Daha bir həkim koronavirusa yoluxdu .....                     Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb .....                     “Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: .....                     Daha bir jurnalist virusa yoluxdu .....                     Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: .....                     “Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb .....                     Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib .....                     Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında .....                     Karantinə nəzarət edən 3 polis əməkdaşı vəfat edib .....                     Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb .....                     BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar .....                     ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! .....                     Neft Fondu ABŞ-da .....                     Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: .....                     "Siyasi əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalıdır" .....                     Sədərək Ticarət Mərkəzinin icraçı direktoru: “Məni evimə həbs ediblər” .....                     Baş Prokurorluq Yevlaxda HƏBSLƏRƏ BAŞLADI .....                     Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI .....                     Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? .....                     4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı .....                     Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib .....                     Nazirliyi korrupsiya yuvasına çevirənlər: .....                     «Konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır” .....                     Evdə müalicə alan koronavirus xəstələri sağaldıqlarını necə bilməlidir? .....                     Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? .....                     Cavid Paşayevin ailəsi Mehriban Əliyevaya .....                     AAYDA-nın vəzifələri .....                     O vaxtlar Kərimli və AXCP itaətkarcasına dekorativ müxalifət rolunu yerinə yetirirdi... .....                     Prezident Dövlət Agentliyi ilə bağlı .....                     Sabah subbakalavrların ərizə qəbulu başa çatır .....                     Rizvan Talıbov İrəvan Respublikası rəhbərliyindən istefa verib .....                     Tərtərdə növbəti videokonfrans keçirildi .....                     Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi .....                     BDU və Yasamal RİH-in birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib .....                     Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək .....                     Koronavirusa qarşı yeni dərmanlar tapılıb .....                     Nazirlikdən Şirəliyevlə bağlı suala cavab: .....                     Azərbaycanda həkimlərin yoluxması ilə bağlı İDDİA: .....                 

Paşinyanın qorxulu röyası çin olur - ölkədə əks-inqilab ab-havası güclənir
Tarix: 15-02-2020, 10:28 | Çap et
Paşinyanın qorxulu röyası çin olur
2016-cı ilin iyulunda Serj Sərkisyan hakimiyyətinə qarşı qiyam qaldıran, Ermənistan polisinin alayını zəbt edən “Sasna Tser” hərbi qruplaşmasının üzvləri indi də Nikol Paşinyan hökumətini təhdid etməyə başlayıb. “Qarabağ klanı”nın hakimiyyətdən getməsində kifayət qədər rol oynayan hərbi qruplaşmanın üzvləri bir müddət sakit oturduqdan sonra yenidən aktivləşiblər.

Bu həftə “Sasna tsrer” qrupunun tərəfdarlarının İrəvan- Gümri yolunu bağlayaraq, həbsdə olan Armen Bilyan və Smbat Barseqyanın sərbəst buraxılmasını tələb etmələri də artıq sükutun pozulduğunu deməyə əsas verir. Qruplaşma üzvləri sərt tələblərlə çıxış etməklə yanaşı, hakimiyyətdən ədliyyə sahəsində islahatlar aparmağı tələb ediblər. “Armen Bilyan və Smbat Barseqyan qatil deyillər, onlar öz qanuni hüquqlarından istifadə edərək üsyan qaldırdılar, bu, hər bir vətəndaşın mənəvi haqqıdır” - “Sasna Tsrer”in tərəfdarları bildiriblər. 2016-cı ildə “Sasna Tsrer” qruplaşmasının üzvlərindən ibarət silahlı şəxslər İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirmişdi. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb etmişdilər. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra isə danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyanı girov götürmüşdülər. Hadisə nəticəsində üç nəfər həlak olmuşdu, bir neçə nəfər, o cümlədən təcili xidmətin həkimləri uzun müddət girov saxlanılmışdı. “Sasna Tsrer”in həbsdə olan liderlərindən biri, Qarabağ müharibəsinin iştirakçısı Araik Xandoyan bir neçə il əvvəl ölüb.

N.Paşinyan hakimiyyətinin S.Sərkisyana qarşı qiyam qaldıran qruplaşma üzvlərinin tələblərinə hansı reaksiya verəcəyi maraqlıdır. Qeyd edək ki, Paşinyan mövcud reallıqları anlayaraq, bu qruplaşma ilə münasibətlərdə kifayət qədər ehtiyatlı davranır. Üstəlik, Ermənistan daxilində digər qüvvələrin də etirazları baş qaldırmaqdadır. N.Paşinyanı “konstitusiya islahatları” adı altında referendum keçirməklə əslində monarxiya qurmaqda ittiham edən qüvvələr, həmçinin Ermənistan ordusunda ölüm hallarının sürətlə artmasına etirazını bildirən qüvvələr hakimiyyətlə haqq-hesab çəkməyə hazırlaşır.

Bir müddət əvvəl ölən əsgərin tabutunu götürüb müdafiə naziri David Tonoyanın üstünə gedən ermənilər də baş verənlərə görə cinayətkarların cəzalandırılmasını tələb edirlər. Ermənilər görür ki, Azərbaycan ordusu ilə müqayisədə kifayət qədər geriləyən erməni ordusunda cinayət halları sürətlə artır, buna görə isə kimsə məsuliyyət daşımır, odur ki, ölkədə hər kəs qəzəblidir. Elə 12 fevralda Azərbaycanın işğal altındakı ərazilərindəki erməni ordu hissələrində iki erməni əsgər ölüb. 20 yaşlı Tiqran Manvelyan və Armen Mesropyanının ölüm səbəbləri ilə bağlı xalqa doğru-düzgün məlumat verilmir hələlik, bu da etirazları artırır.

“Erməni hərbçilərin qətlinə görə məsuliyyəti Ermənistan baş naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyan daşıyır” . Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arutyun Babayan deyib. Babayan bu məsələ ilə bağlı Tonoyanla müzakirələr apardığını bildirib: “Mən nazirə ”elit hərbi hissə" barədə sual verdim, amma təəssüf ki, onun cavabı məni qane etmədi. Düşünürəm ki, bizim çox işimiz var, ona görə ki, ordunun hansısa əcaib ənənənələri mövcuddur. Biz bunun barəsində dayanmadan danışmalıyıq. Heç bir məsələ gizli saxlanmamalıdır. Erməni elitası susmamalıdır".

Politoloq Qafar Çaxmnaqlı Ermənistandakı son durumu, həmçinin hərbi qruplaşmanın yenidən revanşa hazırlaşmasını “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, “Sasna Tsrer” adlı ultramilliyətçi təşkilat Ermənistanda müharibə partiyasının əsas qollarından biri kimi hər zaman hakimiyyətin addımlarına nəzarət edib: “Dağlıq Qarabağın ətrafında olan işğal rayonlarının geri qaytarılması məsələsi ortaya çıxan kimi hansısa dirijor çubuğu onları fəallaşdırır. Bu təşkilat əslində Rusiyadakı erməni diasporunun əlindədir. Onların keçirdiyi aksiyalar da heç şübhəsiz, Rusiyanın izni ilə olur”.

Q.Çaxmaqlı bu fikirdədir ki, Paşinyan hələ öz hakimiyyətini möhkəmlədə bilməyib: “Onu istənilən vaxt Qarabağ döyüşçülərinin təşkilatının və ya başqa hörgütlərin əli ilə laxlada bilərlər. Bu isə Paşinyanın Qarabağla bağlı aparacağı, ermənilərin təbirincə desək, ”antimilli" siyasətdən asılıdır. Qarabağ danışıqları prosesində Azərbaycan ərazilərinin geri verilməsi mövzusu ortaya çıxan kimi, Paşinyana basqılar artır. Bu proseslərin son həddi isə Paşinyanın uzaqlaşdırılması ola bilər. Ermənilər bağlı qapılar ardında qərar verə və öz maraqları naminə beynəlxalq gücləri də aldada bilirlər. İndiyədək olan hakimiyyət dəyişikliklərinin hamısı qarşılıqlı razılaşma əsasında olub. Kim bilmir ki, Serj Sərkisyan korrupsioner rəhbər olub? İki gündən bir onu gündəmə gətirib hədələmək də bir siyasi oyundur. Paşinyana qarşı olan qüvvələr əlbəttə, ondan bəzi güzəştləri qoparmaq üçün təzyiqlər edəcəklər, amma Rusiyanın özünə də sərf edən bu adam missiyasını axıra qədər davam etdirəcək".

Bütün bu etirazlar qarşısında “piyada” qalan N.Paşinyan yenə də Avropada özünü “kübar” və “ağıllı siyasətçi” qiyafəsində təqdim etməyə çalışıb. Erməni baş nazir növbəti dəfə “tənzimləmə yolunu” göstərməyə cəhd edib, hərçənd yenə də sərsəmləyib. “Qarabağ məsələsini birtərəfli fəaliyyətlə həll etmək mümkün deyil. Əgər hansısa Ermənistan hakimiyyəti birtərəfli addımlar atsa belə, bu, problemi həll etməyəcək, onu daha da dərinləşdirəcək”.

Ermənistan baş naziri Fridrix Ebert Fondunda çıxışı zamanı deyib (Axar.az ). Paşinyan çıxışı zamanı guya yenilik edərək, Qarabağ məsələsində ərazi iddialarının gündəmə gətirilməməsi gərəkdiyini bildirib: “Azərbaycanda ərazilər haqqında danışmağı çox sevirlər, amma bizim təhlükəsizlik haqqında danışdığımızı anlamaq çox vacibdir”.

N.Paşinyan qondarma Qarabağ rejiminin güzəştlərə hazır olmadığını söyləyib: “Qarabağ dünyanın başqa ölkələri kimi öz təhlükəsizliyini güzəştə getməyə hazır deyil. Hansı ölkə öz təhlükəsizliyini güzəştə getməyə hazırdır? Situasiyanın həlli təhlükəsizliyə zəmanətlə bağlı ola bilər”.

Erməni baş nazir yenidən Madrid prinsiplərinə zidd bəyanatlarını təkrarlamağa və öz bəyanatına haqq qazandırmağa davam edib: “Əslində ”Qarabağ - Ermənistandır və nöqtə" bəyanatının çox sadə açıqlaması var. Biz dedik ki, Azərbaycanın Qarabağa hücumunu Ermənistana hücum kimi qəbul edəcəyik. Ermənistan Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. İrəvan Azərbaycan tərəfindən danışıqlar prosesində heç bir konstruktiv addım görməyib".

Politoloq Q.Çaxmaqlı qeyd etdi ki, N.Paşinyan manevrlər etməklə ustalıqla işğalın davam etməsi siyasətini davam etdirməkdədir: “Əlbəttə, bəlli qüvvələrin tövsiyəsi ilə”.

Bu arada ermənilər arasında Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qeyri-qanuni “seçkilər”lə bağlı da gərginlik artmaqdadır. Qarabağ müharibəsinin canilərindən olan Samvel Babayanın son 10 ildə Qarabağda yaşamaması onun “nümizədliyinin qeydə alınmasını” mümkünsüz edib. Bu səbəbdən digər quldur Masis Mailyanın namizədliyinin müdafiəsi məsələsi aktuallaşıb. Ancaq Paşinyanın hansı namizədə üstünlük verəcəyi hələ də sual altındadır.

Məlum olduğu kimi, Dağlıq Qarabağ separatçıları 31 martda həm “parlament”, həm də “prezident seçkiləri” keçirəcəklər. “Namizədlərin” sonuncu qeydiyyat müddəti isə 15 fevral 2020-ci ildə, yəni bu gün başa çatır. M.Mailyandan başqa, keçmiş “baş nazir” Araik Arutyunyan, “spiker” Aşot Qulyan, keçmiş “təhlükəsizlik şurası katibi” Vitaliy Balasanyanla yanaşı, daha 4 nəfər iddiaçıdır.

Avropada “həll yolu” təklif edən N.Paşinyan isə bütün danışıqların və beynəlxalq hüququn üstündən xətt çəkərək Dağlıq Qarabağ separatçılarının “seçki” keçirməsinə cəhd göstərir - boşboğazlıq edərək Qarabağ ermənilərinin “təhlükəsizliyindən” danışmaqla. Əslində Qarabağda baş verən cinayətlər onu deyir ki, Azərbaycan erməni əhalisinin də təhlükəsizliyini təmin etməkdən ötrü dərhal antiterror əməliyyatlarına başlamalıdır. Yeri gəlmişkən, Azərbaycandakı parlament seçkilərində iştirak edənlər arasında 60 Qarabağ ermənisinin olması barədə xəbərlər Ermənistanda şok effekt yaradıb. Bunun davamı da gələ, məsələn, Qarabağ erməniləri onları xunta rejimindən xilas etmək üçün Bakıya müraciət ünvanlaya bilər. “Sasna Tser”in ortaya çıxması da təsadüfə oxşamır. Ola bilsin həm də düşünülmüş oyundur...
\\musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir həkim koronavirusa yoluxdu
Bu gün, 17:58
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Bu gün, 17:57
“Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: - “Ola bilər ki…”
Bu gün, 17:55
Daha bir jurnalist virusa yoluxdu
Bu gün, 17:53
Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: - “O, belə ifadələr işlədib”
Bu gün, 17:46
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Bu gün, 17:38
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Bu gün, 17:35
Azərbaycanda müğənni karantini pozdu - Görün, harda ilişdi...
Bu gün, 17:34
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər
Bu gün, 17:23
Teleaparıcı sərt danışdı: - “İnsanlar aldadılmamalı idi”
Bu gün, 17:20
Karantinə nəzarət edən 3 polis əməkdaşı vəfat edib - AÇIQLAMA
Bu gün, 17:17
"Adam nə qədər özü üçün çalıb-oxuyar?" - Cavan Zeynallı
Bu gün, 17:09
Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb
Bu gün, 17:07
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Bu gün, 17:06
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar
Bu gün, 16:57
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu - AÇIQLAMA
Bu gün, 16:53
ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! - Uroloq həkim Vasif İsmayıl
Bu gün, 16:52
Neft Fondu ABŞ-da 50 milyon dollarlıq daşınmaz əmlak alacaq
Bu gün, 16:46
Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: - Təxribat, yoxsa axmaq səhv?
Bu gün, 16:45
"Siyasi əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalıdır" - Vüqar Rəhimzadə
Bu gün, 16:43
Sədərək Ticarət Mərkəzinin icraçı direktoru: “Məni evimə həbs ediblər” – Təxribat, yoxsa təsadüf?
Bu gün, 16:35
"Çevrəmdə nə qədər virusa yoluxan insanlar var" - Xalq artisti
Bu gün, 16:30
Baş Prokurorluq Yevlaxda HƏBSLƏRƏ BAŞLADI - Cinayət işi açıldı
Bu gün, 16:24
Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI - "Buna şübhə də yox idi"
Bu gün, 16:21
Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar
Bu gün, 16:14
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı - SİYAHI
Bu gün, 16:13
Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib
Bu gün, 16:12
Nazirliyi korrupsiya yuvasına çevirənlər: - “Deməli, orda dövlətə xəyanət də var”
Bu gün, 16:10
«Konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır” - deputat
Bu gün, 16:06
Evdə müalicə alan koronavirus xəstələri sağaldıqlarını necə bilməlidir? - AÇIQLAMA
Bu gün, 16:06
Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? - AKTUAL
Bu gün, 15:58
''Xəzər''in məşhur siması 5 il polis əməkdaşı OLUBMUŞ
Bu gün, 15:55
Cavid Paşayevin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi
Bu gün, 15:51
AAYDA-nın vəzifələri AZALDILIB
Bu gün, 15:49
O vaxtlar Kərimli və AXCP itaətkarcasına dekorativ müxalifət rolunu yerinə yetirirdi... - VİDEO
Bu gün, 15:47
Prezident Dövlət Agentliyi ilə bağlı fərman imzaladı
Bu gün, 15:33
Sabah subbakalavrların ərizə qəbulu başa çatır - Diqqət!
Bu gün, 15:32
Rizvan Talıbov İrəvan Respublikası rəhbərliyindən istefa verib – Bir statusun cəzası
Bu gün, 15:30
Tərtərdə növbəti videokonfrans keçirildi
Bu gün, 15:22
Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi
Bu gün, 15:20
BDU və Yasamal RİH-in birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib - FOTO
Bu gün, 15:17
Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək - ADLAR
Bu gün, 15:09
“Maaşla və Prezident mükafatından gələn gəlirlə dolanıram"
Bu gün, 15:07
Koronavirusa qarşı yeni dərmanlar tapılıb - MÜJDƏ
Bu gün, 15:00
Nazirlikdən Şirəliyevlə bağlı suala cavab: - “İlin, günün bu vaxtı...”
Bu gün, 14:59
Azərbaycanlı aparıcı gizlin ərə gedib?
Bu gün, 14:52
Azərbaycanda həkimlərin yoluxması ilə bağlı İDDİA: - qaldıqları otellərdə...
Bu gün, 14:48
Nüfuzlu dünya universitetlərdə distant təhsil, yoxsa bahalı Azərbaycan ali məktəbləri? – AÇIQLAMA
Bu gün, 14:46
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq - SƏBƏB
Bu gün, 14:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru