“Virtual məktəb”də müəllimlər üçün ixtisas hazırlığı təlimləri keçiriləcək .....                     Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri susuz qalıb, .....                     "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb .....                     Baş redaktordan deputata qarşı SƏRT İTTİHAM .....                     "Astara Rayon İcra Hakimiyyətində olmuşam..." .....                     “Ayaz Mütəllibov müsahibəsində Surət Hüseynovu narkobaron adlandırır” .....                     Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər cərimələnib .....                     Qubaya icazəsiz istirahətə gələn sürücülər məsuliyyətə cəlb olundular .....                     Sumqayıt şəhərində polislər iri supermarketlər və apteklərdə maska və əlcəkdən istifadə etməyənlərə qarşı reydlər keçirib .....                     «Bütün mallarımız yanıb, 20 milyon manat zərərdəyik» .....                     Ölkədaxili uçuşlara bilet alan zaman COVID-19 testi ödənişlidir? .....                     Nərimanov RİH reydlər keçirdi .....                     Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? .....                     Dağıstandan Azərbaycana daha 250 nəfər .....                     “Aprel döyüşlərini unutmayın!” mesajı: .....                     Lənkəranda yol infrastrukturunun yenidən qurulması işləri davam etdirilir .....                     Avrokuboklara qatılacaq klublarımıza məşq icazəsi verildi .....                     “NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” .....                     Dairə Seçki Komissiyasının katibi yol qəzasında ölüb .....                     Koronavirus vaksininin vurulduğu könüllülər .....                     “Vasitəçilərlə mənasız danışıqlardan imtina olunmalıdır” .....                     Sabirabadda baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürüb .....                     “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri .....                     Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib .....                     Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq .....                     Abşeronda qanunsuz işləyən iaşə obyektləri aşkar edilib .....                     Jurnalistlərimiz də yenə “ön cəbhədə”dir, ona görə də itkilərimiz var .....                     Paşinyan xarici agentlər şəbəkəsinə xidmət edir .....                     "Düşünməsinlər ki, "postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar"" .....                     Beynəlxalq reyslərin normal şəkildə bərpası yalnız gələn ilin yazında mümkün olacaq .....                     Oliqarx deputatdan sərt açıqlama: .....                     “Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq” .....                     “Təlaşa səbəb yoxdur, yetərincə su ehtiyatlarımız var” .....                     Pandemiya dövründə 1000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb .....                     Polkovnik-leytenant Cabbar Bəylərov vəfat edib .....                     Deputat DTX-nin XİN-dəki əməliyyatdan danışdı .....                     Vüqar Səfərli haqda şok sözlər: .....                     Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir... .....                     "Elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin" .....                     Elmar Məmmədyarovu hədəfə çevirən ŞÜBHƏLİ TENDERLƏR... .....                 

İşğalçı Ermənistan da daxil, regionda böyük sülhün tək formulu bəlli - TƏHLİL
Tarix: 15-02-2020, 11:09 | Çap et
İşğalçı Ermənistan da daxil, regionda böyük sülhün tək formulu bəlli
Azərbaycan torpaqlarının işğalını 26 ildir rəsmiləşdirə bilməyən Ermənistan və onun toplumu hələ də mifik “hərbi qələbə” eyforiyasından qurtulmayıb. Halbuki 2016-cı ilin aprel məğlubiyyəti fantastik tələblərin əsirinə çevrilmiş düşmən tərəfini, nəhayət, reallığa köklənməyə vadar eləməli idi. Demək, daha bir, lakin daha ağrılı aprel qulaqburmasına ehtiyac olacaq.

Zaman-zaman vurğularımız kimi, Ermənistanda hakimiyyət dəyişikliyindən öncə Qarabağ məsələsinə populist yanaşma dəyişməlidir. Çünki Azərbaycan heç vaxt öz qanuni və halal torpaqlarında ikinci qondarma erməni dövlətinin qurulmasına, yaxud “xristian anklavı”ının yaradılmasına imkan verməyəcək. Bunu gözləyənlər boşuma gözləyir.

*****

Yaranmış durumda “ən pis sülh müharibədən yaxşıdır” deyiminin anlamı qalmır. Çünki sülhlə bitməyən atəşkəs ən əvvəl Azərbaycana sərfəli deyil. Azərbaycan öz ərazisində işğalçı qoşunların illər boyu mövcudluğuna seyrçi qala bilməz. O səbəbə Bakının ən azından, “çağırılmamış qonaqları” mütəmadi şəkildə narahat eləmək, onları yad evə soxulmalarına peşman eləmək, vaxtaşırı canlı və başqa itkilərə məruz qoymaq taktikası davam edəcək.

Bu taktikaya erməni toplumunu daima müharibə xofu içində saxlamaq da daxildir. Çünki məhz müharibə xofu Ermənistandan kütləvi köçün dayanmasına imkan vermir və işğalçı orduya çağırışçı problemi getdikcə daha qabarıq şəkildə özünü göstərir. Erməni siyasiləri və hərbçilərinin özləri də eyni dərəcədə müharibə xofu işindədir. Ancaq erməni toplumu anlamalıdır ki, Ermənistanın normal və təhlükəsiz inkişafı yalnız Dağlıq Qarabağ məsələsində ciddi dönüş olacağı və Azərbaycan və Türkiyə sərhədlər açılacağı halda mümkün ola bilər. Bütövlükdə Güney Qafqazda daimi sabitliyin tək şərti, heç sübhisiz, Qarabağ konfliktinin ədalətli həllidir.

Azərbaycan, əlbəttə ki, öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və sülh danışıqlarının səmərə verməməsi fonunda ilk fürsətdəcə özünün ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu il də davam edəcək hərbi təlimlərin, qardaş Türkiyə və Pakistanla, digər dost-müttəfiq ölkələrlə ortaq hərbi manevrlərin, getdikcə güclənən hərbi və hərbi-texniki əməkdaşlığın tək hədəfi budur. Bakı məxsusən də NATO üzvü Türkiyə ilə bu yöndə əməkdaşlığı ilbəil dərinləşdirir.

*****

“Qarabağ müharibəsi onu tətikləyənlərin, iki xalqı toqquşduranların arzuladıqları nəticələrə gətirmədi. İşğal edilmiş Dağlıq Qarabağ səpələnmiş ermənilik üçün ümumi ev və ya iri erməni biznesi üçün afşor zona ola bilmədi. Bu gün heç kəs, o cümlədən Ermənistan tərəfindən tanınmayan ”DQR"də sosial-iqtisadi böhran yaşanır. İnsanlar hərbi əməliyyatların bərpasından qorxurlar".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb.

Müəllif daha sonra yazır: “Tanınmayan respublikanın ərazisində həqiqətən nə baş verdiyini öyrənmək çətindir, çünki orada xüsusi informasiya rejimi hökm sürür: müxalif nəşrlər yoxdur, müstəsna olaraq, rejimin nəzarətində olan yerli KİV-lər fəaliyyət göstərir. Burada hər şey təbliğat üzərində qurulub. Yerli televiziya axırıncı siyahıya almanı nümunə gətirərək əhali artımı haqda danışır, guya sayın 200 minə yaxınlaşdığını iddia edir. Ekspertlər isə qeyd edirlər ki, əhalinin real sayı 50 mindən bir qədər artıqdır - o da Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə birgə. Ancaq hətta bu rəqəm də şübhə doğurur, nədən ki, əhalinin bir çoxu ərazidə daimi yaşamır” (Rəsmi statistikaya əsasən, konflikt başlayanadək Dağlıq Qarabağda 140 min erməni, 40 min azərbaycanlı yaşayıb - “YM”).

Babayanın sözlərinə görə, Dağlıq Qarabağda adamlar əsasən Rusiyada və başqa ölkələrə gedib orada vətəndaşlıq almağı bacarmış qohumlarının göndərdiyi pulun hesabına yaşayır: “Kim ki, həmin ölkələrdə kök salıb ora həm də öz qohumlarını aparıb. Gənclər Qarabağdan qaçır. Təkcə ona görə yox ki, iş yeri tapmaq mümkün deyil (sənaye praktik olaraq yoxdur, kənd təsərrüfatı isə dağ yerlərində ciddi dotasiyalar tələb edir), həm də o səbəbə ki, onların gələcəyə inamı yoxdur. Əksəriyyət başa düşür ki, gec-tez ”DQR" Azərbaycanın tərkibinə qayıdacaq".

Məqalədə daha sonra deyilir: “Qarabağın indiki əhalisi müstəsna olaraq hərbçilər və onların ailələri, habelə buradan çıxıb getmək imkanında olmayan yaşlı adamlardan ibarətdir. Gələcəyə inamın olmaması ən əvvəl onunla bağlıdır ki, hər an döyüş əməliyyatları bərpa ola bilər. Azərbaycan bu torpaqların itkisi ilə heç vaxt barışmayacaq. Və aydındır ki, sadalanan problemlərin həlli qarşıdurmanı dərinləşdirməkdən yox, bölgədə sülh bərqərar etməkdən keçir. Hansı ki, iqtisadi layihələrin həyata keçməsinə kömək edəcək. Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində olması - bu ərazilərin inkişafı və əhalinin rifahı üçün yeganə yoldur. Bunu sağlam düşüncəli insanların hamısı başa düşür - bircə separatçı rejimin geosiyasi oyunlar oynayan rəhbərliyindən savayı”.

*****

Dağlıq Qarabağ konfliktinin həlli təbii ki, regionun azərbaycanlı əhalisinin öz doğma ata-baba yurduna qayıtması ilə müşayiət olunmalıdır. Yəni nizamlama mütləq iki icmanın dinc birgə yaşayışı təmin edilməsinə gətirməlidir.

Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və icma üzvləri ilə görüşüb. Bu haqda icmadan yayılan məlumatda deyilir. Görüş zamanı A.Kasprşik icma rəhbəri Tural Gəncəliyevi fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Tural Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəciyini vurğulayıb. İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib.

*****

Yada salaq ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüşlər keçirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.

O da diqqətçəkicidir ki, Anjey Kasprşikin T.Gəncəliyevlə görüşüb onu Milli Məclisə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi seçilməsi münasibətilə təbrik etməsi İrəvanda hay-küyə səbəb olub. “Hayastan” Ümumerməni Fondunun keçmiş rəhbəri Ara Vardanyan bildirib ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “elə indi telefonu götürüb Kasprşikə zəng vurmalıdır” və ona etirazını bildirməlidir. Çünki görüş faktının özü bir yana, Vardanyanın fikrincə, Kasprşikin Gəncəliyevi Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi parlamentə seçilməsi münasibətilə təbrik etməsi “təhlükəlidir”.

“Bundan əlavə, erməni tərəfi bu informasiyanın təkzib edilməsini tələb etməlidir. Əgər təkzib olmasa o zaman erməni tərəfi danışıqları dayandırmalıdır”, - o bildirib.

Göründüyü kimi, erməni tərəfdə Qarabağ məsələsinə münasibətdə radikal, hətta faşist yanaşma davam edir. Halbuki bölgədə Ermənistan da daxil, böyük sülhün tək formulu bəlli - ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq, savaşa deyil, əməkdaşlığa başlamaq. Bu isə əlbəttə ki, ilk növbədə işğalçı ölkənin davranışından asılı olacaq. Zaman gedir. Getdikcə də Azərbaycanla bahalı silah yarışında kasıb Ermənistan daha da kasıblaşır, əhalisi daha dilənçi kökə düşür...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Virtual məktəb”də müəllimlər üçün ixtisas hazırlığı təlimləri keçiriləcək - Diqqət!
Bu gün, 15:54
Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri susuz qalıb, məhsullar məhv olur
Bu gün, 15:53
"Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb - FOTO
Bu gün, 15:52
Baş redaktordan deputata qarşı SƏRT İTTİHAM - "Dövlətin təhlükəsizliyini..."
Bu gün, 15:49
"Astara Rayon İcra Hakimiyyətində olmuşam..." - GİLEY
Bu gün, 15:41
“Ayaz Mütəllibov müsahibəsində Surət Hüseynovu narkobaron adlandırır” - Sabiq prezidentin köməkçisi
Bu gün, 15:35
İTV-nin daha bir əməkdaşı koronavirusa yoluxub
Bu gün, 15:34
Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər cərimələnib
Bu gün, 15:32
Qubaya icazəsiz istirahətə gələn sürücülər məsuliyyətə cəlb olundular
Bu gün, 15:31
Sumqayıt şəhərində polislər iri supermarketlər və apteklərdə maska və əlcəkdən istifadə etməyənlərə qarşı reydlər keçirib
Bu gün, 15:30
«Bütün mallarımız yanıb, 20 milyon manat zərərdəyik» - «Sobsan Boya»
Bu gün, 15:12
Ölkədaxili uçuşlara bilet alan zaman COVID-19 testi ödənişlidir? – AZAL-dan AÇIQLAMA
Bu gün, 15:10
Nərimanov RİH reydlər keçirdi
Bu gün, 15:07
Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA
Bu gün, 14:59
Dağıstandan Azərbaycana daha 250 nəfər BURAXILDI
Bu gün, 14:41
“Aprel döyüşlərini unutmayın!” mesajı: - Müharibə variantı zərurətə çevrilir
Bu gün, 14:39
"Virusun simptomları olan işçilər ATV-yə buraxılmır" - AÇIQLAMA
Bu gün, 14:35
Lənkəranda yol infrastrukturunun yenidən qurulması işləri davam etdirilir
Bu gün, 14:32
Avrokuboklara qatılacaq klublarımıza məşq icazəsi verildi
Bu gün, 14:26
“NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” – “XİN-də ciddi təmizlik aparılmalıdır”
Bu gün, 14:24
Dairə Seçki Komissiyasının katibi yol qəzasında ölüb
Bu gün, 14:19
Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar
Bu gün, 14:13
“Vasitəçilərlə mənasız danışıqlardan imtina olunmalıdır”
Bu gün, 14:10
AzTV-nin baş prodüseri jurnalistləri təhqir etdi — FOTOFAKT
Bu gün, 14:07
Sabirabadda baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürüb - FOTO
Bu gün, 14:05
“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA EDİLİB
Bu gün, 14:01
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib - FOTO
Bu gün, 13:59
Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 13:58
Aparıcı məhkəmə yolu ilə işinə bərpa oluna bilər - Hüquqşünas rəyi
Bu gün, 13:56
Abşeronda qanunsuz işləyən iaşə obyektləri aşkar edilib - FOTO
Bu gün, 13:54
Jurnalistlərimiz də yenə “ön cəbhədə”dir, ona görə də itkilərimiz var - Xəbər yaymaq yoluxma riskinə dəyirmi?
Bu gün, 13:52
Paşinyan xarici agentlər şəbəkəsinə xidmət edir - VETO
Bu gün, 13:49
"Düşünməsinlər ki, "postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar"" - XƏBƏRDARLIQ
Bu gün, 13:47
AzTV-nin daha bir əməkdaşının vəziyyəti ağırlaşdı - Koronavirusdan
Bu gün, 13:46
"İndi gedin sizi 10 min verdiyiniz müğənnilər, idmançılar müalicə eləsin" - Semaşkonun həkimi
Bu gün, 13:42
"Qadın və ya kişi əgər evlidirsə, işdən sonra evə getməlidir"
Bu gün, 13:39
Beynəlxalq reyslərin normal şəkildə bərpası yalnız gələn ilin yazında mümkün olacaq
Bu gün, 13:22
Oliqarx deputatdan sərt açıqlama: - “Eldar Mahmudovun yaratdığı saytlar...”
Bu gün, 13:16
“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq” - Baş katib
Bu gün, 13:15
“Təlaşa səbəb yoxdur, yetərincə su ehtiyatlarımız var” - AÇIQLAMA
Bu gün, 13:12
Pandemiya dövründə 1000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb
Bu gün, 13:11
Polkovnik-leytenant Cabbar Bəylərov vəfat edib - FOTO
Bu gün, 13:10
Deputat DTX-nin XİN-dəki əməliyyatdan danışdı - "...mən normal qəbul edirəm"
Bu gün, 13:08
"Verilişi Tolik ilə aparmağı biz təklif eləmişdik"
Bu gün, 13:06
Vüqar Səfərli haqda şok sözlər: - "Qəzetləri sıradan çıxardı, kollektivlər...”
Bu gün, 13:05
Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir... - İSRAİL HƏRBİ KOMPLEKSİ F-35 QIRICISI İLƏ VURUB?
Bu gün, 13:03
"Elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin" - Firuz HAŞIMOV
Bu gün, 13:01
Elmar Məmmədyarovu hədəfə çevirən ŞÜBHƏLİ TENDERLƏR... - SİYAHI
Bu gün, 12:58
Azərbaycanlı model ELƏ ŞƏKİLLƏR PAYLAŞDI Kİ... - 16+
Bu gün, 12:54
“Həkimin poliklinikadan gəlib sistem vurması qadağandır”
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru