Məhkumların azadlığa buraxılması prosesi davam etdiriləcək .....                     “Alıcılıq qabiliyyəti zəiflədikcə, qiymətlər ucuzlaşacaq” .....                     Ermənistanın məşhur klubu borca görə oteldən qovuldu .....                     “Nəvəmə “Doğrul” adını qoymaq istədim, imkan vermədilər” .....                     Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib .....                     Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir .....                     Tikinti layihələrinin şəhərsalma sənədlərinin tələblərinə uyğun olmasına dair müddəanın tətbiqi daha .....                     Azərbaycana qar yağıb .....                     Füzuli RİH-in işçiləri Fonda pul köçürdü .....                     Havanın dəyişkən buludlu olacağı gözlənilir .....                     Qaradağ rayonunda maarifləndirmə işlərinə nəzarət edilir .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 482 nəfərə çatıb .....                     Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu .....                     “Evdə qal”maqla kömək edək .....                     Deputat Operativ qərargaha irad tutdu: .....                     Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur .....                     “Bəziləri seçicisi olmayan şəxslərin müdafiəsinə qalxır, bu, deputat statusuna uyğun deyil” .....                     Bakıda gənc oğlan oğurlanıb? .....                     “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir” .....                     Qəbul imtahanında suallar asan ola bilər .....                     Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... .....                     Sahibə Qafarova tibbi maskalarla bağlı deputatlara çağırış edib .....                     Nizami rayonu ərazisində dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir .....                     İki bank vətəndaşın başına necə oyun açır... .....                     “Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb .....                     MM-də kommunal xərclərin sıfırlanması və kreditlərin dondurulması .....                     Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb .....                     “65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox” .....                     Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması .....                     Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilməsi təklif olunur .....                     "Biz bu virusu hərbi hissələrə daşıya bilmərik" .....                     "İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir" .....                     Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb .....                     "Biz üç virusa qarşı mübarizə aparırıq" .....                     Parlamentin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyü vəsait açıqlanıb .....                     “Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək” .....                     Bakıda qısqanc ər arvadını öldürmək istədi .....                     Saatlıda təhlükəli vəziyyət: .....                     Yaşı 65-i keçən deputatlar iclasa gəlmədilər .....                     Milli Məclisin iclası başlayıb .....                 

Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - NİKOL PAŞİNYAN ÜÇÜN TARİXİ ARAYIŞ
Tarix: 17-02-2020, 11:26 | Çap et
Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi?
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutdu. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərini əsaslandırmağa çalışarkən daha çox tarixi faktlara, o cümlədən Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarına müraciət etməyə üstünlük verdilər. Bu zaman həm Azərbaycanın haqlı mövqeyi, həm də tarix elmləri namizədi olması Prezident İlham Əliyevin tutarlı arqumentlərlə Ermənistanın baş nazirini pərt etməsi ilə nəticələndi.

Bəs Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarında nə deyilirdi?

Bu sualın cavabına keçməzdən öncə qeyd etmək lazımdır ki, Sovet Rusiyasının siyasətində Azərbaycanın üç tarixi ərazisi - Naxçıvan, Qarabağ və Zəngəzur kartlarından Ermənistanda və Azərbaycanda sovet hakimiyyətini qurmaq üçün şirnikləndirici amil kimi istifadə olunub. Əvvəlcə Azərbaycanda sovet hakimiyyəti qurulduğundan bolşeviklər bu ərazilərin Azərbaycan torpağı olduğunu təsdiq ediblər. Sonra isə onlar bu ərazilərin “mübahisəli” olduğunu iddia ediblər. Və nəhayət, Ermənistanda sovet hakimiyyəti qurularkən bolşevik siyasətinin əsl üzü açıldı. 29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ərazilərin üçünün də ermənilərə verilməsi tələb olundu. Məhz Sovet Rusiyasının ciddi təzyiqi ilə Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun 1 dekabr 1920-ci il tarixli bəyanatı ortaya çıxdı. Bəyanatda Ermənistan zəhmətkeşlərini sovet hakimiyyəti qurulması münasibətilə təbrik edən Nərimanov daha sonra bildirirdi ki, "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Qarabağın dağlıq hissəsində isə referendum nəticəsində ermənilər öz taleyini müəyyən etməlidir". Mustafa Kamal Atatürkün ciddi tapşırığı və Kazım Qarabəkir Paşanın səyləri nəticəsində Naxçıvan Ermənistan SSR-ə birləşdirilmədi, 1921-ci ilin iyulunda isə Nərimanov Qarabağla bağlı bəyanatından imtina etdi. Sonuncu hadisə məhz Rusiya KP MK Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunda baş verdi.

Nəriman Nərimanov irsinin görkəmli araşdırıcısı, məşhur rusiyalı tarixçi Rudolf İvanovun "Smertelnaya sxvatka" əsərində (səh. 88-89) bir çox sənədlərlə yanaşı, Qafqaz Bürosunun sözügedən Plenumunun da sənədləri yer alıb. Belə ki, Qarabağ məsələsi ilk olaraq Plenumun 4 iyul 1921-ci il tarixli iclasında müzakirəyə çıxarılıb. İclasın 11 saylı protokolundan oxuyuruq:

"İştirak etdilər: Rusiya KP MK-nın üzvü Stalin, Qafqaz Bürosunun üzvləri - Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner, Qafqaz Bürosunun komsomol katibi Breyman, Gürcüstan KP MK-nın üzvləri Tsinsadze, Mdivani, Svanidze.

Qarabağ məsələsi

Bu məsələnin müzakirəsi zamanı iki fikir ortaya çıxdı və aşağıdakı məsələlər səsverməyə çıxarıldı:

EŞİDİLDİ:

A) Qarabağı Azərbaycan sərhədləri daxilində saxlamaq.

Lehinə - Nərimanov, Maxaradze, Nazaretyan; Əleyhinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

B) Qarabağda bütün erməni və müsəlman əhalisinin iştirakı ilə plebissit keçirmək.

Lehinə - Nərimanov, Maxaradze.

V) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək.

Lehinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

Q) Dağlıq Qarabağda yalnız erməni əhalisi arasında plebissit keçirmək.

Lehinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner, Nazaretyan.

QƏRARA ALINDI: Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin. Plebissit yalnız Dağlıq Qarabağda keçirilsin.

YOLDAŞ NƏRİMANOVUN BƏYANATI: Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, bu məsələnin Rusiya KP MK-nın yekun qərarına verilməsini zəruri hesab edirəm.

QƏRARA ALINDI: Qarabağ məsələsinin ciddi fikir ayrılığı doğurduğunu nəzərə alaraq, Rusiya KP MK-nın Qafqaz Bürosu məsələnin Rusiya KP MK-nın yekun qərarına verilməsini zəruri hesab edir.

Qarabağ məsələsi ilə bağlı səsvermə zamanı yoldaş Oraxelaşvili iştirak etməyib.

Qafqaz Bürosunun katibi Fiqatner. (imza)"

Beləliklə, Qarabağ məsələsi ilə bağlı Qafqaz Bürosunun növbəti iclasının keçirilməsi qərara alınır. Həmin iclas isə cəmi bir gün sonra - 5 iyul 1921-ci ildə baş tutur. İclasın 12 saylı protokolunda oxuyuruq:

"İştirak etdilər: Rusiya KP MK-nın üzvü Stalin, Qafqaz Bürosunun üzvləri - Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner, Azərbaycan SSR-in xalq xarici işlər komissarı Hüseynov.

EŞİDİLDİ: Yoldaş Orconikidze və yoldaş Nazaretyan bundan əvvəlki Plenumun qərarına yenidən baxılması məsələsini qaldırdılar.

Bu məsələnin müzakirəsi zamanı iki fikir ortaya çıxdı və ikisi də səsverməyə çıxarıldı:

A) Qarabağı Azərbaycanın tərkibində saxlamaq.

Lehinə - Nərimanov, Maxaradze, Nazaretyan; Əleyhinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

B) Qarabağda bütün erməni və müsəlman əhalinin iştirakı ilə plebissit keçirmək.

Lehinə - Nərimanov, Maxaradze.

QƏRARA ALINDI:

A) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və Yuxarı və Aşağı Qarabağın Azərbaycanla daimi iqtisadi əlaqələrindən çıxış edərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın. Şuşa inzibatı mərkəz olmaqla ona geniş vilayət muxtariyyəti verilsin.

B) Azərbaycan KP MK-ya muxtar vilayətin sərhədlərini müəyyənləşdirmək və Rusiya KP MK Qafqaz Bürosunun təsdiqinə vermək tapşırılsın.

Rusiya KP MK Qafqaz Bürosunun katibi Fiqatner. (imza)"

Yuxarıdakı sənədlərin təhlili göstərir ki, əslində Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan panel müzakirələrində Rusiya KP MK Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarını təkzib etməyə çalışmaqla diplomatik səhvə yol verib. Çünki Plenumun istər birinci qərarındakı "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin", istərsə də ikinci qərarındakı "Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın" cümlələri Dağlıq Qarabağın əsl sahibinin kim olduğunu ortaya qoyur. Bunu panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi vurğulayıb: "1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox".

Nikol Paşinyanın bu fikri təkzib etməyə çalışarkən söylədiyi "Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib" ifadəsi isə əslində onun elementar tarixi bilgilərinin nəinki aşağı olduğunu, ümumiyyətlə, olmadığını göstərir. Çünki orta məktəb şagirdləri də bu həqiqəti bilir ki, Qafqaz Bürosunun məlum qərarı qəbul olunarkən Sovet İttifaqı və ya SSRİ deyilən dövlət yox idi. SSRİ 30 dekabr 1922-ci ildə yaradılacaqdı, cənab Paşinyan!
APA





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkumların azadlığa buraxılması prosesi davam etdiriləcək - RƏSMİ
Bu gün, 13:24
“Alıcılıq qabiliyyəti zəiflədikcə, qiymətlər ucuzlaşacaq” - ekspert
Bu gün, 13:20
Ermənistanın məşhur klubu borca görə oteldən qovuldu
Bu gün, 13:17
“Nəvəmə “Doğrul” adını qoymaq istədim, imkan vermədilər” - deputat
Bu gün, 13:14
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib
Bu gün, 13:12
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
Bu gün, 13:10
"Müğənni olduğuma peşman olduğum anlarım olub"
Bu gün, 13:07
Tikinti layihələrinin şəhərsalma sənədlərinin tələblərinə uyğun olmasına dair müddəanın tətbiqi daha 1 il təxirə salınıb
Bu gün, 12:58
Azərbaycana qar yağıb
Bu gün, 12:57
Füzuli RİH-in işçiləri Fonda pul köçürdü
Bu gün, 12:50
"Mənə xərclədiyi pullara baxmadım, iy gəlirdi deyə ayrıldım" - Könül Yusifqızı sevgilisindən danışdı
Bu gün, 12:48
Havanın dəyişkən buludlu olacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:43
Qaradağ rayonunda maarifləndirmə işlərinə nəzarət edilir - FOTO
Bu gün, 12:42
Ermənistanda koronavirusa yoluxanların sayı 482 nəfərə çatıb
Bu gün, 12:31
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu
Bu gün, 12:30
“Evdə qal”maqla kömək edək - polislərə və həkimlərə
Bu gün, 12:29
Deputat Operativ qərargaha irad tutdu: - “Özləri yaxın oturub bizə deyirlər, məsafə saxlayın”
Bu gün, 12:21
Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur - SOCAR
Bu gün, 12:20
“Bəziləri seçicisi olmayan şəxslərin müdafiəsinə qalxır, bu, deputat statusuna uyğun deyil” - Siyavuş Novruzov belə deyir...
Bu gün, 12:18
Bakıda gənc oğlan oğurlanıb? - FOTO
Bu gün, 12:13
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir” - deputat
Bu gün, 12:10
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov
Bu gün, 12:09
“Evdə qal, evdə öl” – Səidə Sultan həddini aşdı
Bu gün, 12:07
Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... - Müraciət...
Bu gün, 12:05
Sahibə Qafarova tibbi maskalarla bağlı deputatlara çağırış edib
Bu gün, 12:02
Nizami rayonu ərazisində dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir
Bu gün, 12:01
İki bank vətəndaşın başına necə oyun açır... - VİDEO
Bu gün, 12:00
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb
Bu gün, 11:53
MM-də kommunal xərclərin sıfırlanması və kreditlərin dondurulması TƏKLİF OLUNUB
Bu gün, 11:50
Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb - MÜJDƏ
Bu gün, 11:48
“65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox” - deputat
Bu gün, 11:46
Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması 9 ay təxirə salınıb
Bu gün, 11:46
Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilməsi təklif olunur
Bu gün, 11:45
Əməkdar artist koronavirusa şeir həsr etdi
Bu gün, 11:39
"Biz bu virusu hərbi hissələrə daşıya bilmərik" - Komitə sədri
Bu gün, 11:31
"İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir" - deputat
Bu gün, 11:27
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
Bu gün, 11:24
"Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti tam olaraq bərpa olunub" - Rüstəm İbrahimbəyov
Bu gün, 11:23
"Biz üç virusa qarşı mübarizə aparırıq" - YAP-çı deputat
Bu gün, 11:19
“76 yaşlı anamı görmürəm, uzaqdan bir-birimizə əl edirik” - Xalq artisti
Bu gün, 11:17
Parlamentin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyü vəsait açıqlanıb
Bu gün, 11:15
“Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək” - Spiker
Bu gün, 11:13
"1 manat da aşağı salmırdılar qiymətlərini"
Bu gün, 11:12
Bakıda qısqanc ər arvadını öldürmək istədi
Bu gün, 11:10
Saatlıda təhlükəli vəziyyət: - rayonda karantin qaydalarına əməl olunmur
Bu gün, 11:08
Yaşı 65-i keçən deputatlar iclasa gəlmədilər
Bu gün, 11:05
Milli Məclisin iclası başlayıb
Bu gün, 11:03
Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür?
Bu gün, 11:02
“Evdə oturmaqdan dəli olmuşam” - Xalq artisti
Bu gün, 11:00
Səfər Mehdiyev dərman firmalarının əhədini kəsib... - GİLEY
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru