Neft hasilatı azı üç ay müddətinə azala bilər .....                     Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb .....                     "Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır" .....                     "...siyasi mənəviyyatsızlıqdır" .....                     Karantin rejimi dövründə ev heyvanlarını gəzdirməyə icazə verilirmi? .....                     MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: .....                     Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb .....                     Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi .....                     Jurnalistlər virusla mübarizənin ön cəbhəsindədir .....                     “Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” .....                     “Şərq tərəfdaşlığı” sammiti təxirə salına bilər .....                     Koronavirusla mübarizənin Azərbaycan nümunəsi .....                     “Müxalifətin marginallaşan hissəsi yenə öz ampluasındadır” .....                     Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb .....                     Dağlıq Qarabağda taunun kökünü kəsən .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı .....                     Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, .....                     İşıq limiti artırıldı: Növbədə qaz və su var .....                     İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb .....                     Koçaryan Paşinyanı məhkəməyə verib .....                     "Qəbələ"nin legioneri koronavirusa görə ölkəsinə qayıtdı .....                     Rusiya Ermənistana yardım göndərir .....                     İsmayıllıda yandırılaraq qətlə yetirilən şəxsin kimliyi araşdırılır .....                     Azərbaycanın bu bölgəsində koronavirusa ilk yoluxma qeydə alındı .....                     Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi .....                     Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək .....                     Aprelin 9-dək intensiv qar yağacaq .....                     “Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” .....                     Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək .....                     Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıblar .....                     Paşinyan ailəsi ilə Göyçə gölünə dincəlməyə gedir, .....                     Əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var .....                     "Vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz..." .....                     Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi .....                     7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb .....                     Sumqayıtdakı tibbi maska istehsalı müəssisəsi 4 milyon manata başa gəlib .....                     İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb .....                     Sosial Dəstək Paketindən SUİ-İSTİFADƏ: .....                     Vilayət Eyvazovdan yeni qərar .....                     Ermənilər Qarabağa gəlmədirlər .....                 

Avropa Məhkəməsi niyə İrəvanın yanında yer aldı? - GƏLİŞMƏ
Tarix: 15-02-2020, 11:11 | Çap et
Avropa Məhkəməsi niyə İrəvanın yanında yer aldı?
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Parlamentinin, Avropa Şurasının tələblərini on illərdir yerinə yetirməyən işğalçı Ermənistana Avropa İnsan Haqları Məhkəməsindən şirnikləndirici jest edilməsi gözlənilməz olmadı. Söhbətin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bugünlərdə qəbul etdiyi “Sarıbekyan və Belyan Azərbaycana qarşı” qərarından gedir.

Məsələ burasındadır ki, rəsmi İrəvan Avropa Məhkəməsinin 2015-ci ildə “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə qərarını bu günədək yerinə yetirməyib. Xatırladaq ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət etmişdilər. Ancaq AİHM son addımı ilə işğalçıya qarşı qəbul etdiyi qərarı yerinə yetirməkdən imtina edən Ermənistanın “çörəyinin üstünə yağ sürtüb”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarıbekyan və Belyan Azərbaycana qarşı” qərarı ilə bağlı bəyanatına münasibət bildirib və ədalətsizliyə etiraz edib. XİN rəsmisi bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş “Sarıbekyan və Belyan Ermənistana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Belə ki, hazırda bu xüsusda müvafiq araşdırmalar aparılır. O qeyd edib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib. “Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi açılıb. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır”.

XİN rəsmisi xatırladıb ki, Ermənistanın təcavüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib.

“Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli ”Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib. Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici işlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir", - deyə diplomat qeyd edib.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan imkan düşən kimi Azərbaycanı gözdən salmaq üçün beynəlxalq təşkilatlarda “işini görür”. Ekspertin fikrincə, Azərbaycan sərhədini pozan və burada ölən bir erməni - Saribekyanla bağlı Azərbaycanı məhkum etmək üçün Avropa məhkəməsinə müraciət etməsi də bu qəbildəndir: “Budur, AİHM-in qərarına görə Sarıbekyanın ölümünə görə Azərbaycan 60 min avro ödəməlidir. Bu qərar əsassız qərardır və Azərbaycan bunu qəbul edə bilməz. Necə ola bilər ki, AİHM öz əcəli ilə ölmüş Sarıbekyanın işgəncə ilə öldürülməsi uydurmasını qəbul edib. Yaxud hansı əsasla deyilir ki, Sarıbekyan intihara vadar edilib. Qərardan əlbəttə, şikayət veriləcək. AİHM belə ədalətli təşkilatdırsa, nə üçün Qarabağda öldürülmüş on minlərlə insan barədə qərar vermir? Nə üçün Xocalıda törədilənlərlə bağlı bircə insan belə mühakimə edilmir? Amma biz öz doğma yurdunu görməyə getmiş və hələ də əsassız ittihamlarla erməni həbsxanalarında çürüyən Dilqəm və Şahbazı azad edə bilmirik. Bir dəfə yazmışdım, onları azad etməyin yolu iki və ya daha çox məşhur erməninin tutulması və onların mühakimə edilərək həbsə atılmasıdır. Sonra mücadilə elə bağlı danışıqları aparırsan”.

Politoloq Məhəmməd Əsədullazadə isə dedi ki, Ermənistan daim Qarabağ danışıqlarının müəyyən mərhələsində prosesi pozmağa və imitasiya xarakterli gedişatlar etməyə çalışıb: “Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanla bağlı qətnaməsinin Cenevrə danışıqları fonunda verilməsinin əsasən rəsmi İrəvanın danışıqları pozmaq cəhdi kimi qiymətləndirmək lazımdır. Danışıqların məxfiliyi saxlanılsa da, ortada olan budur ki, Yenilənmiş Madrid Prinsipləri üzrə aparılan danışıqlarda xalqları sülhə hazırlamaq razılığını bir daha Ermənistan tərəfi pozmuş oldu. Çünki bu qətnamə xalqlar arasında növbəti düşmənçiliyi qızışdırmaq və sülh təşəbbüslərinin əngəllənməsi deməkdir. Bu xüsusda təxribatlar, göründüyü kimi, Ermənistan tərəfindən edilir”.

M.Əsədullazadə ayrı-seçkiliyin, “ikili standart”ların mövcudluğuna diqqət çəkdi: “Azərbaycan vətəndaşlarının Ermənistanın işğalçılıq barədə Avropa Məhkəməsinə verdiyi şikayətlər bu qədər qabardılmır, amma Ermənistan tərəfi öz diversiya qrupunun üzvünün məhkəməsini siyasi müstəviyə daşıyır və ölkəmizə qarşı kampaniyaya çevirir. Hesab edirəm ki, bu işdə erməni lobbi qruplaşmalarının da rolu kifayət qədərdir və məqsəd Azərbaycanla danışıqları pozmaqdır. Azərbaycan tərəfi Ermənistanın bu təxribatçı siyasi gedişlərini sıfıra endirmək üçün danışıqlarda prinsipiallığını qorumalı, maksimum irəliləyişə nail olmalıdır. Yoxsa İrəvan cəfəng iddialar qaldırmaqla prosesi sabotaj edəcək. Bu, bir daha göstərir ki, Nikol Paşinyan hakimiyyəti manevr edir və kompromisə hazır deyil. Yoxsa belə bir situasiyada əhəmiyyətsiz bir məsələni qaldırmazdılar”.

Politoloq hesab edir ki, Azərbaycan hakimiyyəti Ermənistanın ölkəmizə vurduğu ziyanlarla bağlı Avropa Məhkəməsinə çoxsaylı şikayətlər ünvanlaya bilər: “”Çıraqov və digərlərinin işində" də bir sıra faktlar əksini tapmışdı. Azərbaycan tərəfi çalışır ki, danışıqlar intensivləşsin və real nəticələr olsun. İlk növbədə ərazilərin boşaldılmasına nail olsun. Amma Ermənistan bunda maraqlı görünmür. Bu da tərəfləri yeni müharibəyə yaxınlaşdırır".
Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi absurd qərardan şirniklənən işğalçı ölkə növbəti absurd iddialarını davam etdirir. Beynəlxalq təşkilatlara və qanunlara məhəl qoymayan Ermənistan növbəti dəfə işğal altındakı Qarabağ ərazisində aviauçuşların təşkili məsələsini dövriyyəyə buraxıb. Ermənistan parlamentində çıxışı zamanı Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan deyib ki, bu, siyasi məsələdir. O, komitənin Xankəndi hava limanına icazə vermək iqtidarında olmadığını bildirib (Axar.az).

Revazyan bu məsələnin siyasi səviyyədə həll edilməli olduğunu iddia edib. Bu faktın özü Ermənistanın həyasızlığının son həddə çatmasından xəbər verir. Əslində İrəvan sanksiyalar içərisində boğulmalı idi işğalın davam etdiyi şəraitdə. Lakin Azərbaycanın 1 milyondan çox insanının elementar hüquqlardan məhrum olmasına göz yuman Avropa Məhkəməsinin işğalçının xeyrinə təzminat qərarı çıxarması absurd iddialara stimul verəcək şübhəsiz ki... Bütün bunlar isə savaşı tətikləyir. Dolayısı ilə AİHM də növbəti aprel döyüşlərinə “xeyir-dua” vermiş oldu. Separatçılar 31 martda “seçki” keçirmək istəyir, bununla da Cenevrə danışıqlarının üstündən xətt çəkilmiş olur. Belə bir ərəfədə məhkəmənin heç bir əsası olmayan, qərəzli qərarı separatçılar və işğalçılar üçün göydəndüşmə sayıla bilər. İkili standartlar davam edir...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft hasilatı azı üç ay müddətinə azala bilər
Dünən, 17:00
Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb
Dünən, 16:52
"Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"
Dünən, 16:50
"...siyasi mənəviyyatsızlıqdır"
Dünən, 16:44
Karantin rejimi dövründə ev heyvanlarını gəzdirməyə icazə verilirmi?
Dünən, 16:42
MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?
Dünən, 16:42
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb
Dünən, 16:39
Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi
Dünən, 16:38
Jurnalistlər virusla mübarizənin ön cəbhəsindədir
Dünən, 16:37
“Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” - Vəkil Vasif İsrafilov
Dünən, 16:36
“Şərq tərəfdaşlığı” sammiti təxirə salına bilər
Dünən, 16:32
Koronavirusla mübarizənin Azərbaycan nümunəsi - TƏHLİL
Dünən, 16:31
“Müxalifətin marginallaşan hissəsi yenə öz ampluasındadır” - deputat
Dünən, 16:29
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb
Dünən, 16:13
Dağlıq Qarabağda taunun kökünü kəsən BAKILI YƏHUDİ
Dünən, 16:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatıb
Dünən, 16:08
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Dünən, 16:08
İşıq limiti artırıldı: Növbədə qaz və su var - “Təklifləri artıq göndərmişik”
Dünən, 16:05
İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb - HESABAT
Dünən, 16:04
Koçaryan Paşinyanı məhkəməyə verib
Dünən, 16:01
"Qəbələ"nin legioneri koronavirusa görə ölkəsinə qayıtdı
Dünən, 16:00
Rusiya Ermənistana yardım göndərir
Dünən, 15:55
"İnşallah bu qorxulu yuxumuz tezliklə bitər"
Dünən, 15:49
İsmayıllıda yandırılaraq qətlə yetirilən şəxsin kimliyi araşdırılır
Dünən, 15:44
Azərbaycanın bu bölgəsində koronavirusa ilk yoluxma qeydə alındı
Dünən, 15:42
Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi
Dünən, 13:03
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
Dünən, 12:58
Aprelin 9-dək intensiv qar yağacaq
Dünən, 12:51
“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov
Dünən, 12:50
Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək
Dünən, 12:44
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıblar
Dünən, 12:43
Paşinyan ailəsi ilə Göyçə gölünə dincəlməyə gedir, ölkədəki vəziyyət onu narahat etmir
Dünən, 12:33
Əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var
Dünən, 12:30
"Vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz..." - deputat
Dünən, 12:30
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - Azərbaycanda dəhşət
Dünən, 12:27
7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb
Dünən, 12:20
Sumqayıtdakı tibbi maska istehsalı müəssisəsi 4 milyon manata başa gəlib
Dünən, 12:16
İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb
Dünən, 12:12
Sosial Dəstək Paketindən SUİ-İSTİFADƏ: - “Bu məbləğin saxta ipoteka kreditlərinə yönəlməməsi üçün...”
Dünən, 12:05
Vilayət Eyvazovdan yeni qərar
Dünən, 11:56
Tünzalə Ağayeva Heydər Əliyev Fondunun sosial layihəsində iştirak edib - VİDEO
Dünən, 11:54
Ermənilər Qarabağa gəlmədirlər - “Nacional” qəzeti
Dünən, 11:52
Koronavirusa yoluxmuş Fatih Terim sağalıb
Dünən, 11:45
"Tüpürüm sizin missiyanıza" - Rövşanə ilə vəkil arasında qalmaqal
Dünən, 11:44
Azərbaycanlı aktyor Türkiyədə koronavirusa yoluxdu
Dünən, 11:42
“Əfv olunanlar evlərində iki həftəlik karantində qalmalıdır”
Dünən, 11:40
Rusiyanın tanınmış fiziki koronavirusdan öldü
Dünən, 11:36
Tağı Əhmədov Naxçıvandakı fonda pul ayırdı
Dünən, 11:35
Suriyanın şimalında 9 PKK terrorçusu zərərsizləşdirilib
Dünən, 11:34
Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir... - TƏHLİL
Dünən, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru