Neft hasilatı azı üç ay müddətinə azala bilər .....                     Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb .....                     "Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır" .....                     "...siyasi mənəviyyatsızlıqdır" .....                     Karantin rejimi dövründə ev heyvanlarını gəzdirməyə icazə verilirmi? .....                     MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: .....                     Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb .....                     Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi .....                     Jurnalistlər virusla mübarizənin ön cəbhəsindədir .....                     “Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” .....                     “Şərq tərəfdaşlığı” sammiti təxirə salına bilər .....                     Koronavirusla mübarizənin Azərbaycan nümunəsi .....                     “Müxalifətin marginallaşan hissəsi yenə öz ampluasındadır” .....                     Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb .....                     Dağlıq Qarabağda taunun kökünü kəsən .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı .....                     Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, .....                     İşıq limiti artırıldı: Növbədə qaz və su var .....                     İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb .....                     Koçaryan Paşinyanı məhkəməyə verib .....                     "Qəbələ"nin legioneri koronavirusa görə ölkəsinə qayıtdı .....                     Rusiya Ermənistana yardım göndərir .....                     İsmayıllıda yandırılaraq qətlə yetirilən şəxsin kimliyi araşdırılır .....                     Azərbaycanın bu bölgəsində koronavirusa ilk yoluxma qeydə alındı .....                     Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi .....                     Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək .....                     Aprelin 9-dək intensiv qar yağacaq .....                     “Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” .....                     Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək .....                     Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıblar .....                     Paşinyan ailəsi ilə Göyçə gölünə dincəlməyə gedir, .....                     Əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var .....                     "Vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz..." .....                     Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi .....                     7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb .....                     Sumqayıtdakı tibbi maska istehsalı müəssisəsi 4 milyon manata başa gəlib .....                     İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb .....                     Sosial Dəstək Paketindən SUİ-İSTİFADƏ: .....                     Vilayət Eyvazovdan yeni qərar .....                     Ermənilər Qarabağa gəlmədirlər .....                 

Azərbaycanda bu torpaqları təmizləmək üçün 15 milyard ABŞ dolları lazımdır
Tarix: 15-02-2020, 11:24 | Çap et
Azərbaycanda bu torpaqları təmizləmək üçün 15 milyard ABŞ dolları lazımdır
Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasınının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlayıb. M.İsmayılov "Report"a müsahibəsində Azərbaycanın ekoloji risklər xəritəsinin hazırlanması üçün yaranan zərurətə və səbəblərə aydınlıq gətirib. O, xəritədə yer alan risklər və özəlliklər barədə fikirlərini bölüşüb.

“Report” Mirnuh İsmayılovla müsahibəni təqdim edir:

- Mirnuh müəllim, ekoloji risk xəritəsinin yaradılmasına zərurət var idimi?

- Ekoloji risk bu dəqiqə dünyada ən aktual məsələlərdən biridir. Bütün insanlar, iş adamları, investorlar, siyasətçilər və regional inkişaf planını hazırlayanlar iş qurarkən, torpaq alakən həmin ərazidə hansı ekoloji risklərin olduğunu bilmək istəyirlər. Çünki insanların sayı durmadan artır, yer səthində texnogen yüklənmə çoxalır bunlar da yeni risk mənbələri yaradır. İnsanların həyat fəaliyyətinə yaranan risklərdən danışırıq. Həyat fəaliyyəti deyəndə təsərrüfat, iş və istirahəti nəzərdə tuturuq. İnsanlar yaşamlarında hansı risklərin olduğunu biliməlidir. Son zamanlar Azərbaycanda elə ərazilər yaranıb ki, əhali sıxlığı 700-800 nəfəri keçib. Bu da məcburiyyət üzünüdən insanların bir yerə yığılmasıdır. Məsələn, Çində koronavirus çıxıb üzə. Orada əhalinin sıxlığı yüksəkdir. O ərazinin landşaft yükü onu daşıya bilmir. Müəyyən viruslar, xəstəliklər üzə çıxıb insanların sayını tənzimləməyə çalışır. Bu təbiətdə olan tarazlığın pozulmasının nəticəsidir. Bütün bunlar bizi risk xəritəsi yaratmağa məcbur etdi.

Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.


- Risklər deyəndə konkret olaraq nələr nəzərdə tutulur?

- Dünyada olduğu kimi bizdə də risklərə müxtəlif cür yanaşırlar. Yəni ən çox komponent və ya bir amil şəklində yanaşırlar. Məsələn, radioaktiv, zəlzələ risk zonaları ilə bağlı məsələlər işlənilib. Amma bunları bir araya gətirib, vahid xəritə yaratmaq və həmin xəritədə bunların hamısını qeyd etmək halı olmamışdı. Təşəbbüs akademik Ramiz Məmmədovdan gəldi. Biz xəritədə riskləri iki yerə böldük. Bunlar təbii və texnogen risklərdir. Təbii risklərə, təxminən, 15-ə yaxın risk daxildir ki, onlar sürüşmə, sel, zəlzələ, erroziya və sairdir. Azərbaycanda bunlarla bağlı xəritələr olub, lakin dərəcələndirməklə, risk səviyyəsində yox.

Texnogen risklərə isə demoqrafik yüklənmə, neft sənayesi, dağ-mədən hasilatı ilə əlaqədar çirklənmiş sahələrin genişlənməsi, daş karxanalaranının inkişaf etməsi ilə əlaqədar yaranan risklər aiddir. İmişli, Yevlax rayonlarında yerin altından, bəzən 10-40 metr dərinlikdən çınqılı çıxarır və emal edirlər. Amma xəbərləri yoxdur ki, orada çox böyük risk zonaları yaranıb. Həmin ərazilərdə evlər, yollar var. Oradakı risklər bu gün-sabah üzə çıxmaya bilər. Bu da insanları rahatlaşdırır. Amma orada suyun azalması, suxurlar arasında əlaqələrin yenidən qurulması yeni uçqunların, təhlükələrin yaranmasına səbəb olur. Daş karxanaları olan ərazilər də risk zonalarıdır. Gədəbəydə, Daşkəsəndə dağ mədən sənaye sahələri var. Orada terikon təpələr əmələ gəlib. Onlar da torpaqların məhsuldarlığı üçün müəyyən risklər daşıyırlar. Torpağın məhsuldarlığının azalması məhsul əldəetməni sual altına salır. Kimyəvi elementlər yerin altında olmalı olduğu halda yerin səthinə çıxır. Yağış suları ilə də bir yerdən başqa yerə daşınır. Torpağın münbitliyi azalır və şoranlaşma əmələ gəlir. Şoranlaşma özü antropogen proseslərdən yaranır. Məsələn, bizim ekspedisiyalarımız zamanı yerli əhali qeyd edir ki, 50-ci illərə qədər şoran torpaqlar olmayıb. Amma Mingəçevir su anbarı tikiləndən sonra, Yuxarı Şirvan, Qarabağ kanalı, çəkiləndən sonra yeraltı sular qidalandı. Bununla da hamısı qalxdı və şoranlıqlar yarandı. Bunlar insan amili nəticəsində yaranıb. Son zamanlar Kür-Araz ovalığında bataqlaşma meyilləri var. Çünki bəzi göllər yayda qurumalıdır, amma ora yayda da su buraxırlar. Yayda da, qışda da su olanda qurunt sularının səviyyəsi qalxır. Ovalığa getsək, desəm ki, bura yarımsəhradır, deyərsiz ki, burada bu qədər bitki örtüyü var, necə yarımsəhra ola bilər? Bu, sübut edir ki, biz təbiəti tamamilə dəyişmişik. Amma bunun nəticələrini görmək istəmirik.


- Bəs, xəritədən hansı istiqamətlərdə istifadə edilə bilər?

- Biz xəritəni tərtib edəndə 9-a yaxın amilləri hərflərlə qeyd etdik. Gələcəkdə üzə çıxan yeni amilləri nəzərə alıb, xəritəni daha da təkminləşdirmək olar. Ümumiyyətlə, bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, sığorta işlərində vacib mənbə rolunu oynaya bilər. Bunda dövlətin də marağı olmalıdır. Biz akademik təşkilatıq. Burada onun metodiki cəhətdən necə hazırlandığını göstəririk. Kompüter texnologiyasından istifadə edərək elektron xəritələr yarana bilər. Əvvəllər bunun hazırlanması üçün bir-iki il lazım olurdursa, indi məkan məlumatları kifayət qədər olarsa, daha qısa bir zamanda hazırlana bilər. Xəritə 1:600 000 miqyasındadır. Yəni orta miqyaslı xəritədir. Bundan respublika səviyyəli layihələrin həyata keçirilməsində istifadə etmək olar. Amma regional səviyyəyə gəldikdə isə onlar üçün ayrıca xəritələr hazırlanmalıdır. Çünki regionlarda risk mənbələri fərqlidir. Daha sonra bunu inzibati-rayon, bələdiyyələr səviyyəsində də etmək olar. Mən harasa investisiya qoymaq, ev tikmək istəyirəm. O zaman orada hansı ekoloji risklərin olduğunu bilmək mənim hüququmdur.

- Minhur müəllim, xəritə hansısa problemlərin həllinə istiqamət verə bilər?

- Ekoloji risklərin belə verilməsi yeni problemlər ortaya atır. Artıq respublika, region üçün müəyyən ekoloji standartlar işlənib hazırlanmalıdır. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəsidir. Amma o standartların hazırlanması, təbii ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. O standartlar da imkan verir ki, risklərin aradan qaldırılması üçün müəyyən tədbirlər görülsün. Əgər orada zəlzələ olma riski yüksəkdirsə, ev necə tikilməlidir. Səhralaşma, sürüşmə, sel riski varsa, məskunlaşma necə getməli, əkin necə aparılmalı olduğu barədə standartlar hazırlanmalıdır. Standartlara uyğun layihə işlənməli və maliyələşdirilməlidir ki, onu da tenderlər vasitəsi ilə edirlər. Tenderlərin qalibi də adətən layihəni az pula başa gətirənə verilir. Az pul verən də standartları nəzərə almayandır. Ona görə də indiki halda dövlət səviyyəsində ekoloji vəziyyətin gərginləşməsinin aradan qaldırılması çox vacibdir. Buna görə də belə xəritələrin yaradılması lazımdır. Bakıda da müəyyən riskli ərazilər var. Amma o risklərə qarşı tədbirlər də var. Bəzi yerlərdə sürüşmə riskləri var ki, bütün Bakıya aid deyil, lokal olaraq Badamdar, Bayıl, Əhmədli yaylası, Zığ tərəflərdir. Paytaxtda həmçinin səhralaşma riski var, amma ona qarşı da müəyyən tədbirlər görülür. Məsələn, yaşıllıq sahələri salınır ki, bu da riski müəyyən qədər azaldır. Ümumiyyətlə, son zamanlar risklərə qarşı meşələrin artırılması çox gözəl təşəbbüsdür. Bu, həm də torpaqların münbitləşməsi üçün yaxşıdır.


- Bəs torpaqların münbitləşməsi üçün nə etmək lazımdır?

- Torpaqların münbitləşdirilmısinin qaydaları var və buna müəyyən qədər zaman lazımdır. Bu, bir az maliyyə tələb edən sahədir. Kür-Araz ovalığında xeyli torpaq şoranlaşıb. Onları dövriyyəyə qaytarmaq üçün təxminən 15 milyard ABŞ dollara qədər vəsait lazımdır. Amma vaxtilə buna imkan verməyə bilərdik. Yəni şoranlaşmanın qarşısını ala bilərdik. Prezident qərar verib ki, qeyri-neft sektorunu inkişaf etdirilsin. Bunun üçün də şoran torpaqların yuyulması vacibdir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft hasilatı azı üç ay müddətinə azala bilər
Dünən, 17:00
Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb
Dünən, 16:52
"Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"
Dünən, 16:50
"...siyasi mənəviyyatsızlıqdır"
Dünən, 16:44
Karantin rejimi dövründə ev heyvanlarını gəzdirməyə icazə verilirmi?
Dünən, 16:42
MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?
Dünən, 16:42
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb
Dünən, 16:39
Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi
Dünən, 16:38
Jurnalistlər virusla mübarizənin ön cəbhəsindədir
Dünən, 16:37
“Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” - Vəkil Vasif İsrafilov
Dünən, 16:36
“Şərq tərəfdaşlığı” sammiti təxirə salına bilər
Dünən, 16:32
Koronavirusla mübarizənin Azərbaycan nümunəsi - TƏHLİL
Dünən, 16:31
“Müxalifətin marginallaşan hissəsi yenə öz ampluasındadır” - deputat
Dünən, 16:29
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb
Dünən, 16:13
Dağlıq Qarabağda taunun kökünü kəsən BAKILI YƏHUDİ
Dünən, 16:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatıb
Dünən, 16:08
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Dünən, 16:08
İşıq limiti artırıldı: Növbədə qaz və su var - “Təklifləri artıq göndərmişik”
Dünən, 16:05
İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb - HESABAT
Dünən, 16:04
Koçaryan Paşinyanı məhkəməyə verib
Dünən, 16:01
"Qəbələ"nin legioneri koronavirusa görə ölkəsinə qayıtdı
Dünən, 16:00
Rusiya Ermənistana yardım göndərir
Dünən, 15:55
"İnşallah bu qorxulu yuxumuz tezliklə bitər"
Dünən, 15:49
İsmayıllıda yandırılaraq qətlə yetirilən şəxsin kimliyi araşdırılır
Dünən, 15:44
Azərbaycanın bu bölgəsində koronavirusa ilk yoluxma qeydə alındı
Dünən, 15:42
Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi
Dünən, 13:03
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
Dünən, 12:58
Aprelin 9-dək intensiv qar yağacaq
Dünən, 12:51
“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov
Dünən, 12:50
Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək
Dünən, 12:44
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıblar
Dünən, 12:43
Paşinyan ailəsi ilə Göyçə gölünə dincəlməyə gedir, ölkədəki vəziyyət onu narahat etmir
Dünən, 12:33
Əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var
Dünən, 12:30
"Vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz..." - deputat
Dünən, 12:30
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - Azərbaycanda dəhşət
Dünən, 12:27
7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb
Dünən, 12:20
Sumqayıtdakı tibbi maska istehsalı müəssisəsi 4 milyon manata başa gəlib
Dünən, 12:16
İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb
Dünən, 12:12
Sosial Dəstək Paketindən SUİ-İSTİFADƏ: - “Bu məbləğin saxta ipoteka kreditlərinə yönəlməməsi üçün...”
Dünən, 12:05
Vilayət Eyvazovdan yeni qərar
Dünən, 11:56
Tünzalə Ağayeva Heydər Əliyev Fondunun sosial layihəsində iştirak edib - VİDEO
Dünən, 11:54
Ermənilər Qarabağa gəlmədirlər - “Nacional” qəzeti
Dünən, 11:52
Koronavirusa yoluxmuş Fatih Terim sağalıb
Dünən, 11:45
"Tüpürüm sizin missiyanıza" - Rövşanə ilə vəkil arasında qalmaqal
Dünən, 11:44
Azərbaycanlı aktyor Türkiyədə koronavirusa yoluxdu
Dünən, 11:42
“Əfv olunanlar evlərində iki həftəlik karantində qalmalıdır”
Dünən, 11:40
Rusiyanın tanınmış fiziki koronavirusdan öldü
Dünən, 11:36
Tağı Əhmədov Naxçıvandakı fonda pul ayırdı
Dünən, 11:35
Suriyanın şimalında 9 PKK terrorçusu zərərsizləşdirilib
Dünən, 11:34
Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir... - TƏHLİL
Dünən, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru