Fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir .....                     “Hakim iki azyaşlı uşağımı ərimə verdi” .....                     "Kəlbəcərdə qanunsuz məskunlaşanlar sevinməsin, ona görə səbrlə gözləmişik ki..." .....                     Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10 minə çatır .....                     Əmək müqaviləsi olmayanlara pul verilməyəcək? .....                     ABŞ-da şist neft hasil edən böyük şirkət iflas oldu .....                     Rektor koronavirus qadağalarına əməl etmir .....                     DTX-nın həbs etdiyi 7 nəfərlik dəstənin işi məhkəmədə .....                     "Günay Bank"ın rəhbərliyində dəyişikliklər ola bilər .....                     MİLLİ STATİSTİKAMIZ “KORONAVİRUS İMTAHANINDAN” “KƏSİLDİ” .....                     Çörək zavodunun əməkdaşı iş yerində intihar etdi .....                     Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi .....                     “Brent” markalı neftin qiyməti 6 faiz artıb .....                     Şəmkirli sahibkarın FƏRYADI... .....                     Fransa koronavirusdan ölənlərin ümumi sayı 4 mini ötüb .....                     Koronavirusun nadir simptomları aşkarlandı .....                     İnam Kərimovdan fermerlərə "BÖYÜK QAYĞI"... .....                     Pərviz Mahmudovun demo mahnıları İnstagram-da .....                     ABŞ-da 1200-dən çox insan COVID-19-dan vəfat edib .....                     Kəlbəcərin işğalından 27 il ötür .....                     Aprel qələbəsindən 4 il ötür .....                     Bu gün dollar neçəyədir? .....                     Koronavirusa belə də yoluxa da bilərsiniz .....                     Mehriban Əliyevadan yaz paylaşımı .....                     Azərbaycan çempionatı ilə bağlı qərar hüququ AFFA-ya verildi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     Yasamalda xüsusi karantin rejimi qaydalarına əməl etməyək fəaliyyət göstərən internet klubunun sahibi cərimələnib, .....                     Türkiyə idmanında koronavirusdan ilk ölüm qeydə alınıb .....                     Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq .....                     Gənc tədqiqatçılara qrant veriləcək .....                     Deputatdan Əli İnsanovun çağırışına etiraz: .....                     Lənkəranda karantin rejimi ilə bağlı 25 obyekt cərimələnib .....                     BNA avtobuslarında sərnişindaşıma təhlükə saçır .....                     Səhiyyə Nazirliyi vətəndaşları tibbi əlcəkləri yerə atmamağa çağırdı .....                     “Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır” .....                     Abşeron və Sumqayıtda polis postları quruldu .....                     "Şahdəniz"dən hasil edilən qaz üzrə gəlirlər 2,8 mlrd. dolları ötüb .....                     Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşib .....                     Azərbaycan millisinin üzvləri həbsdən ev dustaqlığına buraxıldı .....                     İctimai iaşə sektoru mənfəət vergisindən azad edildi .....                 

Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL
Tarix: 19-02-2020, 16:22 | Çap et
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir?
Dövlət başçımız İlham Əliyev ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusu barədə keçirilən dəyirmi masada bəyan etdi ki, Cənub Qaz Dəhlizi layihəsi artıq tamamlanmış sayıla bilər. Layihənin yekun işlər bu ilin ikinci yarısında baş tutacaq. Yəni TAP bu ilin sonunda istifadəyə veriləcək.
Azərbaycan ilk dəfə 13 il qabaq - 2007-ci ildə təbii qaz ixrac etməyə başlayıb. Həmin ildə Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verildi ki, bununla da bizdən Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. Elə Cənub Qaz Dəhlizi layihəsinin üçüncü hissəsini təşkil edən TANAP-ın da ilk rüşeymi məhz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə qoyuldu. “Şahdəniz” yatağı üzrə ilk qaz müqaviləsi isə bundan xeyli əvvəl, - 1996-cı ilin 4 iyun tarixində imzalanmışdı. Yeri gəlmişkən, müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%).

Ancaq o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi aktual deyildi. Hər hansı yeni qaz layihəsi barədə söhbət düşəndə bu, cəfəngiyyat sayılır, rentabelli hesab edilmirdi. Xatırladım ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə də, onun 2006-cı ildə açılışına qədər eyni münasibət vardı. Yəni, BTC də rentabelsiz hesab edilir və cəfəngiyyat sayılaraq, ona pul qoymaq "ağılsız iş" kimi təqdim olunurdu. Ancaq dövlət başçımız qeyd etmişkən, Azərbaycan indi çox sabit neft təchizatçısı olaraq tanınır və qəbul edilir. Halbuki, Xəzər və Aralıq dənizlərini ilk birləşdirici layihə sayılan BTC-ni də həyata keçirmək çox çətin bir iş sayılırdı. Həm geosiyasi, həm də texniki baxımdan... Üstəlik, BTC kəməri 2006-cı ildə açıldığı gündən bəri heç bir fasilə, fors-major və problem də baş verməyib.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizin Avropaya qaz ixrac etməyə başlayacağı haqda əslində, hələ 2007-ci ildə bir anons idi. Bu, Azərbaycanın gələcəkdə böyük qaz ixracçısı kimi də tanınacağını əsasını qoydu. Ümumiyyətlə, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Cənub Qaz Dəhlizi üçün rüşeym rolunda çıxış etdi. Odur ki, Azərbaycandan Avropaya qaz ixracı gec-tez gerçəkləşməli və buna Aİ dəstək göstərməli idi. Üstəlik, ortada "Şahdəniz-2" kimi zəngin bir yataq olduğu halda və yerdə...

Məsələ bundadır ki, Aİ və ümumiyyətlə, Qərb isə xeyirlərinə olan və maraqlarına cavab verən layihələrin heç birinə heç vaxt anında lazımi reaksiya göstərməyib.
Göstərsə idi, indi əslində, TAP da hazır olmalı idi.

Düzdür, bu layihənin də tamamlanmasına çox qalmayıb. Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə aparılan işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi tamamlanıb. Hazırda boru kəməri tikinti mərhələsindədir - TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə də başlanılıb ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi hesab olunur. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir ki, TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Bu layihə üzrə kapital xərclər 4,5 milyard avro təşkil edir. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq ki, bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması imkanı var.

Demək istədiyim nədir? TAP, Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti olaraq əslində, indiyədək hazır ola bilərdi. Bunu yuxarıda da qeyd etdim. Xatırladım ki, birinci seqment "Şahdəniz-2" yatağı layihəsi olmaqla, ikinci Cənubi Qafqaz Boru Kəməri (GQBK), üçüncü TANAP və sonuncu isə TAP-dır... Mənbə rolunda "Şahdəniz-2" çıxış edirsə, "Şahdəniz-2" olmasaydı, GQBK, TANAP və TAP da ola bilməzdi. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi.

Bütün bu işlərə ümumilikdə əvvəl 45 milyard sərf olunacağı deyilirdisə, real olaraq 40 milyard ABŞ dollarından bir az çox vəsait qoyulub. Sual oluna bilər ki, necə? Məsələn, bilavasitə TANAP-a əvvəl 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulsa da, bunun 40 faizdən çoxuna, başqa sözlə desəm, 5 milyard dollara qənaət edilməklə, 6,3 milyard dollar xərclənməklə, kapital xərclərinin son olaraq 6,5 milyard dollar təşkil etdi.

Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir. Onun birinci hissəsi 2018-ci ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş verdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış olmuşdu. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan ötürülməyə başlandı. Ümumiyyətlə, həmin ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olundu.

Kəmərin keçən ilin noyabrın 30-da Azərbaycan ilə Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Transanadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsilə isə Cənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin də tikintisi başa çatdı. Və bu, layihənin 2-ci və sonuncu mərhələsinin başa çatdığı demək oldu. Yəni, kəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldı, onun yalnız TAP-a birləşdirilməsi ki, bu da yuxarıda qeyd etdiyim kimi carı ilin sonuncu rübünün başlanğıcında həllini tapacaq.

Son olaraq təkrar edirəm: Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə ötürücülük qabiliyyəti 2 dəfəyədək, hətta bundan da çox artmaq imkanına malikdir.

Cənub Qaz Dəhlizi sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.
O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir.
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir
Bu gün, 09:01
“Hakim iki azyaşlı uşağımı ərimə verdi” - Qız-qızanın qurbanı olan qadının fəryadı...
Bu gün, 09:00
Ermənilərdən növbəti oğurluq: xalq mahnımız... - VİDEO
Bu gün, 08:58
"Kəlbəcərdə qanunsuz məskunlaşanlar sevinməsin, ona görə səbrlə gözləmişik ki..." - deputat
Bu gün, 08:54
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10 minə çatır
Bu gün, 08:50
Əmək müqaviləsi olmayanlara pul verilməyəcək? - "İndi deyirlər ki, guya siyahı yoxdur"
Bu gün, 08:45
ABŞ-da şist neft hasil edən böyük şirkət iflas oldu
Bu gün, 08:43
Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...
Bu gün, 08:43
DTX-nın həbs etdiyi 7 nəfərlik dəstənin işi məhkəmədə
Bu gün, 08:41
"Günay Bank"ın rəhbərliyində dəyişikliklər ola bilər
Bu gün, 08:39
MİLLİ STATİSTİKAMIZ “KORONAVİRUS İMTAHANINDAN” “KƏSİLDİ” – Strateji statistik məruzə DSK sədrinə deyil, Mikayıl Cabbarova tapşırılır
Bu gün, 08:39
Çörək zavodunun əməkdaşı iş yerində intihar etdi
Bu gün, 08:36
Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi - QƏRAR
Bu gün, 08:35
“Brent” markalı neftin qiyməti 6 faiz artıb
Bu gün, 08:34
Şəmkirli sahibkarın FƏRYADI... - "Azəriqaz" 40 işçini və onların ailəsini ac qoymaq istəyir
Bu gün, 08:33
Fransa koronavirusdan ölənlərin ümumi sayı 4 mini ötüb
Bu gün, 08:28
Koronavirusun nadir simptomları aşkarlandı - Diqqət!
Bu gün, 08:21
İnam Kərimovdan fermerlərə "BÖYÜK QAYĞI"... - Nazirlik gübrələri ikiqatına satır
Bu gün, 08:20
Pərviz Mahmudovun demo mahnıları İnstagram-da
Bu gün, 08:17
ABŞ-da 1200-dən çox insan COVID-19-dan vəfat edib - Bir gün ərzində
Bu gün, 08:14
Kəlbəcərin işğalından 27 il ötür
Bu gün, 08:13
Aprel qələbəsindən 4 il ötür
Bu gün, 08:12
Bu gün dollar neçəyədir?
Bu gün, 08:11
Koronavirusa belə də yoluxa da bilərsiniz - YENİ ARAŞDIRMA
Dünən, 18:10
Mehriban Əliyevadan yaz paylaşımı - "Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun..."
Dünən, 18:05
Azərbaycan çempionatı ilə bağlı qərar hüququ AFFA-ya verildi
Dünən, 18:01
“Xanımımla parçadan maska tikib, “qara gün” üçün saxlayırıq” - Xalq artisti
Dünən, 17:59
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
Dünən, 17:52
Yasamalda xüsusi karantin rejimi qaydalarına əməl etməyək fəaliyyət göstərən internet klubunun sahibi cərimələnib, obyektdə olan azyaşlıların valideynlərinə xəbərdarlıq edilib
Dünən, 17:48
Türkiyə idmanında koronavirusdan ilk ölüm qeydə alınıb
Dünən, 17:41
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq - FƏRMAN
Dünən, 17:38
Gənc tədqiqatçılara qrant veriləcək - SƏRƏNCAM
Dünən, 17:36
Deputatdan Əli İnsanovun çağırışına etiraz: - “Həkim komissiyalarının yaradılmasına ehtiyac yoxdur”
Dünən, 17:30
Lənkəranda karantin rejimi ilə bağlı 25 obyekt cərimələnib
Dünən, 17:25
BNA avtobuslarında sərnişindaşıma təhlükə saçır
Dünən, 17:20
Səhiyyə Nazirliyi vətəndaşları tibbi əlcəkləri yerə atmamağa çağırdı
Dünən, 17:18
“Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır” - UEFA
Dünən, 17:16
"Yoxluğunu və daha heç vaxt olmayacağını dərk etdim"
Dünən, 17:15
Abşeron və Sumqayıtda polis postları quruldu
Dünən, 17:09
"Şahdəniz"dən hasil edilən qaz üzrə gəlirlər 2,8 mlrd. dolları ötüb
Dünən, 17:08
Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşib
Dünən, 17:07
Azərbaycan millisinin üzvləri həbsdən ev dustaqlığına buraxıldı
Dünən, 17:04
İctimai iaşə sektoru mənfəət vergisindən azad edildi - MÜJDƏ
Dünən, 17:02
Siyəzəndə kimsəsiz insanlara yardım edilir
Dünən, 17:01
Ermənistanın və separatçı rejimin növbəti “seçki” fiaskosu - TƏHLİL
Dünən, 16:55
Azərbaycan Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatı ilə bağlı başsağlığı verib
Dünən, 16:45
Komitə sədrindən torpaqları qamarlayan məmurlara MESAJ - “Ya icarəyə ver...”
Dünən, 16:37
Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:36
"Sonra Abbas çıxdı dedi ki, Brilliantdan heç nə öyrənməmişəm" - QALMAQAL
Dünən, 16:35
Azərbaycanda əlavə nağdlaşdırma haqqı ləğv edilə bilər
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru