“Əvvəllər fövqəladə vəziyyət olsa da, bu mikrob zəhrimar yox idi...” .....                     "Azeri Light" markalı neft niyə "Brent" və WTI-dən ucuz satılır? .....                     “İndiyə qədər dünya belə bir böhranla üzləşməyib” .....                     İspaniyada koronavirusa yoluxanların sayı 100 mini ötüb, 9053 nəfər ölüb .....                     Seyran bu dəfə "Küçələrə su səpmişəm"i oxudu .....                     Heydər Əliyev Fondu sosial xidmət müəssisəsini tibbi ləvazimatlarla təmin edib .....                     Umayra Tağıyevaya yeni vəzifə verilib .....                     Dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır .....                     Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb .....                     Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır .....                     Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək .....                     Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var .....                     Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər .....                     KİV-in dilinə dair yeni tələb müəyyənləşir .....                     İqtisadiyyat Nazirliyi sahibkarlığa dəstək proqramlarının .....                     “Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” .....                     QHT-lər üçün yeni tələb müəyyənləşir .....                     Ziya Məmmədov 2 min, oğlu isə fonda 3 min ayırdı .....                     Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib .....                     Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərə ərzaq bağlamalarının çatdırılması işləri davam etdirilir .....                     Arabir yağış yağacağı gözlənilir .....                     "Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir" .....                     Ağsuda koronavirus bəhanəsi ilə pul yığılır... .....                     Göygöldə 10 ədəd subartezian quyusu qazılacaq .....                     Bakıda gözətçi bağ evindən 49 min manat oğurladı .....                     Soğan 1 manat 50 qəpik oldu .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb .....                     “Sığorta haqqında” qanun aqrar sahəni də əhatə edəcək .....                     Koronavirusun düşmənləri .....                     Azərbaycan neftinin qiyməti artıb .....                     Bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb .....                     Biz niyə evdə qalmalıyıq? .....                     Tailandda koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq .....                     Xüsusi karantin rejimini pozan 348 avtomobil saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib .....                     Çempionlar Liqası və Avropa Liqasının finalı azarkeşsiz olacaq .....                     Dünya “qəflət yuxusundan” ayılmağa başlayıb .....                     Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır .....                     Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib .....                     Parlamentin komitəsində Milli İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmələr keçiriləcək .....                     Ombudsmanın məruzəsi və İnsan alveri üzrə illik məlumatın parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub .....                 

Maaşlar artacaq: Nə qədər və nəyin hesabına? - GƏLİŞMƏ
Tarix: 17-02-2020, 08:55 | Çap et
Maaşlar artacaq: Nə qədər və nəyin hesabına?
Növbəti 5 ildə Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

Bu, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub. Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə minimum əməkhaqqı 2019-cu ilin sentyabrın 1-də qüvvəyə mindi. Prezidentinin sərəncamı ilə aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırıldı. Bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edirdi.

Maraqlıdır, növbəti illərdə minimum əməkhaqqının nə qədər artacağı əsas hədəf götürülüb?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən plan 5 illik dövrü əhatə edir:

“Bu baxımdan hələlik konkret rəqəmlər müəyyənləşməyib. Amma hədəf ondan ibarətdir ki, həm minimum, həm də orta aylıq əməkhaqqı növbəti 5 ildə mərhələli şəkildə artırılsın. Əslində, mövcud əməkhaqqı səviyyəsini nəzərə alsaq, gözlənilir ki, orta aylıq əməkhaqqı növbəti 5 ildə əvvəlkinə nisbətən artacaq. Təbii ki, orta aylıq əməkhaqqındakı artımlar minimum pensiyadakı artımlara da səbəb olacaq. 2019-cu ildə orta aylıq əməkhaqqı 16.6 faiz artdı, bu, avtomatik olaraq 2020-ci ildə əmək pensiya məbləğlərinin 16.6 faiz artmasına gətirib çıxardı. Yəni əmək pensiyası alanların minimum pensiyası 200 manatdan 233 manata qədər yüksəlməsinə səbəb oldu. Gözlənilir ki, minimum əməkhaqqında da artımlar olacaq. Konkret məbləğ hələlik müəyyənləşməsə də, amma hədəf ondan ibarətdir ki, minimum əməkhaqqı səviyyəsi 2025-ci ilədək indiki ilə müqayisədə xeyli çox olacaq. Mərhələli artım 2025-ci ildə Azərbaycanda daha böyük və fərqli bir minimum əməkhaqqı məbləğinə nail olmağa imkan verir.

Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır. Nəzərə alsaq ki, 10 pilot məktəbin yaradılması və istifadəsi nəzərdə tutulub ki, bu da peşə təliminin inkişaf etdirilməsinə imkan yaradacaq. Eyni zamanda elektron xidmətlərin sayında artımlar müşahidə oluna bilər. Əksər sosial xidmətlərin növbəti 5 ildə tam olaraq elektronlaşması, xüsusən dövlət qurumlarının müdaxiləsinin ciddi şəkildə minimumlaşdırılması nəzərdə tutulur. Bu da vətəndaşlarımızın sosial xidmətlərdən daha asan və əlçatan formada istifadə etməsi anlamına gəlir. Bu baxımdan planda nəzərdə tutulan hədəflər birmənalı şəkildə növbəti dövrlərdə Azərbaycanda sosial təminatın gücləndirilməsinə xidmət edəcək.

Digər vacib məqam ondan ibarətdir ki, praktik olaraq bu proqramda fəaliyyətlər illər üzrə qruplaşdırılır. Bu da imkan verəcək ki, sənəddə nəzərdə tutulan fəaliyyətlərin necə icra edilməsini monitorinq etmək mümkün olsun. Eyni zamanda hansı qurumlar tərəfindən belə bir fəaliyyətin icra olunması da öncədən müəyyənləşdirilir. Bu da yalnız dövlət qurumlarının deyil, media, eləcə də ictimai qurumlar tərəfindən monitorinq aparmasına imkan verəcək. Bu baxımdan sözügedən sənəd növbəti dövrlərdə minimum orta aylıq əməkhaqqı məbləğində artımlara gətirib çıxarmaqla əmək bazarını, bütövlükdə sosial sferada şəffaflığın gücləndirilməsinə xidmət edəcək”.

“İnfrastruktura ayrılan vəsaitlərin həcmi azaldılacaq”

Nəzərdə tutulan hədəflərə nail olmaq üçün dövlət büdcəsinin imkanlarına gəlincə, analitik qeyd edib ki, növbəti 5 ildə büdcə məbləğində də artımların olacağı proqnozlaşdırılır:

“Xüsusən çirkli iqtisadiyyatın səviyyəsinin azaldılması ilə bağlı islahatlar büdcə gəlirlərinin artmasına imkan verəcək. Bu da nəticə etibarilə yeni gəlir mənbəyi hesab olunur. Növbəti dövrün infrastrukturuna ayrılan vəsaitlərin həcmində müəyyən qədər azalmalar olacaq. Çünki Azərbaycanda infrastruktur praktik olaraq formalaşıb. Sadəcə, infrastrukturun yeniləşməsi ilə bağlı xərclərə ehtiyac olacaq. Bu baxımdan xərclərin strukturunda dəyişikliklərin aparılmasına imkan verəcək. Hesab edirəm ki, minimum əməkhaqqı və pensiyadakı, eləcə də orta aylıq əməkhaqqındakı artımlarla bağlı dövlət büdcəsindən vəsaitin ayrılmasında hər hansı bir çətinliklər olmayacaq. Çünki büdcə və fiskal gəlirlərində plan çərçivəsində proqnozlaşdırılan əməkhaqqı artımlarını müqayisə etsək, növbəti dövrlərdə fiskal gəlirlər həmin sosial öhdəlikləri yerinə yetirməyə imkan verəcək”.

2019-cu ildə minimum əməkhaqqının artırılması ümumilikdə 650 min vətəndaşı əhatə edib. Növbəti illərdə artımın şamil olunduğu əhali sayı da arta bilərmi?

Vüqar Bayramov hesab edir ki, növbəti dövrlərdə əmək bazarında genişlənmə olsa, minimum əməkhaqqı alan vətəndaşların sayı da arta bilər:

“Xüsusən özəl sektorda minimum əməkhaqqı təklif edən iş yerlərinin sayı az deyil. Bu, həm də əmək bazarının sağlamlaşdırılmasın nəzərdə tutur. Əgər növbəti dövrlərdə əmək bazarı yeni və xüsusən də peşə təlimi keçmiş işçilərin daxil olmasına imkan verərsə, o zaman minimum əməkhaqqı alan vətəndaşlarımızın sayında da artımlar ola bilər. Minimum əməkhaqqında artımlar baş verdiyi halda, daha çox vətəndaşı əhatə edə bilər”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əvvəllər fövqəladə vəziyyət olsa da, bu mikrob zəhrimar yox idi...” - Keçmiş baş nazir
Bu gün, 14:07
"78 yaşım var, onsuz da itirməyə heç nəyim yoxdur" - Xalq artisti
Bu gün, 14:07
"Azeri Light" markalı neft niyə "Brent" və WTI-dən ucuz satılır? - SƏBƏB
Bu gün, 14:03
“İndiyə qədər dünya belə bir böhranla üzləşməyib” - deputat
Bu gün, 14:00
İspaniyada koronavirusa yoluxanların sayı 100 mini ötüb, 9053 nəfər ölüb
Bu gün, 13:59
Seyran bu dəfə "Küçələrə su səpmişəm"i oxudu
Bu gün, 13:54
Heydər Əliyev Fondu sosial xidmət müəssisəsini tibbi ləvazimatlarla təmin edib
Bu gün, 13:52
Umayra Tağıyevaya yeni vəzifə verilib
Bu gün, 13:51
Dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır - Nazirlik
Bu gün, 13:51
Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb - 1 manatlıqlar isə...
Bu gün, 13:14
Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır - MÜJDƏ
Bu gün, 13:10
Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək
Bu gün, 13:01
Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ
Bu gün, 12:57
Televiziya və radio proqramlarına dair yeni tələb müəyyənləşir
Bu gün, 12:56
Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər
Bu gün, 12:54
“Bilirsiniz kartof-soğan neçəyədir? Budur insanlıq?!” – Niyam Salami “od püskürdü”
Bu gün, 12:53
Xalq artistinə ağır itki üz verib
Bu gün, 12:51
KİV-in dilinə dair yeni tələb müəyyənləşir
Bu gün, 12:48
İqtisadiyyat Nazirliyi sahibkarlığa dəstək proqramlarının detallarını açıqlayıb
Bu gün, 12:47
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
Bu gün, 12:42
QHT-lər üçün yeni tələb müəyyənləşir
Bu gün, 12:39
Ziya Məmmədov 2 min, oğlu isə fonda 3 min ayırdı - Oğul atasından daha səxavətli imiş
Bu gün, 12:25
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib
Bu gün, 12:18
Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərə ərzaq bağlamalarının çatdırılması işləri davam etdirilir
Bu gün, 12:16
Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:14
"Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir" - Mehriban Əliyeva
Bu gün, 12:12
Ağsuda koronavirus bəhanəsi ilə pul yığılır... - GİLEY
Bu gün, 12:11
Göygöldə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Bu gün, 12:01
İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar - Xalq artisti
Bu gün, 11:57
Bakıda gözətçi bağ evindən 49 min manat oğurladı
Bu gün, 11:56
Əməkdar artisti aldadıb pulunu aldılar - "Gizlənib, telefonlarıma cavab vermir"
Bu gün, 11:50
Soğan 1 manat 50 qəpik oldu - Nazirlik SƏBƏBLƏRİ AÇIQLADI
Bu gün, 11:48
Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb
Bu gün, 11:39
“Sığorta haqqında” qanun aqrar sahəni də əhatə edəcək
Bu gün, 11:32
Koronavirusun düşmənləri - SİYAHI
Bu gün, 11:30
Azərbaycan neftinin qiyməti artıb
Bu gün, 11:29
Bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb - DYP
Bu gün, 11:25
Biz niyə evdə qalmalıyıq? - TƏHLİL
Bu gün, 11:24
Tailandda koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq
Bu gün, 11:15
Xüsusi karantin rejimini pozan 348 avtomobil saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib
Bu gün, 11:14
"Evimə heç kimi buraxmıram" - Xalq artisti
Bu gün, 11:12
Çempionlar Liqası və Avropa Liqasının finalı azarkeşsiz olacaq
Bu gün, 11:09
Azərbaycanlı müğənniyə təcavüz etdiyi deyilən türkiyəli iş adamı: - "Biz sevgili idik"
Bu gün, 11:06
Dünya “qəflət yuxusundan” ayılmağa başlayıb – ÇİN ŞOKU
Bu gün, 10:58
Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır - Dəyişiklik gözlənilir
Bu gün, 10:54
Sorğu keçirən jurnalisti hamı tənqid etdi - VİDEO
Bu gün, 10:48
Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib
Bu gün, 10:46
Parlamentin komitəsində Milli İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmələr keçiriləcək
Bu gün, 10:45
Ombudsmanın məruzəsi və İnsan alveri üzrə illik məlumatın parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub
Bu gün, 10:44
"Fövqəladə vəziyyət tətbiq olunub, sadəcə elan edilməyib" - deputat
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru