Ötən il Azərbaycanda 21 ana ölümü olub .....                     Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi .....                     Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: .....                     Urvatsız yardımlar... Quyuya atılan 190 manat... .....                     Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     DYP etibarnamə ilə bağlı məlumat yaydı .....                     Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir .....                     Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub .....                     Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb .....                     "Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib .....                     107 yaşlı qadın koronavirusa “qalib gəldi” .....                     Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına .....                     Tərtərdə küçələrdə və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri aparılır .....                     Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib .....                     Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, .....                     Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var .....                     Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir .....                     “Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir” .....                     ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var .....                     23 deputat Milli Məclisin iclasına qatılmadı .....                     Deputatların səlahiyyətlərinin artırılması təklif edilir .....                     Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb .....                     "Brent" neftinin qiyməti 34 dolları keçıb .....                     "Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." .....                     Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib .....                     Karantin rejimi deputatların avtomobillərinə şamil edilməyəcək .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Milli Məclis hökumətin hesabatını .....                     “Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı” .....                     Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: .....                     "Kölgə iqtisadiyyatınına qarşı geniş işlər aparılıb" .....                     Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib .....                     Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib .....                     MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? .....                     Vilayət Eyvazov rəisi işdən çıxardı .....                     Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin .....                     Deputat təhsil kreditlərinin verilməsini, BDU-nun yataqxanalarının inşasının başa çatdırılmasını istəyir .....                     Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir? .....                     “Atasığorta”-da rəhbərlik dəyişəcəkmi? .....                 

47 saylı seçki dairəsində nə baş verib? - ETİRAZ
Tarix: 15-02-2020, 09:31 | Çap et
47 saylı seçki dairəsində nə baş verib?
47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədlər Qurbanəli Yusibov və İbrahim Salamov seçkilərin nəticələrinin ləğv edilməsi və pozuntularına yol verən şəxslərin cəzalanması ilə bağlı DSK- a şikayət ərizəsi ilə müraciət ediblər.

Bu barədə sözügedən şəxslər arqument.az-a məlumat veriblər.

Müraciətə həm seçki təşviqatı dönəmində, həm də səsvermə günü baş verən qanunsuzluqların siyahısı aktlar və sosial şəbəkələrdə yayılmış foto- video faktlarla birgə sənədləşdirilərək əlavə olunub.

Onların sözlərinə görə, seçki təşviqatı dövründə baş vermiş pozuntular bir neçə xüsusatları özündə ehtiva edib. Belə ki, təşviqat dönəmində rəqib hakim Yeni Azərbaycan Partiyasının namizədi Mirzəzadə Aydın Böyükkişi oğlu xeyrinə inzibati resurslardan istifadə edərək dairə ərazisində yerləşən dövlət məktəb, uşaq baxçası və digər müəssisələrinə tapşırıq verilməklə adamlar yığılmışdı: "Bu səbəbdən hesab edirik ki, təşviqat dönəmində biz və rəqibimiz Mirzəzadə Aydın qeyri-bərabər imkanlardan istifadə etdik, həmçinin seçki prosessinə dövlət qurumlarının müdaxiləsi baş verdi. Bununla bərabər qərəzsiz idarə edilən seçkilərdə iştirak hüququmuz pozuldu.İcra hakimiyyətinin tələbi ilə idarə və müəssisələrin işçiləri işdən ayrılaraq zorla YAP namizədinin görüşünə aparılırdı. Şayə yaymışdılar ki, bütün kabinetlərdə gizli kamera quraşdırılıb, əgər kim deputata səs verməsə o işdən və ya təhsil aldığı müəssisədən azad ediləcək. Bəzi müəssisələrdə maaşlarda gecikmələr olmuşdu və o idarələrin işçiləri həm görüşlər, həm də seçki günü karusel və digər pozuntular üçün nəzərdə tutulurdu.MDU işləyən, təhsil alan, valideyn olan seçicilərdən ibarət dəstələr yaradılmışdı və onlar seçki günü səsvermə kabinetdindən selfi çəkib, atmalı idilər.Bəzi binanların qarşısında insanlara ərzaq və ya 5 manat pul paylanılırdı ki, gedib səs versinlər”.

Namizədlər qeyq ediblər ki, səsvermə günü müşahidə edilən seçici fəallığı heç də MSK-nın açıqladığı rəqmələrlə eyniyyət təşkil etmir: "Müstəqil qurumların monitorinq nəticəsində ortaya çıxmış iştirakçılıq faizi rəsmi açıqlanan rəqəmlərdən fərqli olub. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarında ölkə üzrə iştirakçılıq 47,84% göstərilsə də, müstəqil müşahidəçilərin rəyinə əsasənölkə üzrə iştirakçılıq 20,56% təşkil edib”.

Namizədlər bildirir ki, səsvermə günü bir çox seçki pozuntuları baş verib: "Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirildi. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bületenlərin atılması və "karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivli süni şəkil rəsmi olaraq artırıldı”.

Sözügedən şəxslər vurğulayır ki, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzrdə tutulmuş tələblərə uyğun olmayıb. "Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı, bületenlərin düzgün sayılıb-sayılmasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletlənrin sayını, nə bületenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nzərdə tutulan aparatlar bir çox məntəqdə işləmirdi”.

Sözügedən şəxslər seçki dairəsinin məntəqələri üzrə aşağıdakı spesifik pozuntular təsbit ediblər:

1. 2 saylı seçki məntəqəsində məntəqə sədri bülletenləri saymamış və gizlətmişdi. Saat 16: 30-da deputatlığa namizəd Qurbanəli Yusibov, jurnalist Elçin Həsənzadə, səlahiyyətli nümayəndə Fikrət Məmmədov və müşahidəçi Ata Həmidovun bülletenləri otağından çıxarıb, masanın üzərinə qoymağı tələb edir, sədr isə yalnız DSK sədrinin icazəsindən sonra bunu edə biləcəyini deyirdi.

2. 7 saylı seçki məntəqəsində bülletenlər sayılmamış və seyfdə saxlanılmışdı, namizəd Məhəmməd Zamanovun tələbi ilə gətirildi.

3. 9 saylı seçki məntəqəsində YAP sədri Cavanşir Yusifov şəxsən məntəqə sədrinə Aydın Mirzəzadənin xeyrinə iş görməyə göstəriş verdi. Bunu çəkən jurnalist Elçin Həsənzadəni, digər namizəd İbrahim Sala-movu, müşahidəçilərin və hər kəsin gözü önündə təhdid edib.Qeydiyyatı olmayan şəxsə səsvermə üçün bülleten verilib, qutuya atdırılıb.

4. 10 saylı seçki məntəqəsində bülletenlər sayılmamış və sədrin otağındakı seyfdə gizlədilmişdi. Qurbanəli Yusibovun ciddi tələbi ilə bülletənlər gətirilsə də, sonradan sayımda 100 ədəd bülleten Aydın Mirzəzadənin leyhinə əlavə edildi. Seçici aktivliyi vərəqində 100 nəfərin əskik olduğunu müşahidəçi Yaşar Nurməhəmməd sədrə bildirsə də, buna məhəl qoyulmadı. Hər iki pozuntu aktlaşdırılıb.

5. 15 saylı seçki məntəqəsində bülletenlər sayılmamış və sədrin otağındakı seyfdə gizlədilmişdi. Məhəmməd Zamanovun tələbi olsa da, sayıma icazə verilməmişdi. Müşahidəçilərə bülletenlərin sayılması zamanı heç bir şərait yaradılmayıb, görülmənin qarşısı kəsilib. Bu pozuntunun qarşısı alınması tələb olunduqda, məntəqə üzvləri tərəfindən səs küy yaradılıb. Müşahidəçi Ülkər Yusifova və digərlərinə səsləri görmək üçün imkan verilməyib.

6. 17 saylı seçki məntəqəsində səslərin sayılması zamanı ortaya topa bülletenlər atılıb, səlahiyyətli nümayəndə Fikrət Məmmədova çəkiliş imkanı yaradılmayıb.

7. 18 saylı seçki məntəqəsində səslərin sayılması zamanı heç bir şərait yaradılmayıb.

8. 20 saylı seçki məntəqəsində müşahidəçilərimiz üçün normal şərait yaradılmayıb. Qızdırıcını yalnız özləri üçün istifadə edirdilər. Buna etiraz edən müşahidəçi Cəlal Mabudluya psixoloji təzyiq edilib ki, sona qədər müşahidə edilməsin. Qurbanəli Yusibov qızdırıcı tələb etsə də, buna məhəl qoyulmayıb. Səslərin sayılması zamanı 40 ədəd artıq bülleten çıxarılmasına etiraz edən müşahidəçilərin başını qatıb hər sayımda iki qat artıq bülleten Aydın Mirzəzadənin xeyrinə hesablanıb. Buna etiraz edən Vidadi və Elvin adlı müşahidəçilərə siz hər sayanda biz buna davam edəcəyik, deyilib. Tez- tez DSK- dan zəng və təlimat alan sədr, siz nə etsəniz də burdan Aydın Mirzəzadə çıxacaq, deyib.

9. 21 saylı seçki məntəqəsində respublikadakı ilk seçki saxtakarlığı baş verib. Belə ki, Mahir adlı məntəqə üzvü topa bülleten atarkən görüntülənib. Səslərin sayılması zamanı Səbuhi adlı məntəqə üzvü masanın süyürməsindən bülletenlər çıxararaq, ortaya atıb. Sədr isə guya yıxılırmış kimi edib, yerə bülleten töküb və yerdən daha artığını yığıb. Bunu videogörüntüyə alan müşahidəçi və jurnalstlərə isə heç bir imkan yaradılmayıb. Məntəqə sədrinə zənglə tez- tez təlimat verən DSK nümayəndəsi sonda qara cip formalı maşınla məntəqə önünə gələrək, sədrə pul verib. Bundan sonra onlar daha cənfaşanlıqla saxtakarlıq ediblər.

10. 25 saylı seçki məntəqəsində bülletenlər gizlədilmiş və sayılmamışdı. Yalnız namizəd İbrahim Salamovun tələbi ilə saat 11 radələrində bülletenlər seyfdən çıxarılıb, masanın üzərinə qoyulub.

11. 27 saylı seçki məntəqəsində müşahidəçilik üçün heç bir şərait yaradılmamışdı və YAP-ın həddən artıq müşahidəçisi vardı deyə, müstəqil müşahidəçilər qapının ağzında ayaq üstə qalmışdılar. Qurbanəli Yusibovun, səlahiyyətli nümayəndə Fikrət Məmmədov, jurnalist Elçin Həsənzadənin, müşahidəçi Rüstəm Rəsulov və Nicat Məmmədovun tələbi ilə masa gətirildi və akt yazmaq istəyən müşahidəçilər əyləşə bildilər.

12. 28 saylı seçki məntəqəsində bülletenlər seyfdə saxlanılmışdı və sayılmamışdı. Jurnalist Elçin Həsənzadənin və Xəqani adlı müşahidəçinin tələbi ilə seyfin ağzı açılıb, üzü müşahidəçilərə tərəf qoyuldu. Ancaq sədr Adil Kərimov bülletenləri masanın üzərinə qoymadı.

13. Səslərin sayılması zamanı isə namizədlərin çoxunun adı Aydın Mirzəzadənin bülletenlərin üzərinə qoyuldu. Faktı tutan müşahidəçilərə təzyiq olunduqda namizədlərin iştirakı ilə səslərin bir çoxu yenidən nəzərdən keçirildi və sədr etdiyi əmələ görə, günahını qismən etiraf edərək, videogörüntülər qarşısında üzr istədi. Ancaq yenə də səslərin çoxu paylanılmış və sıradan çıxarılmışdı.

14. 29 saylı seçki məntəqəsində bülletenlər seyfdə saxlanılmışdı və gizlədilmişdi. Tez- tez karusel xəbərləri gəlirdi ancaq müşahidəçilərin psixloji təzyiq altında olması və zəifliyi səbəbində heç biri sübut olunmadı.

15. 30 saylı seçki məntəqəsində qeydiyyat problem olduğundan seçicilərə səsvermə imkanı yaradılmayıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ötən il Azərbaycanda 21 ana ölümü olub
Bu gün, 17:09
Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi
Bu gün, 17:07
Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: - “Dollar hegemonluğuna söykənən iqtisadi dövr bitir”
Bu gün, 17:03
Urvatsız yardımlar... Quyuya atılan 190 manat... - GƏLİŞMƏ
Bu gün, 17:02
Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib
Bu gün, 17:00
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
DYP etibarnamə ilə bağlı məlumat yaydı
Bu gün, 16:59
Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir
Bu gün, 16:53
Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub
Bu gün, 16:52
Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb
Bu gün, 16:50
"Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib
Bu gün, 16:45
107 yaşlı qadın koronavirusa “qalib gəldi”
Bu gün, 16:44
Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb
Bu gün, 16:42
Tərtərdə küçələrdə və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri aparılır
Bu gün, 16:41
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
Bu gün, 16:40
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb
Bu gün, 16:24
Azərbaycanlı aparıcı yarıçılpaq görüntüsünü yaydı — TƏNQİD EDİLDİ
Bu gün, 16:22
Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var
Bu gün, 16:20
Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
Bu gün, 16:19
“Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir” - Prezidentə yazırlar
Bu gün, 16:15
ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO
Bu gün, 16:13
23 deputat Milli Məclisin iclasına qatılmadı - SİYAHI
Bu gün, 13:32
Deputatların səlahiyyətlərinin artırılması təklif edilir
Bu gün, 13:30
Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb
Bu gün, 13:28
"Brent" neftinin qiyməti 34 dolları keçıb
Bu gün, 13:22
"Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." - GİLEY
Bu gün, 13:21
Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib - FOTO
Bu gün, 13:19
Karantin rejimi deputatların avtomobillərinə şamil edilməyəcək
Bu gün, 13:15
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 13:12
Milli Məclis hökumətin hesabatını qəbul etdi
Bu gün, 13:10
“Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı” - deputat
Bu gün, 13:09
"Bu finti-firuş qızları ora kim çıxarır?" - Şeyx əsəbiləşdi
Bu gün, 13:08
Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: - “İşsizlərin qeydiyyata alınmaması doğru deyil”
Bu gün, 13:06
"Kölgə iqtisadiyyatınına qarşı geniş işlər aparılıb" - deputat
Bu gün, 13:03
Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib
Bu gün, 13:01
Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib
Bu gün, 13:00
"Arvadımla nərd oynayıram" - Xalq artisti
Bu gün, 12:58
MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? - MÜƏMMA
Bu gün, 12:47
Vilayət Eyvazov rəisi işdən çıxardı
Bu gün, 12:44
Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin - Milli Məclisdə məsələ qaldırıldı
Bu gün, 12:42
Deputat təhsil kreditlərinin verilməsini, BDU-nun yataqxanalarının inşasının başa çatdırılmasını istəyir
Bu gün, 12:40
Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir? - SİYAHI
Bu gün, 12:38
“Atasığorta”-da rəhbərlik dəyişəcəkmi?
Bu gün, 12:35
İrəvanda "inqilabçı baş nazirə" qarşı yeni hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 12:33
""İnstagram"da, "Facebook"da sosial şəbəkə dilənçiləri çoxlalıb"
Bu gün, 12:31
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandı - ŞƏRTLƏR
Bu gün, 12:24
“Bəzi müəlliflərin dərslik hazırlanmasına gəlir və biznes sahəsi kimi baxmasına son verməlidir”
Bu gün, 12:21
Nazir Elnur Abbasova yüksək vəzifə verdi
Bu gün, 12:20
"Dərs vaxtı"nın sabaha olan cədvəli
Bu gün, 12:19
“Mərkəzi Bankın yeganə vəzifəsi manatın məzənnəsini sabit saxlanılması deyil” - deputat
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru