Prezident hamını küçəyə çağırdı: .....                     "Nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…" .....                     “Bütün deputatlar fonda pul köçürüb” .....                     Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək .....                     “Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı .....                     "Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər" .....                     Lerikdə karantin rejiminə ciddi nəzarə olunur .....                     Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin... .....                     "Əhali diqqətli olmalıdır" .....                     “15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub” .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib .....                     Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb .....                     Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... .....                     Qarabağda seçki oyunu: Paşinyan - klan savaşı yeni mərhələdə .....                     Paşinyan özünü tələyə salıb .....                     "Akif Çovdarovun bundan sonrakı işi..." .....                     "Tikinti kralı"nın oğlundan QOÇULUQ .....                     "Fazil Məmmədovun hörməti hələ ölməyib ki..." .....                     Milli Məclisdən yaşı 65-dən yuxarı deputatlara .....                     Karantinlə bağlı cərimələr hansı hallarda narazılıq yaradır? .....                     Bu rayonlar üzrə pensiyalar köçürüldü .....                     Hava yolları şirkətləri əvvəldən aldığı bileti qaytarmaq istəyənlərə bir neçə təklif irəli sürür .....                     Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır .....                     Aqrar Kredit və İnkişaf Agentliyinə .....                     Almaniyada koronavirusdan ölən türklərin sayı artdı .....                     Ünvanlı yardım alan ailələrin sayı artıb, .....                     Tərtər rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir .....                     Bərdə sakini "Azəriqaz"dan etdiyi şikayəti geri götürdü .....                     Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabatla təqdim edəcək .....                     Dövlət Agentliyinin əsasnaməsinə dəyişiklik edildi .....                     Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam edir .....                     Yeni hökumətin təzə parlamentə ilk HESABATI .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     On minlərlə vətəndaş üçün önü kəsilən SOSİAL YARDIM: .....                     Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi .....                     Nizami rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam edir .....                     Mollalar dəfnə gedəndə kimdən icazə alır: .....                     Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 110 milyon manatı keçib .....                 

Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Tarix: 28-02-2020, 09:05 | Çap et
 Şirəliyev və nazirlik nədən mürgüləyir?..
Azərbaycanın İran və Gürcüstanla sərhədlərində hərəkət tam məhdudlaşdırılıb, ölkəboyu təşviş, həyəcan var, koronavirus şübhəsi ilə Cəlilabad Mərkəzi Xəstəxanasına yerləşdirilənlər olub, İrandan ölkəmizə keçib Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanıb, onunla ünsiyyətdə olanlar karantinə alınıb və bütün bu həşirin, mərəkənin qopmasına baxmayaraq, ölkənin Səhiyyə Nazirliyi elə bil “qış yuxusu”na gedib.

Reportyor.info-nun məlumatına görə, sosial şəbəkələr nazirliyin susmasından yazır, jurnalistlər qurumun mətbuat xidmətinə zəng edir, di gəl tərpəniş yoxdur.

Sosial media nazir Oqtay Şirəliyevin nə vaxt ayılacağını məsxərəyə qoyurlar, mətbuat katibi Pərviz Abubəkirovun özünü general kimi aparmasına nə vaxt son qoyacağına sual edirlər.

Doğurdan da faciəvi mənzərədir: sanki Səhiyyə Nazirliyi ləğv olunub. Az qala ölkə bir-birinə dəyib, nazir O.Şirəliyev nə mətbuat konfransı keçirib, nə açıqlama yayıb.

Belə bivec nazirliyə P.Abubəkirov kimi dikbaş, özünəvurğun, mətbuatı saymayan adamın xidmət rəhbəri təyin olunması lap yerinə “düşüb”.

Abubəkirov özü telekanallarda kriminal verilişlərin aparıcısı olub, jurnalistikadan kənar adam deyil, amma davranışları tam bir güc strukturu əməkdaşının hərkətlərinə bənzəyir.

Ölkədə koronavirusa görə bir panika, qorxu var, amma jurnalistlərin zənglərinə cavab vermir, sualları cavablandırmır. Ən azından Cəlilabad xəstəxanasından yayılmış biabırçı görüntülərə aydınlıq gətirmək borcu idi.

Amma naziri Şirəliyevdən geri qalmayan Abubəkirov sanki Səhiyyə Nazirliyinin yox, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibidir, koronavirusla bağlı sorğuların ona aidiyyatı yoxdur.

Bu rəzil mənzərə, nazirliyin iş üslubu göstərir ki, Allah uzaq eləsin, əgər bu ölkədə koronavirus həqiqətən yayılsa batarıq. Nə Şirəliyevin bərbad günə qoyduğu səhiyyə sistemi xəstəliyə yoluxanları müalicə edə biləcək, nə də mətbuat xidməti əhalini doğru-düzgün məlumatlandıracaq.

Çünki faktiki olaraq İrandan gələn Gürcüstan vətəndaşı Azərbaycandan keçib və öz ölkəsinin sərhədində koronavirusa yoluxduğu aşkarlanıb.

Eyni zamanda Cəlilabad və Astara xəstəxanalarında şübhəli kimi yoxlanan vətəndaşlarla bağlı heç bir məlumat yayılmır. Yalnız gün ərzində rəsmi xəbər yaymaqla işlərini bitmiş sayırlar.

Yeri gəlib demək lazımdır, ümumiyyətlə, ölkədə hakim komandanın dəyişməsi, köhnə nazirlərin yola salınması ərəfəsində yaşlı Şirəliyevin belə bir strukturda saxlanılması anlaşılan deyildi.

Şirəliyevin operativ işləmədiyi, bu posta gənc kadra ehtiyac olduğu çoxdan aydındır. Təsadüfi deyil ki, Mingəçevir İES-də partlayışdan sonra xəstəxanaların generatorsuz olduğu üzə çıxmışdı, bu səbəbdən prezident müşavirədə nazirə irad tutmuşdu.

Həmin hadisə sübut etdi ki, nazirlik fors-major hallara hazır deyil. İndi də dünyanı cənginə alan koronavirusun Azərbaycanda ayaq səslərinin eşidilməsinə rəğmən, nazir və bütün struktur mürgüləyir.

Cəlilabad xəstəxanasındakı vəziyyətlə bağlı yayılan video ilə bağlı dövlət qurumları açıqlama verməlidirlər.

Karantin adıyla yüzə yaxın insanın suyu, yatmağa matrası belə olmayan bir binaya yığıb, çaysız-susuz, yeməksiz saxlamaq Allahsızlıqdır.

Özü də tibb işçiləri maskada, qalanlar maskasız. Onların işində bircə nəfər yoluxmuş adam olsa, hamısına yayılacaq axı?!

Jurnalistlər qeyd edirlər ki, İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən şəxsdə koronavirusun aşkarlanması ilə bağlı xəbərə Səhiyyə Nazirliyindən açıqlama almaq üçün səhər saat 9-dan etdiyimiz cəhdlər sadəcə, vaxt itkisidir.

Sosial şəbəkələrdə artıq “qərar” verilib: Azərbaycan koronavirusla mübarizə aparmır, aparatlar yoxlamır, işləmir, batırıq, qırılırıq…

İnsanlar aləmi bir-birinə qatıb ki, niyə koronavirusa yoluxma Azərbaycanda aşkarlanmayıb. Digər ölkələrin mütəxəssislərinin cavablarını izləyirik.

Əslində, səhiyyədəki problemlərin hansı yerindən başlasan, qandonduran faktlar meydana çıxır: prokurorluğun ifşa etdiyi saxta dərman satan həkimlər, dövlətin xəstəxanalara ayırdığı tibbi ləvazimatların, pereparatların apteklərdə satılması, yaşlı qadının sağlam ayağının səhvən kəsilməsi, baş həkimlərin rayon mərkəzi xəstəxanalarını, doğum şöbələrini rüşvət yuvalarına çevirməsi, ən nəhayət iki gün ölkədə yaşanmış enerji fəlakəti zamanı xəstəxanalarda generatorların olmamasının üzə çıxması, son olaraq koronavirus təlaşına qarşı biganə münasibət O.Şirəliyevin bir nazir kimi Azərbaycan səhiyyəsini qətlə yetirdiyini, rüşvət xərçənginə yoluxdurduğunu, artıq metastaz verməkdə, qan qusmaqda olduğunu bir daha sübut etdi.
REPORTYOR.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident hamını küçəyə çağırdı: - Özü isə velosipedi qapalı yerdə sürdü
Dünən, 18:04
"Nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…" - deputat
Dünən, 18:00
“Bütün deputatlar fonda pul köçürüb” - Siyavuş Novruzov
Dünən, 17:41
Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək
Dünən, 17:38
“Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı — Qətl işi
Dünən, 17:37
"Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər"
Dünən, 17:32
Lerikdə karantin rejiminə ciddi nəzarə olunur
Dünən, 17:31
Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin... - açıq qalan sual var
Dünən, 17:30
Kamil bu ailə üçün torpaq alıb ev tikdirəcək
Dünən, 17:27
"Əhali diqqətli olmalıdır" - TƏBİB rəhbəri
Dünən, 17:24
“15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub” - Prezidentin köməkçisi
Dünən, 17:19
Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib
Dünən, 17:13
Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb
Dünən, 17:09
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
“Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” - Xalq artisti
Dünən, 17:00
Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA
Dünən, 16:54
Qarabağda seçki oyunu: Paşinyan - klan savaşı yeni mərhələdə - TƏHLİL
Dünən, 16:47
Paşinyan özünü tələyə salıb - GƏLİŞMƏ
Dünən, 16:36
"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı
Dünən, 16:35
"Tikinti kralı"nın oğlundan QOÇULUQ - Rəmzi Şükürov karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Dünən, 16:30
Canlı efirlərə çıxan müğənnilərin sərbəst gəzmək hüquqları varmı?
Dünən, 16:28
"Fazil Məmmədovun hörməti hələ ölməyib ki..." - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:26
Milli Məclisdən yaşı 65-dən yuxarı deputatlara ÇAĞIRIŞ
Dünən, 16:19
Karantinlə bağlı cərimələr hansı hallarda narazılıq yaradır? - ŞİKAYƏT VAR
Dünən, 16:18
Bu rayonlar üzrə pensiyalar köçürüldü - YENİLƏNİB
Dünən, 16:15
Hava yolları şirkətləri əvvəldən aldığı bileti qaytarmaq istəyənlərə bir neçə təklif irəli sürür
Dünən, 16:14
Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır
Dünən, 16:11
Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib
Dünən, 16:10
“Müğənnilərin çoxu “risovka”lıq edir”
Dünən, 16:09
Almaniyada koronavirusdan ölən türklərin sayı artdı
Dünən, 16:05
"Elə ağılsız sözlər danışırlar ki... "
Dünən, 16:04
Ünvanlı yardım alan ailələrin sayı artıb, yardımın məbləği 222 manata çatıb
Dünən, 16:00
Tərtər rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir
Dünən, 15:58
Bərdə sakini "Azəriqaz"dan etdiyi şikayəti geri götürdü - FOTO
Dünən, 15:56
Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabatla təqdim edəcək
Dünən, 15:54
Dövlət Agentliyinin əsasnaməsinə dəyişiklik edildi - FƏRMAN
Dünən, 15:53
Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam edir
Dünən, 13:17
"Zakirlə toyumuz karantindən sonra olacaq"
Dünən, 13:14
Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?..
Dünən, 13:07
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Dünən, 13:00
On minlərlə vətəndaş üçün önü kəsilən SOSİAL YARDIM: - “İşsiz statusu üçün şərtlər yetərincə ağırdır”
Dünən, 12:52
Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi
Dünən, 12:47
"Hansı müğənni alfons saxlayır..." - Afət Fərmanqızından şok sözlər
Dünən, 12:43
Nizami rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam edir
Dünən, 12:40
Mollalar dəfnə gedəndə kimdən icazə alır: - QMİ-dən yox, yoxsa DİN-dən?
Dünən, 12:36
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 110 milyon manatı keçib
Dünən, 12:35
Azərbaycanın bu kəndi karantinə alındı
Dünən, 12:34
Nazirlik 2 milyon manatlıq "KHazar LX" avtomobili alır
Dünən, 12:26
“Planımı yerinə yetirmişəm” - Abid Şərifov
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru