Şəmkir Rayon Polis Şöbəsində yeni təyinat olub .....                     Maliyyə Nazirliyi işsizlərə birdəfəlik ödənişlər üçün ilk tranşı köçürüb .....                     Ötən il Azərbaycanda 21 ana ölümü olub .....                     Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi .....                     Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: .....                     Urvatsız yardımlar... Quyuya atılan 190 manat... .....                     Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     DYP etibarnamə ilə bağlı məlumat yaydı .....                     Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir .....                     Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub .....                     Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb .....                     "Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib .....                     107 yaşlı qadın koronavirusa “qalib gəldi” .....                     Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına .....                     Tərtərdə küçələrdə və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri aparılır .....                     Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib .....                     Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, .....                     Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var .....                     Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir .....                     “Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir” .....                     ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var .....                     23 deputat Milli Məclisin iclasına qatılmadı .....                     Deputatların səlahiyyətlərinin artırılması təklif edilir .....                     Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb .....                     "Brent" neftinin qiyməti 34 dolları keçıb .....                     "Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." .....                     Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib .....                     Karantin rejimi deputatların avtomobillərinə şamil edilməyəcək .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Milli Məclis hökumətin hesabatını .....                     “Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı” .....                     Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: .....                     "Kölgə iqtisadiyyatınına qarşı geniş işlər aparılıb" .....                     Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib .....                     Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib .....                     MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? .....                     Vilayət Eyvazov rəisi işdən çıxardı .....                     Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin .....                     Deputat təhsil kreditlərinin verilməsini, BDU-nun yataqxanalarının inşasının başa çatdırılmasını istəyir .....                 

Ukraynadakı səfirimizlə bağlı iddialar... - İLGİNC
Tarix: 17-02-2020, 08:11 | Çap et
Ukraynadakı səfirimizlə bağlı iddialar...
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin diplomatik fəaliyyətinin bu ölkədəki bəzi mülkiyyətlərin öz adına keçirməsindən ibarət olduğu barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, səfirin bu əməlləri hətta Ukrayna mediasında geniş şəkildə işıqlandırılıb.

Maraqlıdır ki, səfir təyin olunandan cəmi 2 il sonra ortaya çıxan bir çox skandallara Azər Xudiyevin özü rəvac verib. Belə ki, o, ilk əvvəl Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyevin 2008-ci korrupsiya yolu ilə mənimsədiyi 2.4 milyon dolları ələ keçirmək savaşına girişib. Məlumata görə, səfir Azər Xudiyev sələfi Tələt Əliyevlə bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. Şikayət ərizəsində T.Əliyevin 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın isə təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb və sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb.

Beləcə, Ukraynada başlayan diplomatik skandalların sədası Azərbaycana da gəlib çıxıb. Bir çox deputatlar “ev bizim, sirr bizim” məntiqilə Azər Xudiyevin niyə bu şikayəti öz hüquq mühafizə orqanlarına deyil, Ukraynadakı müvafiq qurumlara etdiyinə dair məsələ qaldırıblar. Hətta deputat Eldar İbrahimov Ukrayndakı səfirimizin azərbaycanlı bir iş adamının mülkiyyətini ələ keçirmək üçün ermənilərlə əməkdaşlıq etməkdə günahlandırıb.

“İndi ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir”, - Eldar İbrahimov mətbuata açıqlamasında belə deyib.

Nəzərə alsaq ki, deputat Eldar İbrahimovun təbirilə desək, erməni Daxili İşlər nazirinə yem edilən Tələt Əliyev həm də keçmiş səfir kimi sirr daşıyıcısıdır və onun bu zəif vəziyyətindən istifadə edilərək bir çox sirlərə vaqif olmaq mümkündür, Azər Xudiyevin bu hərəkəti ağla başqa şübhələri də gətirir. Bunları araşdırmağı xüsusi xidmət orqanlarının ixtiyarına buraxaraq, biz məsələnin başqa məqamlarına diqqət yetirmək istəyirik.

Səfirin azərbaycanlı iş adamlarının qanına susamış Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakovla şübhəli əlaqələri bu ölkədə yaşayan imkanlı soydaşlarımızın gözünü elə qorxudub ki, onlar Ukraynada min cür təhlükələrə məruz qalsalar da səfirliyimizə müraciət etməyi belə ağıllarına gətirmirlər. Ovqat.com-a açıqlama verən bir vətəndaşımızın (təhlükəsizlik baxımından adının açıqlanmasını istəmir) sözlərinə görə, azərbaycanlı iş adamları Azər Xudiyevin bu hərəkətindən sonra Ukraynadakı Azərbaycan səfirliyinə pənah aparmağı düşmən toruna düşmək kimi qiymətləndirir və problemlərini başqa yollarla həll etməyə çalışırlar.

Maraqlıdır ki, deputat Eldar İbrahimovun iki il əvvəl dilə gətirdiyi bu haqlı irad belə Azər Xudiyev üçün dərs olmayıb. O, məlum skandaldan bir il sonra əlaqələrindən istifadə edərək bir Ukrayna vətəndaşının da mülkiyyətini ələ keçirmək istəyib və bu “əməliyyatda” səfirliyin imkanlarından faydalanıb. Səfirin Ukrayna vətəndaşı Olqa Yeryomenkonun mülkiyyətini ələ keçirmək cəhdi həmin ölkənin mətbu orqanlarında geniş şəkildə işıqlandırılıb. Amma cəmi 4 illik diplomatik fəaliyyətində ən azı iki dəfə böyük maliyyə qalmaqallarında adı hallanan Azər Xudiyevə indiyədək gözün üstündə qaşın deyən olmayıb. Sual oluna bilər: Azər Xudiyev diplomatik toxunulmazlıq həddini aşan bu gücünü hardan alır?

Zənnimizcə, bu suala ən dolğun cavabı elə səfirin özü verib. O, mülkiyyət qalmaqallarının yaşandığı 2018-ci ilin sentyabr ayında Ölkə.Az"a eksklüziv açıqlamasında bildirib: "Əlbəttə ki, mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də Nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim”.

Səfir XİN-də kiminlə məsləhətləşdiyini açıq şəkildə deməsə də, ağla iki nəfər gəlir. Bunlardan biri, sözsüz ki, Xarici İşlər naziri Elmar Məmmədyarov, digəri isə nazirliyin Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri Elxan Çərkəz oğlu Azayevdir. Ovqat.com-un əldə etdiyi məlumata görə, Ukrayna Avropa Birliyinə daxil olmasa da, XİN-də bu ölkəylə iş Elxan Azayevə tapşırılıb. Zira Ukrayna məsələsi Avropa Birliyinin ən çox üzərində baş sındırdığı problemlərdəndir və bu ölkəylə diplomatik əlaqələri “qoca qitə”ni istisna edərək yürütmək olmaz. Nazirlik də məhz bu amilləri nəzərə alıb Ukraynadakı səfirimizi də Elxan Azayevin kurasiyasına verib.

Məhz bu məqam da Azər Xudiyevin qeyri-adi “diplomatik” toxunulmazlığına aydınlıq gətirir. Belə ki, həm Elmar Məmmədyarovun, həm də Elxan Azayevin tikinti biznesiylə məşğul olduğu artıq ifşa olunub. Üstəlik, o da aydın olub ki, XİN-in ali rəhbərliyi öz sərmayələrini Azərbaycanda yox, Avropa ölkələrində yatırmağa üstünlük verirlər. Hər halda bunu tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edir. Jurnalist Ən “təmiz” nazirin “natəmiz” əməlləri: Elmar Məmmədyarov nazirdir, yoxsa tikinti maqnatı?sərlövhəli məqaləsində yazır: “...Məmmədyarov belə məsələlərdə diplomat hiyləgərliyi ilə kifayət qədər ehtiyatlıdır. O, ümumiyyətlə, parlaq görünməyi sevmir, 2 milyonluq əmlakı göz qabağında deyil, uzaq Amerikanın göydələnlərində almağa üstünlük verir. Elə biznesi də mümkün qədər özündən və ailə üzvlərindən uzaq tutmağa çalışır, bunu başqalarının üzərindən reallaşdırmağı məqsədəuyğun hesab edir.

Halbuki XİN rəhbəri Azərbaycanda ən iri tikinti maqnatlarından biridir və bu biznesi nazirlikdə yüksək diplomatik rütbə daşıyan Elxan Çərkəz oğlu Azayevin vasitəsilə idarə edir.

Kimdir Elxan Azayev?

Məmmədyarov 2004-cü ildə nazir vəzifəsinə təyin olunandan sonra onu Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı komitəsinə rəhbər gətirib. Nazirin təqdimatı ilə 2012-ci ilin iyulunda dövlət başçısının fərmanı ilə Elxan Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Hazırda isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəridir.

Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və “DİPLOMAT 2008” (Şirkətin adı da maraqlıdır-Ovqat.com) Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb.

Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.

Dövlət reyestri məlumatlarına görə, qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.

Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir”.

Zənnimizcə, adı dəfələrlə mülkiyyət fırıldaqçılığında keçən, hətta azərbaycanlı iş adamlarını aparıb “Ukraynanın erməni əsilli Daxili İşlər nazirinin əlinə verən” (iddia deputat Eldar İbrahimova aiddir) Azər Xudiyevin diplomatik toxunulmazlığının sirri də Cavanşir Həsənlinin üstünü açdığı həqiqətlərin altında yatır. Belə görünür ki, o, əslində həmin əməlləri öz şəxsi mənfəəti üçün deyil, Xarici İşlər naziri Elmar Məmmədyarovun biznes maraqları üçün edirmiş. Prinsipcə, Azər Xudiyevin indiyədək öz vəzifəsini qoruya bilməsini başqa məntiqlə izah etmək mümkün deyil. Məsələyə bu məntiqlə yanaşanda onun özünü sığortalamaq üçün dediyi “Mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm” sözləri də Elmar Məmmədyarova göndərilmiş ismarış təsiri bağışlayır. Yəni demək istəyir ki, “Elmar müəllim, mən sizin “XİN MMC”-nin Ukraynadakı nümayəndəsiyəm. Nə etmişəmsə, bu “MMC”-nin biznes maraqları üçün etmişəm. Siz də zəhmət çəkin, öz işçinizi qoruyun”. Azər Xudiyevin indiyədək səfirlik fəaliyyətini sürdürə bilməsindən belə görünür ki, onun mesajı öz ünvanına çatıb.

Azər Xudiyevin səfir təyin edilməsinin zamanı da maraqlı bir dövrə təsadüf edir. Məlum olduğu kimi, Ukraynada 2014-cü ildən bəri yaşanan böhran həmin ölkədə daşınmaz əmlakların qiymətini xeyli ucuzlaşdırıb və böyük tikinti maqnatlarının diqqətini özünə cəlb edib. Azər Xudiyevin də məhz həmin böhranlı dövrlərdə - 2016-cı ildə Ukrayna səfirliyinin başına gətirilib və ilk işi mülkiyyət biznesindəki skandalları ilə yadda qalmaq olub.
Ovqat.com

P.S. Başda Elmar Məmmədyarov olmaqla yazıda adı keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkir Rayon Polis Şöbəsində yeni təyinat olub
Bu gün, 17:23
Maliyyə Nazirliyi işsizlərə birdəfəlik ödənişlər üçün ilk tranşı köçürüb
Bu gün, 17:21
"Kənan heç dram da çəkə bilmir"
Bu gün, 17:18
Ötən il Azərbaycanda 21 ana ölümü olub
Bu gün, 17:09
Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi
Bu gün, 17:07
Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: - “Dollar hegemonluğuna söykənən iqtisadi dövr bitir”
Bu gün, 17:03
Urvatsız yardımlar... Quyuya atılan 190 manat... - GƏLİŞMƏ
Bu gün, 17:02
Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib
Bu gün, 17:00
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
DYP etibarnamə ilə bağlı məlumat yaydı
Bu gün, 16:59
Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir
Bu gün, 16:53
Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub
Bu gün, 16:52
Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb
Bu gün, 16:50
"Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib
Bu gün, 16:45
107 yaşlı qadın koronavirusa “qalib gəldi”
Bu gün, 16:44
Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb
Bu gün, 16:42
Tərtərdə küçələrdə və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri aparılır
Bu gün, 16:41
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
Bu gün, 16:40
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb
Bu gün, 16:24
Azərbaycanlı aparıcı yarıçılpaq görüntüsünü yaydı — TƏNQİD EDİLDİ
Bu gün, 16:22
Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var
Bu gün, 16:20
Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
Bu gün, 16:19
“Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir” - Prezidentə yazırlar
Bu gün, 16:15
ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO
Bu gün, 16:13
23 deputat Milli Məclisin iclasına qatılmadı - SİYAHI
Bu gün, 13:32
Deputatların səlahiyyətlərinin artırılması təklif edilir
Bu gün, 13:30
Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb
Bu gün, 13:28
"Brent" neftinin qiyməti 34 dolları keçıb
Bu gün, 13:22
"Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." - GİLEY
Bu gün, 13:21
Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib - FOTO
Bu gün, 13:19
Karantin rejimi deputatların avtomobillərinə şamil edilməyəcək
Bu gün, 13:15
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 13:12
Milli Məclis hökumətin hesabatını qəbul etdi
Bu gün, 13:10
“Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı” - deputat
Bu gün, 13:09
"Bu finti-firuş qızları ora kim çıxarır?" - Şeyx əsəbiləşdi
Bu gün, 13:08
Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: - “İşsizlərin qeydiyyata alınmaması doğru deyil”
Bu gün, 13:06
"Kölgə iqtisadiyyatınına qarşı geniş işlər aparılıb" - deputat
Bu gün, 13:03
Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib
Bu gün, 13:01
Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib
Bu gün, 13:00
"Arvadımla nərd oynayıram" - Xalq artisti
Bu gün, 12:58
MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? - MÜƏMMA
Bu gün, 12:47
Vilayət Eyvazov rəisi işdən çıxardı
Bu gün, 12:44
Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin - Milli Məclisdə məsələ qaldırıldı
Bu gün, 12:42
Deputat təhsil kreditlərinin verilməsini, BDU-nun yataqxanalarının inşasının başa çatdırılmasını istəyir
Bu gün, 12:40
Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir? - SİYAHI
Bu gün, 12:38
“Atasığorta”-da rəhbərlik dəyişəcəkmi?
Bu gün, 12:35
İrəvanda "inqilabçı baş nazirə" qarşı yeni hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 12:33
""İnstagram"da, "Facebook"da sosial şəbəkə dilənçiləri çoxlalıb"
Bu gün, 12:31
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandı - ŞƏRTLƏR
Bu gün, 12:24
“Bəzi müəlliflərin dərslik hazırlanmasına gəlir və biznes sahəsi kimi baxmasına son verməlidir”
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru