"Milli Məclis “zəif bənd” deyil“ - “Gül balalar” yola salınır" .....                     Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq .....                     Aprelin 4-dən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır .....                     "Özüm qərargaha gedirdim" .....                     Həkimlərin ailəsi necə qorunur? .....                     Virusdan qorunaq yoxsa saxtakarlardan? .....                     "Bütün məsələləri kənara qoyub, bir yerdə koronavirus kimi bəlanın öhdəsindən gəlməliyik" .....                     "Xalq Həyat Sığorta" İFLAS EDƏ BİLƏR .....                     Niderlandda yaşayan azərbaycanlı tibb işçisi: .....                     Erməni əsilli məşhur amerikalı musiqiçi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının çağırışına dəstək verib .....                     Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv edib .....                     İcra hakimiyyəti qanunsuz tikilini dayandırdı .....                     Britaniyada bir gündə 684 nəfər koronavirusdan öldü .....                     icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı .....                     Dolların aprelin 6-na məzənnəsi açıqlanıb .....                     “KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur” .....                     “İqtidar-müxalifət dialoqu karantin rejimindən sonra davam edə bilər” .....                     Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçiriblər .....                     Qaradağda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir .....                     “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” .....                     Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur .....                     "Aprel döyüşləri və Günnüt zəfəri dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi" .....                     Suriyada hökumətin nəzarətində bütün bölgələrdə komendant saatı tətbiq edilib .....                     "Susmuş qadınların mahnısıdır" .....                     Karantin oğruları “işsiz” qoyub .....                     Zibil atmaq üçün SMS lazım deyil! .....                     Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb .....                     "Brent" nefti 15%-dən çox bahalaşıb .....                     Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər .....                     Azərbaycan daha 106 vətəndaşını Türkiyədən təxliyyə etdi .....                     Bakı şəhərinə gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib .....                     Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdi .....                     Azərbaycanda istixana təsərrüfatları çətin durumda: .....                     Bakıda yeni biznes: 60 qəpikdən dezinfeksiya .....                     DİN işçi axtarır .....                     Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Tərtərdə dezinfeksiya tədbirləri intensivləşdirilib .....                     Azərbaycanda nazirdən yeni təyinat .....                     Borca görə su kəsilməyəcək .....                     Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırıldı .....                     Azərbaycanda vergi hesabatlarının verilməsi müddəti koronavirusa görə uzadılıb .....                 

Bakının silahlanma strategiyası: savaş hazırlıqları bitib - TƏHLİL
Tarix: 25-02-2020, 12:03 | Çap et
Bakının silahlanma strategiyası: savaş hazırlıqları bitib
Sabah Xocalıq soyqırımının 28-ci ildönümü tamam olur. Erməni işğalçı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi bu misli görünməmiş vəhşilik aktı həm də Qarabağ münaqişəsi zamanı torpaqlarımızda həyata keçirilən növbəti etnik təmizləmə kimi tarixə düşüb. Lakin üstündən üç on illiyə yaxın vaxt ötsə də, dünyanın gözü qarşısında yaşanmış bu antibəşəri, qan donduran cinayətə görə düşmən hələ də zərrəcə utanc hissi keçirmir.

Əksinə, həyasızcasına soyqırıma görə məsuliyyəti Azərbaycanın üstünə atmağa çalışır.

Belə bir sərsəm iddianı son dəfə Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində qatıldığı panel müzakirələr zamanı dilə gətirdi. Təbii ki, total yalanlara öyrəşən bir millətin “demokrat” rəhbərindən də Dağlıq Qarabağ ətrafında cərəyan edən olaylarla bağlı fərqli, yəni obyektiv və ədalətli yanaşma gözləmək absurd olardı. Özünə yalançı tarix uydurub həmin tarix əsasında da qonşu Türkiyəyə, Azərbaycana və Gürcüstana əsassız ərazi iddiaları irəli sürən ermənilərin Xocalı həqiqətlərini etiraf eləməsini gözləmək həm də məntiqsizlikdir. Hərçənd kimin kim olduğunu, Xocalı da daxil, işğal altındakı Azərbaycan ərazilərində nələrin baş verdiyini, o sırada etnik təmizləmələri Qərbdə də, Şərqdə də hamı yaxşı bilir.

Məsələ də ondadır ki, işğal elədiyi torpaqları dünyaya bu günədək “azad edilmiş ərazilər”, yaxud “təhlükəsizlik zolağı” kimi təqdim etməyə çalışan, başqa sözlə, işğal və etnik təmizləmə faktlarını riyakarcasına danan mənfur qonşular əslində ədalətli sülhdə maraqlı olmadıqlarını nümayiş etdirməkdədirlər. ATƏT-in Minsk Qrupu çərçivəsində illərdir aparılan sülh danışıqlarının İrəvan tərəfindən sabotaj edilməsinin tək səbəbi də bu: işğalçı ölkə bununla ümid edir ki, atəşkəs sonsuzadək uzanacaq və günün birində bundan bezən Azərbaycan işğal faktı ilə barışmalı olacaq, kapitulyasiya aktına imza atacaq.

Təbii ki, belə bir şey gözlənilmir. Azərbaycan prezidenti İlham Əliyevin Münhendə debatda Paşinyana dediyi kimi, buna imkan verilməyəcək. Azərbaycanın öz hərbi gücünü, Ermənistan üzərində iqtisadi-hərbi üstünlüyünü ildən-ildən artırmasının yeganə hədəfi də budur: əlverişli geosiyasi şərtlər yetişən kimi, Dağlıq Qarabağ ətrafındakı heç olmasa, bir neçə rayonu qısa zamanda azad edib işğalçını danışıqlar masası arxasında fakt qarşısında qoymaq. Şübhə yox ki, cəmi ikicə rayonun hərb yolu ilə azad olunması düşməni ədalətli sülh haqqında ciddi şəkildə düşünməyə vadar edəcək.

*****

Ona da şübhə yox ki, hərbi gücümüzün artırılmasında yeni və daha müasir silahlar və döyüş maşınlarının alınması məxsusi yer tutur. Sevindiricidir ki, hərbi parkımızın təkmilləşdirilməsində Azərbaycan NATO ölkələri ilə də əməkdaşlığı genişləndirir. Söhbət təkcə NATO üzvü olan qardaş Türkiyədən getmir. Bu, öz yerində. Ötən həftə prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində məlum oldu ki, ölkəmiz digər NATO dövləti İtaliyadan M-346 döyüş təyyarəsi alacaq.

“Azərbaycanın İtaliyadan aldığı M-346 təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli “M-346" təlim-döyüş təyyarəsi haqqında danışarkən deyib.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri hərbi aviasiya parkının yenilənməsi üçün köklü dəyişikliklər istiqamətində ciddi addımlar atmaqdadır: “İlk dəfə 2017-ci il mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarının birində İtaliyanın ”Leonardo Aircraft" şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346" tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Azərbaycanlı pilotlar bu təyyarə ilə yaxından tanış olublar və bundan sonra həmin aviasiya vasitəsinin bizim üçün əhəmiyyəti araşdırılıb”.

Ekspert deyib ki, ötən üç il ərzində aparılan sınaq-araşdırmalardan sonra bu təyyarənin Azərbaycan üçün rentabelli olması qənaətinə gəlinib. Artıq təyyarənin alınması ilə bağlı yekun addım da atılıb və “M-346" Azərbaycan ordusunun aviasiya parkında yer alacaq: ”Xüsusi qeyd etmək lazımdır ki, “M-346" təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur. Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalarla gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək”.

R.Məmmədlinin qənaətincə, bu satınalma Azərbaycan HHQ-nin təyyarə parkının Qərb texnologiyasına inteqrasiya edəcəyinə bir işarədir: “Artıq belə qənaətə gəlmək olar ki, pilotlarımız Rusiya istehsalı olan döyüş aviasiya vasitələrinə üstünlük verməyəcək və döyüş təyyarə parkımız Sovet-Rusiya asılılığından xilas olacaq”.

Məsələnin hərbi-siyasi tərəfinə gəldikdə isə hərbi ekspert bildirib ki, müdafiə sənayesinin sərt qaydalarının tətbiq olunduğu regionda Azərbaycanın NATO-ya üzv ölkə ilə bu səviyyədə satınalma həyata keçirməsi rəsmi Bakının ciddi siyasi iradə nümayiş etdirməsindən irəli gəlir: “Bu həm də Ermənistana bir mesajdır. Avropa şirkətləri ilə iri satınalma layihələri həyata keçirə bilməyən Ermənistan, əlbəttə ki, Azərbaycanın İtaliya ilə ”M-346" təyyarələrinin alınmasını sakit qarşılaya bilməyəcək. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri son illərdə hava hücumundan müdafiə və aviasiya sahəsinin gücləndirilməsi üçün ciddi addımlar atmaqdadır. Gözləntilər odur ki, Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalarla gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək".

*****

Hava məkanında üstünlük indinin özündə də ölkəmizə məxsusdur. Əksər hərbi analitiklər isə hesab edirlər ki, havada hərbi aviasiyanın üstünlüyü quru əməliyyatlarının nəticəsini müəyyən edən əsas amildir. Ancaq Bakı hələ ki Dağlıq Qarabağ konfliktinin dinc həllinə olan inamı tam itirməyib və səbirlə sülh qapılarını açıq saxlayır.

“İşğal bitənədək BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələri qüvvədədir”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə keçirdiyi “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib (APA).

Hacıyev konfransın Xocalı soyqırımının ildönümünə təsadüf etdiyini xatırladıb: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

PA yetkilisi onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların aktiv rolu mühüm sayılır: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına mühüm rol oynayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.

*****

Lakin rəsmi Bakı dinc danışıqlarla yanaşı, güc variantını da masa üzərində saxlayır və özünün hərbi-döyüş qüdrətini durmadan artırır. Necə deyərlər, sülh istəyiriksə, gərək müharibəyə hazır olaq. Azərbaycan müharibəyə hazırdır. O sırada Bakı doğru olaraq, silahlanma məsələsində şaxələnmə siyasəti aparır ki, işğalçı ölkənin əsas hərbi-siyasi müttəfiq olan Rusiyadan silah asılılığımız minimuma ensin.

Əlbəttə ki, hamıya aydındır ki, on illərlə gedən nəticəsiz sülh danışıqları günün birində genişmiqyaslı hərbi əməliyyatlara gətirə bilər. Təsadüfi deyil ki, Azərbaycan tərəfi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu xüsusda bir daha mövcud status-kvoya sonsuzadək dözməyəcəyi barədə açıq xəbərdarlıq edib. Bu, həmçinin o anlama gəlir ki, vasitəçi dövlətlər, beynəlxalq birlik təcavüzkar Ermənistanı konstruktiv mövqe tutmağa vadar eləmək üçün hərəkətə keçməlidir. Hər halda, yeni müharibə Minsk Qrupunun həmsədr dövlətlərinin Güney Qafqazdakı maraqları üçün də təhlükə vəd edir...
"Yeni Müsavat"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Milli Məclis “zəif bənd” deyil“ - “Gül balalar” yola salınır" - AÇIQLAMA
Dünən, 18:52
Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq - deputat
Dünən, 18:44
Aprelin 4-dən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır
Dünən, 18:38
"Özüm qərargaha gedirdim" - Pənah Hüseyn
Dünən, 18:37
“Özlərinə maraqlı məşğuliyyətlər tapsalar, hər şey daha asan olar” - Xalq artisti
Dünən, 18:33
Həkimlərin ailəsi necə qorunur? - “Tibb işçiləri üçün ayrıca yer ayrılsın”
Dünən, 18:30
Virusdan qorunaq yoxsa saxtakarlardan? - Metanol qurbanlarının sayı yeddiyə çatdı
Dünən, 18:24
Xanım teleaparıcı da pul köçürdü
Dünən, 18:21
"Bütün məsələləri kənara qoyub, bir yerdə koronavirus kimi bəlanın öhdəsindən gəlməliyik" — "İqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır"
Dünən, 18:19
"Xalq Həyat Sığorta" İFLAS EDƏ BİLƏR - şirkətin zərəri 36 dəfə artıb
Dünən, 18:17
Niderlandda yaşayan azərbaycanlı tibb işçisi: - "Çox qorxunc fəlakətlə üz-üzəyik"
Dünən, 18:16
Erməni əsilli məşhur amerikalı musiqiçi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının çağırışına dəstək verib - FOTO
Dünən, 18:12
Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv edib
Dünən, 18:10
İcra hakimiyyəti qanunsuz tikilini dayandırdı - Karantin fürsətcilləri...
Dünən, 18:08
Britaniyada bir gündə 684 nəfər koronavirusdan öldü
Dünən, 17:35
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
Dünən, 17:33
Dolların aprelin 6-na məzənnəsi açıqlanıb
Dünən, 17:32
“KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur” - Kamran Əliyev
Dünən, 17:28
“İqtidar-müxalifət dialoqu karantin rejimindən sonra davam edə bilər”
Dünən, 17:27
Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçiriblər - SƏBƏB
Dünən, 17:26
Qaradağda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir
Dünən, 17:25
“Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” - Gürcüstan bu addımı atdı, BƏS BİZ?
Dünən, 17:21
Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur - RƏSMİ
Dünən, 17:19
"Aprel döyüşləri və Günnüt zəfəri dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi" - General
Dünən, 17:17
Suriyada hökumətin nəzarətində bütün bölgələrdə komendant saatı tətbiq edilib
Dünən, 17:11
"Susmuş qadınların mahnısıdır"
Dünən, 17:09
Alim Qasımov və Fərqanə Qasımova Heydər Əliyev Fondunun sosial layihəsində iştirak ediblər - VİDEO
Dünən, 17:08
Karantin oğruları “işsiz” qoyub – “Evində qalırsansa, mal-mülkün də salamat olur...”
Dünən, 16:55
Zibil atmaq üçün SMS lazım deyil! - DİN-dən AÇIQLAMA
Dünən, 16:53
Xalq artisti hamını evinə çağırdı - Koronavirusa görə PULSUZ QONAQLIQ
Dünən, 16:51
Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb
Dünən, 16:44
"Verilişlər görmürsüz nə gündədir?"
Dünən, 16:41
"Brent" nefti 15%-dən çox bahalaşıb
Dünən, 16:35
Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - SOCAR-ın “Azneft”İB-nin baş direktoru
Dünən, 16:29
Azərbaycan daha 106 vətəndaşını Türkiyədən təxliyyə etdi
Dünən, 16:26
Bakı şəhərinə gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib - DİN
Dünən, 16:24
Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdi - Elə bu qədər...
Dünən, 16:22
Azərbaycanda istixana təsərrüfatları çətin durumda: - qiymətlər yarıbayarı azalıb
Dünən, 16:17
Bakıda yeni biznes: 60 qəpikdən dezinfeksiya - FOTO
Dünən, 16:13
DİN işçi axtarır - ELAN
Dünən, 16:11
Azərbaycanlı məşhurların koronavirus xeyriyyəçiliyi: - Kim dar gündə dada yetir?
Dünən, 16:10
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Tərtərdə dezinfeksiya tədbirləri intensivləşdirilib
Dünən, 16:05
"Üç böyrəyim var, pulsuz qalsam, birini satacam"
Dünən, 16:01
Azərbaycanda nazirdən yeni təyinat
Dünən, 15:58
Borca görə su kəsilməyəcək - "Azərsu"
Dünən, 15:56
Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırıldı
Dünən, 15:35
Brilliant onu təhqir edən şəxsdən danışdı: - "Mənə zəng edib..."
Dünən, 15:31
Azərbaycanda vergi hesabatlarının verilməsi müddəti koronavirusa görə uzadılıb
Dünən, 15:21
“Allah bizi bundan da çətin imtahana çəkə bilərdi” - Elza Seyidcahan
Dünən, 15:17
Nizami rayonunda koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru