Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu .....                     “Dünya 12-ci imamın gəlişinə doğru gedir” .....                     “Dedi-qodulara, qeybətlərə, mənasız söhbətlərə sərf olunan resurslara heyfim gəlir" .....                     Ekspertdən mühüm ÇAĞIRIŞ: .....                     Ermənilər Qazaxda kəndləri və döyüş məntəqələrimizi atəşə tutub .....                     İcra başçısı xidməti maşını ilə əhaliyə belə çağırış etdi .....                     Ağcabədidə market sahibindən təqdirəlayiq addım .....                     Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir .....                     Ağdaşda polisin qanuni əmrinə tabe olmayıb karatin rejimini pozmağa cəhd göstərmiş 2 şəxs həbs edilib .....                     "Dollar satışı məhdudlaşdırılmayıb" .....                     Kürdəmirdə virus mənbəyi... .....                     Virusdan qorunmaq üçün 1,5 metrlik məsafə kifayət deyil .....                     ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyin olunub .....                     Azərbaycanda koronavirus qorxusu: .....                     Fazil Məmmədovun adamı məhkəmə qarşısında .....                     Nərimanov rayonunda tikinti davam edən sahələrdə dezinfeksiya və təbliğat işləri görülür .....                     “Virus çörəyin üzərində bir neçə sutka qala bilər" .....                     Sabah NATO XİN başçılarının video-konfransı keçiriləcək .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb .....                     Azərbaycanda koronavirusa görə 35 minə yaxın test edilib .....                     Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb .....                     “Əvvəllər fövqəladə vəziyyət olsa da, bu mikrob zəhrimar yox idi...” .....                     "Azeri Light" markalı neft niyə "Brent" və WTI-dən ucuz satılır? .....                     “İndiyə qədər dünya belə bir böhranla üzləşməyib” .....                     İspaniyada koronavirusa yoluxanların sayı 100 mini ötüb, 9053 nəfər ölüb .....                     Seyran bu dəfə "Küçələrə su səpmişəm"i oxudu .....                     Heydər Əliyev Fondu sosial xidmət müəssisəsini tibbi ləvazimatlarla təmin edib .....                     Umayra Tağıyevaya yeni vəzifə verilib .....                     Dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır .....                     Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb .....                     Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır .....                     Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək .....                     Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var .....                     Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər .....                     KİV-in dilinə dair yeni tələb müəyyənləşir .....                     İqtisadiyyat Nazirliyi sahibkarlığa dəstək proqramlarının .....                     “Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” .....                     QHT-lər üçün yeni tələb müəyyənləşir .....                     Ziya Məmmədov 2 min, oğlu isə fonda 3 min ayırdı .....                     Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib .....                 

Qaradağlı faciəsindən 28 il ötür - ANIM
Tarix: 17-02-2020, 08:06 | Çap et
Qaradağlı faciəsindən 28 il ötür
Qaradağlı faciəsinin ildönümüdür.

"Report"un xəbərinə görə, faciədən 28 il ötür.

Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 26 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu
Bu gün, 15:41
“Dünya 12-ci imamın gəlişinə doğru gedir” - Hacı Əbdüldən koronavirus AÇIQLAMASI
Bu gün, 15:35
“Dedi-qodulara, qeybətlərə, mənasız söhbətlərə sərf olunan resurslara heyfim gəlir" - Oqtay Şirəliyevin qızı
Bu gün, 15:34
"Bütün dünyaya baxanda görürsünüz nələr baş verir, qurban olum Azərbaycana"
Bu gün, 15:25
Ekspertdən mühüm ÇAĞIRIŞ: - ”Bir aylıq kirayə haqqından imtina edin!”
Bu gün, 15:23
Ermənilər Qazaxda kəndləri və döyüş məntəqələrimizi atəşə tutub - hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilib
Bu gün, 15:20
İcra başçısı xidməti maşını ilə əhaliyə belə çağırış etdi - VİDEO
Bu gün, 15:18
Ağcabədidə market sahibindən təqdirəlayiq addım - FOTO
Bu gün, 15:15
Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir
Bu gün, 15:10
Ağdaşda polisin qanuni əmrinə tabe olmayıb karatin rejimini pozmağa cəhd göstərmiş 2 şəxs həbs edilib - FOTO
Bu gün, 15:08
"Dollar satışı məhdudlaşdırılmayıb" - AÇIQLAMA
Bu gün, 15:05
"Dəhşətli ağrılarım var, dərman ala bilmirəm" - Xalq artisti
Bu gün, 14:59
Kürdəmirdə virus mənbəyi... - FOTOFAKT
Bu gün, 14:57
Virusdan qorunmaq üçün 1,5 metrlik məsafə kifayət deyil - ARAŞDIRMA
Bu gün, 14:52
ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyin olunub
Bu gün, 14:51
Nərgiz Cəlilova Mübariz Mənsimovdan yazdı
Bu gün, 14:49
Azərbaycanda koronavirus qorxusu: - Ölkədə həkim çatışmazlığı təhlükəsi varmı?
Bu gün, 14:44
"Bu karantinə görə yeyib-içmədiyimiz kol dibi, girmədiyimiz dəlmə-deşik qalmadı" - FOTO
Bu gün, 14:40
Fazil Məmmədovun adamı məhkəmə qarşısında - Pul davası
Bu gün, 14:39
Nərimanov rayonunda tikinti davam edən sahələrdə dezinfeksiya və təbliğat işləri görülür
Bu gün, 14:38
“Virus çörəyin üzərində bir neçə sutka qala bilər" – Açıq çörək satışının təhlükələri
Bu gün, 14:35
Sabah NATO XİN başçılarının video-konfransı keçiriləcək
Bu gün, 14:32
Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb
Bu gün, 14:31
Azərbaycanda koronavirusa görə 35 minə yaxın test edilib - RƏSMİ
Bu gün, 14:30
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb - karantində 4 518 nəfər var
Bu gün, 14:30
“Əvvəllər fövqəladə vəziyyət olsa da, bu mikrob zəhrimar yox idi...” - Keçmiş baş nazir
Bu gün, 14:07
"78 yaşım var, onsuz da itirməyə heç nəyim yoxdur" - Xalq artisti
Bu gün, 14:07
"Azeri Light" markalı neft niyə "Brent" və WTI-dən ucuz satılır? - SƏBƏB
Bu gün, 14:03
“İndiyə qədər dünya belə bir böhranla üzləşməyib” - deputat
Bu gün, 14:00
İspaniyada koronavirusa yoluxanların sayı 100 mini ötüb, 9053 nəfər ölüb
Bu gün, 13:59
Seyran bu dəfə "Küçələrə su səpmişəm"i oxudu
Bu gün, 13:54
Heydər Əliyev Fondu sosial xidmət müəssisəsini tibbi ləvazimatlarla təmin edib
Bu gün, 13:52
Umayra Tağıyevaya yeni vəzifə verilib
Bu gün, 13:51
Dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır - Nazirlik
Bu gün, 13:51
Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb - 1 manatlıqlar isə...
Bu gün, 13:14
Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır - MÜJDƏ
Bu gün, 13:10
Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək
Bu gün, 13:01
Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ
Bu gün, 12:57
Televiziya və radio proqramlarına dair yeni tələb müəyyənləşir
Bu gün, 12:56
Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər
Bu gün, 12:54
“Bilirsiniz kartof-soğan neçəyədir? Budur insanlıq?!” – Niyam Salami “od püskürdü”
Bu gün, 12:53
Xalq artistinə ağır itki üz verib
Bu gün, 12:51
KİV-in dilinə dair yeni tələb müəyyənləşir
Bu gün, 12:48
İqtisadiyyat Nazirliyi sahibkarlığa dəstək proqramlarının detallarını açıqlayıb
Bu gün, 12:47
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
Bu gün, 12:42
QHT-lər üçün yeni tələb müəyyənləşir
Bu gün, 12:39
Ziya Məmmədov 2 min, oğlu isə fonda 3 min ayırdı - Oğul atasından daha səxavətli imiş
Bu gün, 12:25
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib
Bu gün, 12:18
Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərə ərzaq bağlamalarının çatdırılması işləri davam etdirilir
Bu gün, 12:16
Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru