Prezident hamını küçəyə çağırdı: .....                     "Nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…" .....                     “Bütün deputatlar fonda pul köçürüb” .....                     Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək .....                     “Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı .....                     "Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər" .....                     Lerikdə karantin rejiminə ciddi nəzarə olunur .....                     Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin... .....                     "Əhali diqqətli olmalıdır" .....                     “15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub” .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib .....                     Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb .....                     Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... .....                     Qarabağda seçki oyunu: Paşinyan - klan savaşı yeni mərhələdə .....                     Paşinyan özünü tələyə salıb .....                     "Akif Çovdarovun bundan sonrakı işi..." .....                     "Tikinti kralı"nın oğlundan QOÇULUQ .....                     "Fazil Məmmədovun hörməti hələ ölməyib ki..." .....                     Milli Məclisdən yaşı 65-dən yuxarı deputatlara .....                     Karantinlə bağlı cərimələr hansı hallarda narazılıq yaradır? .....                     Bu rayonlar üzrə pensiyalar köçürüldü .....                     Hava yolları şirkətləri əvvəldən aldığı bileti qaytarmaq istəyənlərə bir neçə təklif irəli sürür .....                     Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır .....                     Aqrar Kredit və İnkişaf Agentliyinə .....                     Almaniyada koronavirusdan ölən türklərin sayı artdı .....                     Ünvanlı yardım alan ailələrin sayı artıb, .....                     Tərtər rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir .....                     Bərdə sakini "Azəriqaz"dan etdiyi şikayəti geri götürdü .....                     Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabatla təqdim edəcək .....                     Dövlət Agentliyinin əsasnaməsinə dəyişiklik edildi .....                     Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam edir .....                     Yeni hökumətin təzə parlamentə ilk HESABATI .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     On minlərlə vətəndaş üçün önü kəsilən SOSİAL YARDIM: .....                     Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi .....                     Nizami rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam edir .....                     Mollalar dəfnə gedəndə kimdən icazə alır: .....                     Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 110 milyon manatı keçib .....                 

Bakıdan müharibə çağırışları: “İrəvana ayrılmış vaxt bitib..” - TƏHLİL
Tarix: 19-02-2020, 09:40 | Çap et
Bakıdan müharibə çağırışları: “İrəvana ayrılmış vaxt bitib..”
Münhen debatında Azərbaycan prezidenti İlham Əliyevə biabırçı şəkildə məğlub olan Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə qayıdan kimi orduda baş verənlərlə bağlı hərəkətə keçib. Belə ki, ordu rəhbərliyinin iştirakı ilə fövqəladə toplantı keçirən Paşinyan ardınca bəyan edib ki, ciddi dəyişikliklərə imza atacaq. Bununla heç şübhəsiz, N.Paşinyan bir tərəfdən Almaniyada rəzil günə düşməsindən dolayı ölkəsindəki sərt tənqidləri unutdurmağa çalışır.

Ermənistanın baş naziri elementar bilikləri olmayan məktəbli təəssüratı yaratdığına görə hətta “Mənim addımım” hərəkatının üzvlərinin müdafiəsindən də məhrum olub. Rəqibləri isə belə bir durumda ciddi şəkildə revanş imkanı əldə ediblər. Belə bir durum təbii ki, N.Paşinyan hökumətinin onsuz da möhkəmlənməyən dayaqlarını yerindən bir az da oynadacaq. Ancaq bu da var Ermənistan ordusu özünün fəlakətli dövrünü yaşayır. Xüsusilə də işğal zonasındakı ordu hissələrində son ay yarım ərzində 13 ölüm faktının qeydə alınması, hərbçilərin bir-birinin ardınca intihara əl atması erməni cəmiyyətini silkələyib. Ermənistan parlamenti həftənin ilk günü qapalı toplantı keçirib və baş verənləri müzakirə edib. Bunun ardınca Dağlıq Qarabağdakı qondarma qurumun “rəhbərliyi”ndən istefalar olub. Lakin hər kəsə bəllidir ki, Qarabağdakı ordu hissələri Ermənistana məxsusdur. Prezident İ.Əliyev də Münhen debatında dedi ki, işğal zonasındakı hərbi qüvvələrin azı 80 faizi Ermənistana məxsusdur. Əgər baş nazir N.Paşinyanın oğlu da Qarabağda xidmət keçirsə, mənzərə aydındır.

Əslində Paşinyan oğlunu məhz Ermənistandakı gəncləri Qarabağda hərbi xidmət keçməyə həvəsləndirməkdən ötrü Azərbaycan ərazilərinə göndərmişdi. Rəsmən açıqlanmışdı ki, Ermənistanda 10 minə yaxın fərari var və onların əksəriyyəti Rusiyaya qaçıb. Paşinyanın oğlunun ata-anası ilə Qarabağda çəkdirdiyi fotolar gəncləri “yad torpaqda ölməyə” həvəsləndirmədi. Çünki o, digər erməni yaşıdlarından fərqli olaraq, Qarabağda səngərdə yatmır və kef-damaqdadır. Qarabağda intihar edənlər isə komandir özbaşınalığından və ağır şəraitdən bezənlərdir.

Ölkəsi ianələr hesabına yaşayan, özünü beynəlxalq səviyyədə belə, diletant birisi kimi tam gözdən salan N.Paşinyan erməni ordusundakı kütləvi intihar dalğasını durdura biləcəkmi?

Çətin. Publika.az-ın xəbərinə görə, erməni şərhçi Tevos Arşakyan Münhen məğlubiyyətindən sonra Paşinyanın tənqidçilərinin artdığını yazıb. Onun sözlərinə görə, Münhendə məzmunsuz, tutarsız və biabırçı nitqinə görə son 2 gündə Paşinyana “təpik vuran” qalmayıb.

“Əliyev faktiki olaraq, onu ağır yumruqlara qonaq etdi və budur, ”nokaut". Gülməlisi odur ki, Paşinyanı dəstəkləyən ekspertlər, jurnalistlər elə danışırlar ki, sanki Münhendə divara qısılan Paşinyan deyilmiş. Onlar, sadəcə, gic kimi görünürlər. Bəlkə onlar düşünür ki, insanlar kordur və həqiqətin nə olduğunu bilmirlər?" - Arşakyan bildirib.

“Referendum məhkəmələrin hakimiyyətdən sərt asılı olması üçün keçirilirsə, Ermənistanı dəhşətli günlər gözləyir”. Bunu isə erməni publisist Vahan İşxanyan deyib (Axar.az). O, hazırda baş verənlərin Ermənistanın hələ “xoş günləri” olduğunu bildirib. İşxanyan Ermənistan İctimai Televiziyasının fəaliyyətini də “dəhşətli” adlandırıb.

Ermənistanda daha çox bundan narahatdırlar ki, Azərbaycan prezidentinin Paşinyana rüsvayçı məğlubiyyət yaşatmasının ardınca Azərbaycan ordusu da qəfil hücuma keçə və onsuz da bərbad gündə olan erməni ordusuna növbəti aprel şoku yaşada bilər. Əslində düşmənin narahatlığı üçün kifayət qədər əsas var. N.Paşinyan özünün və ölkəsinin hayındadır, ordu içəridən dağılır, Ermənistan beynəlxalq səviyyədə lağ obyektinə çevrilib, bu ölkənin rəhbərliyinin “Böyük Ermənistan” nağılları ironiya ilə vurğulanır, Azərbaycan isə qüdrətli orduya, güclü arqumentlərə və möhkəm iradəyə malik rəhbəri olan ölkə kimi xarakterizə olunur.

Tamamilə mümkündür ki, işğalçı ölkədə hakimiyyətlə ordu üz-üzə gəlsin. Artıq bunun ilk simptomları görünməkdədir. Belə ki, Ermənistan Baş Qərargahının rəisi Artak Davtyan qeyri-döyüş şəraitində əsgər ölümlərinin çoxalması fonunda istefa vermək niyyətində olmadığını bildirib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu A.Davtyan özü parlamentdə deyib. A.Davtyanın sözlərinə görə, 13 hadisədən 4-ü xəstəliklərlə əlaqədardır, lakin bu hallar da manipulyasiya üçün bir səbəb olur. Baş qərargah rəisi ölən hərbçilərin dəfn mərasimlərində iştirak etdiyini və onların xidmət keçdikləri hərbi hissələrdə olduğunu da qeyd edib.

A.Davtyan onu da qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrində kadr dəyişiklikləri aparılacaq və bu barədə cəmiyyətə məlumat veriləcək. Xatırladaq ki, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş hərbi hissələrində ilin əvvəlindən 13 hərbçi həlak olub. Üç hərbçinin ölümü faktı üzrə “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb. Orduda Qarabağ klanının liderlərinə yaxın kadrların olması da N.Paşinyanın vəziyyətini ağırlaşdırır. Ordu-hökumət qarşıdurması Azərbaycan üçün şans yarada bilər.

Müharibə ehtimalından söhbət düşmüşkən, 31 martda Qarabağ separatçılarının özlərinə “parlament və prezident seçmək” planı da savaşı yaxınlaşdırır. Bugünlərdə düşmən snayperinin Azərbaycan hərbçisini qətlə yetirməsi də danışıqların, sadəcə, vaxt itkisi olduğunu söyləməyə əsas yaradır.

Digər vacib bir məqamın vurğulanması da olduqca zəruridir. Dəfələrlə qeyd etdiyimiz kimi, nəinki digər ölkələrdə, o cümlədən Ermənistanda N.Paşinyan zəif göründüyünə, “yumşaq” mövqe tutduğuna görə kəskin tənqid olunur. Bu münasibət həm də ondan xəbər verir ki, erməni cəmiyyəti sülhə hazır deyil və torpaqların qaytarılmasını indiki şərtlər daxilində qəbul etməyəcək. Belə olan halda nəinki N.Paşinyanın, istənilən digər şəxsin xoşluqla əraziləri işğaldan azad etməyəcəyi şəksizidr. Onlar ən azı öz taleyinə görə torpaq işğalına son verməyəcəklər, necə ki, eks-prezident Levon Ter-Petrosyan kompromisli sülhə imza ata bilmədi və hakimiyyətini təhvil verdi.

Rusiyanın siyasi eksperti Vyaçeslav Mixaylov bildirib ki, Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağa hücum qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. “Martın 31-də eyni vaxtda ”dqr"-də prezident və parlament seçkiləri keçiriləcək. Qarabağ hakimiyyətinin, Azərbaycan paytaxtında adlandırdığı kimi, “işğalçı rejim” in qarşısını almaq, Bakı üçün cəlbedici bir fikirdir. Belə maneə üçün hərbi vasitələrin seçilməsi “bütün Azərbaycanda konstitusiya quruluşunun bərpası” adı altında həyata keçirilə bilər" (Moderator.az).

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin fikrincə, Mühnen görüşü Ermənistanda böyük mənəvi və psixoloji sarsıntı yaradıb: “Dünya Ermənistanın yalançı, beynəlxalq hüquqa hörmət etməyən, işğalçı, amma rəzil durumda olmasını bir daha gördü. Hamı əmin oldu ki, kənar dəstək olmasa rəhbəri Azərbaycan prezidenti qarşısında pişiyə dönmüş bu ölkə 30 il ərzində bizim torpaqları işğal altında saxlaya bilməz. Bu cür açıq debatın bağlı qapılar arxasında keçirilən danışıqlara mütləq təsiri olacaq. Azərbaycan islahatları genişləndirməklə beynəlxalq nüfuzunu yüksəltməli, iqtisadiyyatını və ordusunu gücləndirməklə Ermənistana təzyiqləri artırmalıdır”.

Partiya sədri hesab edir ki, Paşinyan danışıqlarda konstruktiv mövqe tutmadığı üçün ona ayrılmış vaxt artıq bitib: “Biz çalışmalıyıq ki, işğalçı ordunun əsgərlərini, hələlik geniş hərbi əməliyyatlara başlamasaq da hər gün öldürək. İrəvana hər gün tabutlar getməlidir. Ermənistan başa düşməlidir ki, işğala son qoymasa, ona güc tətbiqi qaçılmaz olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, Mühnen debatında Azərbaycan tərəfinin haqlı olduğu beynəlxalq səviyyədə nümayiş olundu: “Azərbaycan prezidenti Dağlıq Qarabağın tarixən Azərbaycana bağlı olduğunu əsaslandırdı. Təbii ki, bu cür debatlarda üstünlük qazanmaq vacibdir. Amma məsələlər debatlarda həll olunmayacaq. Döyüş meydanında öz gücümüzü göstərməliyik, əsas budur. Çünki erməni sırtıqlığı, erməni məntiqsizliyi göstərir ki, onlar bizim torpaqlarımızı boşaltmayacaqlar. Daha 25 də danışıqlar getsə, biz yerimizdə sayacağıq. Münhen debatındakı üstünlükdən sonra biz döyüş meydanında da öz üstünlüyümüzü göstərməliyik...”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident hamını küçəyə çağırdı: - Özü isə velosipedi qapalı yerdə sürdü
Dünən, 18:04
"Nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…" - deputat
Dünən, 18:00
“Bütün deputatlar fonda pul köçürüb” - Siyavuş Novruzov
Dünən, 17:41
Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək
Dünən, 17:38
“Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı — Qətl işi
Dünən, 17:37
"Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər"
Dünən, 17:32
Lerikdə karantin rejiminə ciddi nəzarə olunur
Dünən, 17:31
Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin... - açıq qalan sual var
Dünən, 17:30
Kamil bu ailə üçün torpaq alıb ev tikdirəcək
Dünən, 17:27
"Əhali diqqətli olmalıdır" - TƏBİB rəhbəri
Dünən, 17:24
“15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub” - Prezidentin köməkçisi
Dünən, 17:19
Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib
Dünən, 17:13
Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb
Dünən, 17:09
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
“Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” - Xalq artisti
Dünən, 17:00
Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA
Dünən, 16:54
Qarabağda seçki oyunu: Paşinyan - klan savaşı yeni mərhələdə - TƏHLİL
Dünən, 16:47
Paşinyan özünü tələyə salıb - GƏLİŞMƏ
Dünən, 16:36
"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı
Dünən, 16:35
"Tikinti kralı"nın oğlundan QOÇULUQ - Rəmzi Şükürov karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Dünən, 16:30
Canlı efirlərə çıxan müğənnilərin sərbəst gəzmək hüquqları varmı?
Dünən, 16:28
"Fazil Məmmədovun hörməti hələ ölməyib ki..." - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:26
Milli Məclisdən yaşı 65-dən yuxarı deputatlara ÇAĞIRIŞ
Dünən, 16:19
Karantinlə bağlı cərimələr hansı hallarda narazılıq yaradır? - ŞİKAYƏT VAR
Dünən, 16:18
Bu rayonlar üzrə pensiyalar köçürüldü - YENİLƏNİB
Dünən, 16:15
Hava yolları şirkətləri əvvəldən aldığı bileti qaytarmaq istəyənlərə bir neçə təklif irəli sürür
Dünən, 16:14
Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır
Dünən, 16:11
Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib
Dünən, 16:10
“Müğənnilərin çoxu “risovka”lıq edir”
Dünən, 16:09
Almaniyada koronavirusdan ölən türklərin sayı artdı
Dünən, 16:05
"Elə ağılsız sözlər danışırlar ki... "
Dünən, 16:04
Ünvanlı yardım alan ailələrin sayı artıb, yardımın məbləği 222 manata çatıb
Dünən, 16:00
Tərtər rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir
Dünən, 15:58
Bərdə sakini "Azəriqaz"dan etdiyi şikayəti geri götürdü - FOTO
Dünən, 15:56
Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabatla təqdim edəcək
Dünən, 15:54
Dövlət Agentliyinin əsasnaməsinə dəyişiklik edildi - FƏRMAN
Dünən, 15:53
Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam edir
Dünən, 13:17
"Zakirlə toyumuz karantindən sonra olacaq"
Dünən, 13:14
Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?..
Dünən, 13:07
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Dünən, 13:00
On minlərlə vətəndaş üçün önü kəsilən SOSİAL YARDIM: - “İşsiz statusu üçün şərtlər yetərincə ağırdır”
Dünən, 12:52
Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi
Dünən, 12:47
"Hansı müğənni alfons saxlayır..." - Afət Fərmanqızından şok sözlər
Dünən, 12:43
Nizami rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam edir
Dünən, 12:40
Mollalar dəfnə gedəndə kimdən icazə alır: - QMİ-dən yox, yoxsa DİN-dən?
Dünən, 12:36
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 110 milyon manatı keçib
Dünən, 12:35
Azərbaycanın bu kəndi karantinə alındı
Dünən, 12:34
Nazirlik 2 milyon manatlıq "KHazar LX" avtomobili alır
Dünən, 12:26
“Planımı yerinə yetirmişəm” - Abid Şərifov
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru