DİN növbəti dəfə vətəndaşlara müraciət etdi .....                     Gürcüstanın Dövlət müstəqilliyi aktına imza atan azərbaycanlı kimdir? .....                     Şəmkir Rayon Polis Şöbəsində yeni təyinat olub .....                     Maliyyə Nazirliyi işsizlərə birdəfəlik ödənişlər üçün ilk tranşı köçürüb .....                     Ötən il Azərbaycanda 21 ana ölümü olub .....                     Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi .....                     Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: .....                     Urvatsız yardımlar... Quyuya atılan 190 manat... .....                     Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     DYP etibarnamə ilə bağlı məlumat yaydı .....                     Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir .....                     Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub .....                     Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb .....                     "Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib .....                     107 yaşlı qadın koronavirusa “qalib gəldi” .....                     Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına .....                     Tərtərdə küçələrdə və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri aparılır .....                     Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib .....                     Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, .....                     Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var .....                     Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir .....                     “Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir” .....                     ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var .....                     23 deputat Milli Məclisin iclasına qatılmadı .....                     Deputatların səlahiyyətlərinin artırılması təklif edilir .....                     Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb .....                     "Brent" neftinin qiyməti 34 dolları keçıb .....                     "Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." .....                     Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib .....                     Karantin rejimi deputatların avtomobillərinə şamil edilməyəcək .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Milli Məclis hökumətin hesabatını .....                     “Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı” .....                     Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: .....                     "Kölgə iqtisadiyyatınına qarşı geniş işlər aparılıb" .....                     Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib .....                     Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib .....                     MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? .....                     Vilayət Eyvazov rəisi işdən çıxardı .....                 

Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədrinin işi məhkəmələrə göndərilib
Tarix: 15-02-2020, 09:27 | Çap et
Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədrinin işi məhkəmələrə göndərilib
Müstəqil respublikamız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə gedərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və möhkəmlənir, iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən mütərəqqi islahatlar aparılır.

Ölkəmizin hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir.

Trend-in məlumatına görə, fevralın 14-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi sahədə qazandığı mühüm nailiyyətləri qeyd edib, fevralın 9-da azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, ötən il ədliyyə və məhkəmə-hüquq sistemi üçün dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm yol xəritəsi olmaqla, islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına rəvac verib. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Proqramının və Fərmanın icrası çərçivəsində 2019-cu ildə xeyli iş görülüb.

Kollegiyada dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar, ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunub, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, insanların sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetmə mexanizmlərinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarına əsasən 2019-cu ildə nazirlik tərəfindən əvvəlki illə müqayisədə 30 faiz çox - 2300-dək normativ hüquqi akt layihəsi hazırlanıb, 3800-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az), ümumilikdə, 4800-dən çox sənəd daxil edilib. İnsanların böyük marağının nəticəsidir ki, həmin elektron resurslara başçəkmələrin sayı il ərzində 50 faizdən çox artaraq 2 milyona çatıb.

Ədliyyə fəaliyyəti barədə insanların geniş məlumatlandırılması, şəffaflığın artırılması, məqsədilə nazirlik tərəfindən idarə edilən 11 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb. "Elektron hökumət" portalında ən çox istifadə olunan 10 elektron xidmətdən 2-si nazirliyin "Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması" və "Fərdi identifikasiya nömrəsi barədə məlumatın əldə edilməsi" ilə bağlı e-xidmətləridir.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 18 minə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat institutunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılaraq fəaliyyətə başlayıb.

2019-cu ildə ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat ofislərində əvvəlki illə müqayisədə 21 faiz çox – 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 327 minə yaxın əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2019-cu ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 45 faizini təşkil edib.

İnnovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması məqsədilə ədliyyə sahəsində məsafədən xidmət göstərən elektron ədliyyə köşkünün, "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən nəqliyyat vasitələrinə dair etibarnamələrin fasiləsiz rejimdə elektron rəsmiləşdirilməsi xidməti istifadəyə verilib.
Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 2019-cu ildə 200-dən çox qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 70-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4600-ə yaxın, mətbu nəşrlərin sayı isə təxminən 5300 təşkil edir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilərək ötən il 485 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, vergi borcları ilə bağlı dövlət büdcəsinə isə 14,3 milyon manat vəsait ödətdirilib.

Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Ölkə Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə qanunvericilik əsaslı surətdə yenilənib, Məhkəmə ekspertizası mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb. 2019-cu ildə Mərkəzdə 41 ekspert ixtisası üzrə 35 minə yaxın işə baxılıb, ekspertlər 816 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,6 faizini həll ediblər.

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78 min 500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Kollegiyada bildirilib ki, ötən il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Səudiyyə Ərəbistanına ikitərəfli səfərlər edilərək, hüquqi sahədə mühüm sənədlər imzalanıb. Bununla yanaşı, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək ölkə başçısının Sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən ədliyyə naziri tərəfindən Strasburqda "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokol imzalanıb.

İclasda Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində görülmüş işlər qeyd olunub, ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək yeni qanun layihəsinin hazırlanması və dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra mühüm qanunların qəbul olunduğu vurğulanıb.

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələrə dair yeni kommersiya, habelə inzibati məhkəmələr yaradılaraq cari ilin əvvəlindən fəaliyyətə başlayıb, hakimlərin sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Fərmana uyğun olaraq ekspertizanın alternativ mexanizmləri, özəl ekspertiza institutu yaradılıb.

Eyni zamanda, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılmasına, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və digər əməli tədbirlərə toxunulub.

Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərin və yeniliklərin cəmiyyətdə maraqla qarşılandığını qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verildiyini və ötən il vətəndaş cəmiyyəti nümayəndələrinin nazirliklə səmərəli əməkdaşlığının genişləndiyini vurğulayıb, ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyətinin örnək olduğunu bildiriblər.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına dair fevralın 3-də keçirilmiş konfransda dövlət məmurları qarşısında qoyduğu tələblər, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, sui-istifadə, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsinin zərurəti vurğulanıb.

Eyni zamanda, ədliyyənin inkişafına dair Dövlət Proqramının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrasının daim diqqətdə saxlanılması qeyd olunub, fəaliyyətin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası, istintaq, penitensiar, məhkəmə ekspertizası sahəsində işin səmərəliliyinin artırılması, yerli qurumlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə idarələrinin işinin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqinin sürətləndirilməsi, habelə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə fəaliyyətinə könüllülərin daha geniş cəlb olunması və onların imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkilinə dair Təlimata dəyişikliklər edilib, cari və digər məsələlərə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN növbəti dəfə vətəndaşlara müraciət etdi
Bu gün, 17:43
Gürcüstanın Dövlət müstəqilliyi aktına imza atan azərbaycanlı kimdir?
Bu gün, 17:26
Şəmkir Rayon Polis Şöbəsində yeni təyinat olub
Bu gün, 17:23
Maliyyə Nazirliyi işsizlərə birdəfəlik ödənişlər üçün ilk tranşı köçürüb
Bu gün, 17:21
"Kənan heç dram da çəkə bilmir"
Bu gün, 17:18
Ötən il Azərbaycanda 21 ana ölümü olub
Bu gün, 17:09
Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi
Bu gün, 17:07
Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: - “Dollar hegemonluğuna söykənən iqtisadi dövr bitir”
Bu gün, 17:03
Urvatsız yardımlar... Quyuya atılan 190 manat... - GƏLİŞMƏ
Bu gün, 17:02
Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib
Bu gün, 17:00
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
DYP etibarnamə ilə bağlı məlumat yaydı
Bu gün, 16:59
Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir
Bu gün, 16:53
Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub
Bu gün, 16:52
Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb
Bu gün, 16:50
"Azəristiliktəchizat" ötən il əhalidən xidmət haqqının yarısını yığa bilməyib
Bu gün, 16:45
107 yaşlı qadın koronavirusa “qalib gəldi”
Bu gün, 16:44
Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb
Bu gün, 16:42
Tərtərdə küçələrdə və çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri aparılır
Bu gün, 16:41
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
Bu gün, 16:40
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb
Bu gün, 16:24
Azərbaycanlı aparıcı yarıçılpaq görüntüsünü yaydı — TƏNQİD EDİLDİ
Bu gün, 16:22
Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var
Bu gün, 16:20
Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
Bu gün, 16:19
“Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir” - Prezidentə yazırlar
Bu gün, 16:15
ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO
Bu gün, 16:13
23 deputat Milli Məclisin iclasına qatılmadı - SİYAHI
Bu gün, 13:32
Deputatların səlahiyyətlərinin artırılması təklif edilir
Bu gün, 13:30
Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb
Bu gün, 13:28
"Brent" neftinin qiyməti 34 dolları keçıb
Bu gün, 13:22
"Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." - GİLEY
Bu gün, 13:21
Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib - FOTO
Bu gün, 13:19
Karantin rejimi deputatların avtomobillərinə şamil edilməyəcək
Bu gün, 13:15
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 13:12
Milli Məclis hökumətin hesabatını qəbul etdi
Bu gün, 13:10
“Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı” - deputat
Bu gün, 13:09
"Bu finti-firuş qızları ora kim çıxarır?" - Şeyx əsəbiləşdi
Bu gün, 13:08
Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: - “İşsizlərin qeydiyyata alınmaması doğru deyil”
Bu gün, 13:06
"Kölgə iqtisadiyyatınına qarşı geniş işlər aparılıb" - deputat
Bu gün, 13:03
Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib
Bu gün, 13:01
Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib
Bu gün, 13:00
"Arvadımla nərd oynayıram" - Xalq artisti
Bu gün, 12:58
MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? - MÜƏMMA
Bu gün, 12:47
Vilayət Eyvazov rəisi işdən çıxardı
Bu gün, 12:44
Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin - Milli Məclisdə məsələ qaldırıldı
Bu gün, 12:42
Deputat təhsil kreditlərinin verilməsini, BDU-nun yataqxanalarının inşasının başa çatdırılmasını istəyir
Bu gün, 12:40
Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir? - SİYAHI
Bu gün, 12:38
“Atasığorta”-da rəhbərlik dəyişəcəkmi?
Bu gün, 12:35
İrəvanda "inqilabçı baş nazirə" qarşı yeni hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 12:33
""İnstagram"da, "Facebook"da sosial şəbəkə dilənçiləri çoxlalıb"
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru