Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib .....                     Gürcüstanda azərbaycanlılar yolu bağladı .....                     Sabah gün ərzində mülayim cənub küləyi əsəcək .....                     Deputatın adı QALMAQALDA .....                     Hafiz Hacıyev koronovirusa yoluxub? .....                     Novruz bayramı ərəfəsində əfv olacaq? .....                     Keçmiş MTN generalı Bakı İstintaq Təcridxanasına köçürülmək istəmir .....                     Gəncədə güclü külək iri gövdəli ağacları aşırıb .....                     DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı .....                     Bakıda sevgililər özünü dənizə atdı, ölən var .....                     Həbs edilən icra başçısı YAP-ın üzvü olmayıb .....                     Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur” .....                     Kobi Brayantın həyat yoldaşı erməni pilota görə şirkəti məhkəməyə verdi .....                     Əli Həsənovun məqaləsi "Azərtac"da .....                     Bakının silahlanma strategiyası: savaş hazırlıqları bitib .....                     "Hakimiyyətin bütün iqtisadi və siyasi planları məhv olmaq ərəfəsindədir" .....                     “SOCAR neftlə çirkli torpaqların rekultivasiyasında əvəzsiz rol oynayır” .....                     “Koronavirusa görə spirtdən istifadənin effekti yoxdur” .....                     Mağazalara qənim kəsilmişdi .....                     "Atamın ölümündə eks nazirin əli var" .....                     “Baş konsulumuz bizi adam yerinə qoymur” .....                     Röyanın konserti daha 1gün daha artırıldı .....                     Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir .....                     Səhiyyə Nazirliyi apteklərdə maskaların çatışmazlığına görə bu nazirliyi .....                     "Olympus Park" Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     Şəhid hərbçimiz dəfn edildi .....                     YAP-ın siyahısından kənar deputatlığa namizədliyini vermiş .....                     “Martın 5-də Putinlə görüşə bilərik” .....                     Zahid Orucdan iki yeni təyinat .....                     “Hüseynbala Mirələmov və Hadi Rəcəblinin dairəsində təxribat yaratmağa nail oldular” .....                     “Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir... .....                     “Rusiya nümayəndə heyəti sabah Türkiyəyə gələcək” .....                     Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb .....                     “Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri hər sahədə güclənəcək” .....                     "Şəkillərdə gülən qadın"a klip çəkdilər .....                     "Yeni başçı rüşvət və korrupsiyanı tam aradan qaldırıb" .....                     Koronavirusun Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərbələr .....                     Naxçıvan Ali Məclisində komitə sədrləri seçildi .....                     “Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür” .....                     Azərbaycan şəhidi ilə vidalaşır .....                 

Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Tarix: 15-02-2020, 10:44 | Çap et
Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu,1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun idarə etdiyi “BMW” markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19" markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. T.Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.

Yada salaq ki, Gülər Əhmədova Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi elan olunandan sonra 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almamışdı.

Ondan götürülən “Glock-19" markalı tapança Avstriya istehsalıdır və ABŞ-da satış rekordları qırır. Tapançanın texniki göstəriciləri və qiyməti onu cəlbedici edib. Silahın ABŞ-da qiyməti 800-1000 dollardır. Silahın Azərbaycandakı satış qiymətləri haqda isə məlumat yoxdur. Gülər Əhmədovanın oğlunun silahı haradan əldə etməsini aydınlaşdırmaq isə istintaqın işidir.

Sabiq polis rəisi Mahmud Hacıyev "Yeni Müsavat"a deyib ki, vətəndaşlarda silah-sursat aşkar olunmasına bir neçə kontekstdən yanaşmaq lazımdır: “Bu gün əllərdə silah olmasına baxmayaraq, Azərbaycanda odlu silahın ”qara bazarı" yoxdur. Ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir. Azərbaycan Qafqaz ölkəsidir, Cənubi Qafqaz milləti kimi odlu silaha, soyuq silaha tarixən meyl güclü olub. Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər. SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi".

Sabiq polis rəisi silahların əhalinin əlinə keçməsinin bir səbəbinin də müharibənin olduğunu bildirdi: “Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə edirdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”.

M.Hacıyev deyir ki, əvvəllər əhalidə daha çox silah olub: “Statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır”.

Hüquqşünas, “Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, qanunda kimlərə silah saxlamağa icazə verildiyi konkret göstərilib: “Xaricdə alınıb Azərbaycana gətirilən bütün silahlar üçün DİN-dən lisenziya alınmalıdır, hətta Azərbaycandan tranzit kimi istifadə edilməsi üçün də mütləq həmin nazirlik icazə verməlidir. O ki qaldı vətəndaşlarda olan qanunsuz silahlar, ölkəyə gizli yolla gətirilir. Mümkündür ki, silahlar sərhədlərdən gizli şəkildə keçirilir. Bunun qarşısını almaq həddən artıq çətindir. Elə cəmiyyətlər var ki, silah saxlanması leqallaşdırılıb. Ancaq bir çox ölkələrdə varlılar öz əmlaklarını qorumaq, qan davalarını çözmək üçün odlu silahlar əldə edirlər. Təbii, həm də cinayət törətməyə meylli qruplar və dəstələr də odlu silahların əldə edilməsində iştirak edirlər. Qanunsuz silah dövriyyəsi ilə daha çox təcrübəli kriminal qruplaşmalar məşğul olduğundan onların üzə çıxarılması o qədər də asan başa gəlmir”.

Natiq Ələsgərov Gülər Əhmədovanın oğlunda aşkar olunan silahın ölkəyə hansı yolla gətirilməsi, silahın haradan alınması haqda məlumatların da yoxlanılmalı olduğunu deyib.

Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib
Bu gün, 12:53
Gürcüstanda azərbaycanlılar yolu bağladı
Bu gün, 12:48
Sabah gün ərzində mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:47
Deputatın adı QALMAQALDA - İDDİA
Bu gün, 12:45
Əməkdar artist bu halını görənləri təəccübləndirdi - VİDEO
Bu gün, 12:43
Hafiz Hacıyev koronovirusa yoluxub? - "İndi özümü yaxşı hiss edirəm"
Bu gün, 12:41
Novruz bayramı ərəfəsində əfv olacaq? - AÇIQLAMA
Bu gün, 12:39
Keçmiş MTN generalı Bakı İstintaq Təcridxanasına köçürülmək istəmir - MƏHKƏMƏ
Bu gün, 12:38
Gəncədə güclü külək iri gövdəli ağacları aşırıb - FOTO
Bu gün, 12:36
DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı - "...dünən icra hakimiyətindəki otağını da boşaldıb"
Bu gün, 12:33
Bakıda sevgililər özünü dənizə atdı, ölən var - YENİLƏNİB
Bu gün, 12:31
Həbs edilən icra başçısı YAP-ın üzvü olmayıb - AÇIQLAMA
Bu gün, 12:29
“Mehriban xanım mənim üçün Türkiyədən həkim gətizdirdi” - Arif Babayev
Bu gün, 12:25
"Aygün Kazımovanı görəndə sevinirəm" - VİDEO
Bu gün, 12:20
Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur” –Dolu iş yerləri necə vakanta çıxarılıb?
Bu gün, 12:15
Kobi Brayantın həyat yoldaşı erməni pilota görə şirkəti məhkəməyə verdi
Bu gün, 12:12
Əli Həsənovun məqaləsi "Azərtac"da – "Onların içərisində başları kəsilən..."
Bu gün, 12:10
Bakının silahlanma strategiyası: savaş hazırlıqları bitib - TƏHLİL
Bu gün, 12:03
Dilarə çılpaq fotolarından danışdı: - "Pul qarşılığında..."
Bu gün, 11:58
"Hakimiyyətin bütün iqtisadi və siyasi planları məhv olmaq ərəfəsindədir" - İrəvanda koronavirus həyəcanı
Bu gün, 11:56
“SOCAR neftlə çirkli torpaqların rekultivasiyasında əvəzsiz rol oynayır”
Bu gün, 11:55
“Koronavirusa görə spirtdən istifadənin effekti yoxdur” - Professor
Bu gün, 11:52
Mağazalara qənim kəsilmişdi - FOTO
Bu gün, 11:46
"Atamın ölümündə eks nazirin əli var" — Bakıda ŞOK İDDİA (VİDEO)
Bu gün, 11:43
“Baş konsulumuz bizi adam yerinə qoymur” - Təbrizdəki tələbələrdən giley
Bu gün, 11:38
Röyanın konserti daha 1gün daha artırıldı
Bu gün, 11:33
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir
Bu gün, 11:32
Səhiyyə Nazirliyi apteklərdə maskaların çatışmazlığına görə bu nazirliyi İTTİHAM ETDİ
Bu gün, 11:30
"Olympus Park" Nazirlər Kabinetinin qərarına məhəl qoymur - GİLEY
Bu gün, 11:29
Şəhid hərbçimiz dəfn edildi
Bu gün, 11:24
YAP-ın siyahısından kənar deputatlığa namizədliyini vermiş 135 nəfər partiyadan çıxarılıb
Bu gün, 11:22
“Martın 5-də Putinlə görüşə bilərik” - Ərdoğan
Bu gün, 11:20
"Film heç vaxt romanı tamamlamır" - deputat
Bu gün, 11:17
"On qəpiklik maskanı əlli qəpiyə satan vicdansızlar" - ETİRAZ
Bu gün, 11:14
Zahid Orucdan iki yeni təyinat
Bu gün, 11:12
“Hüseynbala Mirələmov və Hadi Rəcəblinin dairəsində təxribat yaratmağa nail oldular” - Siyavuş Novruzovdan ilginc dəyərləndirmə
Bu gün, 11:11
“Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir... - GƏLİŞMƏ
Bu gün, 11:09
“Rusiya nümayəndə heyəti sabah Türkiyəyə gələcək”
Bu gün, 11:06
Azərbaycanlı model küçənin ortasında soyundu - FOTO
Bu gün, 11:04
Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb
Bu gün, 11:02
“Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri hər sahədə güclənəcək” - Ərdoğan
Bu gün, 11:01
"Şəkillərdə gülən qadın"a klip çəkdilər
Bu gün, 10:51
"Yeni başçı rüşvət və korrupsiyanı tam aradan qaldırıb" - Partiya sədri
Bu gün, 10:45
Koronavirusun Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərbələr - TƏHLİL
Bu gün, 10:43
Naxçıvan Ali Məclisində komitə sədrləri seçildi - SİYAHI
Bu gün, 10:39
“Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür”
Bu gün, 10:38
Azərbaycan şəhidi ilə vidalaşır
Bu gün, 10:31
20 yanvar faciəsini törədən Dmitri Yazov öldü
Bu gün, 10:26
“Koronovirusla bağlı heç bir hala təsadüf edilməyib” - Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri
Bu gün, 10:25
MSK bu gün yenə toplanır
Bu gün, 10:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru