Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü .....                     Əbülfəs Qarayevin yerinə kimi gətirirlər? .....                     Rayonda indiyədək 67 nəfər koronavirusa yoluxub, 17 nəfər sağalıb .....                     "Spartak" azərbaycanlı futbolçunu niyə qovdu .....                     Bu kəndin karantinə alınması xəbəri yalan çıxdı .....                     Bakıda kişi narkotikə görə qonşusunu öldürdü .....                     Faktiki hava açıqlanıb .....                     “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb? .....                     Taleh Şahsuvarlıdan Aslan İsmayılova sərt cavab: .....                     Aleksandr Lukaşenko Prezident İlham Əliyevi .....                     Sahibkar müştəriyə "hərif" kimi baxsa... .....                     İsrail qəzeti Milli Şuranın gey qalmaqalından yazdı .....                     Deputatla professor arasında böyük qalmaqal .....                     Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib .....                     “Erməni həmkarımın açıqlaması arqumentlərdən məhrumdur” .....                     Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub .....                     Qubada 57 yaşlı kişi intihar edib .....                     Sabah 31 dərəcə isti olacaq .....                 

Ziya Məmmədovun adı dükan qalmaqalında - ETİRAZ
Tarix: 25-03-2020, 09:02 | Çap et
Ziya Məmmədovun adı dükan qalmaqalında
«Təzadlar»a Bakının Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev-19, mənzil-33-də yaşayan Məhərrəmov Vasif Sabir oğlu və Qarabağ Müharibəsi veteranı, II qrup müharibə əlili, Prezident Təqaüdcüsü Məmmədov Mehman Yusif oğlu tərəfindən Prezident İlham Əliyevə (surəti «Təzadlar» qəzeti redaksiyasına olmaqla) şikayət ərizəsi daxil olub.
Şikayətçilərin ərizəsindən məlum olurdu ki, onlar ailələrini və eləcə də Qarabağ qazilərindən bəzilərinin müalicəsini təmin etmək üçün 2009-cu ildə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və oğlu Anar Məmmədovun mənsubiyyətində olan yeraltı keçidlərdəki dükanlara pul verib alıblar, lakin bir müddət sonra olmazın problemlərlə üzləşiblər.
Problemin ciddiliyini nəzərə alaraq hər iki şikayətçini qazi dostları ilə birlikdə redaksiyamıza dəvət etdik. Qarabağda odun-alovun içərisindən keçmiş qazilərin dərdini dinlədikcə təəssüflənməli olduq. Beləliklə, şikayətçi qazilərin Prezident İlham Əliyevə ünvanlı müraciətini təqdim edirik:
Hörmətli cənab Prezident!
Yazıb sizə bildiririk ki, biz Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışıq. «28 may» yeraltı keçid 2007-2008-ci illərdə dövlət hesabına tikilib təmir edilmişdir. Burada həmin vaxt 80 mağaza olmuşdur. Həmin mağazalar «21-ci əsr-Bakı» MMC-yə aid olub, biz də bu şirkətlə müqavilə bağlamışıq, götürmüşük. 2008-ci ildə isə hər bir mağaza qanunsuz olaraq hər bir icarəçiyə pulla satıldı, söz verildi ki, qısa vaxt ərzində adımıza özəlləşdiriləcək. Biz də Ziya Məmmədovun adamlarına inandıq. Lakin bu vəd 2009-cu ilədək uzandı. 2019-cu ilədək bu mağazalar Ziya Məmmədovun və oğlu Anar Məmmədovun himayəsində olan, hamıya adı bəlli şirkətlərlə müqavilə bağlanılaraq idarə edilib. Özü də hər dəfə yeni müqavilə bağlanılanda köhnə müqavilələrin əslini bizdən alıblar. Həmçinin hər müqavilədə bizə məcburi və mütləq şəkildə qeyd etdiriblər ki, biz icarədarların heç birinin tələbi və ya iddiası yoxdur.
Lakin 2017-ci ildən başlayaraq günümüzü qara etdilər. Belə ki, 2017-ci ildə bağlanılmış müqavilələrin müddəti 2020-ci ilin dekabrınadək olmuşdur. Amma hər dəfə onlardan tələb edən də ki, axı adımıza özəlləşdirilməli idi, necə oldu, yeni bir bəhanə gətiriblər. Buna baxmayaraq 2019-cu ilin avqust ayında biz icarədarları çağırıb mövcud müqavilənin müddəti bitməmiş köhnələri yenidən geri aldılar. Və bizə bəyan etdilər ki, «21-ci əsr-Bakı» MMC başqa adama satılıb. Məlum oldu ki, bu «başqa adam» Ziya Məmmədovun yaxın adamı- qohumudur. Beləcə, yenidən qara günümüz başladı.
2019-cu ilin dekabr ayından isə Ticarət Mərkəzinin icraçı direktoru Novruzov Anar Tofiq oğlu ilə dəfələrlə görüşüb bu məsələləri aydınlaşdırarkən onun tərəfindən bizə qarşı kobud hərəkətlər edildi və təhqiredici sözlər deyildi. Anar Novruzov özünü qoçu kimi aparır, özünün dediyi kimi, kifayət qədər pulu və Ziya Məmmədov kimi qohumunun olması ilə hamını ələ ala biləcəyini bildirir, bir sözlə, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumu kimi özünü təqdim etməklə ona arxalandığını gizlətmir. Faktlar isə onun dediklərini təsdiqləyir.

Təzədən 24 sentyabr 2019-cu ildə isə bildirdilər ki, yeni müqavilə imzalamaq lazımdır. Onlar bizə bunu onunla əsaslandırdılar ki, guya ikili vergi ödənilməməsi üçün bunu edirlər (Halbuki indiyədək olan müddətdə vergini bizim dükanları subicarəyə verdiyimiz şəxslər ödəyiblər). Hətta bizi inandırdılar ki, gəlin problem olmasın deyə müqaviləni də həmin adamların adına bağlayaq, çünki həmin adamlar artıq 10 ildən çoxdur orada çalışırlar, sizin də etibarlı şəxslərinizdir və s. Beləcə, subicarəyə verdiyimiz şəxslərlə məcburi qaydada 24 sentyabr 2019-cu ildə analoqu olmayan icarə müqavilələri bağlanıldı və müddəti 25 dekabr 2020-ci il göstərildi. Müqavilədə isə nə möhür var idi, nə ünvan, nə də yeni icarədarların kimliyi və s.
Heç bir problemsiz 2019-cu ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün icarə haqqını da həmin subicarədarlardan özümüz almışıq. Halbuki bizim adımıza heç bir müqavilə yox idi.
20 dekabr 2019-cu ildə MMC-nin baş direktoru olan Novruzov Anar Tofiq oğlu bizi çağırıb dedi ki, rəhbərlər unikal qərar qəbul edib. Məlum oldu ki, bizim subicarədarlarımıza bildirilib ki, bundan sonra 23 və 51 saylı dükanlara görə bizə icarə haqqı verilməyəcək. Biz-Qarabağ qaziləri olan Məmmədov Mehman Yusifoğlu və Məhərrəmov Ədalət Yusif oğlu ilə birlikdə (şəriklərimizlə) müvafiq orqanlara müraciət etdikdən sonra yanvar ayında onlar daha qərəzli mövqe tutaraq 12-B saylı dükanımızı da eyni qanunsuz hərəkətlə əsassız olaraq başqa şəxslərə verib icarə haqqının bizə verilməsinin qarşısını aldılar.
Onu da deyək ki, 2009-da 23 və 51 saylı dükanlara görə hər biri üçün 60 min manat (cəmi 120 manat) , 12-B saylı dükan üçün isə 30 min manat pul vermişik. Həmin vaxt dolların kursu 78 qəpik idi. Təxminən bu dükanlara 190 min dollar pul ödənilmişdir.
Anar Novruzov keçmiş nazir Ziya Məmmədovun yaxın qohumlarındandır, odur ki, bu qohumluq əlaqəsi onun bu şəkildə qanunsuz hərəkətlərinin stimulu kimidir. O, subicarədarları öyrədərək süni şəkildə bizə qarşı şantaj yolu tutmalarına təhrik edib, onları bizim əleyhimizə yönəldib. Bizə verilən məlumata görə Anar Novruzov onlardan hər dükan üçün 40 min manat pul almışdır və söz vermişdir ki, bizə məxsus mağazaları onlara verəcək. Bunun üçün isə inandırıcı olsun deyə, onlarla müqaviləni 2023-cü ilədək uzatmışdır.
Cənab Prezident!
Baş verənlərlə bağlı bir çox dövlət qurumlarına şikayət etsək də, tədbir görülmür. İnanırıq ki, biz qazilərin başına gətirilən bu qanunsuzluqların əsl baiskarları Sizin göstərişlərinizdən sonra ciddi şəkildə cəzalandırılacaq. Hazırda maddi durumumuz çox çətin vəziyyətdədir və müalicələri üçün köməklik göstərdiyimiz bəzi Qarabağ qazilərinə də yardım edə bilmirik. Odur ki, Anar Novruzovun bizə qarşı etdiyi qanunsuz hərəkətləri və hədə-qorxuları barədə tədbir görülməsi və əlimizdən alınmış hər 3 mağazalarımızın özümüzə qaytarılmasına köməklik göstərilməsi üçün adiyyatı orqanlara göstəriş verməyinizi sizdən xahiş edirik.
«Təzadlar»dan: redaksiyanın Araşdırma Qrupu məsələnin ciddiliyini nəzərə alaraq aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərmişdir. Ətraflı növbəti yazılarda.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Amma şərtim var idi ki, efirə getməsin"
Bu gün, 09:55
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə... - Jurnalistlər binasında acınacaqlı mənzərə
Bu gün, 09:51
RƏNGLİ ŞURA... - Dövlətini ucuz tutanların tərifi
Bu gün, 09:46
General da korrupsiyaya bulaşarmı?.. - sadəcə bircə atəş açırlar...
Bu gün, 09:45
Koronavirus Ermənistanda dramı "taxta pul"a çevirəcək - GƏLİŞMƏ
Bu gün, 09:43
Sahil Babayevə MÜRACİƏT - "...xəstəyəm, baxanım yoxdur"
Bu gün, 09:38
Qadın qonaq getdiyi evdən 10 min manat oğurlayıb
Bu gün, 09:35
ATV-nin əməkdaşlarının koronavirus testinin cavabı çıxdı
Bu gün, 09:33
Azərbaycan səfirliyi 400 ailəyə yardım etdi
Bu gün, 09:31
"Ali Məhkəmənin sədri olanda da, rüşvət almamışam" - QALMAQAL
Bu gün, 09:25
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:22
Başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... - Daha bir başçı hədəfdə
Bu gün, 09:20
Onların haqqı boynumuzdadır - AKTUAL
Bu gün, 09:12
Masallıda vətəndaş dövlət qayğısından məhrumdur... - VİDEO
Bu gün, 09:02
Millətinə örnək oğul... - VİDEO
Bu gün, 08:50
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək
Bu gün, 08:47
TV-lər insan sağlamlığını pula satır: - “Həkimlik kommersiyaya çevrilib”
Bu gün, 08:43
Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər - ÜST
Bu gün, 08:38
"Mən düşünürəm ki, görməyimdə problem tamamilə koronavirusla bağlı ola bilər"
Bu gün, 08:35
Qrant Mikaelyan Ermənistanda koronavirus haqda - “İNSANLAR ARTIQ EVLƏRİNDƏ ÖLƏCƏKLƏR”
Bu gün, 08:22
Əbülfəs Qarayev ona ev bağışlayıb – Jurnalistlər binasında isə...
Bu gün, 08:18
Dünya “evdə qal”dı: Azərbaycanlılar milyardlarını itirdi - SİYAHI
Bu gün, 08:05
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - Gözlənti
Bu gün, 08:04
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
Bu gün, 08:03
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...
Bu gün, 08:02
Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?
Bu gün, 08:00
Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü
Bu gün, 07:56
Əbülfəs Qarayevin yerinə kimi gətirirlər? - İDDİA
Bu gün, 07:55
Rayonda indiyədək 67 nəfər koronavirusa yoluxub, 17 nəfər sağalıb - Kürdəmir RİH başçısının müavini
Bu gün, 07:51
"Spartak" azərbaycanlı futbolçunu niyə qovdu - TƏFƏRRÜAT
Bu gün, 07:48
Bu kəndin karantinə alınması xəbəri yalan çıxdı - "Bizim kənddə 12 nəfərdə koronovirus aşkarlanmışdı"
Dünən, 19:01
Bakıda kişi narkotikə görə qonşusunu öldürdü
Dünən, 18:55
Faktiki hava açıqlanıb
Dünən, 18:49
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb? - AÇIQLAMA
Dünən, 18:46
Taleh Şahsuvarlıdan Aslan İsmayılova sərt cavab: - “Mənim nəinki Əli Həsənov...”
Dünən, 18:39
"Mənə laqeyid qalmaq mümkün deyil"
Dünən, 18:38
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:36
Sahibkar müştəriyə "hərif" kimi baxsa... - Turizm ölkəsi ola biləcəyikmi?
Dünən, 18:32
İsrail qəzeti Milli Şuranın gey qalmaqalından yazdı
Dünən, 18:26
"Qardaşımın qətli ilə bağlı arvadı çox şey bilir" — Əməkdar artist
Dünən, 18:22
Deputatla professor arasında böyük qalmaqal - Sərt ittihamlar
Dünən, 18:19
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Dünən, 18:17
“Erməni həmkarımın açıqlaması arqumentlərdən məhrumdur” - Gürcüstanın Səhiyyə naziri
Dünən, 18:16
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub - FOTO
Dünən, 18:14
Qubada 57 yaşlı kişi intihar edib
Dünən, 13:12
Sabah 31 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 13:11
"Çox pis oluram ki, ondan halallıq ala bilmədim"
Dünən, 13:09
Roza " Əl açdım göylərə" üçün onlarla bir araya gəldi
Dünən, 13:02
Vaqif Əliyevin Mədəniyyət naziri vəzifəsini icra etməsi xəbərinə reaksiya - "Səlahiyyətlər rəsmi şəkildə heç kimə həvalə edilməyib"
Dünən, 12:55
Binə qəsəbəsində narkotik tərkibli bitkilər əkib-becərən silahlı narkotacir saxlanılıb. - FOTO
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru